Məhkəmə qərarları › İş №2(105)-2729/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2729/2021

03.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2729/2021 03.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı etibarnamənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(060)-3951/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkiltərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş 07.12.2020-ci il tarixli, 7E-37972 reyestrli etibarnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil həmçinin iddianı təmin etmə tədbirinin tətbiqinə dair ərizə verərək işə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdehlərə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə X3 tərəfindən təsis edilmiş “Əkbər” firmasının istifadəsinə verilmiş Sumqayıt şəhərində yerləşən “X5”ndan istifadə etmək, icarəyə vermək və həmin əmlaka dair hər hansı sərəncam verməyin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(060)-3951/2021 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil Sumqayıt şəhərində yerləşən “X5”ndan istifadə etmək, icarəyə vermək və həmin əmlaka dair hər hansı sərəncam verməyin cavabdehlərə qadağan edilməsi barədə iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizəsi təmin edilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu tərəfindən şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2(060)-3951/2021 saylıqərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayəti qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən üzərinə həbs qoyulması istənilən “X5” onun mülkiyyəti deyil, dövlətin balansındadır. Bu səbəbdən hesab edir ki, iddianın təmin etmə tədbirinə dair ərizə və şikayət əsassızdır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(060)-3951/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2, ARƏN Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, iddiaçı Sumqayıt şəhərində yerləşən “X5”ndan istifadə edilməsi və ona sərəncam verilməsinin cavabdehlərə qadağan edilməsini xahiş edir. Lakin həmin “X5” ilə bağlı hər hansı hüquq müəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. Ərizəyə yalnız “X5”nın abadlaşdırılması məqsədi ilə “Əkbər” firmasına verilməsi barədə sərəncam əlavə edilmişdir. Həmin sərəncama əsasən “X5” əhaliyə mədəniyyət və iaşə xidmətləri göstərilməsi üçün “Əkbər” firmasına verilmişdir ki, bu sərəncamın cavabdehlərə hər hansı aidiyyətinin olduğu müəyyən edilmir. Ona görə də məhkəmə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki işə mahiyyəti üzrə baxılıb həll edilənədək cavabdehlərə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə X3 tərəfindən təsis edilmiş “Əkbər” firmasının istifadəsinə verilmiş Sumqayıt şəhərində yerləşən “X5”ndan istifadə etmək, icarəyə vermək və həmin əmlaka dair hər hansı sərəncam verməyin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsinə görə qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, mülki-prosessual qanunvericiliyə görə iddianı təmin tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülür. Qanunvericliyin mənasına görə iddianı təmin tədbiri iddia predmeti olan əmlakın gizlədilməsi, məhv edilməsi, özgəninkiləşdirilməsi və s. yolla sıradan çıxarılmasının qarşısını almaq məqsədi güdür. Hazırki işdən isə görünür ki, iddia tələbi etibarnamənin etibarsız hesab edilməsi barədədir. Başqa sözlə hazırki işdə qətnamənin gələcəkdə icrasını mümkünsüz edən hallar, yəni onun məhv edilməsi, özgəninkiləşdirilməsi və s. hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini qanunvericiliyin tələblərinə uyğun hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(060)-3951/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(060)-3951/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar