Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2880/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Ərizəçi, maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-482/2021 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-482/2021 saylı qətnaməsi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin rədd edilməsi qət edilmişdir (hakim Adil Vəliyev). Ərizəçi apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənədlərin, yəni KOD 30107038 JN: 236 saylı Torpağa mülkiyyət hüququna X9nın və JN:026A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 mülkiyyətlərinə 2.84 hektar pay torpaq və 0.20 hektar həyətyanı torpaq sahələri verilmiş, torpaq sahələri üzərində mülkiyyət hüquqları KOD 30107038 JN: 236 saylı Torpağa mülkiyyət hüququna X9 və JN:026A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmiş, Dövlət Aktı qeydiyyat kitabında 6 nömrə ilə, Şəhadətnamə isə 027 nömrə ilə qeydiyyata alınmışdır. KOD 30107038 JN: 236 saylı Torpağa mülkiyyət hüququna X8 və JN:026A saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 Komissiyası tərəfindən səhvlərə yol verilmiş, mülkiyyətçilərdən Ərizəçi JN: 236 saylı Dövlət Aktında adı Teyfə əvəzinə səhvən Töyfə”, ata adı isə səhvən “Paşa qızı”, JN: 026A saylı Şəhadətnamədə isə ata adı səhvən “Daşdi qızı” yazılmışdır. Aqrar İslahat Komissiyası tərəfindən göstərilən səhvlərin buraxılması Qusar rayon İHB-nın Gündüzqala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 20 avqust 2019-cu il tarixli, 705 saylı arayışı ilə, AZ 309305 saylı Doğum Şəhadətnaməsinin surəti ilə, AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surəti ilə, həmçinin İ-JQ 334284 saylı nikah şəhadətnaməsinin surəti və 18 yanvar 2021-ci il tarixli, 54 saylı arayışı ilə təsdiqlənir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin ləğv edildiyi üçün Dövlət Aktında və Şəhadətnamədə buraxılmış səhvlərin düzəliş edilməsi məqsədi ilə rəsmi ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi 02 oktyabr 2019-cu il tarixli, **********57 və 06 noyabr 2020-ci il tarixli, **********02 saylı məktublarla KOD 30107038 JN: 236 saylı Dövlət Aktında və JN: 026A saylı Şəhadətnamədə hüquq sahibinin adında və atasının adında yaranmış uyğunsuzluğu aradan qaldırmaq və düzəlişin həyata keçirilməsinin idarənin səlahiyyətlərinə aid olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. KOD 30107038 JN: 236 saylı Dövlət Aktında və JN: 026A saylı Şəhadətnamədə mülkiyyətçilərdən yalnız bir nəfərin, yəni Ərizəçi adında və atasının adında səhvlərə yol verilmiş, sənədlərdən Dövlət Aktında “Töyfə”, “Paşa qızı”, Şəhadətnamədə isə “Daşdi qızı” yazılmışdır. Qusar rayonunun Gündüzqala kəndində X3 və ya Ərizəçi Daşdi qızı adlı şəxs olmamış və yoxdur, mülkiyyətçi Ərizəçi adı və atasının adı sənədlərdə səhv yazılmışdır. Yuxarıda qeyd olunduğu kimi KOD 30107038 JN: 236 saylı Dövlət Aktının və JN: 026A saylı Şəhadətnamənin Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 məxsus olması faktının müəyyən edilməsi, 2.84 hektar pay torpaq və 0.20 hektar həyətyanı torpaq sahələri üzərində sərəncam hüququnun həyata keçirilməsi üçün zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasinın iclasında Ərizəçi apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Qusar Rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə ailə üzvlərinin, yəni Maraqlı şəxs2, Ərizəçi, Maraqlı şəxs4 və Maraqlı şəxs3 mülkiyyətinə 2,84 ha pay torpaq və 0,20 ha həyətyanı torpaq sahələri verilmiş, torpaq sahələri üzərində mülkiyyət hüquqları KOD 30107038 JN:236 saylı Torpağa Mülkiyyət Hüququna X9 və JN:026A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə rəsmiləşdirilmiş, Dövlət Aktı qeydiyyat kitabında 6 nömrə ilə, Şəhadətnamə 027 nömrə ilə qeydiyyata alınmışdır. KOD 30107038 JN:236 saylı Torpağa Mülkiyyət Hüququna X8 və JN:026A saylı X1 Komissiyası tərəfindən səhvlərə yol verilmiş, mülkiyyətçilərdən Ərizəçi JN:236 saylı Dövlət Aktında adı Teyfə əvəzinə səhvən Töyfə”, atasının adı Qonaq qızı əvəzinə səhvən “Paşa qızı”, JN:026A saylı Şəhadətnamədə isə atasının adı səhvən “Daşdi qızı”, yazılmışdır. Aqrar İslahat Komissiyası tərəfindən göstərilən səhvlərin buraxılması Qusar rayon İHB-nın Qusar rayonunun Gündüzqala kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin 20 avqust 2019-cu il tarixli, 705 saylı arayışı ilə, A3 309305 saylı doğum şəhadətnaməsinin surəti ilə, AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surəti ilə, həmçinin İ-5KT 334284 saylı nikah şəhadətnaməsinin surəti və 18 yanvar 2021-ci il tarixli, 54 saylı arayışı ilə təsdiqlənir. Qusar rayonu, Gündüzqala kənd sakini olmaqla, həmin kənddə ailəsi ilə birlikdə yaşayır, bu xüsusat rəsmi sənədlərlə təsdiqlənir. Məhkəmə baxışında verdiyi izahatda göstərilən faktları məhkəmənin nəzərinə çatdıraraq qeyd etmişdir ki, ailəsində və ümumiyyətlə Qusar rayonun Gündüzqala kəndində X4 və ya Ərizəçi Daşdi qızı adlı şəxs olmamış və yoxdur. Bu xüsusat Gedəzeyxur kənd İƏD nümayəndəliyinin rəsmi arayışları ilə təsdiqlənir. Məhkəməyə təqdim etdiyi ərizədə, həmçinin məhkəmə baxışında verdiyi izahatda qeyd etmişdir ki, Agrar İslahat Komissiyasının fəaliyyətinə 2003-cü ildə xitam verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-482/2021 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs2 apellyasiya şikayətini qəbul edərək təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)- 482/2021 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs3 apellyasiya şikayətini qəbul edərək təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)- 482/2021 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs4 apellyasiya şikayətini qəbul edərək təmin edilməsini, Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)- 482/2021 saylı qətnaməsinin ləğv edilməsini və ərizənin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan olan KOD 30107038 JN:236 saylı, 18 aprel 2002-ci il tarixli torpağa mülkiyyət hüququna X9nın surətindən görünür ki, Qusar rayonu, Gündüzqala kəndində yerləşən 2.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə Maraqlı şəxs2, X2, Maraqlı şəxs4 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan KOD 30107038 JN:026A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu, Gündüzqala kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə Maraqlı şəxs2, Ərizəçi Daşdi qızının, Maraqlı şəxs4 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27.08.2020-ci il tarixli, 671 saylı arayışdan görünür ki, JN-236 kod 30107038 saylı torpağa mülkiyyət hüququna dövlət aktında Ərizəçi Paşa qızı əvəzinə Ərizəçi oxunmalıdır. İşdə olan Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18.01.2021-ci il tarixli, 54 saylı arayışdan görünür ki, JN236 kod 30107038 saylı torpağa mülkiyyət hüququna X8 Ərizəçi Paşa qızı əvəzinə Ərizəçi oxunmalıdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 02.10.2019-cu il tarixli, **********57 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN-026A KOD 30107038 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Maraqlı şəxs2 tövsiyyə edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 06.11.2020-ci il tarixli, **********02 saylı məktubdan görünür ki, DT və XK tərəfindən verilmiş JN-236 KOD 30107038 saylı torpağa mülkiyyətə hüququna X8 qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Bununla bağlı məhkəməyə müraciət etməsi Maraqlı şəxs2 tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından göründüyü kimi Qusar rayonu, Gündüzqala kəndində yerləşən 2.84 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarı ilə Maraqlı şəxs2, X2, Maraqlı şəxs4 və Maraqlı şəxs3, həmçinin Aqrar İslahat Komissiyasının eyni tarixli və saylı qərarı ilə 0.20 hektar həyətyanı torpaq sahəsi Maraqlı şəxs2, Ərizəçi Daşdi qızının, Maraqlı şəxs4 və Maraqlı şəxs3 xüsusi mülkiyyətlərinə verilmişdir. X5 və Şəhadətnamənin verilməsinə əsas olmuş Qusar rayon Aqrar islahat Komissiyasının 29 oktyabr 1997-ci il tarixli, 15/1 saylı qərarında ərizəçinin adının və ata adının səhv göstərilməsi isə ərizəçi tərəfindən həmin vaxtdan indiyədək mübahisələndirilməmiş, həmin qərar dəyişdirilməmiş, hazırda qüvvədədir. Həmçinin həmin qərar əsasında verilmiş Dövlət aktı və Şəhadətnamə də hazıradək iddia icraatı qaydasında mübahisələndirilməmiş, hazırda qüvvədədirlər. İş materiallarından görünür ki, ərizəçinin istinad etdiyi Qusar rayon İHB-nın Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli, 671 saylı və 18 yanvar 2021-ci il tarixli, 54 saylı arayışları isə məhkəmə qəbul etməmişdir. Belə ki, həmin arayışlarda JN-236 kod 30107038 saylı torpağa mülkiyyət hüququna X8 Ərizəçi Paşa qızı əvəzinə Ərizəçi oxunmalı olduğu göstərilsə də həmin arayışlar ümumi xarakterli olmaqla ərizənin təmin olunması üçün istinad oluna bilən mötəbər və ziddiyyətsiz sübutlar deyildir. X6 və Şəhadətnamədə ərizəçinin ata adının səhv yazılması və həmin şəxsin məhz Ərizəçi olması qeyd edilən arayışlarla aradan qaldırılan hal deyildir. Bununla da ərizəçinin istinad etdiyi hallarla bağlı, yəni torpağa mülkiyyət hüququna X8 Ərizəçi adının “Töyfə”, ata adının isə səhvən “Paşa qızı”, torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə ata adının səhvən “Daşdi qızı” kimi qeyd edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa məlum Dövlət Aktının və Şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının həmin qərarlarında hər hansı dəyişiklik olunmadan, Dövlət Aktında və Şəhadətnamədə ərizəçinin soyad, ad və ya ata adının səhv yazılmasını, həmin şəxslərin əslində məhz ərizəçi olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, KOD 30107038 JN:236 saylı torpağa mülkiyyət hüququna X9nın və KOD 30107038 JN:026A saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ərizəçiyə məxsus olması faktına dair həmin şəxs tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən və bu hal məhkəmə tədqiqi zamanı öz təsdiqini tapmadığından, həmçinin yuxarıda göstərilən əsaslara görə ərizəçinin maraqlı şəxs DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və qeyrilərinə qarşı hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş məktublardan görünür ki, Dövlət Aktında və şəhadətnamədə qeyd olunmuş hüquq sahiblərinin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi həmin idarənin səlahiyyətlərinə aid deyildir. Lakin buna baxmayaraq ərizəçi ərizəsində maraqlı tərəf kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsini qeyd etmişdir, yəni sənədlərdə olan yanlışlıqların düzəldilməsi vəzifəsinin maralı şəxsə həvalə edilməsini xahiş edir. Halbuki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddiaya cavab verən şəxs deyildir. Azərbaycan Respüblikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin hazırki işdə ərizəçi tərəfindən belə bir ərizə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiaysı hesab edir ki, məhkəmə haqlı olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Beləki, qeyd edilən dəlillər araşdırılaraq qətnamədə onlara qiymət verilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Qusar Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(029)-482/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ərizəçi apellyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2880/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2880/2021
02.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver