Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2848/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-551/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)-551/2021 saylı qətnaməsi ilə ioddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 252 manat və 2,60 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 254,60 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına tutulması qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)-551/2021 saylı qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-yə vurulmuş 2903 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2933 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər iddianın rədd olunmuş hissəsinə münasibətdə işin faktiki və həqiqi hallarına uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddətə davam edən təqsirli və qanunazidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulması nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hesablanmış və tərtib olunmuş aktlarla da rəsmiləşdirilmiş zərər məbləğidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-551/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsinin iddianın rədd olunmuş hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə İddiaçı İB-nə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)- 551/2021 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialarında olan 30.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 858,20 manat; 27.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 201,60 manat; 03.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 147,60 manat; 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; 30.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat olmaqla, ümumilikdə 2903 manat ziyan dəydiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi 30.04.2020-ci il tarixli ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsasında Cavabdeh sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 252 manat borcunun olmasının sübuta yetirilməsi, lakin qalan aktlar üzrə borclarının həqiqətən Cavabdeh tərəfindən kənar xətdən istifadə olunması nəticəsində olmasının sübuta yetirilməməsi əsası ilə iddianı göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kopllegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, məhkəmə Cavabdeh məxsus evdə sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktını müəyyən etsə də, yekunda iddianı qeyd edilən hissədə təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Cavabdeh özünə məxsus fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin aşkar olunmuş, bu fakt iş materiallarında olan fotoşəkillərlə təsdiq edilmişdir. İş materiallarından görünür ki, 30.01.2018-ci il tarixli ******* saylı akt əsasında 858,20 manat; 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; 03.06.2019cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat olmaqla, ümumilikdə 2903 cərimə ziyan hesablanılmışdır. Göründüyü kimi, cavabdehin qaz sayğacına qanunsuz müdaxiləsi aşkar edilərək barəsində akt tərtib edilməsinə baxmayaraq cavabdeh qaz sayğacına təkrar qoşularaq qazdan qanunsuz istifadə etmiş, hər dəfə akt tərtib edilərək çəkilişlər aparılmışdır. İş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi, çəkilişlər fərqli zamanlarda aparılmış və sayğaca qanunsuz qoşulmalar da fərqli şəkildə olmuşdur. Bu səbəbdən də qeyd edilən halın iddiaçı tərəfindən hərəkətsizliyi kimi qəbul etmək əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, 30.01.2018-ci il tarixli ******* saylı akt tərtib edilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadəsinin aşkar edilməsi göstərilmiş, digər aktlarda isə sayğaca kənar xəttin aşkarlanması göstərilmişdir. Hazırki halda sayğaca cavabdeh tərəfindən kənar qoşulma halı aktlar və fotoşəkillərlə müəyyən edilsə də 30.01.2018-ci il tarixli ******* saylı akt tərtib edilərkən cavabdehin qazdan qeyri-qanuni istifadə etməsi halını təsdiq edəcək sübut təqdim edilməmişdir. Belə olan halda, cavabdehin qazdan qeyri-qanuni istifadə etməsi sübuta yetirilmədiyi üçün iddia tələbi 30.01.2018-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 858,20 manat borc hissəsində təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən qaz sayğacına fərqli zamanlarda qanunsuz qoşulması işin təkzib edilməz halıdır. Qaz sayğacına qanusuz qoşulma nəticəsində iddiaçı təşkilata ziyan dəymiş və həmin ziyanı tələb etmək də iddiaçı təşkilatın qanunla qorunan hüququdur. Bu səbəbdən də ayrıayrılıqda cavabdeh barəsində akt tərtib edilməsi iddiaçı təşkilatın hərəkətsizliyi kimi də qiymətləndirilməməlidir. Belə ki, ilk aktlar tərtib edildikdən sonra cavabdehin təkrar qaz sayğacına qanunsuz qoşulması iş materiallarına əlavə edilmiş fotoşəkillərlə təsdiqini tapmışdır. Bununla da cavabdeh tərəfindən iddiaçı təşkilata ümumilikdə 2044,8 manat manat ziyan vurmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun 28 manat hissəsi də cavabdehdən tutularaq iddiaçı təşkilatın hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməli, iddia tələbi 27.02.2018-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat; 03.06.2019-cu il tarixli ******* saylı akt əsasında 147,60 manat; 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.02.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, cəmi 1792,8 manat borcun tutulması hissəsində təmin edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dövlət rüsumunun tutulmasına dair və iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv olunmalı, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh Cavad oğlundan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1792,8 manat və 28 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1820,8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(012)-551/2021 saylı qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh Cavad oğlundan təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1792,8 manat və 28 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1820,8 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2848/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2848/2021
21.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver