Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2968/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X9 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(029)-427/2021 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(029)-427/2021 saylı qətnaməsi ilə (hakim A.Y.Vəliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X12, X13, X6 və X1 qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddia təmin edilib, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair İddiaçı, digər ½ hissəsinə dair isə mərhum X4 mülkiyyət hüququ müəyyən edilmiş və ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum X7 məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik hüququ müəyyən olunmaqla həmin mirasın İddiaçı tərəfindən qəbul edilməsi müddəti, ötürülməsinin səbəbləri üzürlü sayılmaqla uzadılsın və həmin mirasa dair İddiaçı vərəsəlik hüququ tanınmışdır. Cavabdeh2 apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(029)-427/2021 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh1nə və qeyrilərinə qarşı mirasın qəbul edilməsi müddətinin uzadılması və əmlaka dair vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə dair onun, digər ½ hissəsinə dair isə mərhum əri X4 mülkiyyət hüququnun müəyyən edilməsi; ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin mərhum X29a məxsus ½ hissəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin mirasa dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 10.09.1960-cı il tarixdə X11 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından X12, X14, X13, X6, X5 və Cavabdeh2 anadan olmuşlar. ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi əri X11 ilə onun birgə nikahları dövründə əldə edilmişdir. X29 01.09.2012-ci il tarixdə vəfat etmişdir. Həmçinin, oğlu Azər Gərəyxanov ərindən uzun müddət əvvəl-yəni 24.10.1992-ci il tarixdə vəfat etmişdir. X29 vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi fərdi yaşayış evi onun tərəfindən miras kimi faktiki qəbul edilmiş və həmin ev yalnız onun sahibliyinə və idarəçiliyinə keçmişdir. Övladlarının heç biri X29un mirasından pay tələb etməmişlər, bu barədə notarial qaydada təsdiqlənən ərizələr vermişlər. Heç bir vərəsə mirasdan pay tələb etmədiyinə görə o, ərizə ilə Cavabdeh1nə müraciət edərək həmin evin və həyətyanı torpaq sahəsinin X29un payına düşən hissəsinə dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin, həmin notariat ofisi ona vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Buna səbəb kimi isə qızı Cavabdeh2 sonradan mirasdan pay tələb etməsi göstərilmişdir. Halbuki, qızı Sədaqət uzun müddət mirasdan pay tələb etməmiş, bu barədə susmuş və hətta notarial qaydada ərizə verərək mirasdan pay tələb etmədiyini bildirmişdir. Qeyd etmək istəyir ki, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi onunla X18 birgə nikahı dövründə əldə edildiyindən həmin evlə torpaq sahəsi bütövlükdə onun miras kütləsinə daxil edilə bilməz. Çünki, həmin əmlaklarda onun mülkiyyət payı vardır. Həmin pay bərabər olmaqla ½ hissə təşkil edir. Bununla da, həmin əmlakların ½ hissəsi mərhum ərinin miras kütləsinə daxil edilməli və həmin hissəyə dair qanun üzrə vərəsəlik müəyyən olunmalıdır. Bundan başqa, yuxarıda qeyd etdiyi kimi, həmin əmlakları miras əmlak kimi ondan başqa digər vərəsələr qəbul etməmişlər və mirasa dair susmuşlar. Onların susmaları bu barədə notarial qaydada verdikləri ərizələri ilə təsdiq olunur. Onların mirasa dair susmaları Mülki Məcəllənin 1273-1-ci maddəsinə uyğun olaraq mirasdan imtina kimi qiymətləndirilməlidir. O, isə notariat orqanına vaxtında ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edir. Cavabdeh1 yuxarıda qeyd etdiyi mirasa dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsini verməməsi əsassızdır. Ona görə də, həmin mirasın onun tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilərək həmin hüquqları tanınmamalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, , Qusar Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvəlki iclasında üçüncü şəxs X13 apellyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, üçüncü şəxslər X12, X6 və X1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işdə iştirak etməyən şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 12.01.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X4 adına qeydiyyata alınmışdır. Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.12.2017-ci il tarixli “nikah haqqında akt qeydi”ndən çıxarışdan görünür ki, X11 ilə X19 arasındakı nikah 10 sentyabr 1960-cı il tarixdə Qusar RİHB-nın Yuxarı Tahircal kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyində 08 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Ziyafət Tahirova “Gərəyxanova” soyadı verilmişdir. AZ-İ 781400 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X11 01 sentyabr 2012ci i tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 sentyabr 2012-ci il tarixdə 134 nömrə ilə qeyd edilmişdir. Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi daisə üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli, 2862 nömrəli arayışdan görünür ki, 01 sentyabr 2012-ci ildə vəfat etmiş mərhum X11 vəfat etdiyi günədək ünvan 1 evdə yaşamış və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: 1.İddiaçı–h/yol 2.X15 3.X6 4.X5 5.X13 6.Cavabdeh2 7.X16-vəfat edib. Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.06.2013-cü il tarixli, İV-JQ 360148 saylı ölüm haqqında arayışdan görünür ki, X16 24 oktyabr 1992-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 oktyabr 1992-ci il tarixdə 97 nömrə ilə qeyd edilmişdir. X8 15.07.2013-cü il tarixli, X10 31 avqust 2013-cü il tarixli, Cavabdeh2 18.07.2013-cü il tarixli və X2 18.07.2013-cü il tarixli notariat qaydasında təsdiq olunmuş ərizələrindən görünür ki, onlar 01 sentyabr 2012-ci ildə vəfat etmiş mərhum X3 miras qalmış əmlakları, onlara çatan payı, nə faktiki, nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmişlər, halhazırda qəbul etmirlər. 6 aylıq müddəti buraxmışlar, həmin müddətin bərpası üçün və payın tələbi ilə əlaqədar gələcəkdə məhkəməyə müraciət etməyəcəklər. Cavabdeh1 tərəfindən verilmiş 17 fevral 2021-ci il tarixli, X166 saylı məktubdan görünür ki, İddiaçı həmin notariat ofisinə 01 sentyabr 2012-ci ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, X4 qızı Cavabdeh2 həmin notariat ofisinə atası Şafiddin Gərəyxanovdan miras qalan əmlakdan miras payının qəbul edilməsi barədə müraciət edərək pay bölgüsü ilə bağlı narazılığını bildirmişdir. Bu səbəbdən də, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Cavabdeh1 tərəfindən Cavabdeh2 ünvanlanmış 18 aprel 2019-cu il tarixli X-268 saylı məktubdan görünür ki, onun həmin notariat ofisinə müraciətinə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, o, 18.07.2013-cü il tarixdə notariat orqanına 01.09.2012-ci ildə vəfat etmiş X3 miras qalmış əmlakdan özünə çatan miras payından imtina olunmasına dair ərizə vermişdir. Həmçinin, Mülki Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Bununla bağlı hər hansı bir mübahisəsi varsa, həmin mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilir. Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş 09 iyun 2021-ci il tarixli, X-590 saylı məktubdan görünür ki, 18 iyul 2013-cü il tarixdə Cavabdeh2, 01 sentyabr 2012-ci ildə vəfat etmiş X3 miras qalmış əmlaka dair miras payından imtina olunmasına dair ərizə vermişdir. Qeyd olunan ərizəyə imza etmiş Cavabdeh2 imzasının həqiqiliyi notarial formada təsdiq edilmiş və ərizə hal-hazırda qüvvədədir. Həmçinin, bundan əlavə Cavabdeh2 11 aprel 2019cu il tarixdə əlavə ərizə yazaraq həmin ərizəni poçt göndərişi vasitəsilə Cavabdeh1nə göndərərək 2012-ci ildə vəfat etmiş atası X3 miras qalmış, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh2 müraciətinə 18 aprel 2019-cu il tarixdə cavab verilərək ona Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsənin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəsinin geri götürülməsinin mümkün olmadığını bildirmişdir. Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1938-ci ildə Qusar rayonu Üzdən-oba kəndində anadan olmuş, Qusar şəhəri S.Süleyman (S.Stalski) küçəsində 60 nömrəli evdə yaşayır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı 10.09.1960-cı il tarixdə X11 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından X12, X14, X13, X6, X5 və Cavabdeh2 anadan olmuşlar. Bundan başqa, ünvan 1 ünvanda yerləşən 0.0524 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi iddiaçı ilə X11 ilə onun birgə nikahları dövründə əldə edilmişdir. Şafiddin Gərəyxanov 01.09.2012-ci il tarixdə vəfat etmişdir. Həmçinin, onların övladları Azər Gərəyxanov həmin şəxsdən əvvəl-yəni 24.10.1992-ci il tarixdə vəfat etmişdir. X21 vəfat etdikdən sonra yuxarıda qeyd etdiyi fərdi yaşayış evi iddiaçı tərəfindən miras kimi faktiki qəbul edilmiş və həmin ev onun sahibliyinə və idarəçiliyinə keçmiş, hazırda həmin evdə qeydiyyatda olmaqla orada yaşayır. X18 övladlarının heç biri həmin mirasından pay tələb etməmişlər, pay tələbi ilə bağlı notariat orqanına ərizə verməmişlər, Adil, Asəf, Sevinc və Sədaqət Gərəyxanov(a)lar isə əksinə mirası qəbul etmək niyyətlərinin olmaması barədə notarial qaydada təsdiqlənən ərizələr vermişlər, bununla da, mirasa dair susmuşlar. Cavabdeh2 mirasa dair susması barədə 18.07.2013-cü il tarixdə notariat qaydasında təsdiqlənən ərizə verməsinə baxmayaraq, sonradan mirasdan pay tələb etməsi barədə Cavabdeh1nə yeni bir ərizə vermiş, lakin, ona mirasdan imtina barədə ərizənin geri götürülməsinin mümkün olmadığı izah edilmişdir. İddiaçı mirasın qəbul edilməsi ilə bağlı ərizə ilə Cavabdeh1nə müraciət edərək həmin evin və həyətyanı torpaq sahəsinin X29un payına düşən hissəsinə dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş, lakin, həmin notariat ofisi ona vərəsəlik şəhgadətnaməsinin verilməsindən imtina etmişdir. Buna səbəb kimi isə qızı Cavabdeh2 sonradan mirasdan pay tələb etməsi göstərilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Birinci instansiya məhkəməsi sadalanan maddələrinə istinadən heab etmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0524 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə yalnız X18 adına qeydiyyata alınsa da, həmin əmlaklar iddiaçı ilə X18 birgə nikahları dövründə əldə edildiyindən həmin əmlaklara dair iddiaçının ½ hissə mülkiyyət payı müəyyən edilməli və qalan ½ hissə X18 miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Həmin Məcəllənin 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Həmin Məcəllənin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Həmin Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdeh2 veridiyi apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən və apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 2(029)-427/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2968/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2968/2021
10.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver