Məhkəmə qərarları › İş №2(105)-2957/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2957/2020

04.11.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2957/2020 04.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-3040\2019 saylı qərardadından İddiaçı verdiyi şikayət üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-3040\2019 saylı qərardadı ilə (hakim İ.Ə.Xəlilov ) Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-3040/2019 saylı qətnaməsindəki yalnışlığın düzəldilməsinə dair İddiaçı ərizəsi təmin edilməmişdir. İddiaçı şikayət verib, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 3040/2019 saylı qərardadının ləğv edilərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-3040/2019 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2016-cı il tarixdə «xxxxxxxx» ASC-nin Xaçmaz Rayon Şöbəsi tərəfindən 098282 saylı Aktda ona yazılmış 462 manat cərimənin və aktın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-3040/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, «xxxxxxxx» ASC tərəfindən İddiaçı hesablanmış 462 (dörd yüz altmış iki) manat məbləğində borc silinmiş, iddianın qalan hissəsi təmin edilməmişdir. İddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-3040/2019 saylı qətnaməsindəki yanlışlığın düzəldilməsinə dair ərizə ilə məhkəməyə müraciət edib göstərmişdir ki, məhkəmənin xx.xx.2019-cu il tarixli, 2(067)-3040/2019 saylı qətnaməsi ilə iddiası qismən təmin edilib, «xxxxxxxx» ASC tərəfindən ona hesablanmış 462 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilsə də, elektrik borcu silinməmişdir. Qətnamənin icrası ilə bağlı icra şöbəsinə müraciət etdikdə ona bildirilmişdir ki, məhkəmə qətnaməsi əsasında **********00026 saylı abonent kodu üzrə borc silinmişdir. Sonradan ona məlum olmuşdur ki, iddia ərizəsində abonent kodunu səhv yazmışdır. Onun abonent kodu əslində **********00102-dir. Ona görə də, qətnamədə göstərilmiş abonent kodunun **********00102 kimi oxunması barədə düzəliş aparılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizəsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh «xxxxxxxx» ASC-yə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi İddiaçı qətnamədə yol verilmiş yalnışlığın düzəldilməsinə dair ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi göstərmişdir ki, iddiaçının səhvi nəticəsində yazılmış abonent kodunun məhkəmə səhvi kimi qiymətləndirilməklə qətnamədə yalnışlıq kimi düzəldilməsi yolverilməzdir. Bununla yanaşı birinci instansiya məhkəməsi göstərmişdir ki, məhkəmə məhz həmin abubnə kodunun iddiaçıya məxsus olması barədə hər hansı sənədə istinad etməmiş, məhz həmin kodun iddiaçıya məxsus olması və buna görə də, borcun silinməli olmasına dair yekun nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh təəfin verdiyi apelyasiya şikayətini və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarmaqla düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALİR: İddiaçı verdiyi şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-3040\2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar