Məhkəmə qərarları › İş №2(105)-3059/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3059/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3059/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil X2, cavabdehin nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxx” MTK-ya, Cavabdeh2 və Cavabdeh3 qarşı razılıq ərizəsinin və kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-3515/2020 saylı qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) ərizənin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbə sahəsi 90,25 kv.m olan 65 saylı mənzilin üzərinə məhdudiyyət qoyaraq, alqı-satqısı yekun məhkəmə qərarı çıxanadək qadağan olunması, mənzilə dair icra hərəkətlərinin dayandırılması qərara alınmışdır. Cavabdeh3 qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) cavabdeh Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-3515/2020 №-li qərardadından cavabdeh Hacıyeva (İbrahimova) Nigar Cavanşir qızı tərəfindən verilmiş şikayətin əsassız hesab edilərək baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh “xxxxxxxxxx” MTK-ya qarşı mənzilə sahiblik və istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxx” MTK-ya pay hüququ ilə ona məxsus Xırdalan şəəhəri, H.Əliyev 1 ünvanında yerləşən binadan 90,25 kv.m olan 65 saylı mənzilə sahiblik və istifadəyə maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbə sahəsi 90,25 kv.m olan 65 saylı mənzilin Cavabdeh3 adına rəsmiləşdirilməsinə Cavabdeh2 Qurbət oğlu tərəfindən verilmiş razılıq ərizəsinin, eyni zamanda qeyd olunan mənzilə dair cavabdehlər Cavabdeh3 ilə “xxxxxxxxxx” MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbə sahəsi 90,25 kv.m olan 65 saylı mənzilin üzərinə məhdudiyyət qoyaraq, alqı-satqısının yekun məhkəmə qərarı çıxanadək qadağan olunması, mənzilə dair icra hərəkətlərinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh3 Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Qərardad onun mülkiyyət hüquqlarının pozulmasına səbə olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi vəkil X3 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil X4 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdıraraq, məruzəçini və tərəflərin izahatlarını dinləyib, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini İddiaçı xahişinın əsaslı olması ilə əsaslandırmış və Azərbaycan Respublikası MPM-nin 157, 158.1 və 158.1.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. İşdən görünür ki, İddiaçı cavabdeh “xxxxxxxxxx” MTK-ya qarşı mənzilə sahiblik və istifadəyə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev 1 ünvanında yerləşən yaşayış binasının 1-ci giriş, 9-cu mərtəbə sahəsi 90,25 kv.m olan 65 saylı mənzilin üzərinə məhdudiyyət qoyaraq, alqı-satqısının yekun məhkəmə qərarı çıxanadək qadağan olunması, mənzilə dair icra hərəkətlərinin dayandırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri) İddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər (Mülki Prosessual Məcəllənin 158.1.1. maddəsi). Qanunun mənasından göründüyü kimi məhkəmə iddianın təmin tədbiri kimi müəyyən hərəkətləri etməyi cavabdehlərə qadağan etmək kimi tədbirlər görə bilər. Cavabdehlərə müəyyən hərəkətləri etməyin qadağan olunması mövcud vəziyyəti, mübahisənin mahiyyəti üzrə həll olunana qədər saxlamaq məqsədi dayışır. Bu ona görə zəruri və vacibdir ki, iddiaçının pozulması ehtimal edilən hüquqlarının davamlılığının qarşısı müvəqqəti də olsa alınsın. Lakin ərizəni təmin edən birinci instansiya məhkəməsi mübahisə predmetinin satılması barədə real təhlükə olmasını, eləcə də icra hərəkətlərinin dayandırılmasının “İcra haqqında” Qanunun 21.2. maddəsinin tələbinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarına diqqət yetirməmişdir. Halbuki “İcra haqqında” Qanunun 21.2. maddəsinə əsasən bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh İddiaçı şikayəti qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, iddiaçı tərəfindən verilmiş iddianın təmin tədbirinə dair ərizəyə qeyd olunan hallara diqqət yetirilməklə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli tarixli qərardadları ləğv edilsin. İddianın təmin tədbirinə dair ərizəyə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar