Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2764/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, iddiaçı Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 64,44 (altmış dörd manat qırx dörd qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 01 (bir) manatın "xxxx" ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Qətnamədən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elekrik enerjisi üzrə yaranmış 2558,32 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 izahatında apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh enerji təchizatı müəssisəsi ilə elektrik enerjisinin alğı-satqı münasibətində olmuşdur. Buna görə də cavabdeh elektrik enerjisindən EEİQ-nın tələbinə uyğun istifadə etməli idi. EEİQ-nin 9.1-ci maddəsinin tələbinə əsasən istehlakçı sərəncamdakı elektrik qurğularının texniki vəziyyətinə, təklükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərinin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət EnerjiNəzarət” idarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmçinin məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən edilir ki, 09.06.2015-ci il tarixdən-20.11.2020-ci il tarixədək iddiaçının mənzilinə elektrik enerjisindən qanunsuz istifadəyə görə 444,50 manat 007822 nömrəli akta əsasən, 635,98 manat 115480 nömrəli akta əsasən, 489,84 manat 193391 nömrəli akta əsasən, 134,48 manat isə elektrik hesabat sayğacı əsasında hesablanmışdır. 09.06.2015-ci ilədək isə iddiaçının qalıq borcu 978,52 manat təşkil edir. Həmçinin iddiaçı 2015-2021-ci illər ərzində ümumi məbləğdən 135 manat ödəniş etmişdir ki, 24.11.2020-ci il tarixinə qalıq borcu 2558,32 manat təşkil edir. Məhkəmə isə 2016-cı il tarixdə tərtib olunmuş aktlardan ümumiyyətlə ödəniş olunmadığını, həmin aktlar üzrə hesablanmış məbləğin X1yə görə hesablanmış məbləğ olmadığını qeyd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, enerji təchizatı müəssisəsi X1 Qaydalarının pozulması haqqında akt tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-cı ıl tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın tələblərinə uyğun tərtib edir və həmin qaydaların tələblərinə uyğun olaraq elektrik enerjisindən qanunsuz istifadə müddətində sayğacın əvvəlki dövrdə göstəricilərinə uyğun olaraq yenidən hesablaşma aparır. Bu hesablaşma isə itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanır. Yəni abonent elektrik enerjisindən qanunsuz istifadə etdiyi müddətdə akta əsasən hesablanmış məbləğdə X1 etdiyi hesab olunur. Göründüyü kimi akt üzrə hesablanmış məbləğlərdə X1yə görə hesablanmış məbləğlərdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək yaranmış borcu ödəməmişdir. Abunə haqqında çıxarışdan da göründüyü kimi, orada göstərilən borc məbləği ümumi borc məbləğidir, yəni yaranmış borcun sırf elektrik hesabat sayğacı əsasında və ya tərtib edilmiş akta əsasən yarandığını müəyyən etmək olmur. Həmçinin də ödənişlərin hansı təyinat üzrə yəni sayğac üzrə yaranmış borcdan və ya akt üzrə hesablanmış borcdan ödənilməsi barədə hər hansı məlumat yoxdur. 2016-2018-ci il tarixdə tərtib olunmuş akt üzrə, hesablanmış məbləğ abonent tərəfindən bu günə qədər mübahisləndirilməməklə yanaşı, cavabdeh həmin dövrlərdə ödəniş də etmişdir. Göründüyü kimi məhkəmə bütün bunları araşdırmadan, cavabdeh tərəfindən olan ödənişləri hər hansı bir əsas olmadan yalnız sayğac üzrə aparılmış hesabatdan çıxaraq akt üzrə yaranmış borc məbləğindən olan ödənişləri nəzərə almamışdır. Qeyd olunanlara əsadən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1931/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan enerjitəchizatı müəssisəsi ("xxxx" ASC) ilə məişət abonenti (Cavabdeh) arasında bağlanmış 07 fevral 2010-cu il tarixli, 149761 saylı elektrik enerjisinin alğı-satqının birtipli müqaviləsindən görünür ki, tərəflər elektrik enerjisinin alqısatqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “X1 qaydalarını” rəhbər tutmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan borc barədə 24 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 24 noyabr 2020-ci il tarixə istehlak edilmiş elektrik enerjisinə görə 2558,32 manat borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 26 fevral 2021-ci il tarixli sorğusuna əsasən "xxxx" ASC “Şimal” RETSİ-nin 08 aprel 2020-ci il tarixli, 50-01/153 saylı cavabında gösərilmişdir ki, enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən Cavabdeh məxsus mənzilin sayğacına baxış keçirərkən elektrik enerjisinin uçotu və “EEİQ”-na riayət olunması halının pozulması faktı aşkar edilmişdir. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş "X1 qaydaları"na uyğun olaraq 16.12.2016-cı il tarixində NDM 007822 saylı aktla, 09.10.2018ci il tarixində 115480 saylı və 18.09.2020-ci il tarixində 193391 saylı aktlarla rəsmiləşdirilmişdir. İtirilmiş enerjini bərpası məqəsədilə NDM 007822 saylı akta görə 444,50 manat, 115480 saylı akta görə 635,98 manat, 193391 saylı akta görə 489,84 manat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. 19.11.2020-ci ildə 193391 saylı akta əsasən PAUD-MP 106 tipli, **********5 nömrəli ******* dövlət möhürlü sayğacı ilə əvəz edilib. Mənzilin 09.03.2021-ci il tarixə enerjitəchizatçı təşkilata yuxarda qeyd olunmuş səbəblərdən və "Azərenerji” ASC dövründə yaranmış 923,56 manat məbləğdə borcu nəzərə alaraq, enerjitəchizatçı təşkilata cavabdehin 2290,48 manat borcu vardır. Məhkəmə sorğusu əsasında işə əlavə edilmiş görünür ki, iddiaçı təşkilat tərəfindən 16.12.2016-cı il tarixli NDM 007822 saylı akta görə 445,50 manat, 09.10.2018-ci il tarixli 115480 saylı akta görə 635,98 manat və 18.09.2020-ci il tarixli, 193391 saylı akta görə 489,84 manat borc hesablanmışdır. Əlavə olunmuş aktların məzmunundan göründüyü kimi aktların hər biri elektrik sayğacına qanunsuz qoşulma ilə bağlı tərtib edilmişdir. Birinci instansiya məhkəməsi borcun 923,56 manat hissəsinin "Azərenerji” ASC dövründə yaranmasını, həmin borc göstərilən təşkilatın mövcud olduğu dövrə 2015-ci il tarixə qədər yarandığından Mülki Məcəlləsinin 551.2., 551.2.1-ci maddələrinin tələblərinə əsasən tələbetmə müddəti keçməsini müəyyən edərək iddianı (2558,32 - 923,56 - 444,50 - 635,98 - 489,84) 64,44 manat həddində təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qismən əsaslı sayır. Məhkəmə kollegiyası tələbin 923,56 manat hissəsində təmin edilməməsinə qiymət verərək hesab edir ki, qeyd edilən hissədə məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, qeyd edilən 923,56 manat borc "Azərenerji” ASC dövründə yaranmışdır. Həmin borc məbləği qeyd edilən təşkilatın mövcud olduğu dövrə, 2015-ci il tarixə qədər yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.21-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Göründüyü kimi, borc məbləği 2015-ci ilə qədər yaranmışdır və hazırki iddia ərizəsi 14.01.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda qeyd edilən borc üzrə tələbetmə müddəti keçmişdir. Bundan başqa məhkəmə kollegiyası tələbin 16.12.2016-cı il tarixli NDM 007822 saylı akta görə 445,50 manata dair hissəsinə qiymət verərək hesab edir ki, məhkəmə tələbi qeyd edilən hissədə də təmin etməməkdə haqlı olmuşdur. Belə ki, göründüyü kimi, akt 16.12.2016-cı il tarixdə tərtib edilmiş və akt əsasında 445,50 manat borc hesablanmışdır. İşdən görünür ki, iddiaçı təşkilat iddia ərizəsi ilə məhkəməyə 14.01.2021-ci il tarixdə müraciət etmiş, bununla da akt üzrə 3 illik iddia müddətini ötürmüşdür. Belə ki, tərəflər arasında 07 fevral 2010-cu il tarixli, 149761 saylı elektrik enerjisinin alqı-satqının birtipli müqaviləsi bağlanmışdır və bununla da onların aralarında müqavilə öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Bu səbəbdən də qeyd edilən akt üzrə borcu tələb edilməsi müddəti ötürüldüyündən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi sadalanan hissələrdə əsaslı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 09.10.2018-ci il tarixli 115480 saylı akta görə 635,98 manat və 18.09.2020-ci il tarixli 193391 saylı akta görə 489,84 manat borcun tutulması hissəsində gəldiyi nəticədə haqlı olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Aktın əsasında enerjitəchizatı müəssisəsi qeydə alınmamış elektrik enerjisinin miqdarını müəyyən edir və məişət abonentinə əlavə ödəniş sənədi yazır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh barəsində sayğaca qanunsuz qoşulma ilə bağlı 09.10.2018-ci il tarixli, 115480 saylı və 18.09.2020-ci il tarixli, 193391 saylı akt tərtib edilmişdir. Sayğaca qanusuz qoşulma nəticəsində iddiaçı təşkilata ziyan dəymiş və həmin ziyanı tələb etmək də iddiaçı təşkilatın qanunla qorunan hüququdur. Bununla da cavabdeh tərəfindən iddiaçı təşkilata ümumilikdə 635,98 və 489,84 manat ziyan dəymişdir. Qeyd edilən aktılar hazırda qüvvəsindədir və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 09.10.2018-ci il tarixli, 115480 saylı və 18.09.2020-ci il tarixli, 193391 saylı aktları üzrə cavabdehin cəmi 1125,79 manat borcu yaranmışdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, qeyd edilən aktlar tərtib edildikdən sonra cavabdeh tərəfindən 20.09.2020-ci il tarixdə 20 manat, 02.11.2020-ci il tarixdə 20 manat, 21.11.2020-ci il tarixdə 20 manat olmaqla 60 manat ödəniş edilmişdir. Belə olan halda aktlar üzrə hesablanmış 1125,79 manat borcdan 60 manat hissəsi ödənildiyindən cavabdehin 1065,79 manat borcu qalmışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən (635,98+489,84) təmin edildiyindən iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan aktlar üzrə borcun tutulmaması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh 64,44 (altmış dörd manat qırx dörd qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 01 (bir) manatın tutulması, iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1065,79 (min altmış beş manat yetmiş doqquz qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat "xxxx" ASC-nin xeyrinə tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1931/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi Cavabdeh 64,44 (altmış dörd manat qırx dörd qəpik) manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 01 (bir) manatın tutulması, iddia tələbinin təmin edilməməsi hissəsində qismən ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1065,79 (min altmış beş manat yetmiş doqquz qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat, cəmi 1085,79 manat (min səksən beş manat yetmiş doqquz qəpik) məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2764/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2764/2021
19.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver