Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-275/2022 26.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, X1, Ərizəçi2, Ərizəçi7, Ərizəçi6 çıxarışın həmin şəxslərə məxsus olması faktının müəyyən olunması ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(012)-3327/2021-005 nömrəli qətnaməsindən ərizəçi X13 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi7 və Ərizəçi6 “çıxarışın həmin şəxslərə məxsus olması faktının müəyyən olunmasına dair” ərizələri təmin edilməməsi qət edilmişdir. Ərizəçi X13 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ Ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi7 və Ərizəçi6 çıxarışın həmin şəxslərə məxsus olması faktının müəyyən olunmasına dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, RX seriyalı ******* №li çıxarışın Ərizəçi3, Ərizəçi2, Ərizəçi7, Ərizəçi6, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,26 ha torpaq sahəsi RX Seriyalı ******* №li çıxarışla mərhum həyat yoldaşı X11 məxsus olmuşdur. Mərhum həyat yoldaşı X15 05 sentyabr 2017-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşının adına olan çıxarışın onun adına keçirilməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən qurumun 14.10.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, sənəd üzrə qeyd edilən bəzi ad və soyadlarda uyğunsuzluq vardır. Belə ki, mərhum həyat yoldaşı X8 adına olan RX Seriyalı ******* №li çıxarışda hüquq sahibi “Allahverdiyeva Tamaşa” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində "Ərizəçi3” kimi, hüquq sahibi “X3” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi2” kimi, hüquq sahibi “X4” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi7” kimi, hüquq sahibi “X5” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi6” kimi, hüquq sahibi “X9” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi4” kimi, hüquq sahibi “X10” göstərildiyi halda, şəxsiyyət vəsiqəsində “Ərizəçi5” kimi qeyd edildiyi aşkar edilmişdir. Bu səbəbdən də, RX seriyalı ******* №li çıxarışın Ərizəçi3, Ərizəçi2, Ərizəçi7, Ərizəçi6, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının məhkəmə qaydası ilə müəyyən edilməsi zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi X2 Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz, əsassızdır. Maddi və prosessual hüquq normaları pozulmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Ərizəçi5 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər ərizəçilərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən digər ərizəçilərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini faktı təsdiq edən mötəbər sübutların məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan Ərizəçi1 qətnamədən apellyasiya şikayəti verərək nəticəni mübahisələndirsə də, şikayətin məzmunundan görünür ki, o mərhum həyat yoldaşı Ərizəçi1nın adına verilmiş çıxarışda uyğunsuzluq olduğundan, sənəd əldə edə bilməməsini əsas gətirərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdən görünür ki, ərizəçilər Ərizəçi1, Ərizəçi5, Ərizəçi4, Ərizəçi3, Ərizəçi2, Ərizəçi7 və Ərizəçi6 “çıxarışın həmin şəxslərə məxsus olması faktının müəyyən olunmasına dair” ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, RX seriyalı ******* №li çıxarışın Ərizəçi3, Ərizəçi2, Ərizəçi7, Ərizəçi6, Ərizəçi4, Ərizəçi5 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmayıbsa, hüquqi əhəmiyyəti olan digər faktlar da məhkəmə qaydasında müəyyən edilə bilər (MPM-nin 307.1., 307.2.11. maddələri). Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarına əsasən məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir (1.2). Həmin qərarın 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı işdən görünür ki, apellyasiya şikayəti verən şəxsin mərhum həyat yoldaşı X8 adı, soyadı və ata adı qeyd olunan çıxarışda düzgün göstərildiyi halda, digər ərizəçilərin ad və soyadlarında uyğunsuzluq aşkar edilmişdir. Lakin məhkəmə aktından həmin şəxslər deyil, məhz Ərizəçi1 şikayət vermişdir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi1 mərhum həyat yoldaşı Bəsti İsmayılovanın ad, soyad və ata adında hər hansı bir uyğunsuzluq aşkar edilmədiyindən, başqa sözlə desək onun mərhum həyat yoldaşı X8 ad, soyad və ata adı çıxarışda düzgün göstərildiyindən, ona aid mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Bununla yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, reyestr xidməti imtina haqqında bildirişdə həm də torpaq sahəsinin coğrafi vəziyyətinin təqdim edilmiş sənədlər toplusundakı məlumatlarla uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, Ərizəçi1 apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Ərizəçi X6 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-275/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-275/2022
26.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver