Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3019/2021 06.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Ərizəçi nümayəndəsi Süleymanov Nizaməddin Qadaşbala oğlunun və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(067)-2056/2021 saylı qərardadından Ərizəçi şikayətinə əsasən işə apellyasiya qaydasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(067)-2056/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Anar Sadıqov) Ərizəçi şəxsə qulluq edilməsi faktının müəyyən olunmasına dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunması qərara alınmış, ərizəçi qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1934-cü il təvəllüdlü mərhum anası X6 2004-cü ildən 2019-cu ilə qədər, habelə 1930-cu il təvəllüdlü mərhum atası Süleymanov Qadaşbala Şıxbala oğluna 2000-ci ildən 14.06.2020-ci il tarixədək onların 70 yaşından sonra tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qərardad qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə ilə razı deyildir. Qərardadda göstərilən Xaçmaz Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qətnaməsi şəxsin öhdədə olma faktının müəyyən olunması barədədir. Qeyd olunan qətnamədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plemununun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 3-cü bəndinə istinad olunaraq ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 307.2.2-ci maddəsinin tələblərinə uygun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Onun hazırki ərizəsi isə 70 yaşından sonra tərəfindən valideynlərinə qulluq edilməsi barədədir. Başqa sözlə, öhdədə olma faktının müəyyən edilməsi barədə deyildir. Belə ki, ərizəsində 1934-cü il təvəllüdlü mərhum anası X6 2004-cü ildən 2019-cu ilə qədər, habelə 1930-cu il təvəllüdlü mərhum atası X2 2000-ci il ildən 14.06.2020-ci il tarixədək onların 70 yaşından sonra tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hazırki ərizəsini icraata qəbul edilməsində imtina edərkən qanunvericiliyin tələbinə düzgün riayət etməmiş, səhv nəticəyə gəlmişdir. Şikayətdə iş üzrə məhkəmə qərardadının ləğv olunması və sonraki prosessual hərəkətlərin yerinə yetirilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Süleymanov Nizaməddin Qadaşbala oğlu şikayətdə göstərilənlərə uyğun izahat verdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X7 məhkəmə iclasında şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: İşdən görünür ki, birinci instansiya məhkəməsi ərizənin qəbulundan imtina edib ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytararkən Azərbaycan Respublikası MPM-nin 153.2.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işə əlavə edilmiş sənədlərə tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 1934cü il təvəllüdlü mərhum anası X6 2004-cü ildən 2019-cu ilə qədər, habelə 1930-cu il təvəllüdlü mərhum atası X2 2000-ci ildən 14.06.2020-ci il tarixədək onların 70 yaşından sonra tərəfindən qulluq edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qətnaməsindən görünür ki, Ərizəçi şəxsin öhdədə olması faktının müəyyən olunması tələbinə dair ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, həm (067)-1579/2020 saylı mülki iş üzrə, həm də hazırki iş üzrə ərizəçi və maraqlı şəxs eynidir. Xaçmaz Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(067)-1579/2020 saylı qətnaməsindən görünür ki, Ərizəçi şəxsin öhdədə olması faktının müəyyən olunmasına dair ərizəsini pensiya stajı ilə əlaqədar 2004-cü ildən 2019-cu ilə qədər mərhum anası X6, habelə 2000-ci il ildən 14.06.2020-ci il tarixədək mərhum atası X2 onların 70 yaşından sonra qulluq etməyi ilə əsaslandırmışdır. Ərizəçi hazırki ərizəsi də eyni əsaslarladır. Həm əvvəlki iş üzrə, həm də hazırki ərizəsində Ərizəçi müəyyən edilməsini xahiş etdiyi faktın ona pensiya təyin edilməsi üçün lazım olduğunu göstərmişdir. Göründüyü kimi, hər iki ərizə mahiyyəti üzrə eynidir. Azərbaycan Respublikasının MPM-nin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası qeyd olunan mülki prosessual hüquq normasının tələblərini əsas tutub, hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, ərizəçinin şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qərardadı qanuni və əsaslı olduğundan və qərardadın apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(067)-2056/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3019/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3019/2021
06.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver