Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3125/2021 16.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(027)-829/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN E T D İ: Quba rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(027)-829/2021 saylı qərardadı ilə Quba Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-829/2021 saylı qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş prosessual müddəti buraxması, şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün vəsatətin təqdim edilməməsi səbəbindən geri qaytarılmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba şəhəri, T.Əhmədov küçəsi 6/7-də yerləşən mənzilinə Cavabdeh tərəfindən yazılmış qanunsuz cərimənin tam silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-829/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. Hazırda iş üzrə İddiaçı Quba Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-829/2021 saylı qərardadından şikayət ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-829/2021 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı verdiyi şikayəti onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmaqla qərardadda göstərilmişdir ki, o, Quba Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 2(027)-829/2021 saylı qərardadını 29 aprel 2021ci il tarixdə məhkəmə qəbzini imzalayaraq almış, şikayəti isə 03.07.2021-ci il tarixdə vermişdir. Lakin məhkəməyə göndərdiyi şikayətə əlavə olunmuş qərardadın surətində də qərardadı 02.07.2021-ci il tarixdə almağı barədə imza və tarix yazılıb. O, məhkəmə qərardadını məhkəmənin dəftərxanasında məhkəmə işçisindən qəbul etmiş və əgər qərardadı almağı barədə qəbz var idisə, onda məhkəmə tərəfləri çağırılıb araşdırılmalı olduğu halda bu faktı gizlətməyə yönəlmiş qərar qəbul edilmişdir. Ona görə də xahiş edir ki, Quba Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli 2(027)-829/2021 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə kollegiyasınımn iclasında iştirak edən İddiaçı şikayətin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdi. Cavabdeh İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş, ona görə də işə cavabdehin iştirakı olmadan baxılmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçini, tərəfin izahatını dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 268.2-ci maddəsinə əsasən qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. İş materiallarından görünür ki, İddiaçı 16.04.2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, sonuncunun iştirakı ilə məhkəmə qərardadı elan olunmaqla qərardaddan şikayət vermə qaydası izah olunmuş, həmçinin məhkəmə qərardadı qəbzə imza edilməklə təqdim edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı məhkəmə qərardadının alınmasına dair qəbzlərdə imzanın ona aid olmasını həmin qəbzlərə baxış keçirərək təsdiq etdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlili əsassızdır ona görə ki, İddiaçı özü şəxsən məhkəmə iclasında iştirak etməklə məhkəmə qərarının elan olunması və qərardaddan şikayət verilməsinin ona izah olunması barədə tərtib olunmuş məhkəmə protokoluna da heç bir qeyd verməmiş, bununla da, məhkəmənin 16.04.2021-ci il tarixli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmış, lakin qərardaddən şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət təqdim etmədiyindən həmin qərardaddan verilən şikayət əsaslı olaraq Quba Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 2(027)-829/2021 saylı qərardadı ilə geri qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apelyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Quba rayon Məhkəməsinin iş üzrə 15 iyul 2021-ci il tarixli 2(027)-3125/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəsini alır.
Məhkəmə qərarları › İş №2(105)-3125/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3125/2021
16.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver