Məhkəmə qərarları › İş №2(105)-3007/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3007/2021

25.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3007/2021 25.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçı: İddiaçı, Cavabdehin nümayəndəsi: X3 iştirakları ilə, İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı akta və müdaxilə edilmiş sayğacın dəyəri olaraq əlavə hesablanmış borc məbləğlərin silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) iddianın təmin ediməlsi, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə (abunə kodu: **********00260) dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat borc və 64.67 manat sayğacın dəyəri olan borcun silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh “Azəriqaz“ İstehsalat Birliyinə qarşı “akta və müdaxilə edilmiş sayğacın dəyəri olaraq əlavə hesablanmış borc məbləğlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə tərtib olunan 17.05.2021-ci il tarixli, ******* nömrəli akta əsasən hesablanmış 216 manat və müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64.67 manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək **********00260 saylı abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, 26.02.2021-ci il tarixdə mülkiyyətində olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzili üçün quraşdırılmış qaz sayğacı cavabdehin nümayəndələri tərəfindən yenisi ilə əvəz olunması üçün quraşdırıldığı pilləkən meydançasından onun iştiraki ilə sökülərək çıxarılmış və elə həmin vaxt da yeni qaz sayğacı quraşdırılmışdır. 27.05.2021-ci il tarixdə cavabdehin ərazi üzrə nümayəndəsi tərəfindən ona mənzilindən yuxarıda qeyd olunmuş tarixdə sökülmüş sayğacın çıxış plasmas borusunun deşildiyini və buna görə akt tərtib edildiyini və həmin aktın nüsxəsini ona təqdim etmək üçün onu imzalamalı olduğunu bildirmiş və tərəfindən müvafiq imza çəkildikdən sonra 17.05.2021-ci il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli aktın nüsxəsi ona təqdim olunmuşdur. Təxminən 3-4 gün sonra o məsələyə aydınlıq gətirilməsi ilə əlaqədar X7 İdarəsinə müraciət edərkən ona bildirmişdir ki, mənzilin üçün quraşdırılmış qaz sayğacının plasmas borusu deşilmişdir. Sayğacın mənzilində deyil pilləkən meydançasında quraşdırıldığını, həmçinin onların əməkdaşları tərəfindən bu ilin fevral ayında həmin sayğacın quraşdırıldığı yerdən söküldüyü zaman sayğacın bütün möhürlərinin tam olduğunu onun yerindən çıxarılarkən yoxlanıldığını və heç bir qüsur müəyyən edilmədiyini, tərəfindən sayğaca müdaxilə etmədiyini, yaşadığı binanın mərkəzi istilik sisteminə qoğulduğunu, mənzilində yalnız mətbəxdə 3 gözlü qaz peçinin olduğunu və qazdan yalnız yemək bişirmək məqsədilə istifadə olunduğunu və buna görə də aylıq sərfiyyatının 3-4 manatdan çox olmadığı halda tərəfindən belə bir müdaxilə edilməsinə heç bir zərurət olmadığını və bunun heç bir məntiqə sığmadığını onlara bildirdi. Həmin müəssisənin əməkdaşı isə ona bildirmişdir ki, güya mənzilindən çıxarılmış sayğac 30 aprel 2021-ci il tarixdə "xxxx" İB-nin Metrologiya Departamentində yoxlamadan keçirilmiş və həmin tarixdə tərtib olunmuş akta əsasən sayğacın çıxış plasmas borusunun deşildiyi müəyyən olunduğundan müdaxilə edilmiş sayğacın dəyəri olaraq 64.67 manat və son 90 gün müddətinə itirilmiş qazın bərpası üçün 216 manat məbləğində cərimə ödəməlidir, əks təqdirdə mənzilinin qaz təchizatı dayandırılacaqdır. Hesab edir ki, cavabdeh tərəfindən təbii qazın istehlakçısı olaraq hüquqları kobud şəkildə pozulmuş və onun üzərinə qanunsuz olaraq öhdəlik qoyulmasına cəhd göstərilmişdir. Buna görə də pozulmuş istehlakçı hüquqlarının müdafiəsinin məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, İddiaçı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzili üçün quraşdırılmış qaz sayğacı onların nümayəndələri tərəfindən yenisi ilə əvəz olunması üçün quraşdırıldığı pilləkən meydançasından onun iştiraki ilə sökülərək çıxarılmış və elə həmin vaxt da yeni qaz sayğacı quraşdırılmışdır. 27.05.2021-ci il tarixdə ərazi üzrə nümayəndəsi tərəfindən ona mənzilindən yuxarıda qeyd olunmuş tarixdə sökülmüş sayğacın çıxış plasmas borusunun deşildiyini və buna görə akt tərtib edildiyini və həmin aktın nüsxəsini ona təqdim etmək üçün onu imzalamalı olduğunu bildirmiş və tərəfindən müvafiq imza çəkildikdən sonra 17.05.2021- ci il tarixli təbii X5nın pozulması haqqında ******* nömrəli aktın nüsxəsi ona təqdim olunmuşdur. İtirilmiş qazın bərpası üzrə 216,00 manat cərimə hesablanmışdır. Bununla da sayğaca müdaxilə faktı öz təsdiqini tapmışdır. Lakin məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdehin nümayəndəsi İ.R.Mirzəyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi İ.R.Mirzəyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzili İddiaçı məxsusdur. İş materiallarında olan ******* nömrəli, 17.05.2021-ci il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğacın çıxış plasmas borusunun deşildiyi aşkar olunmuşdur. İşdə olan 18.05.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus olan Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə dair 216 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01/01MS-11-709 nömrəli, 03.06.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 39/6B saylı evin, 26 saylı mənzilinə müdaxilə edilmiş sayğacın dəyəri olan 64.67 manat məbləğində pulun İddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X5”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "xxxx" İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 29 iyun 2021-ci il tarixli ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, 27 saylı evin 17 saylı mənzilinə aid qaz sayğacına baxış zamanı sayğacın hesablama mexanizminin açıq vəziyyətdə olduğu, sərfiyyatın qeydə alınmadığı aşkar olunmuşdur. Abonentin saldosundan görünür ki, abonent kodu **********00170 olan ünvan 1 ünvanına akta görə 216 manat borc hesablanmışdır. "xxxx" İB Sumqayıt QİS-nin “Sayğacın Dövlət yoxlamasının bildirişi haqqında” məktubdan görünür ki, ünvan 1 ünvanında olan G-4 markalı 00497599 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralanması aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmiş, sayğacın dəyəri olaraq 64,67 manat borc hesablanmışdır. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "X5"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtükləörtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isəözləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə hesab edir ki, mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcə də qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 06 iyul 2021-ci il tarixli 2(060)-5541/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar