Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2891/2021 26.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvanında yerləşən 8 saylı mənzil cavabdehlər tərəfindən boşaldılması və bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASC-yə təhvil veriməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A ünvanında yerləşən 8 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı ASC Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüququnun itirilmiş hesab olunması və əmlakın boşaldılaraq təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli 2(060)286/2017 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, Cavabdeh5 cəmi 64965,10 ABŞ dolları məbləğində borcun və 90 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə və Cavabdeh5 mülkiyyət hüququ əsasında məxsus ünvan 2 ünvanında yerləşən 19 saylı mənzilə yönəldilməsi qət edilmişdir. "xxxx" MMC-nin hərracın nəticələri haqqında 28.09.2018-ci il tarixli №Y-340 saylı yekun protokoluna əsasən ilkin hərrac qiyməti 45000 manat olan ipoteka predmeti Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil 28688 manata satılmışdır. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28.09.2018-ci il tarixli müqaviləyə əsasən ipoteka predmeti olan Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus ünvan 1 ünvanında yerləşən 8 saylı mənzil “RabitəbankASC-nin mülkiyyətinə verilmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnaməyə, keçirilmiş hərracın yekunlarına dair protokola məhəl qoymayaraq cavabdehlər fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Bu da “Rabitəbank ASC-nin öz qanuni mülkiyyət hüququnu həyata keçirməyə imkan vermir. Azərbaycan Respublikasının Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının MİS-nin 10.07.2014-cü il tarixli №1856 saylı 2 nömrəli formada arayışına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 sözügedən fərdi yaşayış evində qeydiyyatdadırlar. İddiaçı ASC yuxarıda göstərilmiş fərdi yaşayış evinin və torpaq sahəsinin qanuni mülkiyyətçisidir, lakin cavabdehlərin qanunsuz hərəkətlərinə görə “Rabitəbank ASC mülkiyyət hüququnun bütün elementlərinə sahib olmadığından faktiki mülkiyyət hüququnu həyata keçirə bilmir. Cavabdehlərin qanunsuz əməlləri, qanuni mülkiyyətçi “Rabitəbank ASC-nin mülkiyyət hüququnu tam realizə etməyə imkan vermir, habelə əmlak üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Qeyd olunanlara əsasən məhkəmədən ünvan 3 ünvanında yerləşən 8 saylı mənzilin cavabdehlər tərəfindən boşaldılması, bütün əşyaları çıxarılmaqla boşaldılmış vəziyyətdə İddiaçı ASCyə təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən 8 saylı mənzilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 istifadə hüquqlarının itirilmiş hesab olunması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASCnə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC tərəfindən qanunsuz olaraq ünvan 4 ünvanında yerləşən 8 saylı mənzildən çıxarılmaları tələb olunur. Onun və ailə üzvlərinin istifadə hüququ əsassız olaraq məhdudlaşdırılır. Qeyd edir ki, ailə üzvləri və o, həmin fərdi yaşayış evində qeydiyyatdadırlar və hazırda mübahisəli fərdi yaşayış evindən başqa yaşayış yerləri yoxdur. Baxmayaraq ki, onun evi girov qoyulmuşdur, ancaq krediti qızı Cavabdeh5 əldə etmiş və pulun böyük hissəsini ödəmişdir. Həmçinin ona məxsus başqa bir mənzil də girovdadır. Eyni zamanda bank nəzərə almır ki, onların başqa yaşamağa yeri yoxdur və ona hər hansı güzəştlər etmir. O və oğlu Cavabdeh4 hər iki Qarabağ müharibəsi iştirakçılarıdırlar. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-286/2017 saylı, 27 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək 12.07.2014-cü il tarixli, sm5250 saylı əlavə kredit müqaviləsindən irəli gələn 12.07.2017-ci il tarixə ödənilməmiş 48499,58 ABŞ dolları əsas borc, 15965,52 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 64965,10 (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğidə borc Cavabdeh5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 21.07.2014-cü il tarixli, sm5250/1 saylı ipoteka müqaviləsinə və Cavabdeh1 ilə bağlanmış 12.07.2014-cü il tarixli, sm5250 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 19 saylı mənzilə və ünvan 7əşən 8 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan ünvan 5 ünvanında yerləşən 19 saylı mənzilin ilkin satış qiyməti 50000 manat müəyyən edilmiş, ipoteka predmeti olan ünvan 7əşən 8 saylı mənzilin ilkin satış qiyməti isə 45000 manat müəyyən edilmiş, ipotekaya qoyulmuş ünvan 6 ünvanında yerləşən 19 saylı mənzil və ünvan 7əşən 8 saylı mənzilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 12.07.2014-cü il tarixli, sm5250 saylı əsas kredit müqaviləsi üzrə 12.07.2017-ci il tarixə ödənilməmiş 64965,10 (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən eldiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) ABŞ dolları məbləğində pulun iddiaçı «Rabitəbank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına Cavabdeh5 banka olan borcu ödənildikdən sonra qalan məbləğ Cavabdeh5 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 60 manat ipoteka predmetinə tutmanın yönəldilməsi üçün, ödənilmiş 30 manat dövlət rüsumu və xidmət haqqı, cəmi 90 manatın Cavabdeh5 iddiaçı “Rabitəbank" ASCnin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 8 İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 04.02.2021-ci il tarixdə tam xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 28 sentyabr 2018-ci il tarixli, Y-340 saylı hərracın nəticələri haqqında yekun protokolun əslindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A, 8 saylı mənzili 28688 manata İddiaçı Açıq Səhmdar Cəmiyyəti almışdır. İş materiallarına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 28 sentyabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 36/20A, 8 saylı mənzil 28688 manata İddiaçı Açıq Səhmdar Cəmiyyətinə satılmışdır. İş materiallarına əlavə edilmiş, Sumqayıt şəhəri, 6 saylı MKS tərəfindən verilmiş forma 2 saylı arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhəri, 2-ci mikrorayon, 20a/36 saylı evin, 8 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş, Sumqayıt şəhəri, 6 saylı MKS tərəfindən verilmiş 19.05.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 8 ünvanı ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev20a/36, mənzil 8 eyni ünvandır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 həmin ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Müəyyən edilmişdir ki, mübahisəli ünvan 8 qanuni əsaslarla İddiaçı ASC-nin xüsusi mülkiyyətinə keçmiş və daşınmaz əmlakın dövlət reyestrində 04.02.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Mübahisəli mənzilin mülkiyyət hüququ iddiaçıya keçməsinə baxmayaraq cavabdehlər evi boşaldıb, iddiaçıya təhvil verməkdən yayınırlar. İş materiallarından göründüyü kimi iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də həmin hüquqların tam həyata keçirilməsinə cavabdehlərin mənzili təhvil verməməsi maneçilik törədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməlidir. Müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada 10 (on) manat alınaraq iddiacının xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, cavabdeh qətnamənin ləğv olunmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Lakin apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Bundan başqa apelyant qeyd etmişdir ki, mübahisəli mənzil onun və ailə üzvlərinin yeganə yaşayış yeridir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, cavabdeh mübahisəli mənzili girov qoymuş, ailə üzvləri də buna razılıq vermiş və eləcə də mənzilə tutma yönəldikdə onu dərhal boşaltmağı öhdələrinə götürmüş, bu barədə notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmişlər. Bundan başqa iş materiallarından görünür ki, mübahisəli mənzil hərrac yolu ilə satılmış və hazırda iddiaçının mülkiyyətindədir, cavabdehlərin məzili boşaltmamaları iddiaçının hüquqlarını pozur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(060)-2930/2021 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 oğlunun apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2891/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2891/2021
26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver