Məhkəmə qərarları › İş №2(105)-2829/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2829/2021

20.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2829/2021 20.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi X3 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)-999/2021 saylı qətnaməsindən İddiaçı nümayəndəsi T.Ə.Hacıyevin verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)-999/2021 saylı qətnaməsi ilə (hakim E.T.Məmmədov) İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 167,30 manat və 1,35 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 168,65 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına tutulması qət edilmişdir. İddiaçı nümayəndəsi T.Ə.Hacıyev apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)-999/2021 saylı qətnaməsininin iddianın təmin edilməmiş hissəsində ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-yə vurulmuş 3795,40 manat manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 3825,40 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azəriqaz” İstehsalat Birliyi 30.09.2016-cı il tarixli, T/15047 nömrəli “Qaz paylayıcısı ilə məişət caz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********02960 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və X5”nın tələblərinə əməl etmək) və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” 20.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 927 manat, 28.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 691,2 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akt əsasında 115,2 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 57,6 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 64,8 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 103,8 manat; 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,2 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,2 manat; 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,2 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat; 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat; 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat; 30.09.2039-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,2 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,2 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,2 manat; 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,2 manat; 17.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 167,3 manat olmaqla, cəmi 3739,70 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən iddiaçı zəriqaz” İB-yə ödənilməli borc məbləği itirilmiş təbii qazın dəyəri üzrə hazırda qalıq borcla birlikdə ümumi olaraq 3795,4 manat (55,7 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) təşkil etməkdədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı İB-nin nümayəndəsi T.Ə.Hacıyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 19 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 77.1, 77.2, 88, 217.1, 218.1-ci maddələrinin və «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanunun 6.2, 6.5, 20, 22-ci bəndlərinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddianın tam təmin ediməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçı tərəfin verdiyi apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan olan 20.01.2018-ci il tarixli ******* saylı akt əsasında 927 manat, 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 691,2 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 115,2 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,6 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,8 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 103,8 manat; 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat; 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat; 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat; 30.09.2039-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,4 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,2 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,2 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,2 manat; 17.03.2020-ci il tarixli ******* saylı akt əsasında 167,3 manat olmaqla, cəmi 3739,70 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş «X5»nın 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırlması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.4 və 4.9-cu bəndlərinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Zədələnmiş qaz sayğacının (hesablama mexanizimlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. “X5”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsinə dəfələrlə təklif edilməsinə baxmayaraq, Birliyin əməkdaşları tərəfindən cavabdehin yaşayış evinə qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma halları barədə tərtib olunmuş aktlar üzrə iştirak etmiş şəxslərin şahid qismində dindirilməsi üçün heç bir tədbir görülməmiş, ekspertiza təyin edilməsi barədə apelyaisya şikayətinin dəlilini əsaslandıra bilməmiş, hansı ekspertizanın təyin edilməsi və nə kimi xüsusuatların araşdırılması hallarını göstərə bilməmiş, iş materiallarına əlavə edilmiş fotoşəkillər kserosurət olub, nə vaxt, hansı akt tərtib olunan zaman çəkildiyini təsdiq edə bilməmiş, itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq olaraq hansı tədbirlərin görülməsi və sayğacdan kənar qaz xəttinin ləğv edilməsi barədə başqa bir sübut təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində İddiaçı İB-nə maddi zərərin dəyməsi halı təsdiq edildikdən sonra bir daha bu hala yol verməyəcəyinə nəzarət olunması və Cavabdeh sayğac vasitəsi ilə istifadə etməsi üçün tədbirlər görülməsinə nəzərət İddiaçı İB-nin vəzifəsi olmuşdur. Belə olan halda 20.01.2018-ci il tarixdən etibarən 17.03.2020-ci il tarixə qədər müxtəlif tarixlərdə tərtib olunmuş aktlar digər sübutlarla öz təsdiqini tapmadığından maddi ziyanın tutulması üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası işin faktiki hallarina və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “X5”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyərinə görə ilk 20.01.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 927 manat və 55,70 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri olmaqla, cəmi 982,70 manat məbləğində pul vəsaitinin tutulması hissəsində iddia tələbi əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər aktlar əsasında hesablanmış zərərin tutulması hissəsində dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsasən formal mülahizələrdir və apellyasiya şikayətinin tələb edilən formada tam təmin edilməsi üçün əsas ola bilməz. İddiaçı tərəf apellyasiya şikayətinin dəlillərini və iddianın tam təmin olunmasını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 20.01.2018-ci il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” akt əsasında hesablanmış 927 manat və 55,70 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri olmaqla, cəmi 982,70 manat məbləğində pul vəsaitinin tutulub İddiaçı hesabına ödənilməsi hissəsində işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddia tələbinin «İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 20.01.2018ci il tarixli, ******* saylı “Təbii X5nın pozulması haqqında” akt əsasında hesablanmış 927 manat və 55,70 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri olmaqla, cəmi 982,70 manat pulun tutulması» hissəsində ləğv olunub, iddia həmin hissədə təmin olunmalı və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 7,77 manat hissəsi cavabdeh X1 alınıb, İddiaçı hesabına ödənilməli və dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 4,07 manat hissəsi cavabdeh X1 alınıb, İddiaçı hesabına ödənilməli və dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı nümayəndəsi T.Ə.Hacıyevin verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)-999/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh «Təbii X5nın pozulması haqqında» 20.01.2018-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 927 manat və 55,70 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri olmaqla, cəmi 982,70 manat məbləğində pul vəsaiti tutulub İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 7,77 manat hissəsi cavabdeh X1 alınıb, İddiaçı hesabına ödənilsin və dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun 4,07 manat hissəsi cavabdeh X1 alınıb, İddiaçı hesabına ödənilsin və dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar