Məhkəmə qərarları › İş №2(105)-2972/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2972/2021

23.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2972/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi Nümayəndə, Cavabdeh5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X44 Xidmət mərkəzi notariat kontoru, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X44 Xidmət mətkəzi notariat kontoru, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin olunmamışdır (hakim Vüqar Seyidov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon İ Nügədi kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli, 30 nömrəli vəsiyyətnaməyə əsasən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə X8 vərəsəlik hüququnun müəyyən edilməsi və həmin vərəsəlik hüququ üzrə Mehman Nadirovdan qalmış miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanusuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçının miras qoyan nənəsi X19 bütün əmlakını, o cümlədən Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsini və onun üstündə tikilmiş 4 (dörd) otaqlı evi iddiaçının atası X10 vəsiyyət etmişdir. X2mış əmanət kassasında olan pulu alaraq müalicəsinə xərclədiyi üçün faktiki olaraq nənədən qalmış miras əmlakını qəbul etmişdir. Hətta Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(102)-9/2021 saylı qərarı ilə X1mış miras əmlakı almasına dair Quba Rayon Notariat Kontoru tərəfindən verilmiş 28.08.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə etibarsız hesab edilsə belə etibarsız hesab edilən şəhadətnamə olduğu üçün atası nənədən qalan pulu alaraq mirası faktiki olaraq qəbul etmişdir. İddiaçının atası öldükdən sonra ondan qalan miras əmlaka dair 03 aprel 2014-cü il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Mülki Məcəllənin normalarına əsasən miras həm qanun üzrə həm də vəsiyyət əsasında qəbul edilir. İddiaçı atasına verilmiş Quba rayonu, İ Nügədi kənd İcra nümayəndəliyi tərəfindən təsdiq edilmiş vəsiyyətnamə üzrə miras qoyan nənəsi Meyxanım Nadirovadan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün Cavabdeh3nə müraciət etmişdir, notariat ofisindən ona həmin vəsiyyətnamənin notariat kontorunda olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina etmişlər. Məhkəmə iddianı rədd edərkən həmin vəsiyyətnamənin arxivdə aşkar olunmamasını qeyd edir və bu əsasla da həmin vəsiyyətnamənin qeyri-qanuni olması qənaətinə gəlmişdir. Məhkəmənin gəldiyi nəticə əsassızdır. Belə ki, məhkəmədə 30 avqust 2003-cü il tarixli, 30 saylı vəsiyyətnaməni təsdiq edən Cavabdeh5 iddianı qəbul etmədiyini bildirsə də həmin vəsiyyətnaməni özünün təsdiq etdiyini bildirmişdir. Bu isə həmin vəsiyyətnamənin qanuna uyğun verilməsini təsdiq edir. Həmin vəsiyyətnamənin arxivdə olmamasına görə iddiaçı təqsirkar deyildi. Vəsiyyətnamənin arxivə verilməsini və qeydiyyata alınmasını vəsiyyətnaməni verən orqan, yəni hazırkı halda icra nümayəndəliyi yerinə yetirir. Lakin vəsiyyətnaməni təsdiq edən həmin vaxt icra nümayəndəsi olan Cavabdeh5 vəsiyyətnamənin özünün tərtib etməsini, miras qoyan Meyxanım Nadirovanın onun yanında vəsiyyətnaməyə imza etməsini bildirməsi vəsiyyətnamənin qanunauyğun olmasını qeyd etməyə əsas verir. Bundan başqa məhkəmə iddianı rədd edərkən Quba rayonu, İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2020-ci il tarixli, 16 saylı məktubuna istinad etmiş, həmin məktubda 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu, İ Nügədi İƏD tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin arxiv sənədləri arasında aşkar edilməməsi qeyd edilmişdir. Hesab edir ki, həmin arayış qanunsuz və əsassız verilmişdir. Məhkəmə hər bir halda iddianı rədd edərkən həmin halı araşdırmalı, vəsiyyətnamənin verən orqan olan Quba rayonu, İ Nügədi İƏD üzrə nümayəndəliyindən qeydiyyatdan keçib-keçməməsi barədə məlumat almalı idi. Çünki vəsiyyətnaməni təsdiq edən icra nümayəndəsi həqiqətən vəsiyyətnamənin onun təsdiq etməsini bildirməsi ilə vəsiyyətnamənin arxiv sənədləri arasında aşkar edilməməsi barədə arayış arasında ziddiyət vardır. Məhkəmə isə bu halı araşdırmalı idi. Bundan əlavə Quba rayonu, İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyul 2021-ci il tarixli, 61 saylı arayışdan görünür ki, Quba rayonu, İ Nügədi kənd İƏD üzrə nümayəndəlikdə 2001-2004-cü ilin oktyabr ayına qədər olan notarial hərəkətlər barədə qeydiyyat kitabı mövcud deyil. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Quba filialına verilib-verilməməsi barədə hər hansı bir məlumat aşkar edilməmişdir. Bu isə həmin nümayəndəliyin 19 fevral 2020-ci il tarixli, 16 saylı məktubunun tamamilə qanunsuz və saxta olmasını təsdiq edir. Göstərilənlərə əsasən hər bir halda miras qoyan Meyxanım Nadirova əmlakını iddiaçının atası Mehman Nadirova vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə 30 avqust 2003-cü il tarixdə tərtib edilmiş və təsdiq edilmişdir. Həmin vəsiyyətnamənin onun tərəfindən tərtib və təsdiq edilməsini həmin vaxt icra nümayəndəsi işləyən Cavabdeh5 etiraf etmişdir. Bu isə həmin vəsiyyətnamənin mövcudluğunu bir daha təsdiq edir. Həmin vəsiyyətnamənin arxivdə olub-olmaması, qeydiyyatdan keçib-keçməməsi iddiaçıya aid olan məsələ deyildir və həmin vəsiyyətnamənin qeydiyyatdan keçməməsi, arxivdə olmamasına görə iddiaçı heç bir məsuliyyət daşımırvə buna görə qanunsuz hesab edilə bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı onun arvadıdır. İddiaçının atası 2012-ci ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Müalicəsinə xərcləmək üçün yalnız bankda olan pul vəsaiti ilə bağlı rəsmi müraciət etmişdir. Sağaldıqdan sonra digər məsələlərlə bağlı da müraciət edəcəkdi. İddiaçının atası Mehman Nadirov 2013-cü ildə ölmüşdür. İddiaçı hazırki iddia ilə məhkəməyə 2021-ci ildə müraciət etmişdir. 9 il ərzində iddia qaldırılmamasının səbəbi o idi ki, iddiaçı onunla ailə qurmuşdu, uşaqları azyaşlı idi. İddianın mahiyəti bundan ibarətdir ki, nənə Meyxanım Nadirova tərəfindən vəsiyyət olunmuş 20 sot torpaq sahəsi və 4 otaqlı ev iddiaçıya qalmalıdır. İndi həmin mənzildə X21 yaşayır. Faktiki olaraq iddiaçı həmin evdə yaşayıb. Sadəcə evdə sıxlıq olduğundan həyətdə ev tikib köçməli olmuşdur. Amma yenə də mübahisəli mənzildə də yaşamağa davam etmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətini qəbul edərək bildirdi ki, 2003-cü ildən Quba rayonu, İ Nügədi kənd İƏD üzrə icra nümayəndəsi olmuş, işdən çıxarkən mövcud olan bütün kitablar təhvil-təslim olunub. Ondan sonra 5 icra nümayəndəsi dəyişmişdir. Kitabları kimin arxivə təhvil verdiyini bilmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iş üzrə cavabdehlər Cavabdeh1 qıızı, Cavabdeh2, X44 Xidmət mərkəzi notariat kontoru, Cavabdeh4 nümayəndələri, üçüncü şəxs X21 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materillarına əlavə edilmiş 30 avqust 2003-cü il tarixli, 30 saylı vəsiyyətnamənin surətindən görünür ki, həmin vəsiyyətnamə ilə X19 bütün əmlakını o cümlədən, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsini və onun üstündə tikilmiş 4 (dörd) otaqlı evi oğlu X10 vəsiyyət edir. İş materiallarına əlavə edilmiş Quba rayonu İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2020-ci il tarixli, 16 nömrəli məktubunun surətindən görünür ki, 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə arxiv sənədləri arasında aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh3 19 fevral 2020-ci il tarixli, 225 nömrəli məktubunun surətindən görünür ki, 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinə təhvil verilmədiyindən arxiv sənədləri arasında aşkar edilməmişdir. İş materiallarında olan Quba rayon 1-ci Nügədi bələdiyyəsinin 12 noyabr 2018-ci il tarixli, 134 nömrəli arayışından görünür ki, Cavabdeh1 394 nömərli reyestrə və JN-1423F saylı 0,20 ha həyətyanı torpağın şəhadətnaməsinə əsasən 2013-cü ildən 2018-ci ilə qədər əmlak və torpaq vergilərini ödəmişdir. İş materiallarında olan Quba rayon 1-ci Nügədi bələdiyyəsinin 13 noyabr 2018-ci il tarixli, 138 nömrəli arayışından görünür ki, Cavabdeh1 394 nömərli reyestrə və JN-1423F saylı 0,20 ha həyətyanı torpağın şəhadətnaməsinə əsasən 2004-cü ildən 2013-cü ilə qədər mərhum həyat yoldaşı X16 əmlak və torpaq vergilərini ödəmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X12 adına, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi X5 adına qeydə alınmışdır (qeydiyyat tarixi 22.06.2018, qeydiyyat nömrəsi **********). İş materiallarına əlavə edilmiş X44 Xidmət mərkəzində notariat kontorunun 17 mart 2021-ci il tarixli, 792 saylı məktubundan görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı, ünvan 2 qeydiyyatda olan Cavabdeh1 və ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 ünvan 4aşamış 23.08.2004-cü il tarixdə vəfat etmiş X9 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 17.03.2021-ci il tarixli ərizəsinə baxılmış və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40cı maddəsinin İ-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş X44 Xidmət mərkəzində notariat kontorunun 17 mart 2021-ci il tarixli, 793 saylı məktubundan görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan İddiaçı, ünvan 2 qeydiyyatda olan Cavabdeh1 və ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 ünvan 4aşamış 17.11.1995-ci il tarixdə vəfat etmiş X3 qalmış mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı 17.03.2021-ci il tarixli ərizəsinə baxılmış və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40cı maddəsinin İ-ci bəndinin tələbinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən 14 avqust 2018-ci ildə verilmiş AZ-İ 952995 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17.11.1995-ci ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən 14 avqust 2018-ci ildə verilmiş AZ-İ 952994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 23.08.2004-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş 26 aprel 1956-cı ildə verilmiş İ İE seriyalı, 117874 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X12 birgə nikahlarından 15.04.1956-cı il tarixdə X16 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 21 sentyabr 1979-cu ildə verilmiş İ-JQ seriyalı 291846 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X39 arasına nikah 21 sentyabr 1979-cu il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Quba rayon İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən 09 sentyabr 2013-cü ildə verilmiş AZ-İ 621997 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 02.09.2013-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. İş materiallarına əlavə edilmiş 21 fevral 1983-cü ildə verilmiş İX-JQ seriyalı, 275310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Cavabdeh1 birgə nikahlarından xx.xx.1983-cü il tarixdə X28 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 12 iyul 2017-ci ildə verilmiş AZ-İİİ seriyalı, 951221 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə Cavabdeh1 birgə nikahlarından 16.07.1992-ci il tarixdə X29 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2010-cu ildə verilmiş AZ-İ seriyalı 586368 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X28 arasına nikah 10 oktyabr 2010-cu il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2010-cu ilin oktyabr ayının 10 günü, 343 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Xəlilova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 18.06.2018-ci ildə verilmiş AZ-İİ seriyalı 281091 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X29 arasına nikah 25 iyun 2018-ci il tarixdə bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2018-ci ilin iyun ayının 25 günü, 1644 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Cəfərova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 saylı qətnaməsinin surətindən görünür ki, birinci iddia üzrə iddiaçı X14 cavabdehlər Cavabdeh1, Quba rayonu İ Nügədi icra nümayəndəsini əvəz edən X22, X44 xidmət mərkəzində notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış 28.08.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ½ hissədə etibarsız hesab edilməsi, ikinci iddia üzrə iddiaçılar Cavabdeh1, İddiaçı, Cavabdeh2 cavabdeh X17 və maraqlı şəxslər X15, X23, X18 və X7 qarşı iddiasının tam təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən miras qoyan X9 miras qalmış 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan miras, RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan X3 miras qalmış fərdi yaşayış evinin ½ hissəsi olan miras vərəsə X16 tərəfindən qəbul edildiyindən həmin əmlaklara münasibətdə onun ½ hissədə vərəsəlik üzrə miras payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan mirasa və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi olan mirasa vərəsə X8 payı müəyyən edildiyindən həmin əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla X8 vərəsələri Cavabdeh1, İddiaçı və Cavabdeh2 vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 14 fevral 2020-ci il tarixli, 2(105)-233/2020 saylı qətnaməsinin surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən X10 verilmiş, reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış 28.05.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Cavabdeh1, İddiaçı və Cavabdeh2 cavabdeh X17 qarşı iddiası təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(102)-9/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh1, İddiaçı, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 17.11.1995-ci ildə vəfat etmiş X13 və 23.08.2004-cü il tarixdə vəfat etmiş X9 Quba rayonu İ Nügədi kəndində 0,20 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. X4 rayon İ Nügədi İƏV üzrə nümayəndəliyindən yalnız özünün vərəsə olması barədə arayış alaraq, Notariat Kontoruna özünü tək vərəsə kimi təqdim edərək miras qoyan Meyxanım Nadirovadan miras qalmış İ Nügədi 3409/034 nömrəli filialda 215 saylı hesab üzrə qoyulmuş əmanət pulunun alınması ilə bağlı 28.08.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və miras qoyan Meyxanım Nadirovadan qalmış miras əmlak pulunu almışdır. Mehman Nadirov 02.09.2013-cü ildə Quba rayonu İ Nügədi kəndində ölmüşdür. Onun ölümündən sonra vərəsələri arvadı Cavabdeh1, qızları X29 və İddiaçı ondan miras qalan JN-1422F, KOD 30319018 saylı Şəhadətnaməyə, 13.07.1989-cu il tarixli, 393 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Quba rayonu İ Nügədi kəndində 0,10 ha torpaq sahəsini və üzərində yerləşən fərdi yaşayış evini qəbul etmişlər. Sonradan Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)1125/2019 saylı qətnaməsi ilə Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən verilmiş reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış 28.08.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ½ hissədə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən miras qoyan X9 miras qalmış 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan miras, RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan X3 miras qalmış fərdi yaşayış evinin ½ hissəsi olan miras vərəsə X16 tərəfindən qəbul edildiyindən həmin əmlaklara münasibətdə onun ½ hissədə vərəsəlik üzrə miras payının müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsinin ½ hissəsi olan mirasa və RX seriyalı ******* nömrəli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 154 kv.m olan fərdi yaşayış evinin ½ hissəsi olan mirasa vərəsə X8 payı müəyyən edildiyindən həmin əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla X8 vərəsələri Cavabdeh1, İddiaçı və Cavabdeh2 vərəsəlik üzrə miras paylarının müəyyən edilməsi qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 14 fevral 2020-ci il tarixli, 2(105)-233/2020 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(027)-1125/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, Quba rayon notariusu Z.N.Dəmirov tərəfindən X10 verilmiş, reyestrdə 2V/02-1950 nömrə ilə qeydə alınmış 28.05.2012-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Cavabdeh1, İddiaçı və Cavabdeh2 cavabdeh X17 qarşı iddiası təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(102)-9/2021 saylı qətnaməsi ilə Cavabdeh1, İddiaçı, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-233/2020 nömrəli iş üzrə 14 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X44 Xidmət mətkəzi notariat kontoru, Cavabdeh4 və Cavabdeh5 qarşı vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon 1 Nügədi kənd İƏV üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 30 avqust 2003-cü il tarixli 30 nömrəli Vəsiyyətnaməyə əsasən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,20 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə X8 vərəsəlik hüququnun müəyyən edilməsi və həmin vərəsəlik hüququ üzrə Mehman Nadirovdan qalmış miras əmlaka onun miras payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Quba rayonu İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2020-ci il tarixli, 16 nömrəli məktubunun surətindən görünür ki, 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə arxiv sənədləri arasında aşkar edilməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş Cavabdeh3 19 fevral 2020-ci il tarixli, 225 nömrəli məktubun surətindən görünür ki, 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinə təhvil verilmədiyindən arxiv sənədləri arasında aşkar edilməmişdir. Sözügedən vəsiyyətnamənin Quba rayonu Birinci Nügədi İƏV-nin arxiv sənədləri və Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin arxiv sənədləri arasında aşkar olunmaması faktı və bu faktı təkzib edən sübut İddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, belə nəticəyə gəlməyə əsas yaranır ki, həqiqətən də 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamə qeyri-qanuni olmuş və reyestrdə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.3-cü maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübut etmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara təqdim edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi (bundan sonra Avropa Məhkəməsi) Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi bildirmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Əfsər Türkiyəyə qarşı işdə Avropa Məhkəməsi bildirmişdir ki, əsaslı şübhə yeri qoymayan sübutlar kifayət qədər güclü, aydın və uzlaşan nəticələrin və ya faktlara dair eyni cür təkzibedilməz ehtimalların mövcudluğundan irəli gələ bilər. Qeyd edilənlərə əsasən iddiaçı 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin mötəbərliliyini sübut etməlidir. Lakin İddiaçı 30.08.2003-cü il tarixli, 30 reyestr nömrəli Quba rayonu Birinci Nügədi İƏV tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin mötəbərliliyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı, qanunla sübutetmə yükünün onun üzərinə düşməsinə baxmayaraq, öz iddia tələbinin hüquqi əsasını heç bir mötəbər sübutla sübut etməmişdir. Yuxarıda göstərilənlər iddianın əsassız olmasını göstərir və onun rədd olunması nəticəsinə gəlməyə tam əsas yaradır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddianın təmin edilməməsinə dair nəticəyə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Eləcə də müəyyən olunmuşdur ki, iddiaçının atası Mehman Nadirov anası Meyxanım Nadirovadan miras qalmış əmlakı qəbul etmək üçün notariat orqanına müraciət edərkən hazırda iddiaçının qeyd etdiyi vəsiyyətnamə barədə bildirməmiş və təqdim etməmişdir. İddiaçının iddiasına görə mübahisəli vəsiyyətnamə 30 avqust 2003-cü il tarixdə verilmişdir. Bundan sonra iş materiallarından görünür ki, X19 23.08.2004-cü ildə, X16 02.09.2013-cü ildə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2(102)-9/2021 saylı qərarı ilə qüvvədə saxlanılan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 14.02.2019-cu il tarixli, 2(105)-233/2020 saylı qətnaməsinin surətindən görünür ki, məhkəmə Cavabdeh1, İddiaçı və X20 məhəməyə təqdim etdikləri X12 Quba rayonu, İ Nügədi kənində yerləşən 0,20 ha torpaq sahəsi və üzərinəki evi oğlu X10 vəsiyyət etməsi barədə 30.08.2003-cü il tarixli vəsiyyətnaməyə belə qiymət vermişdir ki, həmi vəsiyyətnaməni hazırda heç bir əhəmiyyəti yoxdur. Belə ki, mərhum Mehman Nadirov notariusa miras əmlaka dair ona vəsiyyətnamə verilməsi barədə məlumat verməmişdir, miras əmlakın bankda olan əmanət pulundan ibarət olmasını bildirmişdir. Bundan başqa Mehman Nadirov vərəsə olaraq qanunla nəzərdə tutulmuş müdət ərzində mirası qəbul etməmişdir. O, atasına dair miras açıldıqdan 18 il, anasına dair miras açıldıqdan 9 il sonra ölmüşdür. Yəni miras əmlak Mehman Nadirovun sağlığında, qeyd olunan kifayət qədər vaxt ərzində qəbul edilməmiş, bununla bağlı ən azı mübahisə açılmamışdırsa irsi transmissiyadsn söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 2(027)-972/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar