Məhkəmə qərarları › İş №2(105)-273/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-273/2023

08.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-273/2023 08.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı və iddiaçı Cavabdeh2 Müseyib oğlunun Cavabdeh1 MTK-ya qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X9 və X7 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı-maraqlı şəxs İddiaçı, onun nümayəndə və vəkili Vəkil1, vəkili Vəkil2, cavabdeh-iddiaçı Cavabdeh2, onun nümayəndə və vəkili Vəkil3 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qiyabi qətnaməsindən iddiaçı-maraqlı səxs İddiaçı, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(012)-778/2022 saylı qətnaməsindən iddiaçı-Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 Müseyib oğlu Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ona təhvil verilməsi, bu mümkün olmadıqda isə mənzilin dəyərinin bugünki bazar qiyməti dəyərində qiymətləndirməklə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəkili-nümayəndəsi Vəkil3 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Mustafayev X4 rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa edilən, 88,8 kv.m sahəsi olan mənzili xx.xx.2010-cu il tarixli 424 saylı müqavilə əsasında "xxxx" MMC-yə ilkin olaraq 26.640 manat, sonra isə 6308 manat olmaqla, cəmi 32948 manat məbləğində pul ödəməklə əldə etmişdir. Tikilmə ərəfəsində olan binanın 2012-ci il tarixdə hazır olacağı qeyd edilsə də bina hazır olmamış, iddiaçı 2016-cı ilədək sahib olduğu mənzili geri ala bilməmişdir. 2016cı il tarixdə "xxxx" MMC şirkəti yeni adla, Cavabdeh1 MTK fəaliyyət göstərməyə başlamışdır. İddiaçı rəhbərliyə mənzilin ona təhvil verilməsi ilə bağlı müraciət etsə də ona ev sahibinin başqası olduğu bildirilmişdir. Ötən illər ərzində mənzil iddiaçıya təhvil verilməmiş, bu məsələ öz həllini tapmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəlimənzilinin Cavabdeh2 Müseyib oğlunun sahibliyinə verilməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5,152.6, 152.7, 157.2, 157.4, 178.8, 421.1, 442.1-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilənin etibarsız hesab edilməsi və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə, 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil İddiaçı satılmışdır. Həmin mənzilə görə hər kv.metr üçün 650 manat olmaqla, ümumilikdə 57.720 manat vəsait ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh1 MTK-ya müraciət olunaraq Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsi xahiş edilmiş, Cavabdeh1 MTK-nın 11 iyun 2021-ci il tarixli, 19/06 nömrəli məktubu ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsi əsas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir. İddiaçı Cavabdeh2 Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A saylı evin 26 saylı mənzilin onun istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin Cavabdeh2 sahibliyinə verilməsi qət edilmişdir (qüvvəyə minməmişdir). Cavabdeh1 MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqavilənin 4.1-ci bəndinə əsasən tikinti işləri başa çatdıqdan sonra “icraçı” mənzili təhvil verir, “payçı” isə mənzili qəbul edir. Buna görə də mənzil ona təhvil verilməlidir. "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2010-cu il tarixli, 424 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci blok, 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.metr olan 2 otaqdan ibarət 6 saylı mənzil Cavabdeh2 satılmış, həmin mənzilə dair tarixsiz maliyyə arayışı verilmişdir. Cavabdeh1 MMC ilə bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil Cavabdeh2 satılmışdır. Həmin müqavilədə Cavabdeh2 imzası müəyyən edilmir, habelə bununla bağlı hər hansı maliyyə arayışı mövcud deyildir. Cavabdeh1 MTK ilə bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə onun gözlənti hüquqlarını pozmuşdur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilənin etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı təhvil verilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 337, 389.1, 390, 404.1, 404.2, 425, 646.1, 752.1, 752.2-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Maraqlı şəxs İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021ci il tarixdə "PROGRESS-2016” MTK-ya müraciət edərək "PROGRESS-2016” MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa edilan 15 mərtəbəli, yaşayış evinin lci blok, 8-ci mərtəbəsində yerləşən, ümumİ sahəsi 88.8 kv.m olan, izola olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilinə sahiblik va istifada hüququnun tanınması, mənzilin ona təhvil verilməsi barədə konkret tədbirlər görülməsini xahiş etmiş, "PROGRESS-2016” MTK məktubu ilə 11 iyun 2021-ci il tarixli, 19/06 nömrəli məktubu ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli (qiyabi icraat qaydasında) qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin l-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilinin X1 verilməsinin qət edilməsi asas gətirilərək müraciətin təmin olunmasından imtina edilmişdir."PROGRESS- 2016” MTK ilə bağlanmış 19 iyun 2019-cu il tarixli, 303 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin lci blok, 8-ci mərtəbasində yerləşən ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzil ona satılmışdır. Bu haqda müvafiq maliyyə arayışı imzalanıb təsdiq edilərək ona verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli "Progress-2016” MTK Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürür. Həmin müqavilə üzrə payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir. Qətnamədə qeyd edilmişdir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan l-ci blok, 2 otaqdan ibarət 2 nömrəli mənzili "Hayan-E” MMC Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürmüş, sonradan xx.xx.2016-cı il tarixlİ, 131 saylı yeni şərtlərlə bağlanan müqaviləyə əsasən tərəflərin razılığına əsasən müqavilənin şərtləri dəyişdirilib Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7ci mərəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzili "Progress-2016” MTK Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürür. Həmin müqavilə üzrə payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir. Müqavilə şərtləri payçı tərəfindən tam ödənilsə də cavabdeh MTK mənzili iddiaçının istifadəsinə verməkdən imtina edir. Göründüyü kimi Cavabdeh2 Müseyib oğlu ilə ilkin müqavilə 26 sayl mənzilə deyil, 2 saylı mənzilə bağlanmış, habelə 26 saylı mənzilə dair Cavabdeh2 Müseyib oğluna maliyyə arayışı tərtib edilməmişdir. Belə olan halda həmin müqavilə etibarlı sayıla bilməz. Belə ki, 26 saylı mənzilə dair Cavabdeh2 Müseyib oğlunun hər hansı subyektiv hüququ mövcud deyildir. Buna görə da Abşeron Rayon Məhkəməsinin 2(012)-246/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi (qiyabi icraat qaydasında) ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qətnaməsində mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 178.8-ci maddəsinə istinad etmişdir. Həmin maddədə göstərilmişdir ki, mənzil, bağ, qaraj va ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativinin verdiyi mənzil, bağ, qaraj va ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Lakin xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilə üzrə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1 A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilin dəyərinin Cavabdeh2 Müseyib oğlu tərəfindən tam ödənilməsi barədə maliyyə arayışı iş materiallarında mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bildirir ki, Abşeron Rayon Məhkəməsi işə kobud prosessual pozuntu ilə baxmaqla işi hərtərəfli araşdırmamış, qəbul ediləcək qətnamənin üçüncü şəxslərin hüquqlarını poza biləcəyini nəzərə almamış, hal-hazırda mübahisəli mənzilin kimin mülkiyyətində olmasını müəyyən etmədən əsassız qətnamə qabul etmişdir. İştirakı təmin olunmadan, bu barədə ona xəbər verilmədən, cavabdeh "Progress-2016” MTK tərəfindən məlumatlandırılmadan mülkiyyət hüquqlarına toxunan qətnamə qəbul edilmişdir. Məhkəmə müəyyən edilmiş faktları səthi araşdırmış və bunun nəticəsində qanunla qorunan hüquqları pozulmuşdur. Cavabdeh2 Müseyib oğlu apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki olan hallarını müəyyən etmədən düzgün nəticəyə gəlməmişdir. Qeyd edir ki, araşdırma düzgün aparılsa məhkəmə tərəfindən işin hallarına uyğun olaraq maddi hüquq normalrı tətbiq edilər və tətbiq edilən normalar iddianın təmin edilməsinə deyil, iddianın rədd edilməsinə gətirib çıxarardı. Belə ki, həmin mənzil iş üzrə cavabdeh olan Cavabdeh2 Müseyib oğluna satılmışdır. Burada başqa bir qeyd-şərt yoxdur. Lakin işin natamam, birtərəfli, yəni iddiaçının mövqeyindən araşdırılması qərəzli nəticələrə gətirib çıxarmışdır ki, bunun da nəticəsində tətbiq edilməli maddı hüquq norması deyil, iddianın təmin edilməsi yönündə tətbiq edilmişdir. Məhkəmə tərəfindən şikayət araşdırılarkən (natamam) tərəf olaraq prossesual hüquqları pozulmuş və qətnamə prossesual pozuntu ilə bir aydan sonra poçt vasitəsi ilə təqdim edilmişdir. Artıq məhkəmə prossesual pozuntu etməklə yanaşı qətnamə ilə tanış olmaq, şikayət etmək kimi hüquqlarını pozmaqla mülkiyyətindən məhrum etməyə yönəlmişdir. Hakim tərəfindən iş qərəzli araşdırılaraq lazım olan hallar, yəni ki, onun mənzili öncədən aldığı, həmin mənzili hazırda istifadə etməyi, bütün xərclərin tərəfindən bu gün də ödənilməsi, onun alğı-satqı üzrə borcunun olmaması və ödənişlərinin sırf (iddiaçıdan öncə) mübahisəli mənzilin alışı üçün sərf edilməsinə qiymət verilməyərək birmənalı olaraq dərhal baxaraq ədalətsiz nəticə verilmişdir. Qeyd edir ki, mənzil ilk ona satılmış və ödəniş qəbzlərində də bu sübuta yetirilmişdir. Bunun təsdiqi kimi Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi də var. Məhkəmə (ödənişlərin təyinatı bəlli olsa belə) iddianı təmin etməklə ödənilən məbləğlərin məqsəd və təyinatını araşdırmaqla hər iki tərəfin vəziyyətinə aydınlıq gətirə bilərdi. Belə olan halda işin əsl məqamları ortaya çıxar və iddiaçının tələbinin ona qarşı deyil, alğı-satqı üzrə pulları ödədiyi şəxsə (digər cavabdehə) yönəlmiş olardı, olmadığı təqdirdə aparılan əməliyyatlarda, ödənişlərdə hər hansı bir mənimsəmə, dələduzluq əlamətlərini olmasının aşkara çıxarmış və aidiyyatı üzrə araşdırılması üçün müvafiq prokurorluğa məlumat verərdi. Lakin birinci instansiya məhkəməsi tərəfindən heç bir mühüm əhəmiyyət kəsb edən hal araşdırılmadan, məqsədli şəkildə iddianın təmin edilməsi üçün yönəldilmiş və artıq göründüyü kimi cinayət əməlinin (aşkar şəkildə görünür ki, burada mənisəmə var) ört-basır edərək nəticə verilmişdir. Hesab edir ki, hakim tərəfindən bu faktlar gizlədilərək nəzərdən qaçırılması güman edilmişdir ki, ədalətsiz qətnaməsindən şikayət verilərkən bu xüsusatlar nəzərdən qaçsın. Məhkəmə tərəfindən ödənişlərinin olması, mənzilin onun qanuni istifadəsində olması, iddiaçının ödənişlərinin daha sonra həyata keçirilməsi məhkəmənin çıxarmış olduğu qətnamədə bunların təsdiq olunması aşkar qeyd edilsə də nəticə etibarı ilə uyğunsuzluq təşkil edir. İddiaçının mövqeyi ilə hakimin mövqeyi eyni olduğu kimi araşdırılmamış verilmiş nəticədə iddiaçının iddiasının təmin edilməsi üçün əsas vermişdir. Qeyd edir ki, tərəfindən Abşeron Rayon Məhkəməsində cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia qaldırılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı (hüquq və vəzifələrinə toxunan) İddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək həmin iş üzrə icraat dayandırılmışdır. Lakin məhkəmə iclaslarında həmin iş materialları işə əlavə edilməmişdir. Hesab edir ki, həmin iş əlavə edilməli və araşdırmalar birləşdirilərək davam etdirilməli idi. İddiaçı tərəfindən bu hal gizlədilmiş və məhkəməyə təqdim edilməmişdir. Halbuki iddianın predmeti eyni mənzildir və hakim tərəfindən işin icraatı dayandırılaraq icraatı dayandırılmış Abşeron Rayon Məhkəməsinin icraatındakı iş baxılmalı və işlər birləşdirilməli idi. Bundan başqa qeyd edir ki, həmin mənzilin açarları da ondadır. Buna baxmayaraq İddiaçı qərəzlilik nümayiş etdirir, hədə-qorxu gəlir və məhkəmənin yekun qərarını gözləmədən belə qapını qıraçağı və içəri daxil olcağı ilə hədələyir. İddiaçı belə arxayın olmağının arxasında hansısa qüvvələr, hazırki iş üzrə çıxarılmış qanunsuz və ədalətsiz qətnamə durur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı-maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, nağd pul ödəyərək ev almış və təmirə xərc çəkmiş, otaqların sayını artırmışdır. İkinci bir şəxsin mövcudluğundan məhkəmədən sonra məlumatı olub, dərhal da məhkəməyə müraciət edib. Mənzilin qapısını məhkəmə icraçısı çıxarıb. Məhkəmənin qətnaməsindən sonra qapını yerinə qoyub. Mənzilin hazırkı qapısı ona məxsusdur. Çünki qətnamə icra mərhələsində idi. Daha sonra bildirdi ki, xx.xx.2021-ci ildə Cavabdeh2 mənzil təhvil veriləndə ona heç bir məlumat verilməyib. Biləndən sonra məhkəməyə müraciət etdi. Hazırda qapını açıb içəri girə bilir. Evə sonuncu dəfə xx.xx.2022-ci ildə gedib, qapını açıb evə girib. Sonradan nümayəndə təhkim olunub ki, evə heç kim girməsin. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(012)-778/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı-maraqlı şəxs İddiaçı nümayəndə və vəkili Vəkil1 kollegiyası apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən qiyabi qətnamə qəbul olunarkən məhkəmə nəzərə almayıb ki, tərəflər arasında yaranmış münasibətin yaranma əsası müqavilədir. Bu zaman tərəflərdən biri ödənişin icrasını, digəri isə mənzilin təhvilini üzərinə götürüb. Amma Cavabdeh2 ödənişi tam şəkildə icra etməsinə dair maliyyə arayışı iş materiallarında mövcud deyil. Bu barədə Cavabdeh2 özü məhkəmə iclasında bildirmişdir ki, o axırıncı ödənişləri MTK-ya vermək üçün gedəndə ondan ödənişi əvvəlcə qəbul etdilər, sonra isə özünə qaytardılar. Yəni həmin iş üzrə iddiaçı tərəf olmasa belə, məsələ öhdəlikdir. Əgər pul ödənilməyibsə, mənzilin təhvilindən söhbət gedə bilməz. Qətnamədən cavabdeh şikayət vermədiyindən qətnamə icraya gedib, yalnız bu mərhələdə İddiaçı məlumatlı olmuş və qətnaməni mübahisələndirmişdir. Onun iddiaçı olduğu işdə tələb Cavabdeh2lə bağlanmış müqavilənin etibarsız hesab olunmasıdır. İş materiallarından görünür ki, Cavabdeh2lə MTK arasındakı müqavilənin tarixi İddiaçı müqaviləsinin tarixindən əvvəldir. Onun müqaviləsi 2016, İddiaçıla isə 2019-cu ildə bağlanılıb. Müqaviləni mübahisələndirməkdə məqsəd ondan ibarətdir ki, Cavabdeh2 başqa bir blokda, başqa bir mənzili "xxxx" MMC-dən 2010-cu ildə alıb. Ona bununla bağlı maliyyə arayışı verilib. Həmin maliyyə arayışının özü də qüsurludur. Aktda nə tarix, nə də arayışın nömrəsi göstərilməyib. Mənzillə bağlı da eyniməzmunlu mübahisə olduğundan MTK görünüş üçün 2016-cı ildə hazırda mübahisələndirilən müqaviləni bağlayır ki, bu da onların hüquqlarına toxunur. Bunun əvəzində Cavabdeh2 əlavə ödənişlər istəyirlər. Həmin əlavə ödənişlər bu günki tarixədək ödənilməyib və Cavabdeh2 bu barədə maliyyə arayışı almayıb. Yəni Cavabdeh2 mübahisəli mənzilə hüquqları açıqdır. MTK birinci instansiya məhkəməsində də qeyd edir ki, mənzili İddiaçı alıb. Mənzilə giriş də son günə qədər İddiaçı olub, mübahisə yaranandan sonra onu mənzilə buraxmayıblar. MTK qeydiyyat jurnallarını saxlamayıb. Məhkəməyə təqdim edə bilmədilər. Hesab edir ki, qarşı tərəf mənzilin dəyərini tam ödəmədiyi üçün sahiblik tələb edir. Onlar isə tam ödəniş etdikləri üçün mənzilin təhvilini istəyirlər. MTK qiyabi qətnamə çıxanda məhkəmədə təmsil olunmayıb. İddiaçı iddiasına baxılanda nümayəndə iştirak edib və iddianı qəbul edib. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsi icraya yönəlmişdi. Sonradan şikayət daxil oldu və icra prosesi dayandı. Qapının yerinə qoyulma məsələsi də həmin icra prosesində olub. Daha sonra bildirdi ki, "xxxx" MTK "xxxx" MMC-nin rəsmi hüquqi varisidir. Onlar müqaviləni xx.xx.2019-cu ildə Emil Səməndərovla bağlamışdılar. Rafiq Nəsirov müqavilələri 2011-ci ildən daxili etibarnamə əsasında bağlayırdı. Mənzil ilk dəfə faktiki olaraq İddiaçı təhvil verilib. Mənzil təhvil veriləkən göstəriblər, qapı mövcud olmayıb. İddiaçı təmirə başlamaq üçün əlavə 500 manat pul ödəyib, qapını qoyub, tikinti ləvazimatlarını mənzilə yığıb, 500 manata dair qəbz var. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021ci il tarixli, 2(012)-246/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı-maraqlı şəxs İddiaçı vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək və bildirdi ki, mübahisəli mənzili İddiaçı alıb və təmirə başlayıb. Təmirə başlayanda gəlib ona bildiriblər ki, mənzilin qapısı dəyişdirilib. Bu zaman məlum olub ki, mənzillə bağlı mübahisə var. Məhkəmə qiyabi qətnamə çıxaranda İddiaçı prosesdə iştirak etməyib. Çünki ona məhkəmə prosesləri barədə məlumat verilməyib. İddiada Cavabdeh2 qeyd edir ki, ona ya mənzil, ya da dəyəri təhvil verilməlidir. Sonradan tələbi dəyişdirərək yalnız mənzili istəyir və iddiada qeyd edir ki, o MTK-dan mənzili tələb etdikdə ona bildirilib ki, mənzilin sahibi başqasıdır. Bu barədə məhkəmə qətnaməsində də qeyd var. Amma digər sahib məhkəmə prosesinə cəlb olunmayıb. Cavabdeh2lə ilkin olaraq bağlanmış müqavilə tamam başqa mənzilə mübasibətdə və başqa şirkətlə bağlanılıb. Sonradan 2016-cı ildə həmin mənzili təhvil vermək mümkün olmadığından Cavabdeh2lə görünüş üçün mübahisəli mənzilə dair müqavilə bağlayıblar və o, həmin müqavilə üzrə heç bir ödəniş etməyib. İddiaçı isə mənzilə dair 2019-cu ildə müqavilə bağlayarkən, 57.720 manat ödəniş edib və bu barədə maliyyə arayışı var. Mülki Məcəllənin 178.8-ci maddəsinin izahına dair Konstitusiya Məhkəməsinin qərarında da göstərilir ki, mənzil pay dəyərini tam ödəmiş şəxsin mülkiyyəti hesab olunur. Bizim iddiamızı cavabdeh MTK-da qəbul edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinizin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(012)-778/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh-iddiaçı Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, onunla "xxxx" MMC arasında 2010-cu ilin avqust ayında bağlanmış müqaviləyə dair maliyyə arayışı var. MMC mənzili təhvil vermirdi. Zərərçəkmiş şəxs kimi şikayət etdi. Sonradan bildi ki, "xxxx" MTK "xxxx" MMC-nin hüquqi varisi qismində tanınıb və öhdəlikləri onlar icra edəcək. 2016-cı ildə "xxxx" MTK onunla mübahisəli mənzilə dair müqavilə bağladı və əlavə ödəməli olduğu məbləği maliyyə arayışı ilə ödənilmiş məbləğin üzərinə gəldi. Qiymət fərqi ona görə oldu ki, "xxxx" MTK-nın balansında pul yox idi. 2-ci müqavilədə göstərilib ki, hər m2-ə 100 manat artıq pul ödənməlidir, çünki istəmirdi ki, mənzil əldən çıxsın. Əlavə hesablanmış puldan 6308 manata dair qəbzləri var. MTK-ya 8800 manatdan təxminən 3282 manat borcu qalıb. Sonuncu ödənişi də xx.xx.2019-cu il tarixdə Rusiyadan qardaşı ilə göndərmişdi, MTK-nın mühasibatlığından pulu alıblar. Emil Səməndərov bildirib ki, bir neçə gün sonra gəlib maliyyə arayışını verəcək. Sonra gəlib bildirib ki, ev başqasına satılıb. Daha sonra bildirdi ki, ona sənəd göstərdilər ki, 2010-cu ildə aldığı mənzil 2008-ci ildə başqa bir qadına satılıb. Hesab edirdi ki, yeni müqavilə 2010-cu il tarixli müqaviləni əvəz edir. O, müqaviləni Rafiq Nəsirovla bağlamışdı. Ödəniş edən vaxtlar ona deməmişdilər ki, mənzili başqasına satıblar. Hazırda qalan borcu da, İddiaçı tərəfindən çəkilən xərci də ödəməyə hazırdır. Cinayət işi Emil Səməndərov və Rafiq Nəsirov barəsində başlanılıb. 2016-cı il tarixli müqavilədən sonra ona mənzil təhvil verilmədi. Mənzili ona göstərmişdilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(012)-778/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh-iddiaçı Cavabdeh2 nümayəndə və vəkili X8 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 2010-cu ildən müvəkkili əziyyətlə işləyərək evi üçün pul ödəyir. Kimsə gəlib 9 ildən sonra pulu tam ödəyərək öra köçürsə, bu müvəkkilinin problemi deyil. MTKda bildirdilər ki, İddiaçı pulu verib, onlara bu sərf edir. Cavabdeh2 qiyabi qətnamədən sonra mənzili rəsmi qaydada təhvil alıb, bunu İddiaçı də bilir. O, qətnamə qüvvəsini almadan qapını sındırıb və evə girib. Hazırda mənzilin qapısı Cavabdeh2 anasının pulu ilə alınan qapıdır. Köhnə açarlar da müvəkkilindədir. Mənzil aktla Cavabdeh2 təhvil veriləndə İddiaçı orada deyildi. Müvəkkili mənzilin başqa şəxsə satıldığını bilsə idi, onu mübahisələndirərdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydad məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə rəsmi qaydada məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qətnaməsi üzrə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsi üzrə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Prsessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-65/2023 saylı, 17 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 Müseyib oğlunun cavabdeh "xxxx" MTK-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair 2(105)-65/2023 saylı mülki iş İddiaçı cavabdehlər "xxxx" MTK-ya və Cavabdeh2 Müseyib oğluna qarşı müqaviləni etibarsız hesab edilməsi və məzilin təhvil verilməsi tələbinə dair 2(105)-273/2023 saylı mülki işlə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Müəyyən edilmişdir ki: Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qətnaməsi üzrə: İş materiallarında olan xx.xx.2010-cu il tarixli, 424 saylı müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan 1-ci blok, 2 otaqdan ibarət 2 №-li mənzili "xxxx" MMC Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürür. İşin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, ünvan 3 ünvanda inşa olunan yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində, ümumi sahəsi 88.8 kv.m olan 2 saylı mənzil üçün Cavabdeh2 Müseyib oğlu "xxxx" MMC-yə 26.640 manat ödəmişdir və borcu yoxdur. İşin materiallarında olan xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzili Cavabdeh1 MTK Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürür. Həmin müqaviləyə əsasən payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir. İddiaçının nümayəndəsinin izahatına və təqdim etdiyi mədaxil qəbzlərinə əsasən əlavə ödəniş kimi qeyd edilən məbləğ də iddiaçı tərəfindən MTK-ya ödənilmişdir. Müəyyən edilmişdir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan 1-ci blok, 2 otaqdan ibarət 2 №-li mənzili "xxxx" MMC Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürmüş, sonradan xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqaviləyə görə tərəflərin razılığına əsasən müqavilənin şərtləri dəyişdirilib Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzili Cavabdeh1 MTK Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürür. Həmin müqaviləyə əsasən payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir. Müqavilə şərtləri payçı tərəfindən tam ödənilsə də cavabdeh MTK mənzili iddiaçının istifadəsinə verməkdən imtina edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisəli sahə ilə bağlı öhdəlik tam yerinə yetirilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçının həmin obyektə sahiblik və istifadə hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən yuxarıda qeyd edilən maneələr vardır. İşin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbinin təmin edilməsi qanunvericiliyin tələblərinə uyğundur, cavabdeh tərəfindən mübahisəli obyekt sahəsinin iddiaçının sahibliyinə verilməsinə maneçiliyinin hüquqi əsasları yoxdur. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzili iddiaçının sahibliyinə verilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mülki qanunvericiliyin yuxarıda qeyd edilən maddələrinə istinad etmişdir. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsi üzrə: Mülki işin materiallarında olan mənzil tikintisi haqqında 303 saylı, 19 iyun 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57720 manata (1 kv.metri 650 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 19 iyun 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Səfərov X5 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə görə Cavabdeh1 MTK-ya 57720 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Səfərov X5 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin təmirinə icazə üçün Cavabdeh1 MTK-ya 500 manat ödəmişdir. Mülki işin materiallarında olan 131 saylı, 13 avqust 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 27350 manata (1 kv.metri 308 manata) satılması haqqında müqavilə (daha əvvəllər "xxxx" MMC ilə bağlanmış 13 avqust 2010-cu il tarixli müqavilə əsasında) bağlanmışdır. Mülki işin materiallarında olan 424 saylı, 13 avqust 2010-cu il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 2 nömrəli mənzilin 26640 manata (1 kv.metri 308 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan tarixsiz maliyyə arayışının surətindən görünür ki, Cavabdeh2 Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan mənzilə görə "xxxx" MMC-yə 26640 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan Cavabdeh1 MTK-nın 10 iyun 2022-ci il tarixli məktubundan görünür ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil Cavabdeh1 MTK-ya məxsus olmuş və 19 iyul 2019-cu il tarixdə payçı İddiaçı satılmışdır. Bu mənzilə dair İddiaçı ilə aparılmış əməliyyatdan başqa heç bir sənəd yazılmamış və ya əməliyyat aparılmamışdır. Məhkəmə qeyd etmişdir ki, hər iki tərəflə MTK (Cavabdeh2 daha əvvəl "xxxx" MMC ilə) arasında bağlanmış müqavilələr alğı-satqı müqavilələri kimi görünsə də əslində podrat müqavilələri hesab olunur və hazırki mübahisə podrat münasibətlərindən əmələ gələn mübahisədir. İşdən görünür ki, 424 saylı, 13 avqust 2010-cu il tarixli müqavilə ilə "xxxx" MMC ilə Cavabdeh2 arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda inşa olunmuş 12 mərtəbəli yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 2 nömrəli mənzilin 26640 manata (1 kv.metri 308 manata) satılması barədə razılıq əldə edilmişdir. Göründüyü kimi, buradakı yaşayış binası 12 mərtəbəli olmaqla, mübahisə predmetini 2 saylı mənzil təşkil edir. Cavabdeh2 daha sonra bu müqavilə əsasında "xxxx" MMC-nin hüquqi varisi Cavabdeh1 MTK ilə 131 saylı, 13 avqust 2016-cı il tarixli müqavilə bağlamışdır. Bu müqaviləyə görə isə ona Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş 15 mərtəbəli yaşayış binasının 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil 27350 manata (1 kv.metri 308 manata) satılmışdır. Göründüyü kimi, burada mübahisə predmetini 15 mərtəbəli binanın 26 saylı mənzili təşkil edir. İddiaçı isə iddia edir ki, mənzil tikintisi haqqında 303 saylı, 19 iyun 2019-cu il tarixli müqavilə ilə Cavabdeh1 MTK ilə onun arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57720 manata (1 kv.metri 650 manata) satılması barədə razılaşma olmuşdur. Hər iki şəxsə mübahisəli mənzillərin dəyərinin MTK-ya tam ödənilməsi ilə bağlı maliyyə arayışları verilsə də həmin daşınmaz əmlakla bağlı nə İddiaçı, nə də Cavabdeh2 mülkiyyət hüquqlarını müvafiq qurumda qeydə aldırmamışlar. Bundan başqa əmlaka görə tərəflərin ödədikləri vəsaitin bilavasitə MTK-nın hesabına keçirilməsini təsdiq edən və ciddi maliyyə blankı hesab olunan kassa mədaxil orderləri mövcud deyildir. Bununla belə iddiaçı mübahisəli mənzilin təmir edilməsinə icazə verilməsi üçün MTK-nın bank hesabına 500 manat vəsait ödəmişdir (kassa mədaxil orderi vardır). Mübahisəli mənzilin hazırda İddiaçı faktiki istifadəsində olması işin mübahisəsiz hallarındandır. Bu faktı Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir. Məhkəmə iclasında Cavabdeh1 MTK-nın nümayəndəsi iddiaçı ilə bağlanan əqdi qəbul etsə də Cavabdeh2lə bağlanan müqavilənin legitimliyini qəbul etmədi. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil İddiaçı tərəfindən maneəsiz istifadə olunduğundan, habelə MTK tərəfindən buna heç bir etiraz olunmadığından və onunla bağlanan əqd qəbul edildiyindən, bu əmlakla bağlı İddiaçı Cavabdeh2 nisbətən üstünlük hüququ əldə etmişdir. Belə olan halda isə mənzillə bağlı əqdin etibarsızlığı barədə İddiaçı qaldırdığı iddia əsaslı hesab edilməlidir. Məhkəmə hesab etmişdir ki, hazırki halda mənzilə dair müqavilənin olması Cavabdeh2 mübahisəli mənzillə bağlı İddiaçı sahibliyinə maneə yaratmasına hüquqi əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə Cavabdeh2 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 saylı müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır. Başqa sözlə qeyd edilən əqd əhəmiyyətsizdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2lə bağlanmış 13 avqust 2016-cı il tarixli müqavilə əhəmiyyətsiz və yalan əqddir, bu əqdin mövcudluğu isə mübahisəli mənzili daha legitim yolla əldə etmiş İddiaçı sahiblik hüququnun pozulması kimi qiymətləndirilməlidir, bu isə qanunla qadağandır. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə etibarsız hesab edilməli və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzil İddiaçı təhvil verilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, mübahisə üzrə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin verdiyi ərizə öz-özlüyündə heç bir hüquqi əhəmiyyət daşımır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki tələbdən isə görünür ki, o, əqdlərin etibarsızlığı barədədir və bu cür tələblər üzrə iddia müddəti 1 ildir (Mülki Məcəllənin 354-cü maddəsi). Məhkəmə kollegiyasının qərardadı ilə hər iki iş baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 18 avqust 2022ci il tarixli, 2(012)-778/2022 saylı qətnaməsi üzrə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmənin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qiyabi qətnaməsi üzrə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iddiaçı Cavabdeh2 Müseyib oğlu Cavabdeh1 MTK-ya qarşı mənzilin təhvil verilməsi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilin ona təhvil verilməsi, bu mümkün olmadıqda isə mənzilin dəyərinin bugünki bazar qiyməti dəyərində qiymətləndirməklə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının istifadəsinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilənin etibarsız hesab edilməsi və Xırdalan şəhəri, M.Ə.Rəsulzadə, 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MTK-ya həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixli, 424 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan 1-ci blok, 2 otaqdan ibarət 2 №-li mənzili "xxxx" MMC Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürmüş, maliyyə arayışına əsasən ünvan 3 ünvanda inşa olunan yaşayış binasının 1-ci blok, 2-ci mərtəbəsində, ümumi sahəsi 88.8 kv.m olan 2 saylı mənzil üçün Cavabdeh2 Müseyib oğlu "xxxx" MMC-yə 26.640 manat ödəmişdir və borcu yoxdur. Bundan sonra xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilədən müəyyən edilir ki, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzili Cavabdeh1 MTK Cavabdeh2 Müseyib oğluna ayırmağı öhdəsinə götürmüşdür, həmin müqaviləyə əsasən payçı əlavə olaraq 9590 manat MTK-ya ödəməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 Müseyib oğlu izahatında bildirdi ki, birinci müqavilə üzrə ödəməli olduğu məbləği tamamilə ödəmişdir. İkinci müqavilə üzrə ödəməli olduğu əlavə 9590 manatı isə tamamilə ödəməmişdir. Həmin məbləğin bir hissəsini ödəmiş, təxminən 3282 manat borcu qalmışdır. Borclu qaldığı məbləği ödəmək istədikdə isə MTK tərəfindən ona mənzilin başqa şəxsə satıldığı bildirilərək pulu qəbul edilməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh2 Müseyib oğlu tərəfindən borcunun tamamilə ödənilməsinə dair gəlmiş olduğu nəticə onun özünün izahatı və digər iş materialları ilə təkzib olunur. Belə ki, iş materiallarında Cavabdeh2 mübahisəli mənzilə dair olan borcunun tamamilə ödənilməsi barədə maliyyə arayışı yoxdur. Bundan başqa iş materiallarında olan mənzil tikintisi haqqında 303 saylı, 19 iyun 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 MTK ilə İddiaçı arasında Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin 57720 manata (1 kv.metri 650 manata) satılması haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 19 iyun 2019-cu il tarixli maliyyə arayışının surətindən görünür ki, Səfərov X5 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə görə Cavabdeh1 MTK-ya 57720 manat ödəmişdir və heç bir borcu yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Səfərov X5 şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin təmirinə icazə üçün Cavabdeh1 MTK-ya 500 manat ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarına əsasən mülki qanunvericiliyin daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsini tənzimləyən müddəalarına əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (Mülki Məcəllənin 178.1 və 178.2-ci maddələri). Lakin Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericiliyin digər maddələrindən fərqli olaraq bu maddədə kooperativ üzvünün əmlak üzərində mülkiyyət hüququnun yaranması əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı anla deyil, pay haqqının tam ödənilməsi ilə əlaqələndirilmişdir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir». İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri¬¬-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mənzil Məcəlləsinin 112-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113-cü maddəsinə əsasən şəxsin mənzil-tikinti kooperativinə üzv qəbul edilməsi mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənziltikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Mülki Məcəllənin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2ci maddələrinin və Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İş materiallarından görünür ki, Cavabdeh2 Müseyib oğlu xx.xx.2010-cu il tarixli, 424 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 2-ci mərtəbə, ümumi sahəsi 88.8 kv.m olan 1-ci blok, 2 otaqdan ibarət 2 №-li mənzilə dair olan borcunu tamamilə ödəmişdir, lakin mübahisəli mənzilə, yəni xx.xx.2016-cı il tarixli, 131 saylı yeni şərtlərlə bağlanan müqavilədə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 №-li mənzilə dair borcunu tamamilə ödəməmişdir. Eləcə də müəyyən edilmişdir ki, İddiaçı 303 saylı, 19 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilə dair borcunu tatamilə ödəmişdir və buna dair iş materiallarında maliyyə arayışı vardır. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh2lə bağlanmış əqdin əhəmiyyətsiz əqd hesab olunmasına dair gəlmiş olduğu nəticə ilə də razılaşır. Müəyyən olunmuşdur ki, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə ona uyğun nəticələr yaratmaq niyyəti olmadan görünüş üçün bağlanmışdır. Belə ki, əslində tərəflərin iradə ifadəsinin həqiqi mənası ondan ibarətdir ki, bu müqavilə Cavabdeh2 "xxxx" MMC ilə bağladığı 13 avqust 2010-cu il tarixli, 424 saylı müqavilə üzrə götürülmüş öhdəliyin təminatı olaraq bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə üzrə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfin verdiyi ərizə əsassızdır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki tələbdən isə görünür ki, o, əqdlərin etibarsızlığı barədədir və bu cür tələblər üzrə iddia müddəti 1 ildir (Mülki Məcəllənin 354-cü maddəsi). İş materiallarından isə görünür ki, İddiaçı müqavilənin mövcudluğundan Cavabdeh2 iddiasının təmin olunmasına dair qətnamə icraya yönəldikdən sonra məlumatı olmuş və onu mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 Müseyib oğlunun iddiası isə iş materialları ilə təkzib edildiyindən təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında bağlanmış 13 avqust 2016-cı il tarixli, 131 saylı müqavilə etibarsız hesab edilməsi, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1 A ünvanında inşa olunmuş yaşayış binasının 1-ci blok, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.metr olan, izolə olunmuş 2 otaqdan ibarət 26 nömrəli mənzilin İddiaçı təhvil verilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 Müseyib oğlunun iddia tələbi təmin edərək Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 1A ünvanda inşa edilən 15 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 88.8 kv.m olan, 2 otaqdan ibarət 26 nömrəli mənzilinin Cavabdeh2 Müseyib oğlunun sahibliyinə verilməsinə dair gəlmiş olduğu nəticədə haqlı olmamışdır, iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası eləcə də qeyd edir ki, iddiaçı Cavabdeh2 Müseyib oğlunun gələcəkdə ödədiyi pulun tələbinə dair iddia qaldırmaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti əsaslı olduğu üçün təmin olunmalıdır. Məhkəmə kollegiyası Cavabdeh2 Müseyib oğlunun apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Eləcə də apellyasiya şikayətində qeyd edilən dəlillərə məhkəmə qətnaməsində arahdırılaraq qiymət verilmişdir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı-Cavabdeh2 Müseyib oğlunun apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(012)-778/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, maraqlı şəxs-İddiaçı apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qiyabi qətnaməsi ləğv edilməli, iddiaçı Cavabdeh2 Müseyib oğlunun Cavabdeh1 MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2.. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Maraqlı şəxs-İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 08 fevral 2021-ci il tarixli, 2(012)-246/2021 saylı qiyabi qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh2 Müseyib oğlunun Cavabdeh1 MTK-ya qarşı ünvan 1 ünvanında yerləşən mənzilin iddiaçının istifadəsinə verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı-Cavabdeh2 Müseyib oğlunun apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2(012)-778/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanısın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar