Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2753/2021 09.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi və pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim Ə.Q.Ələkbərov) İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, iddia ərizəsinin qaytarılmasının ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etməyə mane olmamasının izah olunması qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Onun Cavabdeh qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə 2020-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin mülki iş Məhkəmənin digər hakiminin icraatında olmuşdur. Bu mülki işlə bağlı məhkəmə qətnamə qəbul etmişdir. Cavabdeh bu qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə bu mülki iş pretenziyanın olmaması səbəbindən baxılmamış saxlanılmışdır. Həmçinin, iddia ərizəsində Cavabdeh ünvan 1 ünvanında yaşaması barədə yaşayış yerindən arayış təqdim olunmuşdur. Məhkəmə bunları nəzərə almadan iddia ərizəsini qanunsuz geri qaytarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2021-ci il tarixli 2(060)-5812/2021 saylı qərardadını ləğv edərək, mülki işi iddia icraatına qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi N.H.İbrahimov şikayətin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh şikayətin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qərardadın dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə istinad edərək göstərmişdir ki, İddiaçı və cavabdeh A.Ş.Hümbətovanın qeydiyyat ünvanı ünvan 2nci instansiya məhkəməsi prosessual qanunverciliyin tətbiqində səhvə yol vermiş və işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. "Yaşayış yeri və olduğu yer haqqında" Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud AR qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarının 19-cu səhifəsində olan Azərbaycan Respublikası 5 saylı MİS-nin tərəfindən 07 aprel 2020-ci il tarixli verilmiş 626 saylı arayışdan görünür ki, Cavabdeh məcburi qaçqın statusuna malikdir və Sumqayıt şəhəri 1-ci mikrorayon, ev 5b/9 mənzil 21də məskunlaşmışdır. Sadalanan hallardan göründüyü kimi tərəflər məlum hadisələrlə əlaqədar məcburi köçkün düşmüşlər, hər iki tərəf Füzuli rayonu, Qarqabazar kəndində qeydiyyatda olsalar da, iddiaçı Hümbətov Zamir Şakir oğlu Sumqayıt şəhəri Sarı-qaya qəsəbəsində yerləşən Günəş pansionatında və cavabdeh X5 “Sarıqaya” qəsəbəsində yerləşən “Günəş” qaçqın düşərgəsində yaşayır. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək apellyasiya instansiyası məhkəməsinin səlahiyyətidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 25 iyun 2021-ci il tarixli 2(060)-5812/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı müqavilələrin ləğv edilməsi və pul tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2753/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2753/2021
09.08.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver