Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3047/2021 09.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17, İddiaçı nümayəndəsi X12, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Etibar Hümbətov) İddiaçı Cavabdeh1 qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, imtina ərizəsinin etibarsız hesab edilməsi və vərəsə kimi tanınma tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Şamaxı rayon notariat kontorunun xüsusi notariusu tərəfindən verilmiş 07 fevral 2018-ci il tarixli vərəsəlikdən imtina barədə ərizələrinin etibarsız hesab edilməsi, X6ndan və anası X10 qalan onun hissəsinə düşən Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı evə və 05.02.1993-cü il tarixli Şamaxı rayon İctimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu “Xeyriyyə” sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu “Xeyriyyə” sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X21 arasında bağlanmış 03 mart 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair akta əsasən 0,5 ha torpaq sahəsinə dair miras əmlaka vərəsə kimi tanınmağı barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, o, X6 və anası X13 yeganə övladı olmuşdur. Atası və anası onun oğlu Əbili övladlığa götürmüş və bundan sonra qanuni olaraq oğlu Əbil və özü valideynlərinin yeganə vərəsələri olmuşlar. X4 məxsus əmlaklar Şamaxı şəhəri, N.Nəcəfov küçəsi 17 saylı ev, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş JN-0734 saylı, 27.04.2006 nömrəli çıxarışa əsasən Çuxuryurd kəndində yerləşən 1,5142 ha torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş JN-0734 saylı, 27.04.2006 nömrəli çıxarışa əsasən Çuxuryurd kəndində yerləşən 3,4866 ha torpaq sahəsi, 05.02.1993-cü il tarixli Şamaxı rayon ictimai iaşə müəssisələri birliyi ilə Şamaxı rayonu “Xeyriyyə” sahibkar müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən Çuxuryurd kəndində yerləşən “Su sexi” və həmin sexin tikintisi üçün ayrılmış torpaq sahəsinin Şamaxı rayonu “Xeyriyyə” sahibkar müəssisəsinə verilmiş, Çuxuryurd bələdiyyəsi ilə X21 arasında bağlanmış 03 mart 2001-ci il tarixli, 03 nömrəli “Torpaqların alqı-satqısına” dair akta əsasən 0,5 ha torpaq sahəsindən ibarət olmuşdur. Bütün əmlakların idarə edilməsində atasının yeganə övladı olaraq şəxsən iştirak etmiş və maliyyəçi olduğundan atası müəssisənin belə idarə edilməsini ona həvalə etmişdir. ünvan 1 ünvanda iki ev yerləşir, indiyədək də həmin evdə qeydiyyatda olmaqla yaşayır. O, bir evdə, oğlu və sənəd üzrə qardaşı Əbil isə o biri evdə qalır. X6 01 iyul 2007-ci il tarixdə vəfat etmiş, bundan sonra atasından miras qalan əmlaklardan sənədi olan torpaq sahəsini satmaq qərarına gəlmişdilər. O, notariusa zəng edərək məsləhətləşmiş və belə məsləhət olmuşdur ki, sənədləşmədə get-gəl olmaması üçün o, mirasdan imtina etsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş JN-0734 saylı, 27.04.2006 nömrəli çıxarışa əsasən Çuxuryurd kəndində yerləşən 1,5142 ha torpaq sahəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən verilmiş JN-0734 saylı, 27.04.2006 nömrəli çıxarışa əsasən Çuxuryurd kəndində yerləşən 3,4866 ha torpaq sahəsini satmaq üçün o, notariusda miras əmlakdan imtina etmiş, vərəsəliyin qəbulundan sonra torpaq sahəsi satılmış və satışdan əldə olunan məbləğ 4 hissəyə ayrılaraq anası Fəridə, o biri oğlu Sabir, o və Əbilin arasında bölünmüşdür. Yaşadıqları həyət evinin torpaq sahəsinin sənədi olsa da, evin sənədi olmamışdır. O, atasından qalan evi faktiki olaraq qəbul edərək, daim evdən istifadə etmişdir. Həmin həyətdə biri oğluna (sənəd üzərində qardaşına) aid ev və ona məxsus ev mövcuddur və bu şəkildə indiyədək də həmin evlərdən istifadə edilmişdir. 16 sentyabr 2013-cü ildə atası vəfat etdikdən 6 il sonra kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satmaq qərarına gəlmiş və bu işlərin tez həyata keçirilməsi üçün anası Fəridə Cavabdeh1 etibarnamə vermiş, o isə mövcud sənədlə olan miras əmlakdan imtina etmişdir ki, Cavabdeh1 torpaq sahəsini satsın. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi satıldıqdan sonra əldə edilən pul məbləği vərəsələr arasında bölünmüşdür. Digər torpaq sahəsi üzərində olan evlər isə qarşılıqlı razılıq əsasında hərəyə biri olmaqla faktiki olaraq aralarında bölmüşlər. Bundan əlavə, Çuxuryurdda olan su sexləri yerləşən torpaq sahəsi və restoranın çıxarışı olmadığından faktiki olaraq onun tərəfindən qəbul edilərək işlədilmişdir. Onun su sexini işlətməyinə dair VÖEN-də mövcuddur, yəni atasından qalan əmlaklardan faktiki olaraq imtina etməmiş, həm ona düşən payda olan ev qəbul etmiş, həmçinin Çuxuryurdda olan su sexi yerləşən torpaq sahəsi və restoranı qəbul etmişdir. Atasından qalan və anası ölməmişdən əvvəl ona şifahi şəkildə vəsiyyət etdiyi evə yenidən getmək istəyərkən evinin oğlu Cavabdeh1 tərəfindən söküldüyünü görmüşdür. Bunun səbəbini soruşduqda Cavabdeh1 evləri öz adına rəsmiləşdirəcəyini, onu isə faktiki qəbul etdiyi miras qalmış əmlakdan çıxardacağı ilə hədələmişdir. Bundan sonra araşdırma apararkən müəyyən etmişdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satarkən, atasından qalan digər torpaq sahəsinin də vərəsəliyini bütöv qəbulu və imtinası prinsipinə əsasən Cavabdeh1 adına keçirilməsinə razılıq vermişlər. Bu razılığın formal olması digər evin faktiki olaraq onun tərəfindən qəbul edilməsi və istifadə edilməsi ilə öz təsdiqini tapır. Eyni zamanda o, rəsmi olaraq həmin evdə qeydiyyatdadır və bu da evin onun əsas yaşayış yeri olmasına dələlət edir. Bundan sonra uzun müddət heç bir mübahisə olmadan həmin evdən və Çuxuryurdda olan su sexi yerləşən torpaq sahəsi və restorandan istifadə etmişlər. Notariusda vəkil sorğusu ilə digər iki vərəsəlik işinə aid olan sənədləri alarkən məlum olmuşdur ki, Cavabdeh1 atasının adından etibarnamədə vərəsəlik işi üzrə miras əmlakın qəbul edilməsi və ya imtina edilməsinə dair xüsusi qeyd olmadan torpaq sahəsindən imtina edilməsinə dair ərizə yazmışdır. Bundan əlavə, ona artıq başqa şəxslərə çoxdan satılmış “VAZ 2121” markalı, ** EP *** nömrəli avtomobili əsil sahibinin adına rəsmiləşdirmək üçün Cavabdeh1 tərəfindən o, notariusa çağırılmış və avtomobilin həmin şəxsə satıldığı adı ilə ona bir neçə sənədə imza etdirmişlər. Göründüyü kimi, həm ilk vərəsəlik işində, həm də ikinci vərəsəlik işində onun iradə ifadəsinin ziddinə olaraq, ona ətraflı izah edilmədən vərəsəlik işi açılmış və o, faktiki qəbul etdiyi əmlaklardan oğlu tərəfindən aldadılaraq uzaqlaşıdırılma təhlükəsi ilə üzləşmişdir. İki vərəsəlik işi onun faktiki qəbul etdiyi əmlakların əlindən məqsədli şəkildə almaq üçün açıldığının göstəricisidir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 01.07.2007-ci il tarixdə vəfat etmiş X6nun və 15.08.2016- cı il tarixdə vəfat etmiş anası X15 tam hüquqlu vərəsəsi kimi tanınması, 07 fevral 2018-ci il tarixdə Şamaxı rayon Dövlət notariat kontoru tərəfindən təsdiq olunmuş İddiaçı atasından və anasından miras qalmış əmlakdan imtina etməsi barədə ərizələrinin etibarsız hesab edilməsi, 07 dekabr 2004-cü il tarixdə bağlanmış Şamaxı rayon Dövlət notariat kontorunda 4Ə/3/499 reyestrlə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi, Sabirabad rayonunun Cavabdeh2riat ofisində 15 avqust 2020-ci il tarixli, 3M-249 reyestr nömrəsi ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş qeydiyyat sənədlərinin ləğv edilməsi, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən, “Su sexi” kimi fəaliyyət göstərən “Xeyriyyə” sahibkar müəssisəsi, onun ətrafında olan torpaq sahələrinə, üzərində olan tikililərə və 15.08.2016-cı il tarixdə vəfat etmiş anası X10 miras qalmış ünvan 1 evə münasibətdə İddiaçı ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanunsuzdur. Qətnamə iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi və iş üçün əhəmiyyətli faktlar və bunları təsdiq edən sübutlar tam və düzgün şəkildə məcmu halında mövcud qanunvericiliyə uyğun hüquqi qiymət verilməməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsində mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, o, yalnız Cavabdeh1 cavabdeh kimi, Şamaxı Regional Cavabdeh2riat ofisini və ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsini maraqlı tərəflər kimi prosesə cəlb etmişdir. Məhkəmə isə mövcud iddia tələblərinə və mübahisə predmetlərinə uyğun olaraq maraqlı şəxslərin prosesdə iştirakının qanuni olub-olmamasını yoxlamamışdır. Əslində işin xüsusiyyətlərindən və vəzifə öhdəliklərindən asılı olaraq maraqlı şəxslər birbaşa cavabdeh kimi prosesə cəlb edilməli idilər. İş materiallarında 3 ədəd vərəsəlik dosyesində olan sənədlərdən məlum olur ki, notariat ofisinin notariusu və Cavabdeh1 kobud qanun pozuntuları ilə vərəsəlik işini aparmış və bu yolla Cavabdeh1 mirasa daxil olmayan əmlakları tam ələ keçirmişdir. 2V-176 saylı qanun üzrə vərəsəliklə bağlı iş 2013-cü ilin sentyabr ayında açılmış və 16 sentyabr 2013-cü il tarixdə icra olunmuşdur. Notarius dosyesində olan sənədlər toplusundan aydın olur ki, AZ-İ 243971 saylı ölüm haqqında şəhadətnaməyə əsasən miras qoyan X21 01 iyul 2007-ci il tarixdə vəfat etmişdir, yəni vərəsəlik işi 6 il sonra cavabdehlər tərəfindən açılmışdır. 31 iyul 2013-cü il tarixli ərizədən aydın olur ki, miras əmlak yalnız Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 5 hektar torpaq sahəsindən ibarətdir. Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayır, miras qoyan atası isə ünvan 4 qeydiyyatda olaraq yaşamışdır. Digər vərəsələr miras qoyanla birgə ölüm gününədək onunla eyni ünvanda yaşamışlar. Ərizə 7E-61 nömrə ilə reyestrə daxil edilmişdir. Lakin Şamaxı rayon İHB-nin Şamaxı şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 57 saylı, 7 iyul 2013-cü il tarixli arayışda 2007-ci ildə vəfat etmiş miras qoyanın vəfatından sonra miras qoyana məxsus Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 5 hektar torpaq sahəsinin yalnız Cavabdeh1 tərəfindən faktiki qəbul edildiyi və hazırda özünün istifadə etdiyi qeyd edilmişdir. Qalan vərəsələrin həmin əmlakı faktiki qəbul etməsi barədə məlumat isə nədənsə müəyyən edilməmişdir. Şəxsin Bakıda ailəsi ilə birgə yaşayaraq əmlakı faktiki necə qəbul etməsi aydın deyildir. Miras qoyan X1 Fəridə Əbil qızı ilə 16 sentyabr 1958-ci il tarixində nikaha daxil olmuşdir. Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 27.02.2001-ci il tarixli, 2 nömrəli qərarı ilə və JN-0734 KOD 41017018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X21 5 hektar torpaq sahəsi almış və həmin torpaq sahəsi 27.05.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyəti kimi qeydə alınmışdır. Şamaxı rayon İHB-nin Şamaxı şəhəri üzrə nümayəndəliyi tərəfindən verilmiş 3724 saylı, 31 iyul 2013-cü il tarixli arayışa əsasən X11 3 nəfər qanun üzrə vərəsələri mövcuddur. 31 iyul 2013-cü il tarixli ərizədən məlum olur ki, vərəsə X15 adından Cavabdeh1 notariata rəsmi müraciət edib anası Fəridənin həyat yoldaşından qalan irs paydan ibarət olan əmlakı qəbul etmədiyini, etmək fikrində olmadığını, bütün əmlaklardan əl çəkdiyini və müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Bu ərizəni cavabdeh imzalamış və notarius tərəfindən 7E-61 nömrə ilə reyestrdə qeydə alınmışdır. 31 iyul 2013-cü il tarixli ərizədən məlum olur ki, vərəsə İddiaçı guya öz adından notariusa rəsmi müraciət edib atasından qalan irs paydan ibarət olan əmlakı qəbul etmədiyini, etmək fikrində olmadığını, bütün əmlaklardan əl çəkdiyini və müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Ərizəni guya o imzalayıb və notarius tərəfindən 7E-61 nömrə ilə reyestrdə qeydə alınmışdır. Ərizənin onun tərəfindən imzalanması şübhəlidir. Belə ki, ona məxsus şəxsiyyət vəsiqəsindən aydın olur ki, onun soyadı İskəndərovadır, lakin ərizədə İsgəndərova yazılıb. Həm də o, miras qoyanın evində, yəni Şamaxı şəhəri, N .Nəcəfov küçəsi, ev 17-də qeydiyyatda olub yaşayır. Həm də məlumdur ki, notarial ərizələr heç bir halda eyni nömrə ilə reyestrdə qeydiyyata alınmır. Ərizələrdən aydın olur ki, yazı xətti eyni olduğundan bunları 1 nəfər hazırlamış və əl yazısı ilə əlavələr edib qeydlər etmişdir. 16 sentyabr 2013cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras əmlak JN-0734, kod 41017018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 5 ha torpaq sahəsindən ibarətdir. Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır və yaşayır. Şəhadətnamə 2V-176 nömrə ilə reyestrdə qeydə alınmış, həmin tarixdə dövlət rüsumu alınmışdır. Lakin, 14 sentyabr 2013-cü il tarixli “Kapital Bank”ın mədaxil qəbzində isə şəhadətnamə almaq üçün ödənişin 24 sentyabr tarixində edilməsi müəyyən olunur. 2V-26 saylı qanun üzrə vərəsəliklə bağlı iş 20 fevral 2014-cü ildə açılmış və 20 fevral 2014-cü il tarixində icra olunmuşdur. Notarius dosyesində olan sənədlər toplusundan aydın olur ki, ölüm haqqında şəhadətnaməyə əsasən miras qoyan X21 01 iyul 2007-ci il tarixdə vəfat etmişdir, yəni vərəsəlik işi cavabdehlər tərəfindən 7 il sonra açılmışdır. 20 fevral 2014-cü il tarixli ərizədən aydın olur ki, miras əmlak yalnız atasına məxsus ünvan 4 ünvanından yerləşən yaşayış evindən ibarətdir. Miras qoyan atası ünvan 4 qeydiyyatda olmuş və həmin evdə yaşamışdır, digər vərəsələr miras qoyanla birgə ölüm gününədək onunla eyni ünvanda yaşamışlar. Ərizə 7E-855 nömrə ilə reyestrə daxil edilmişdir. Lakin hər iki işdə eyni olan 02 iyun 2011-ci il tarixli etibarnamədən aydın olur ki, anası X22 ünvan 5 ünvanında qeydiyyatdadır. Yəni ana və oğul Bakı şəhərində qeydiyyatda olmuş və yaşamışlar. Lakin Şamaxı rayon İHB-nin Şamaxı şəhəri üzrə nümayəndəliyindən verilmiş 817 saylı arayışda 2007-ci ildə vəfat etmiş miras qoyanın ünvan 4 yaşadığı, 3 nəfər qanun üzrə vərəsələri mövcud olduğu qeyd edilmişdir. RX ******* seriyalı, 30 yanvar 2014-cü il tarixli AR DƏMK yanında DƏDRX-nin Hüquqlarının dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən mərhum X11 mülkiyyətində olan 0,0243 hektar ərazidə olan ümumi sahəsi 197.2 m2, yaşayış sahəsi 92,8 m2, yardımçı sahəsi 104,4 m2 olan 4 otaqlı mənzilinə dair çıxarış 30.01.2014-cü il tarixində, yəni mərhum öləndən 7 il sonra alınmışdır. Ziddiyyətli məqam odur ki, cavabdehlər ilkin vərəsəlik işində olan digər vərəsələrə aid edilən eyni nömrə və eyni tarixlə reyestrə daxil ərizələri digər vərəsələri dəvət etmədən və ya məlumat vermədən gizlində bu ərizələri vərəsəlik işinə salmışlar. 20 fevral 2014-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras əmlak RX seriyal, ******* nömrəli, 30 yanvar 2014-cü il tarixli AR DƏMK yanında DƏDRX-nin Hüquqlarının dövət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,0243 hektar sahəsi və üzərində olan ümumi sahəsi 197.2 m2, yaşayış sahəsi 92.8 m2, yardımçı sahəsi 104,4 m2 olan 4 otaqlı yaşayış evidir. Şəhadətnamə 2V-26 nömrə ilə reyestrdə qeydə alınmışdır. Həmin tarixdə 20 AZN dövlət rüsumu alınmışdır. Lakin 24 sentyabr 2013-cü il tarixli “Kapital Bank”ın mədaxil qəbzində isə şəhadətnamə almaq üçün ödənişin 24 sentyabr tarixində edilməsi müəyyən olunur. 2V-46 saylı qanun üzrə vərəsəliklə bağlı iş 07 fevral 2018-ci ildə açılmış və 07 fevral 2018-ci il tarixində icra olunmuşdur. Notarius dosyesində olan sənədlər toplusundan aydın olur ki, miras qoyan X22 15 avqust 2016-ci il tarixdə vəfat etmişdi, yəni vərəsəlik işi cavabdehlər tərəfindən 2 il sonra açılmışdır. 07 fevral 2018-ci il tarixli ərizədən aydın olur ki, miras əmlak yalnız miras qoyan anasına məxsus VAZ-2121 markalı, ** EP *** dövlət nömrə nişanlı minik avtomobilidir. Cavabdeh1 ünvan 4 qeydiyyatdadır. Digər vərəsə odur və ünvan 4 qeydiyyatda olmaqla yaşayır. Bu dəfə nədənsə ərizənin reyestr nömrəsi yazılmamışdır. Şamaxı rayon İHB-nin Şamaxı şəhəri üzrə nümayəndəliyindən verilmiş 640 saylı, 06 fevral 2018-ci il tarixli arayışda mərhumların vəfatından sonra vərəsələrinin o və Cavabdeh1 olduğu qeyd edilmişdir. Məhrumlar vəfat etdikləri günədək ünvan 4 yaşamışlar. Ziddiyyətli məqam odur ki, iddia ərizəsində və məhkəmə qətnaməsində 07 fevral 2018-ci il ərizənin onun tərəfindən öz iradəsinə uyğun verildiyi qeyd edilmişdir. Lakin fakt odur ki, həmin tarixli ərizə mövcud deyildir. Ona görə mövcud olmayan sənəd barədə məhkəmə qətnaməsinin qəbul edilməsi özlüyündə qanun pozuntusudur. Əslində mübahisə həm də bu işdə olan guya onun tərəfindən öz iradəsinə uyğun verilmiş 06 fevral 2018-ci il tarixli ərizə ilə bağlıdır. Belə ki, 06 fevral 2018-ci il tarixli ərizə ilə o notariusa müraciət edərək anası İskəndərova Fəridədən qalan irs payından ibarət olan əmlakı qəbul etmədiyini, etmək fikrində olmadığnı, odur ki, bütün əmlakdan əl çəkdiyini və müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Ərizəni o imzalamış və notarius tərəfindən 06 fevral 2018-ci il tarixində 7E-784 nömrə ilə reyestrdə qeydə alınmışdır. Ərizənin onun tərəfindən imzalanması şübhəlidir, Belə ki, ərizələrdə cümlə quruluşu, məzmun eynidir. Ona məxsus şəxsiyyət vəsiqələrindən aydın olur ki, onun soyadı İskəndərovadır, lakin ərizədə “g” və ya “k” aydın deyildir. Ərizələrdən aydın olur ki, yazı xətti eyni olduğundan bunları 1 nəfər hazırlamışdır. Lakin, bu işdə ilkin cavabdehin ərizəsinin reyestr nömrəsinin olmaması özlüyündə şübhəlidir. 07 fevral 2018-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən miras əmlak “VAZ-2121” markalı, ** EP *** dövlət nömrə nişanlı minik avtomobilidir. Məhkəmə sübutları tam şəkildə qiymətləndirməmiş, onları tam göstərməklə hüquqi qiymət verməmişdir. Həm də məhkəmə qətnaməsində qeyd edilən 07 fevral 2018-ci il tarixli ərizənin, ümumiyyətlə, olmaması məlum olur. Həm də məlum olur ki, onun qeydiyyatda olduğu və daimi yaşadığı atasından miras əmlak gizlində, onun xəbəri olmadan və o, notariusa dəvət edilmədən cavabdehin mülkiyyətinə qanunsuz keçmişdir. Mərhum anasının oğluna verdiyi etibarnamədən məlum olur ki, ana bütün əmlakına onun xeyrinə sərəncam verməyi oğluna etibar etsə də, oğul əmlakı öz xeyrinə özgəninkiləşdirmişdir. Lakin o, hər hansı etibarnamə verməmiş, ata mənzilindən payından imtina etməsi ilə bağlı ərizə ilə notariusa müraciət etməmişdir. Hətta ilkin vərəsəlik işindən məlum olur ki, öncəki vərəsəlikdə miras əmlak ancaq Çuxuryurd kəndində yerləşən 5 hektar torpaq sahəsi olmuşdur. Məntiqlə hesab edilsə ki, həqiqətən atasından qalan bu əmlakdan imtina edirsə, bu o demək deyildir ki, o, atasından və anasından qalan özünün dolanacağını, yaşayışını maddi cəhətdən təmin edən digər əmlaklardan imtina edir. Əgər məhkəmə onun bütün əmlaklardan imtina etdiyi qənaətinə gəlirsə, ümumiyyətlə, özünün yaşayışını təmin edən əmlaklarının olub-olmamasını müəyyən etməli idi. Həm də əgər o, miras əmlakların qəbulundan imtina edirsə, vərəsəlik işində kimin xeyrinə imtina etməsini də göstərməli idi. Onun ərizələrindən belə nəticəyə gəlinir o, istənilən üçüncü şəxsin, hətta vərəsə olmayan şəxsin xeyrinə miras əmlakından imtina edir. Ona görə məhkəmə öncə onun vəkili tərəfindən təqdim edilən sənədlərin və üzərindəki yazı və imzaların saxta olubolmaması ilə bağlı xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətini təmin etməli idi. Hətta belə müraciət olmasa belə, öz təşəbbüsü ilə saxtakarlığın olub-olmamasını, notarius tərəfindən qanunsuz hərəkətlərin olub-olmaması hissəsində mütləq ekspertiza keçirilməsini təmin etməli idi. Digər məsələ vərəsəlik qaydasında keçməyən əmlaklara dair onun tələbinə münasibətdə məhkəmənin müddətin keçməsini əsas gətirərək iddia tələbinə, ümumiyyətlə, baxmaması özlüyündə kobud pozuntudur. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, miras əmlakın qəbul edilməsi ilə bağlı müddətlər keçsə də, hüquqi və faktiki cəhətdən miras əmlaklar qanuni qəbul edilmişdir. Çünki həmin əmlakların faktiki olaraq əvvəldən onun tərəfindən qəbul edilməsi aşkardır. Ona münasibətdə müddətin tətbiq edilməsi, lakin cavabdehin qanunsuz hərəkətlərinə hər hansı hüquqi qiymət verilməməsi özlüyündə bir sıra maddi və prosessual imperativ hüquq normalarının ona münasibətdə qərəzli şəkildə pozulması hesab olunur. Onun müraciətlərinin heç birinin qanuni əsaslandırmadan rədd edilməsi, cavabdehlərin ikidən çox qanunsuz hərəkətlərinə qarşı qanuni tədbir görülməli olduğu halda, etinasızlıq göstərilməsi və cavabdehin ərizəsi ilə iddia müddətinin tətbiq edilməsi tərəflərdən birinə üstünlük verilərək “qanun qarşısında bərabər olma”, “ədalətli olma”, “həqiqəti müəyyən etmə” prinsiplərinin pozulmasına ilə onun ağırlaşmış vəziyyətinin daha ağırlaşmasına səbəb olmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. İddiaçı nümayəndələri X23 və Vəkil məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verdilər. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, məhkəmə kollegiyası tərəfindən cavabdeh qismində cəlb edilmiş X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şamaxı Regional “Asan xidmət” mərkəzində notariat ofisi, Sabirabad rayonunun “ASAN xidmət” mərkəzində notariat ofisi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 14 saylı Şamaxı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi ilə X21 arasında bağlanmış 03 mart 2001-ci il tarixli, 03 nömrəli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsi tərəfindən X14 0,5 ha torpaq sahəsi satılmışdır. İş materialarında olan kodu 41017018 olan JN-0734 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu, Çuxuryurd bələdiyyəsinin 27.02.2001-ci il tarixli, 2 nömrəli qərarı ilə X14 0,5 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 01.07.2007-ci il tarixdə ölmüşdür. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur, X6, anası X18r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X25 26.06.1980-ci il tarixdə anadan olmuşdur, X6, anası X18r. İş materialarında olan X19 imzası 31 iyul 2013-cü il tarixdə Şamaxı rayon Dövlət notariat kontorunda təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 01.07.2007-ci ildə vəfat etmiş atası X2 qalan irs payından ibarət olan əmlakı qəbul etməmiş və etmək fikrində deyildir, odur ki, bütün əmlakdan əl çəkir, müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan Şamaxı rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 16 sentyabr 2013-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin surətindən görünür ki, 01 iyul 2007-ci ildə vəfat etmiş X11 vərəsəsi oğlu Cavabdeh1dur, şəhadətnamə verilən miras əmlak JN-0734 kod 41017018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində yerləşən 5,0 ha torpaq sahəsindən ibarətdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 15.08.2016-cı il tarixdə ölmüşdür. İş materialarında olan X19 imzası 6 fevral 2018-ci il tarixdə Şamaxı rayon notariat kontorunda təsdiq edilmiş ərizəsinin surətindən görünür ki, 15.08.2016-cı ildə vəfat etmiş anası X10 sonra qalan irs payından ibarət olan əmlakı qəbul etməmiş və etmək fikrində deyildir, odur ki, bütün əmlakdan əl çəkir, müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan Şamaxı rayon Dövlət notariat kontoru tərəfindən verilmiş 07 fevral 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 15.08.2016-cı ildə ölmüş X13 vərəsəsi oğlu Cavabdeh1dur, şəhadətnamə verilən miras əmlak VAZ 2121 minik markalı, ** EP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Göyçay bölgə şöbəsi tərəfindən verilmiş X8 Reyestrindən çıxarışın surətindən görünür ki, “Xeyriyyə” sahibkar, istehsal, ticarət, kommersiya müəssisəsi 10.02.1995-ci il tarixdə qeydə alınmışdır, əvvəlki təsisçisi X21 olmuş, hazırki təsisçisi Cavabdeh1 100% paya malikdir, qurumun yeni adı “Xeyriyyə” məhdud məsuliyyətli cəmiyyətidir. İş materiallarında olan kodu 41017018 olan, JN 0458 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şamaxı rayonu Çuxuryurd bələdiyyəsinin 03 mart 2001-ci il tarixli, 03 saylı qərarı ilə “Xeyriyyə” müəssisəsinə 0,50 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsi ev 17, yeni qaydalarla Şamaxı rayonu, Şamaxı şəhəri, Niyazi Nəcəfov küçəsində istifadədə olan 0,024340 ha torpaq sahəsində yerləşən 39 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 27.12.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Şamaxı rayon Dövlət notariat kontorunda 07 dekabr 2004-cü il tarixdə təsdiq edilərək 4Ə/3/499 sayla reyestrdə qeydə alınmış müqavilənin surətindən görünür ki, X21 “Xeyriyyə” müəssisəsinə məxsus Şamaxı rayonu Çuxuryurd kəndində 4928 kv.m torpaq sahəsində yerləşən, 1994-cü ildə tikilimiş, ümumi sahəsi 167,8 kv.m, yaşayış sahəsi 99,8 kv.m olan doqquz otaqlı, divarı mişar daşı, üst örtüyü şiferdən ibarət olan qeyri yaşayış binaları olan su qablaşdırma sexinin binasını və donuz damının binasını Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisində təsdiq edilərək 3M-249 sayla qeydə alınmış müəssisədəki payın bağışlanma müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 “Xeyriyyə” məhdud məsuliyyətli cəmiyyətində 2 paydan ibarət olan 100%-lik təsisçilik payını X5 bağışlamışdır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəlləsinin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanını ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsə hesab edilirlər. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, X21 ilə X15 birgə nikahından 13.10.1959-cu il tarixdə İddiaçı anadan olmuşdur. X21 01.07.2007-ci il tarixdə ölmüş, ölümündən sonra qanun üzrə vərəsələri kimi arvadı X22, uşaqları İddiaçı və Cavabdeh1 qalmışlar. İddiaçı imzası 31 iyul 2013-cü il tarixdə Şamaxı rayon Dövlət notariat kontorunda təsdid edilmiş ərizə ilə müraciət edərək 01.07.2007-ci ildə vəfat etmiş atası X2 qalan irs payından ibarət olan əmlakı qəbul etmədiyini, etmək fikrində olmadığını, bütün əmlakdan əl çəkdiyini, müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. Cavabdeh1 da X15 nümayəndəsi kimi eyni məzmunlu ərizə ilə notariat kontoruna müraciət etmişdir. X22 15.08.2016-cı il tarixdə ölmüş, ölümündən sonra qanun üzrə vərəsələri kimi uşaqları İddiaçı və Cavabdeh1 qalmışlar. İddiaçı imzası 6 fevral 2018-ci il tarixdə Şamaxı rayon notariat kontorunda təsdid edilmiş ərizə ilə müraciət edərək 15.08.2016-cı ildə vəfat etmiş anası X3 qalan irs payından ibarət olan əmlakı qəbul qəbul etmədiyini, etmək fikrində olmadığını, bütün əmlakdan əl çəkdiyini, müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəyini bildirmişdir. İddiaçı tələbini, həm ilk vərəsəlik işində, həm də ikinci vərəsəlik işində iradə ifadəsinin ziddinə olaraq, ətraflı izah edilmədən vərəsəlik işi açılması və faktiki qəbul etiyi əmlaklardan oğlu tərəfindən aldadılaraq uzaqlaşdırılma təhlüküsi ilə üz-üzə olması, iki vərəsəlik işi də məqsədli şəkildə faktiki qəbul etdiyi əmlakların əlindən almaq məqsədli olduğunu, atasına dair vərəsəlik işinin ölümündən 6 il sonra, anasına dair vərəsəlik işinin isə 2 il sonra formal xarakterli açılması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının atasının bütün əmlaklarının idarə edilməsində şəxsən iştirak etməsinə və müəssisənin belə idarə edilməsinin ona həvalə edilməsinə, mirasdan imtina barədə ərizələrinin hüquqi nəticələrinin ona bəlli olmadığına dair irəli sürdüyü dəlilləri inandırıcı hesab etmir. Azərbaycan Respublikası MM-nin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1257-ci maddəyə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Həmin Məcəllənin 1268.1-ci maddəyə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. X24 həm iddia ərizəsində, həm də apellyasiya şikayətində X9 və X10 miras qalmış əmlakları qəbul etməkdən imtina etdiyi barədə ərizələrdə olan imzaların ona məxsus olduğunu göstəmişdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.1-ci maddəyə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməldə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 339.5-ci maddəsinə görə əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Azərbaycan Respublikası MM-nin 152.4-cü maddəsinə əsasən sərəncam hüququəmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə görə bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinin mənasına görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr hesab olunur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Göründüyü kimi, əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Mülki Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların bağışlanması haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası MM-nin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə kollegiyası qeyd edir ki, X9 və X10 miras qalmış əmlakları qəbul etməkdən imtina etdiyi barədə İddiaçı ərizələri tərtib edilərkən və 07 dekabr 2004-cü il tarixdə Şamaxı rayon Dövlət notariat kontorunda təsdiq edilərək 4Ə/3/499 sayla reyestrdə qeydə alınmış və 15 avqust 2020-ci il tarixdə Sabirabad rayonunun Cavabdeh2riat ofisində təsdiq edilərək 3M-249 sayla reyestrdə qeydə alınmış bağışlama müqavilələləri bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı mirasdan imtina barədə 31 iyul 2013-cü il tarixli və 06.02.2018-ci il tarixli ərizələrə, 07 dekabr 2004-cü il tarixli bağışlama müqaviləsinə dair uzun müddət hər hansı bir mübahisə açmamış, ancaq 03.02.2020-ci il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, bununla da mübahisələndirmə müddətini ötürmüşdür. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şamaxı Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(074)-38/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3047/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3047/2021
09.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver