Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2824/2020 20.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5638/2020 saylı qərardadından cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətin tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda İddiaçı iddianı təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək, ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 88E ünvanına elektrik enerjisinin verilməsinin dayandırılmasının cavabdeh “xxxxxxxx” ASC-nə qadağan edilməsi və elektrik enerjisinin bərpa olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5638/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi,8E ünvana (Abunə kodu: **********02595) elektrik enerjisinin verilməsinin dayandırılmasının cavabdeh «xxxxxxxx» ASC-nə qadağan edilməsi və həmin ünvana elektrik enerjisinin verilməsinin bərpa olunması qərara alınmışdır (hakim Azər İsmayılov) Qərardaddan cavabdeh «xxxxxxxx» ASC tərəfindən şikayət verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5638/2020 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5638/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh xxxxxxxx» ASC-nin şaikyəti onunla əsalandırılmışdır ki, qərardad əsaslandırılmadığından və məhkəmə tərəfindən gələcəkdə qəbul edilən qətnamənin icrası ilə heç bir əlaqəsi olmadığından ləğv edilməlidir. Belə ki, iddiaçının ərizəsindən görünür ki, elektrik enerjisindən istifadə qaydalarının pozulması aşkar edilərək faktla bağlı akt tərtib edilməklə sərfiyyat hesablanmış, lakin ödəniş edilməmişdir. Elektrik enerjisinin verilişinin dayandırılmasının qadağan edilməsi təşkilatın hüquqlarını məhdudlaşdırır. İşə baxılıb qurtaranadək aylarla istifadə ediləcək elektrik enerjisinin dəyərini də ödəməməyə şərait yaradılacaqdır. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5638/2020 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.2-ci maddəsinə istinad edərək ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbində cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktın etibarsız hesab edlməsi və akta əsasən hesablanmış 8071,80 manat borcun silinməsini xahiş etmişdir. Bununla da iddiaçı elektrik enerjisinə görə yaranmış borcu mübahisələndirmişdir. Hazırki iddia üzrə məhkəmə proseslərinin uzun müddət çəkəcəyi nəzərə alınarsa iddiaçının evinə elektrik enerjisinin verilməsinin dayandırılması istehlakçı kimi onun hüquqlarını pozacaqdır və məhkəmə proseslərinin davam edəcəyi dövrlər iddiaçı elektrik enerjisindən istifadə edə bilməyəcəkdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi təmin ediləcəyi halda, yəni hesablanmış cərimə silinəcəyi halda iddiaçının yaşadığı mənzil üzrə elektrik enerjisinə görə borc olmayacaqdır. Bununla da borc olmayacağı halda elektrik enerjisinin dayandırılması istehlakçı kimi iddiaçının hüquqlarını pozacaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qanunvericiliyin tələblərinə görə iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.2-158.1.3-cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehə müəyyən hərəkətləri etməyi və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə iddianın təmin tədbiri barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-5638/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2824/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2824/2020
20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver