Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2756/2021 14.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4155/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4155/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim A.İ.İsmayılov). Qətnamədən narazı qalan iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4155/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı «təbii X1 üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh qaz sayğacının yararsız hala salınmasına görə hesablanmış 135 manat məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 64.67 manat pulun və 20 manat dövlət rüsumunun tutularaq birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, Cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədən qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar qiymətləndirilməmişdir. “Azəriqaz” İB Sumqayıt QİS tərəfindən cavabdehə abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin tələblərinə əməl etməyərək qaz sayğacına müdaxilə edərək yarasız hala salmış və təbii qazı talamışdır. Birliyin əməkdaşları əməkdaşları tərəfindən cavabdehin istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxiləyə şübhəli olunduğundan növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarılmışdır. İT və Rİ-nin rəyinə əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan birinin kəsilib sayğacın istismara yararsız hala salındığı aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 135 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 64,67 manat, ümuimilikdə 199,67 manat abonuntdən tələb edilmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4155/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddia tələbi və apelyasiya şikayəti əsassızdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4155/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının nümayəndəsini iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan müqavilədən görünür ki, Azəriqaz” İstehsalat Birliyi 02.06.2017-ci il tarixli 3/03876 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana Azəriqaz” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00850 nömrəli abonent kodu verilmişdir. İş materiallarında olan ******* nömrəli, 30.11.2020-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 27/69b saylı evin, 85 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilmiş rəyə görə G-2.5 markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin Plastmas qapağının üzərində olan iki zavod qurğuşun plombdan biri kəsilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 2 mkr., 27/69b saylı evin, 85 saylı mənzilə dair 135 manat borc hesablanmışdır. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh hesablanmış 135 manat borcu 5 gün ərzində ödəməsi üçün xəbərdar edilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 2 mkr., 27/69b saylı evin, 85 saylı mənzilinə quraşdırılmış qaz sayğacı mənzilin daxilində deyil, mənzilin giriş qapısına yaxın hissədə, yəni pilləkan dəhlizində quraşdırılmışdır. Qanunvericiliyin tələblərinə əsasən isə Cavabdeh mənzilə quraşdırılmış qaz sayğacının qorunub saxlanılmasına məsuliyyət daşımır. Bundan başqa iddiaçının nümayəndəsi mənzilə quraşdırılmış qaz sayğacına məhz cavadeh tərəfindən müdaxilə edilməsini qeyd etsə də, iddiasının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübutlar təqdim etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iş materiallarını araşdıraraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X1”nın tələblərinə istinad etməklə haqlı olaraq iddianı təmin etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz cavabdehin sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, iddiaçı təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, cavabdehin zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə borcun hesablanması əsassız olduğu üçün həmin borcun cavabdehdən tələb edilməsi də düzgün deyildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun cavabdeh tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4155/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4155/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2756/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2756/2021
14.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver