Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3044/2021 01.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron Rayon 2 saylı Dövlət Notariat Kontoru, "xxxx" MMC-yə qarşı müqavilələrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)- 3919/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim M.Abbasova) İddiaçı cavabdehlər Cavabdeh1 ASC, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoru və "xxxx" MMC-yə qarşı ipoteka müqaviləsinin və sazişin etibarsız hesab edilməsi barədə iddia ərizəsinə dair mülki iş üzrə İddiaçı nümayəndəsi vəkili Vəkil tərəfindən verilmiş Abşeron rayonu Saray qəsəbəsində yerləşən 1,8693 ha torpaq sahəsi və onun üzərində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulması, əmlaka tutma yönəldilməsinə və hərracda satılmasına yönələn hərəkətlərin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə iddianın təmini tədbirinə dair vəsatət təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli, 2(012)-3919/2021 saylı qərardadından iddiaçının vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 ASC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Dövlət Notariat Kontoruna və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ASC ilə bağlanmış 19.05.2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinə xitam verilməsi və həmin müqaviləyə əlavə olunmuş 05.08.2016-cı il tarixli 1 saylı əlavə sazişin ləğv olunması barədə X1 və digərləri arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi-vəkili Vəkil iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə baxılıb həll edilənə qədər Abşeron rayonu Saray qəsəbəsində yerləşən 1,8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulması və əmlaka tutma yönəldilməsi, hərracda satılmasına yönələn hərəkətlərin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qərardad əsassızdır və ləğv edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini iddiaçı iddianın təmini tədbiri haqqında vəsatətdə işin halları formal qaydada göstərilməsi, başqa sözlə vəsatət əsaslandırılmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə İddiaçı tərəfindən mübahisələndirilmiş, Abşeron Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin əsassız olması əsası ilə təmin edilməmişdir. İşdən görünür ki, iddiaçı iddia təmin etmə tədbiri növündə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Abşeron rayonu Saray qəsəbəsində yerləşən 1,8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksinin üzərinə həbs qoyulması və əmlaka tutma yönəldilməsi, hərracda satılmasına yönələn hərəkətlərin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (Mülki Prosessual Məcəllənin 158.1.1. maddəsi). Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etmə tədbiri barədə ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 07 iyul 2021-ci il tarixli və onunla bağlı 17 iyul 2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3044/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3044/2021
01.09.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver