Məhkəmə qərarları › İş №2(105)-2931/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2931/2020

02.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2931/2020 02.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Maraqlı şəxs iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-476/2020 saylı qərardadından Maraqlı şəxs verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-476/2020 saylı qərardadı ilə (hakim C.İ.Səfiyeva) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddianın təmini barədə ərizəsi təmin edilib, Cavabdeh1 mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi qadağan edilmiş, qərardadın dərhal icra edilməsi və qərardadın icrasının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X2 həvalə edilməsi qərara alınmışdır. Maraqlı şəxs şikayət verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-476/2020 saylı qərardadının ləğv olunub, mülkiyyətində olan “Hyundai Sonata” minik markalı, AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş qadağanın götürülməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-476/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında “Hyundai Sonata” minik markalı AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin satışı ilə əlaqədar bağlanmış xx xxxx 2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, alğı-satqının predmeti olan “Hyundai Sonata” minik markalı, AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı özgəninkişləşdirilmənin, müəyyən hərəkətlər edilməsini cavabdehlərə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Maraqlı şəxs verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən mülkiyyət hüququnun müdafiəsinə dair Azərbaycan Respublikası Konstitusiyasının 13; 29-cu maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1; 152.5-ci maddələrinin və prosesual qanunverciliyin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Sumqayıt RQİ və TBŞ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AD seriyalı, 716419 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şöhadətnaməsinə əsasən “Hyundai Sonata” minik markalı AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil onun adına dövlət qeydiyyatına alınmışdır. Hazırda birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardad ilə onun mülkiyyət hüququ pozulmuş olur. Ona görə də iddianın təmini tədbiri barədə ərizə qanunsuz və əsassız olduğundan təmin edilə bilməz və birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, alğı-satqının predmeti olan “Hyundai Sonata” minik markalı, AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı özgəninkişləşdirilmənin, müəyyən hərəkətlər edilməsini cavabdehlərə və digər şəxslərə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt RQİ və TBŞ tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AD seriyalı, 716419 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şöhadətnaməsinə əsasən “Hyundai Sonata” minik markalı AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil Maraqlı şəxs adına dövlət qeydiyyatına alınmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 arasında “Hyundai Sonata” minik markalı, AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısını mübahisələndirir. Lakin mübahisə predmeti olan əmlak hazırda Maraqlı şəxs mülkiyyətindədir, sözügedən avtomobil cavabdehlərin qanuni sahibliyində, istifadəsində və mülkiyyətində olmadığından maraqlı şəxsin mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması sonuncunun hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nın 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İdianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Müəyyən hərəkətləri etməyin cavabdehə qadağan edilməsi Azərbaycan Respublikası MPM-nın 158.1.2-ci maddəsində iddianı təmin etmə tədbiri kimi nəzərdə tutulmuşdur. İddianın təmin edilməsində əsas məqsəd məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüz olacağı hallarla bağlıdır. Məhkəmə iddiaçının iddia tələblərinin icrasını gələcəkdə təmin etmək məqsədi ilə cavabdehə müəyyən hərəkətləri etməyi qadağan etmək hüququna malikdir. Bu halda qanunvericilik təmin olunması ehtimal olunan tələblərin məhkəmə tərəfindən təmin olunacağı təqdirdə maneə olmadan cavabdeh tərəfindən ödənilməsi (həyata keçirməsini) təmin etmək məqsədini güdür, lakin bu zaman məhkəmə cavabdeh tərəfindən iddia tələblərinin gələcəkdə icrasına maneə törədilə biləcəyi hərəkətlərin dairəsini dəqiq müəyyən etməli, həmin hərəkətlərin cavabdeh tərəfindən edilməsinə abstrakt baxımdan deyil, onların real olaraq törədilməsi baxımından yanaşmalıdır. İddianın təmini tədbiri prosessual bərabərlik baxımından mübahisə predmetinə münasibətdə hər iki tərəfin, həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğun olmalıdır. İddianı təmin etmə tədbirləri məhkəməyə verilməsi ilə qorunan əmlak mənafelərinin müdafiəsinin sürətləndirilmiş vasitəsi olduğuna görə, bu tədbirlərin tətbiqindən ötrü sübutların mübahisənin mahiyyəti üzrə həlli üçün zəruri olan həcmdə məhkəməyə təqdim edilməsi tələb olunmur. Əks halda iddianı təmin etmə tədbirləri öz əhəmiyyətini itirmiş olar. Ona görə də bu tədbirlərin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş işdə iştirak edən şəxsin pozulmuş və ya mübahisəli hüququnun mövcudluğunu təsdiq edən sübutun məhkəməyə təqdim olunması həmin tədbirləri tətbiq etmək üçün kifayətdir. İddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyrimümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməklə, sadalanan mülki-prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Ona görə də, Maraqlı şəxs verdiyi şikayət təmin edilərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-476/2020 saylı qərardadı və şikayətin təmin edilməyib işin apelyasiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)- 476/2020 saylı qərardad ləğv edilməli, İddiaçı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, alğı-satqının predmeti olan “Hyundai Sonata” minik markalı, AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı özgəninkişləşdirilmənin, müəyyən hərəkətlər edilməsini cavabdehlərə və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: Maraqlı şəxs verdiyi şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-476/2020 saylı qərardadı və şikayətin təmin edilməyib işin apelyasiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-476/2020 saylı qərardad ləğv edilsin. İddiaçı mübahisəyə mahiyyəti üzrə baxılıb qurtaranadək, alğı-satqının predmeti olan “Hyundai Sonata” minik markalı, AZ ** SC *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı özgəninkişləşdirilmənin, müəyyən hərəkətlər edilməsini cavabdehlərə və digər şəxslərə qadağan edilməsinə dair iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar