Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2879/2020 27.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı, cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3, cavabdehlərin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızına qarşı evdən çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadından cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2 Samir oğlu, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızına qarşı evdən çıxarılma, maddi və mənəvi ziyan iddia tələbləri ilə məhkəməyə müraciət edərək cavabdehlərin və digər şəxslərin Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı evdən çıxarılmalarını, evin açarları ilə birlikdə təhvil verilməsini, cavabdehlərdən 7770 (yeddi min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyan məbləğinin, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızı Abşeron rayonu, Digah qəsəbəsi, H.Rəhmanov küçəsi, 43 saylı evdən çıxarılsınlar ev İddiaçı təhvil verilməsi, mənəvi zərərə görə 2000 manat və 30,40 manat dövlət rüsumuna görə pul Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızından müştərək qaydada tutulub İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər və maraqlı şəxs Səfərov Səbuhi Cavabdeh2 oğlu apelyasiya şikayəti vermişlər. Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə onların apelyasiya şikayətləri müddət ötürülmədən verilmiş hesab edilmiş və baxılması üçün iş materialları ilə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanması barədə məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ləğv edilmiş və cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızının və Səfərov Səbuhi Cavabdeh2 verdiyi apelyasiya şikayətinin MPM-nin 360, 362,363-cü maddələrinə uyğunluğunun yoxlanması üçün mülki iş müəyyən göstərişlərlə Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızının Abşeron Rayon Məhkəməsinin 2(012)564/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilmiş və onların apelyasiya şikayətləri baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmiş,Səfərov Səbuhi Cavabdeh2 oğlunun Abşeron Rayon Məhkəməsinin 2(012)- 564/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayəti isə geri qaytarılmışdır. Bundan narazı qalan iddiaçı şikayət verərək Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsini və apelyasiya şikayətinin geri qaytarılmasını məhkəmədən xahiş etmiş,məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli , 2(105)-1549/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin aparılması üçün müəyyən göstərişlərlə iş materialları Abşeron rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızının və Səfərov Səbuhi Cavabdeh2 verdiyi apelyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Qərardaddan cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3, Cavabdeh4ə Cavabdeh2 qızı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər xəbərdar edilməmişlər. Məhkəmə işə onlarış iştirakı olmadan baxmışdır. Məhkəmə qətnamədə göstərmişdir ki, "bildirişin kötüyünün digər qaydada qrafikasının qarşısında "imza" və oxunması çətinlik törədən "ad" qeyd olunmuşdur". Bildirmək istəyir ki, qəsdən ad elə yazılmışdır ki, oxunması mümkün olmasın və lazım gəldikdə bildirilsin ki, guya cavabdehlər kötüyü qəbul etmişlər. Əslində ad və imza cavadehlərə məxsus deyil, məhkəmə iclasının vaxtı və yeri barədə onlar xəbərdar edilməmişlər. Onlar yalnız İcra və Probasiya şöbəsinə çağırıldıqdan və evdən çıxarılacağı onlara bildirildikdən sonra bu barədə məlumatları olmuşdur və cavabdeh İcra və Probasiya şöbəsində bildirişə imza edib götürmüş, Abşeron Rayon Məhkəməsinə gələrək qətnamənin surətini istəmiş, lakin qətnaməni ona verməmişlər, dəfələrlə gedib-gəlmiş, qətnaməni ala bilməmiş, məcburiyyət qarşısında qalıb ona müraciət etmiş və onun vasitəsi ilə çox çətinliklə qətnamənin surəti alınmışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Abşeron Rayon Məhkəməsinin 2(012)- 564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadından cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızı tərəfindən verilmiş şikayətin təmin edilməsini xahiş edir.. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayəti müdafiə edərək Abşeron rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadından verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Səfərov Cavabdeh2 şikayəti müdafiə edərək Abşeron rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadından verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 şikayəti müdafiə edərək Abşeron rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadından verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 şikayəti müdafiə edərək Abşeron rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadından verilmiş şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı Abşeron rayon Məhkəməsinin 2(012)- 564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasənşikayət təmin edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi qətnamənin cavabdehlər Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin surətinin tərəflərə göndərilməsini, cavabdehlərə göndərilmiş məhkəmə qətnaməsinin surətinin isə xx.xx.2019-cu il tarixdə məhkəmə bildiriş vərəqəsinin kötüyünün digər qaydada qrafasının qarşısında “imza” və oxunması çətinlik törədən “ad” qeyd edilməklə qəbul edilməsini, cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmalarını, lakin məhkəmə iclaslarında iştirak etmədiklərindən məhkəmə onların iştirakı olmadan işə baxmasını, qeyd edilən qətnaməni qəbul etməsini, cavabdehlərin xx.xx.2019-cu il tarixdə məhkəmə bildiriş vərəqəsinin kötüyünün digər qaydada qrafasının qarşısında “imza” və oxunması çətinlik törədən “ad” qeydnin onlara aid olmadığını bildirsələr də, qeyd edilən qətnaməyə dair Abşeron rayon İcra və Probasiya şöbəsindən götürülmüş və məhkəmə prosesində tərəflərin iştirakları ilə tədqiq edilmiş 87716/2019-27-3 saylı icra işinin materiallarına əsasən icra məmuru tərəfindən xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilməsini, bu barədə elə həmin tarixdə tərəflərə məlumat verilməsini, borclular tərəfindən icra sənədində göstərilən tələbin 10 gün müddətində icra edilmədiyindən icra məmurunun xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu ilə cavabdehlər bu barədə bir daha xəbərdar olmalarını, icra işində olan həmin xəbərdarlıq məktubunun üzərində Cavabdeh1 tərəfindən edilmiş xx.xx.2019cu il tarixli qeydə əsasən xəbərdarlıq məktubunu qəbul etməsini, Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin qeyd edilən qətnaməsini məhkəmədə qəbzə imza etməklə xx xxxxxxx 2019-cu il tarixdə qəbul etməsini, xx xxxxxxx 2019-cu il tarixdə isə cavabdehlər və Səfərov Səbuhi Cavabdeh2 oğlunun qeyd edilən qətnamədən apelyasiya şikayəti verməsini, müddətin ötürülməsini müəyyən edərək apelyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir Həmin Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Mülki-Prosessual Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki-Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə tərəflərə xx.xx.2019-cu il tarixdə göndərilməsi barədə məktub olsa da, qətnamənin alınmasını təsdiq edən xəbərnamədə qətnamənin digər qaydada xx.xx.2019-cu il tarixdə alınması göstərilmişdir. Qeyd edilən xəbərnamə cavadbehlər tərəfindən mübahisələndirilmiş, həmin xəbərnamənin cavabdehlər tərəfindən imzalanaraq məhkəmə qətnaməsinin qəbul edilməsi öz təsdiqini tapmamışdır. İş materiallarından (i.v.63) görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək qətnamənin cavabdehlər tərəfindən alınmamasını, bu səbəbdən qətnamənin onlara təqdim edilməsini xahiş etmiş, məhkəmə qətnaməsini xx.xx.2019-cu il tarixdə qəbzə imza etməklə almışdır. İş materiallarından görünür ki, cavabdehlər apelyasiya şikayətini xx.xx.2019-cu il tarixdə məhkəmətə təqdim etmişlər. Göründüyü kimi, cavabdehlərin qətnaməni alması barədə iş materiallarında sübut yoxdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi sübut olmadığı halda, qətnamənin iş materiallarında olan xəbərnaməyə əsasən xx.xx.2019-cu il tarixdə alınması, eləcə də icra şöbəsində qətnamə barədə xx.xx.2019-cu il tarixdə məlumatlı olmasını qeyd etmişdir. Prosessual müddətin axımı, müddətin sonu və apelyasiya şikayəti verilməsi müddəti ilə bağlı yuxarıda sadalanan prosessual-hüquq normaları və işin halları baxımından cavabdehlər müddəti ötürməmiş və bu əsasla onun apelyasiya şikayətinin geri qaytarılması AR Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinin tələblərinə uyğun olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası cavabdehlərin məhkəmə qətnaməsindən xx.xx.2019-cu il tarixdə icra şöbəsi vasitəsi ilə məlumatlı olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Hazırki halda isə cavabdehlərin icra şöbəsində xx.xx.2019-cu il tarixdə məhkəmə qətnaməsinin mövcudluğu barədə məlumatlı olması onların məhkəmə qətnaməsinin rəsmi qaydada təqdim edilməsi kimi qəbul edlə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlərin şikayəti təmin edilməli, Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2017-cı il tarixli, 2(060)- 11005/2016 saylı qərardadı ləğv edilməli, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2016cı il tarixli, 2(060)11005/2016 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadı ləğv edilməli, Abşeron rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən apelyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli, qərardadı ləğv edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-564/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(060)11005/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Səfərov Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4ə Cavabdeh2 qızı və maraqlı şəxs Səfərov Səbuhi Cavabdeh2 oğlunun apelyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2879/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2879/2020
27.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver