Məhkəmə qərarları › İş №2(105)-302/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-302/2023

07.06.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-302/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zərərin bərpa edilməsi, tikilinin sökülməsi və ara məsafəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli, 2(060)-654/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi evin hasarına dəymiş ziyan, daş hasarın suvaq qatının 0,2 x 0,2 m sahədə qopub töküldüyü hissə bərpa edilməsi, iddianın verilməsinə görə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməsi, qalan 70 manatı İddiaçı aid edilməsi, iddia tələbi qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı tikilinin sökülməsi və ara məsafəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 evin cavabdehin vəsaiti hesabına sökülməsi, ara məsafəsinin boşaldılması, iddiaçıya məxsus fərdi evin divarına və hasarına dəymiş ziyanın cavabdeh tərəfindən bərpa olunması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında fərdi evdə 2000ci ildən qeydiyyatsız yaşayır. Bunu “Xəzri” MK-nın xx.xx.2021 -ci il tarixli, 224 saylı arayışı təsdiq edir. Cavabdeh iddiaçının qonşuluğumda, yəni “Xəzri” MK-nın İV küçə, ev 84a saylı evdə 2014-cü ildən yaşayır. İddiaçı, evi tikərək evin arxasında eni 40 sm olan torpaq sahəsini boş saxlamışdır. Bunu ona görə etmişdir ki, zərurət yarandığı halda fərdi evin arxasına keçmək mümkün olsun. 2021-ci ilin avqust ayının ortalarında Cavabdeh ara məsafəsini gözləmədən iddiaçının evinin divarına bitişik ərazidə özü üçün ev tikməyə başlamışdır. İddiaçı cavabdehə xəbərdarlıq etmişdir ki, ara məsafəsi saxlamaqla inşaat işi apara bilər. Lakin o iddiaçının dediklərinə məhəl qoymayaraq inşaat işləri aparmışdır. İddiaçı, məsələ ilə əlaqədar olaraq Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə müraciət etmişdir. Sumqayıt şəhər Pİnin 2-ci PB-i cavabdehə inşaat işlərini aparmağı dayandırmış və iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bir daha bildirir ki, cavabdeh ara məsafəsini gözləmədən cavabdehin evinin divarına bitişik inşaat işləri aparmışdır. Bu da zərurət yarandığı halda evinin arxasına keçməyini mümkünsüz etmişdir. Cavabdeh tərəfindən inşaat işləri aparılarkən iddiaçıya məxsus fərdi evə ziyan vurmuş, evin və hasarın divarını deşərək armatur keçirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbimin tam təmin edilərək cavabdehin inşa etdiyi tikilinin sökülməsi və ona məxsus olmuş 40 sm enində ara məsafəsinin boşaldılaraq ona qaytarılması hissəsinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına və yanğın təhlükəsizliyi qaydalarına uyğun aparılıbaparılmadığını, eyni zamanda tikinti işləri aparılan zaman həmin tikililər ilə iddiaçıya məxsus fərdi yaşayış evinin divarı arasındakı ara məsafəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh ara məsafəsi gözləmədən divarına bitişik olan bina tikmişdir. Əvvəllər evinin arxa tərəfində ona məxsus 40 sm enində torpaq sahəsi var idi. Həmin torpaq sahəsində cavabdeh özü üçün ev inşa etməyə başlamışdır. Bu da gələcəkdə zərurət yarandığı halda evinin arxasına keçməyini qeyri-mümkün edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni məhkəməyə təqdim edilmiş fotoşəkillər və ekspert rəyində də qeyd olunduğu kimi cavabdeh tərəfindən ona məxsus ünvan 2 fərdi yaşayış evinin həyətində aparılan tikinti işləri nəticəsində iddiaçıya məxsus torpaq sahəsinin sərhəddində inşa edilmiş daş hasarın suvaq qatının (0,2 x 0,2m sahədə) qopub töküldüyü müəyyən olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən iddiaçı apellyasiya şikayəti verərək, məhkəmənin gəldiyi nəticəni yalnız iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, iddiaçı ünvan 1 ünvanında fərdi evdə 2000-ci ildən qeydiyyatsız yaşaması, Cavabdeh iddiaçının qonşuluğunda, yəni “Xəzri” MK-nın İV küçə, ev 84a saylı evdə 2014-cü ildən yaşaması işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia tələbi zərərin bərpa edilməsi, tikilinin sökülməsi və ara məsafəsinin boşaldılması barədədir. İddia tələbinin mübahisələndirilən hissədə qanuni əsasını Mülki Məcəllənin 164.1, 180.4-cü maddələri təşkil edir. Mülki Məcəllənin 164.1. maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişiklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyərti orqanları ilə razılaşdırılması” qaydalarının 4.1. bəndinə görə sifarişçi, mülkiyyət sahibi və ya icarədar ilk növbədə mövcud obyektdə ediləcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi» və «Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. Həmin qaydaların 4.2. bəndinə görə şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövcud obyektdə dəyişikliklərin eskiz cizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirməlidir. Mülki Məcəllənin 180.1. maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.4. maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədilə mülki iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli 10/1396 nömrəli ekspert rəyi ilə cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, “Xəzri” MK-nın ərazisi, İV küçə 85 a saylı fərdi evinin yerləşdiyi torpaq sahəsinin hasarına və fərdi yaşayış evinin yan fasad divarına bitişik inşa edilmiş tikililər tamamlanmadığından sözügedən tikililərin təyinatını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, cavabdeh tərəfindən aparılmış tikinti işlərinin tikinti norma və qaydalarına və yanğın təhlükəsizliyi qaydalarına uyğun aparılıb-aparılmadığını, eyni zamanda tikinti işləri aparılan zaman həmin tikililər ilə iddiaçıya məxsus fərdi yaşayış evinin divarı arasındakı ara məsafəsinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). İşdən göründüyü kimi cavabdeh tərəfindən tikilinin inşası tamamlanmasa da, həmin tikilinin iddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin hasarına və fərdi yaşayış evinin yan fasad divarına bitişik inşa edilməsi, fotoşəkillər, izahatları və ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Həmçinin həmin tikilinin inşası zamanı evin hasarına və daş hasarın suvaq qatının 0,2x0,2 m sahədə qopub töküldüyü müəyyən olunmaqla, həmin hissədə iddia təmin edilmiş və iddiaçı bununla razılaşmışdır. Lakin iddianı bu hissədə rədd edən birinci instansiya məhkəməsi işin yuxarıda qeyd olunan hallarını nəzərə almamış və bununla da həmin hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Cavabdeh tutularaq (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 384, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. ünvan 2 ünvanda yerləçən Cavabdeh tərəfindən iddiaçıya məxsus evə bitişik inşa edilmiş tikili ara məsafəsi boşaldılmaqla onun öz vəsaiti hesabına sökülsün. Cavabdeh ekspertiza xərci 50 (əlli) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumunun tutulmayan (100-30=70) 70 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar