Məhkəmə qərarları › İş №2(105)-3071/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3071/2020

16.11.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3071/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh tərəfindən ünvan 2az şəhəri, Vağzal küçəsi, 20/1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçən ünvan 2az xidmət sahəsinə məxsus d 219 mm-lik qaz xəttinin mühafizə zolağında qanunsuz olaraq inşa edilmiş tikilinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qərardadı ilə həmin məhkəməmnin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır. (hakim İ.Xəlilov) İddiaçı ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qərardadından şikayət verərək, dövlət rüsumunun gec ödənilməsi səbəbindən şikayətin qanunla müəyyən edilmiş vaxtda verilməməsinin üzürlü hesab edilərək, müddətin bərpa edilməsi barədə yeni qərardad çıxarılmasını, işə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini, əks təqdirdə qərardaddan şikayəti işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. ünvan 2az Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-79/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki iş ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən Bakı şəhərinə gediş-gəlişə qadağalar qoyulduğundan və ictimai nəqliyyatda məhdudiyyətlər tətbiq olunduğundan işlə bağlı İddiaçı tərəfindən dövlət rüsumu vaxtında köçürülməmişdir. Buna görə də, dövlət rüsumunun gec ödənilməsi səbəbindən şikayətin qanunla müəyyən edilmiş vaxtda verilməməsinin üzürlü hesab edilərək, müddətin bərpa edilməsi barədə yeni qərardad çıxarılması, işə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi, əks təqdirdə qərardaddan şikayəti işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin və onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən iddiaçının izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli, 2(067)-79/2020 saylı qərardadları ləğv edilməli, iş həmin məhkəmənin xx.xx.2020ci il tarixli 2(067)-79/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamaq üçün yenidən həmin məhkəməyə qaytarılmalıdır. İş materiallarından görünür ki, ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə xx xxxxxxxx 2020-ci il tarixdə daxil olmuş, bundan cəmi 3 gün sonra isə məhkəmə qeyd edilən qərardadı ilə apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyi üçün geri qaytarılmışdır. İşdən görünür ki, məhkəmə iclasında tərəflərin, ələlxüsus İddiaçı nümayəndəsinin iştirakı təmin edilməmiş, çəkişmə prinsipi pozulmuş, iddiaçının buraxılamış prosessual müddətlə bağlı hər hansı vəsatətinin olub-olmaması araşdırılmamış və məsələyə səthi yanaşılaraq şikayət geri qaytarılmışdır. Halbuki, iddiaçının qərardaddan verdiyi şikayətində göstərmişdir ki, koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına əsasən Bakı şəhərinə gediş-gəlişə qadağalar qoyulduğundan və ictimai nəqliyyatda məhdudiyyətlər tətbiq olunduğundan işlə bağlı İddiaçı tərəfindən dövlət rüsumu vaxtında köçürülməmişdir. Buna görə də, dövlət rüsumunun gec ödənilməsi səbəbindən şikayətin qanunla müəyyən edilmiş vaxtda verilməməsinin üzürlü hesab edilərək, müddətin bərpa edilməsi barədə yeni qərardad çıxarılması, işə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məsələyə bu qaydada formal əsaslarla yanaşılması yolverilməzdir və iddiaçının qərardaddan verdiyi şikayətində müddət ötürülməsini əsaslandırması, habelə şikayətində buraxılmış müddətin bərpa edilməsini xahiş etməsi imkanı, xx xxxxxxxx 2020-ci il taixli məhkəmə iclasında onun iştirakının təmin edilməməsi səbəbindən itirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Yenə də həmin Məcəllənin 133.2-ci maddəsinə görə buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Məhkəmə kollegiyası hesab edir ki, qərardad mövcud qanunvericiliyin tələbləri pozulmaqla çıxarıldığından ləğv edilməli, ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu apelyatorun iştirakı ilə yoxlanılmaq üçün yenidən həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.3-cü maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli, 2(067)-79/2020 saylı qərardadları ləğv edilsin. ünvan 2az Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-79/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin, AR MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğu onun nümayəndəsinin iştirakı ilə yoxlanılmaq üçün yenidən həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar