Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-283/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqavilələrinin, reyestr qeydlərinin və reyestrdən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 21 sentyabr 2013-cü il tarixdə verilmiş reyestrdə 2V/01-385, 2V/01- 386 nömrə ilə qeyd edilmiş mülkiyyət hüququ haqqında şəhadətnamələr və bununla əlaqədar aparılmış qeydiyyatlar etibarsız hesab edilmiş, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, 20.12.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, 12.09.2014-cü il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 02.07.2019-cu il qeydiyyat tarixli, **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 24.08.2019-cu il qeydiyyat tarixli, MH ******* nömrəli, ********** qeydiyyat nömrəli, 20.12.2013-cü il qeydiyyat tarixli, RX ******* nömrəli, ********** qeydiyyat nömrəli, 12.09.2014-cü il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 02.07.2019-cu il qeydiyyat tarixli, **********40-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 24.08.2019-cu il qeydiyyat tarixli çıxarışlar və bununla bağlı aparılmış qeydiyyatlar, Quba rayon notariat kontorunun xüsusi notariusu Zaur Dəmirov tərəfindən 01.04.2014-cü il tarixdə verilmiş reyestrdə 4ə/01-359, 4ə/01-360 nömrə ilə qeydə alınmış bağışlama müqavilələri və bununla əlaqədar aparılmış qeydiyyatlar, Bakı şəhəri 5 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 04.07.2014-cu il tarixdə verilmiş reyestrdə 2V85, 2V-86 nömrə ilə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və bununla bağlı aparılmış qeydiyyatlar ləğv edilmişdir. (hakim R.Həsənov) Qətnamədən narazı qalan Cavabdeh4 apellyasiya şikayət verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılmalıdır. Belə ki, işə apelyasiya qaydasında baxılarkən məlum olmuşdur ki, İddiaçı Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizə ilə həmin məhkəməyə müraciət etmişdir. Bu halı işdə olan Quba Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(027)- 305/2020 saylı məktubu təsdiq edir. Quba Rayon Məhkəməsinin həmin məktubundan görünür ki, məhkəmənin qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə İddiaçı ərizəsi məhkəməyə daxil olmuşdur və həmin ərizənin müzakirə edilməsi üçün mülki iş geri tələb olunur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə ərizənin AR MPM-nin 228-ci maddəsinə əsasən həll edilməsi üçün mülki iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq, həmin məhkəməyə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 361-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh2nə, Cavabdeh3 və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, bağışlama müqavilələrinin, reyestr qeydlərinin və reyestrdən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli, 2(027)-305/2020 saylı qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması barədə İddiaçı ərizəsinin AR MPM-nin 228-ci maddəsinin tələblərinə əsasən həll edilməsi üçün iş apelyasiya məhkəməsinin baxışından çıxarılaraq, həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-283/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-283/2021
24.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver