Məhkəmə qərarları › İş №2(105)-2862/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2862/2021

19.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2862/2021 19.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şahmirzə qızına qarşı əqdin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)- 58/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şahmirzə qızına qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı əsasında X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş digər rəsmi sənədlərin etibarsız hesab edilməsi, JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət hüquqlarına dair edilmiş qeydlərin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə əsasən məhkəməyə müraciət edərək, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı əsasında X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş digər rəsmi sənədlərin etibarsız hesab edilməsi, 29 mart 1997-ci il tarixli, 03 saylı qərar əsasında X3, X5, X2, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət hüquqlarına dair edilmiş qeydlərin ləğv edilməsi, 29 mart 1997-ci il tarixli, 03 saylı qərar əsasında X3, X5, X2, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin elektron məlumat bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-58/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə X7, X8, Cavabdeh3 Şahmirzə qızı, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-58/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsinin təmin ediulmiş hissədə ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 2(027)-58/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ilə razılaşmır. Hesab edir ki, bu qətnamə əsassızdır və ləğv edilməlidir. Həmin qətnamə qəbul edilərkən məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Bildirir ki, məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iki eyni nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən birində iki möhür, digərində isə yalnız bir möhür vardır. Həmçinin qeyd olunur ki, “Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5-saylı Xaçmaz Ərazi idarəsinin 15.03.2021-ci il tarixli məlumatından görünür ki, JN-206A KOD 30310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, lakin elektron məlumat bazasında öz əksini tapmışdır.” Elə DƏDRX-nin cavabından aydın olur ki, elektron məlumat bazasında məhz mübahisələndirilən şəhadətnamə qeyd olunub. İddiaçıların əlində olan şəhadətnamə isə ümumiyyətlə elektron bazada yoxdur. Məhkəmə həmin şəhadətnamənin elektron bazada olub-olmamasını aydınlaşdırmamışdır. Eyni tərəflər arasında bu torpaq sahəsinə dair başqa məhkəmə qətnaməsi qəbul edilərkən də, hazırki şəhadətnamələrdən məhz onlarda olan nüsxənin etibarlı olması öz təsdiqini tapmışdır, iddiaçıların qeyd etdiyi 0,20 ha torpaq sahəsi isə ümumiyyətlə mövcud deyildir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-58/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmuş hissəsində ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyib göstərdi ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15.03.2021-ci il tarixli məlumatından görünür ki, JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, lakin elektron məlumat bazasında öz əksini tapmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, yəni mövcud olmamış subyektiv hüquqlar elektron məlumat bazasında əks oluna bilməzdi. Elektron məlumat bazasında olan məlumat qanunsuzdur. Digər tərəfdən elektron məlumat bazasında edilmiş qeyd yanlış məlumat olmaqla hüquqverici məlumat deyildir. Digər tərəfdən, iş materiallarında olan JN - 96F saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən göründüyü kimi Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəlvələ kənd ərazisindən fərdi yaşayış evi tikmək məqsədi ilə 0,20 ha torpaq sahəsi Cavabdeh3 Şahmirzə qızının mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evi tikmək məqsədi AİK-nın qərarı ilə bir şəxsə iki torpaq sahəsi ayrılmır. İddiaçının qeyd etdiyi 0,20 ha torpaq sahəsinin mövcud olmaması barədə apellyasiya şikayətində göstərilən hal həm də onunla təkzib olunur ki, AİK tərəfindən ayrılımış torpaq sahəsində cavabdehlə faktiki nikah münasibəti başlandığı 2000-ci il tarixdə o, fərdi yaşayış ev tikərək orada yaşamağa başlamış, həmin evdə cavabdehlə birlikdə təsərrüfat idarə etmiş, orada yaşadığı dövrdə cavabdehlə birgə iki övladı doğulmuş, boya-başa çatmış, övladları bu günə qədər onunla birgə həmin evdə yaşayırlar. X1 Azərbaycan Vətən Müharibəsi qazisi və ikinci qrup əlilidir. X4 ev təsərrüfatı ilə məşğuldur. Biz hazırda mübahisəli fərdi yaşayış sahəsində daimi yaşayır. Qeyd etdiklərimə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 2(027)-58/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon AİKnın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə verilib, lakin X9 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmayıb. İş materiallarında olan JN-206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon AİKnın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu, Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilib, həm Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən, həm də X9 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. İş materiallarında olan JN-96F saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Quba rayon AİKnın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.20 ha torpaq sahəsi Cavabdeh3 Şahmirzə qızının mülkiyyətinə verilib, Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən, həm də X9 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin 15.03.2021ci il tarixli məlumatından görünür ki, JN-206A KOD 30310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin surətinin verilməsi ilə bağlı Quba Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(027)- 1038/2021 saylı məktubuna Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmış və qeyd edilmişdir ki, JN-206A KOD 30310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, lakin elektron məlumat bazasında öz əksini tapmışdır. Həmin şəhadətnamənin təsdiq olunmuş arxiv surətindən məlum olur ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsi X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə verilib, lakin X9 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmayıb. Birinci instansiya məhkəməsi müəyyəın etmişdir ki, Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı ilə Quba rayonu Vəl-Vələ kəndi ərazisindən fərdi yaşayış evi tikmək məqsədilə 0.06 ha torpaq sahəsinin X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə verilməsi barədə JN-206A KOD 30310018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”si ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməməsini, X9 Komitəsinin Quba rayon Torpaq şöbəsi tərəfindən imza və möhürlə təsdiq olunmamasını müəyyən edərək iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı məhkəməyə müraciət edərək Quba rayon AİK-nın 29 mart 1997-ci il tarixli, 03 saylı qəran əsasında X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsi ilə əlaqəli JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş digər rəsmi sənədlərin etibarsız hesab edilməsi, 29 mart 1997-ci il tarixli, 03 saylı qərar əsasında X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN- 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 adlarına mülkiyyət hüquqlarına dair edilmiş qeydlərin ləğv edilməsi, 29 mart 1997-ci il tarixli, 03 saylı qərar əsasında X3, X5, Cavabdeh3 Şahmirzə qızının, Cavabdeh2 və Cavabdeh1 birgə mülkiyyətinə 0,06 ha həyətyanı torpaq sahəsinin verilməsinə dair JN - 206A saylı, KOD 30310018 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin elektron məlumat bazasından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının ləğv edilməsini xahiş etdiyi şəhadətnamənin əsasını Quba rayon Aqrar İslahat Komissiyasının 29 mart 1997-ci il tarixli, 03 saylı qərarı təşkil edir. Əslində tələb həmin qərarın və onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və şəhadətnamənin ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Quba rayon Aqrar İslahat Komissiyası (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-58/2021 saylı 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-58/2021 saylı, 17 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şahmirzə qızına qarşı əqdin etibarsız hesab edilməsi və qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar