Məhkəmə qərarları › İş №2(105)-2805/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2805/2020

14.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2805/2020 14.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı1, onun və digər iddiaçıların vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDX DƏDRX-nin 5 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, İ Nügədi kəndindəki 0,6297 ha torpaq sahəsi üzrə Quba rayonu notariat kontorunun xüsusi notariusu X8 tərəfindən 4Ə-2443 reyestr nömrəsi ilə təsdiq edilərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X11 tərəfindən Cavabdeh2 adına verilmiş RX ******* saylı, xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışın ləğv edilməsi və qeyd edilən torpaq sahəsinin iddiaçıların sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinə dair Quba rayonu notariat kontorunun xüsusi notariusu X8 tərəfindən 4Ə- 2443 reyestr nömrəsi təsdiq edilərək Cavabdeh1 və Cavabdeh2 arasında bağlamış AN-İ ******* saylı, xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin torpaq sahəsinə dair RX ******* saylı, xx.xx.2018-ci il tarixli reyestrdən çıxarış ləğv edilmiş, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,6297 ha torpaq sahəsinin İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (X4) sahibliyinə qaytarılması qət edilmişdir. (hakim İ.Məmmədov) Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRXnin 5 saylı X11 qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti verilməsi üçün dövlət rüsumu ödənilmədiyindən, məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyü məsələsini tərəflərin iştirakı ilə müzakirə etməyi zəruri hesab etmişdir. AR ƏMDX DƏDRX-nin 5 saylı X11 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi əsasında ləğv edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X11 tərəfindən Cavabdeh2 adına verilmiş RX ******* saylı, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsaslanaraq Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.6297 ha torpaq sahəsi Cavabdeh2 tərəfindən Qusar rayonu notariat ofisinin xüsusi notariusu Tağıyev Dəyanət Adgözəl oğlu tərəfindən təsdiq edilmiş xx xxx 2020-ci il tarixli, 4Ə-792 reyestr nömrəli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. Həmin müqavilə əsasında Quba rayonu, İ Nügədi kəndində yerləşən 0.6297 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququ əsasında X2 adına xx xxx 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmidir. Bununla da ləğv edilməsi nəzərdə tutulan torpaq sahəsinə dair mülkiyyət hüququ Cavabdeh2 tərəfindən itirilmişdir və bu halda gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyrimümkün olacaqdır. Məhkəmə mübahisəni həll edərkən hər şeydən əvvəl torpaq sahəsinin cavabdehin mülkiyyətində olub-olmamasını, özgəninkiləşdirilməsini, həbsdə olubolmamasını və beləliklə də qətnamənin gələcəkdə icrasının mümkünlüyünü araşdırmalıdır. Lakin bu hallar məhkəmə tərəfindən araşdırılmadığından qətnamə ləğv edilməlidir. İddiaçı1 və iddiaçıların vəkili və nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinə etiraz edib, qeyri-mümkün hesab edilməsini xahiş etdilər. İş üzrə cavabdehlər və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normalarını əsas götürərək məhkəmə kollegiyası işə adları çəkilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apelyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə əsasən məhkəməyə iddia ərizəsi verildikdə və məhkəmə aktlarından apelyasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası «Dövlət rüsumu haqqında» Qanunun 8.4.12-ci maddəsinə əsasən müqavilələrin dəyişdirilməsi və ya ləğv edilməsi barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu tutulur. Qeyd edilən Qanunun 8.4 və 8.4.1-ci maddələrinə əsasən apelyasiya şikayəti verildikdə birinci instansiya məhkəməsinə müraciət edilərkən ödənilməsi tələb edilən dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsindən göründüyü kimi, İddiaçı1 hazırkı iddia ərizəsini verərkən dövlət büdcəsinə 10 manat dövlət rüsumu ödəmişdir. İş materiallarından müəyyən edilir ki, AR ƏMDX DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti verdikdə 20 manat dövlət rüsumunu ödəsə də, bu ödənişin təyinatı üzrə ödənildiyi iş materiallarından görünmür. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən AR ƏMDX DƏDRX-nin 5 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilmədiyindən işə apelyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də, apelyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, birinci instansiya məhkəməsi AR ƏMDX DƏDRX-nin 5 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərərkən Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apelyasiya şikayətinə müəyyən olunmuş məbləğdə dövlət rüsumunun əlavə edilibedilməməsini araşdırmamış və apelyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub hesab edir ki, hazırki halda apelyasiya şikayəti üzrə işə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki iş sadalanan mülki prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402-ci maddələrinirəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-1270/2020 saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏMDX DƏDRX-nin 5 saylı X11 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apell-----ya--si-ya Məhkə-mə-si vasitəsi ilə Azər-bayc-an Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şika--yəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar