Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2737/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X16 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehlər: X10, Maraqlı şəxs2, Maraqlı şəxs6 və Maraqlı şəxs7 iştirakları ilə, İddiaçı cavabdehlər Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızına, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Quba Regional Cavabdehəzi notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzaldılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) iddianın təmin edilməsi, X7 miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı evin onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsinin üzürlü hesab edilməsi və həmin müddətin uzadılması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası, X7 ona, qardaşı və bacılarına miras qalmış Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı, ümumi sahəsi 197.2 kvadratmetr olan, iki mərtəbəli xüsusi mülkiyyətin və həmin mənzilə aid 0,0629 ha torpaq sahəsinə vərəsə olmağı, eləcə də qanuni vərəsə kimi ona çatası miras payın ölçüsünün məhkəmə qaydasında müəyyən edilərək, qanuni vərəsələr arasında bölünməsi barədə, eləcə də atasının adının "Səttar"dan "Səttər"-ə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X17 1924-cü ildə, anası X3 isə 1934cü ildə anadan olmuş, Quba şəhərində yaşamışlar. Atası ilə anası 03 iyun 1952-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan bacıları Maraqlı şəxs1 Səttər qızı, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızı, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızı, Maraqlı şəxs6, qardaşı X14 doğulmuşdur. Qardaşı N.S.Hüseynov 08 iyul 2004-cü ildə vəfat etmişdir. Onun nikahdan 20 yaşlı oğlu Orxan və 19 yaşlı Ləman adlı qızı qlmışdır. O, qardaşı və bacıları Quba şəhəri Qasım İsmayılov küçəsi 69 saylı mənzildə anadan olub həmin mənzildə yaşayıblar. Nügədi MTS-nin işçisi X13 Quba şəhəri İsmayılzadə küçəsində 59 nömrəli evini söküb yenidən tikməyə icazə verilmiş və ona 600 kv.m torpaq sahəsi ayrılmışdır və bu barədə Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından 07 avqust 2020-ci il tarixli 857 saylı arxiv çıxarışı verilmişdir. Atası S.Z.Hüseynov 07 dekabr 2007-cı ildə ürək damar çatışmamazlığından vəfat etmişdir. 22 mart 2005-ci il ildə atası X17 tərəfindən verilmiş vəsiyyətnamədə, Quba şəhəri Qasım İsmayılov küçəsi ev 69-da yerləşən mənzilin 20%-ni, anası X2, mənzilin 80%-ni oğlu, yəni qardaşı, X8 və bacıları Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs4, X6, Maraqlı şəxs6 miras pay olaraq vəsiyyət etmişdir. Qardaşı N.S.Hüseynov 08 iyul 2004-cü il tarixdə vəfat etdiyinə görə, sonuncunun oğlu Maraqlı şəxs7 həmin mənzildə daimi və ya müvəqqəti olaraq yaşamaq hüququnun verilməsini qeyd etmişdir. 22 mart 2005-ci il tarixdə 2v-26 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsinin yoxlanılması barədə edilmiş sorğuya, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional "Asan xidmət " mərkəzində yerləşən notariat ofisinə sorğu verilmiş və sorğuya cavab olaraq 06 iyul 2020-ci il tarixli 695 saylı cavab məktubu ilə bildirilmişdir ki, vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinin arxivinə məlumat daxil olmamışdır. Eləcə də atası S.Z.Hüseynovdan qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı, 06 iyul 2020-ci il tarixdə Quba Regional "Asan xidmət" mərkəzinin notariat ofisinə sorğu məktubu göndərilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba regional "Asan xidmət" mərkəzində yerləşən notariat ofisi tərəfindən verilmiş 06 iyul 2020-ci il tarixli 693 saylı cavab məktubu ilə qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətin buraxıldığı, ona sahiblik etməsi barədə sübutlar və hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi, ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsi izah edilmiş və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsıyə edilmisdir. Göstərilənlərə əsasən, atası- X7 miras qalmış əmlak- Quba şəhəri, Q.İsmayılov küçəsi, 69 saylı evin onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin keçməsini üzürlü hesab edib, həmin müddətin uzadılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs7 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, işin halları araşdırılmamışdır. Qanunvericiliyin tələbinə əsasən mirasın bir hissəsinin qəbulu, mirasın digər hissəsinin qəbulu hesab edilir. Belə olan halda miras qoyan X7 qalmış miras əmlak barəsində vərəsəlik işi açılmışdırsa, onun vərəsəsi artıq tanınmışdırsa, iddiaçının mirasın şəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsinin üzürlü hesab edilməsi və həmin müddətin uzaldılmasının heç bir əhəmiyyəti olmayacaqdır. Miras qoyan S.Hüseynov 07 dekabr 2007-ci ildə ölmüşdür. İddiaçı hələ bundan bir çox əvvəl yaşamaq üçün Bakı şəhərinə getmişdir. İddiaçı miras qoyanın ölümündən sonra 6 ay ərzində mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməmişdir. Məhkəmə iddiaçının miras əmlakın qəbul edilməsi müddətinin 13 il ərzində qəbul edilməməsinin hansı üzrlü səbəbdən baş verməsini araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən bir çox maddi hüquq normaları pozulmuşdur. Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(027)-563/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Maraqlı şəxs2 və Maraqlı şəxs7 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdeh Maraqlı şəxs3 məhkəməyə teleqram göndərərək apellyasiya şikayətinin dəlillərini müdafiə etməsini, şikayətin təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehlər Maraqlı şəxs1 və Maraqlı şəxs6 apellyasiya şikayətin dəlillərini qəbul etdilər və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Maraqlı tərəf Quba Regional Cavabdehəzində notariat ofisinin notariusu məhkəməyə məktub göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Maraqlı şəxs5 və Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçı tərəfindən miras qalmış əmlakın üzrlü səbəbdən vaxtında qəbul edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər Maraqlı şəxs2 və qeyrilərinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 26.08.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil tam pay hüququ əsasında X9 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Texniki pasportundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzilin hüquq subyekti S.Z.Hüseynovdur. İşə əlavə olan Quba Cavabdehəzinin Notariat ofisinin İddiaçı ünvanladığı 06.07.2020-ci il tarixli 693 nömrəli məktubundan görünür ki, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. İş materiallarında olan Quba Cavabdehəzinin Notariat ofisinin İddiaçı ünvanladığı 06.07.2020-ci il tarixli 695 nömrəli məktubundan görünür ki, 22 mart 2005-ci il tarixdə 2v- 26 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinin arxivinə məlumat daxil olmamısdır. İşdə olan 22 mart 2005-ci il ildə S.Z.Hüseynov tərəfindən verilmiş, Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş vəsiyyətnamədə, Quba şəhəri Qasım İsmayılov küçəsi ev 69-da yerləşən mənzilin 20%-ni, həyat yoldaşı, X2, mənzilin 80%-ni oğlu, X8 və bacıları Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs4, X6, Maraqlı şəxs6 miras pay olaraq vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Quba filialından verilmiş 07 avqust 2020-ci il tarixli 857 saylı arxiv çıxarışından görünür ki, Nügədi MTS-nin işçisi S.Z.Hüseynova Quba şəhəri İsmayılzadə küçəsində 59 nömrəli evini söküb yenidən tikməyə icazə verilmiş və ona 600 kv.m torpaq sahəsi ayrılmışdır. İşə əlavə olan 20 fevral 1981-ci ildə verilmiş XV-JQ 729464 № li Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun çıxarışından görünür ki, S.Z.Hüseynov, 27 dekabr 1924-cü ildə Quba rayonunun Çiçi kəndində anadan olmuşdur. İş materiallarında olan evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X3 arasında 03 iyun 1952-ci ildə nikah bağlanmış və 2 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olan AZ-T 137439 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə Qubada anadan olmuş, atası X17, anası X3 qeyd olunub. AZE 0******* № li şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı Bakı şəhəri Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi ev 5a, mənzil 40-da qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 156451 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, S.Z.Hüseynov 07 dekabr 2007-cı ildə ürək damar çatışmamazlığından vəfat etmiş ölüm haqqında akt qeydləri kitabında 210 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. İş materialları ilə müəyyən edilir ki, miras qoyan S.Z.Hüseynov 07 dekabr 2007-ci ildə ölmüşdür. İddiaçı bundan çox illər əvvəl Bakı şəhərinə köçmüşdür, miras qoyan S.Hüseynovun ölümündən sonra iddiaçı ondan qalan miras əmlakı idarə etməmiş, ona sahiblik etməmiş və 6 ay ərzində mirasın qəbul edilməsi barədə notariat kontoruna ərizə verməmişdir. Beləliklə, iddiaçı nə mirası qanuni olaraq ərizə verməklə, nə də faktiki sahiblik etməklə qəbul etməmişdir. Məhkəmə prosesi zamanı İddiaçı miras əmlakın qəbul edilməsi müddətinin 13 il ərzində hansı üzürlü səbəbdən baş verməsini göstərə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək prosessual normanı pozmuşdur. Belə ki, İddiaçı bacıları və qardaşı əvəzinə iddia qaldırmaq hüquqi olmamış və hazırda iddiaçının iddia ərizəsində onlar maraqlı şəxs kimi qismində iş üzrə cəlb edilməsinə baxmayaraq, iddianın dəqiqləşdirmə barədə ərizə verdikdə onların adından mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə olaraq iş materialları ilə və dəqiqləşdirmə barədə ərizədən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onun, qardaşı və bacıları tərəfindən mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Halbu du ki, məhkəməyə hər bir şəxs ayrı-ayrılıqda iddia tələbi sürmək hüququna malikdir və ya tərəfin adından etibarnamə ilə çıxış edən ərizə ilə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbni üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddia əsaslı olmadıgı üçün təmin edilməməli, X7 miras qalmış əmlakların onun vərəsələri tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin keçməsi üzürlü hesab edilməməli və həmin müddət uzadılmamalıdır Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehləri apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh Maraqlı şəxs2, Maraqlı şəxs3 Səttər qızının, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızının, Maraqlı şəxs7 Nemən oğlunun apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin iş üzrə 08 iyun 2021-ci il tarixli 2(027)-563/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Maraqlı şəxs1 Səttər qızına, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 Səttər qızına, Maraqlı şəxs3 Səttər qızına, Maraqlı şəxs6, Maraqlı şəxs7 və Quba Regional Cavabdehəzi notariat kontoruna qarşı mirasın qəbul edilməsi müddətinin uzaldılması tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2737/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2737/2021
11.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver