Məhkəmə qərarları › İş №2(105)-3015/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3015/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3015/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı Sumqayıt Telekommunikasiya Qovşağının Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadından Maraqlı şəxs icra məmuru S.M.Ramazanov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə (hakim R.N.Qoşqarlı) Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(060)-3780/2019 saylı icra sənədinin geri qaytarılması barədə Maraqlı şəxs 05 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və həmin icra sənədinin icra edilməsi üçün Maraqlı şəxsnə göndərilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 aprel 2019-cu il tarixli 2(060)-3780/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 25 (iyirmi beş) manat 91 (doxsan bir) qəpik məbləğində borcun və 20 (iyirmi) manat dövlət rüsumunun, cəmi 45 (qırx beş) manat 91 (doxsan bir) qəpik məbləgində pul vəsaitinin tutularaq Sumqayıt Telekommunikasiya Qovşagının xeyrinə tutulması qət edilmişdir. Maraqlı şəxs 05 may 2021-ci il tarixli qərarı ilə həmin icra sənədi icra edilmədən məhkəməyə qaytarılmışdır. Belə ki, Maraqlı şəxs icra məmuru S.Ramazanov tərəfindən qəbul edilmiş 05 may 2021-ci il tarixli qərardan görünür ki, borclu Cavabdeh ünvan 1 ünvanında yaşamadıgından icra sənədini icrasız olaraq məhkəməyə geri qaytarmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxs icra məmuru S.M.Ramazanov verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. İcra materiallarından göründüyü kimi, məhkəmə qərar qəbul edərkən borclunun yaşayış yerini müəyyən etməmiş və icra zamanı icra vərəqəsində və borclunun şəxsi məlumatlarında göstərilən ünvanda yaşamadıgı üçün ona bildiriş təqdim etmək mümkün olmamış və məcburi icra tədbirləri tətbiq edilməmişdir. Məhkəmə bunları nəzərə almamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini və icra sənədinin məhkəməyə geri qaytarılması barədə icra məmurunun qərarı qüvvədə saxlanılması barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Maraqlı şəxs icra məmuru, tələbkarın nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İş materiallarında olan Cavabdeh şəxsi məlumatlarından görünür ki, Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə torpaq sahəsi qeydə alınmışdır. Eyni zamanda icra məmuru icra sənədinin icrası ilə əlaqədar qanunvericilikdə göstərilən digər məcburi digər icra tədbirləri görməlidir. Qeyd etmək lazımdır ki, «İcra haqqında» Azərbaycan Respublikası qanununun 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının oldugu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiyməti şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda icra məmuru tərəfindən icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadıgından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: Maraqlı şəxs icra məmuru X1 şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 29 iyun 2021-ci il tarixli 2(060)-3780/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar