Məhkəmə qərarları › İş №2(105)-314/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-314/2022

17.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-314/2022 17.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və cavabeh Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər X25, X11, X7, X17, Cavabdeh1, Cavabdeh4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “miras əmlakdan payın azaldılması və həmin əmlaklara mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X15 mülkiyyətində olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsinin Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **-LC-*** VAZ 21214 minik avtomobilinin "xxxx" KB ASC-də AZ27UBAZ**********1110AZN001 saylı hesabda depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat pul 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh4, X25, X11, X7 və X8 arasında bərabər bölünməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Samir Məmmədov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin qismən "xxxx" Müəssisəsinə münasibətdə ləğv edilməsini, həmin hissədə müəssisənin miras əmlakların tərkibindən çıxarılması barədə birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı qətnamədən apelyasiya şikayətinə əlavə verərək Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin qismən "xxxx" Müəssisəsinə münasibətdə ləğv edilməsini, həmin hissədə müəssisənin miras əmlakların tərkibindən çıxarılması və digər vərəsələrdən fərqli olaraq 16012,64 manat pulun tərəfindən miras qoyanın borclarına, dəfn xərclərinə çəkdiyini nəzərə alıb həmin məbləğin 42.500 (qırx iki min beş yüz) manat puldan çıxıldıqdan sonra yerdə qalan 23 487,36 manat pulun 7 vərəsə arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi, 5 saylı Xaçmaz ərazi İdarəsi, üçüncü şəxslər X25, X11, X7, X12 qarşı “miras əmlakdan payın azaldılması və həmin əmlaklara mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında (reyest kitabı № 3, səhifə 65, qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli) şəhadətnaməyə əsasən 13.12.2020-ci il tarixdə Quba rayonunda vəfat etmiş X15 mülkiyyətində olan Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi, həmin müəssisəyə və həmin torpaq sahəsində inşa olunmuş çayxana, marketlər və fermaya onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirirərək Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı №3, Səhifə 65, Qeydiyyat N» 001650, 02.01.2004-cü il tarixii şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X15 mülkiyyətində olan "xxxx" müəssisəsindən cavabdehlərə Cavabdeh1 və Cavabdeh4 çatası hissəyə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi, həmin müəssisəyə onun mülkiyyət hüququmun tanınması, miras əmlakdan digər cavabdehlər X13, X3, X2, X8 imtinalarının qəbul edilərək "xxxx" müəssisəsinə tam payın onun adına müəyyən olunması, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində miras qoyanın mülkiyyətdə olan 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin, Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 10LC683 «VAZ- 21214» minik avtomobilinin və "xxxx" KB ASC-də olan 42.500 manat pulun 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh4, X25, X11, X7 və X8 arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirirərək Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı №3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X15 mülkiyyətində olan "xxxx" müəssisəsindən cavabdehlərə Cavabdeh1 və Cavabdeh4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi, "xxxx" müəssisəsinin fəaliyyətinin İddiaçı tərəfindən idarə olunması, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində miras qoyanın mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin, Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 10LC683 «VAZ-21214» minik avtomobilin və "xxxx" KB ASC-də olan 42.500 manat pulun 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh4, X13, X3, X2 və X8 arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, miras əmlakın sahibi X28 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmişdir. X15 vəfatından sonra övladları o, Cavabdeh1, X14 (30.07.1999-cu ildə ölmüşdür) hüquqi varisi Cavabdeh4 (nəvəsi), X25,X11, X7, X18 olmaqla vərəsələri qalmışdır. Vərəsələr Cavabdeh2nə ərizə ilə müraciət edərək miras qoyanın Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0006066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 50605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən, Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 10LC683 «VAZ-21214» minik avtomobilndən, "xxxx" KB-də olan 42.500 manat puldan, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə edilməsi və özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyestr kitabı №3, Səhifə 65, Qeydiyyat №001850, 02.01.2004-cü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsindən onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Məhkəmə prosesində X1 adına daşınmaz əmlakın dövlət reyestrində hansı əmlakların olub-olmaması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə sorğusu verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 03.2021-ci il tarixli, **********87 nömrəli məhkəmə sorğusuna cavab məktubunda 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən X1 adına yalnız 30.11.2006-cı il tarixli, **********62- 10301 nömrəli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində fərdi yaşayış evi və həmin kənddə 02.01.2004-cü il, 001050 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən yaşayış binası aşkar edilmişdir. Sorğuya cavab məhkəmə iclasında elan olunduqdan sonra iddiaya dəqiqləşmə verilmiş, iddiadakı tələblərdən biri məhz "xxxx" müəssisəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi, "xxxx" müəssisəsinin fəaliyyətinin İddiaçı tərəfindən idarə olunması qoyulmuşdur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, “Tara" müəssisəsinin sovet höküməti dövründə olan tikililəri sökülmüş, burada yeni tikililər özbaşına inşa edilmiş, qeydiyyata alınmamış, dövlət reyestrindən qeydiyyatdan keçməmiş, torpaq sahəsi dövlət mülkiyyətindədir. Buna baxmayaraq məhkəmə “Tara" müəssisəsini miras əmlaklar siyahısına salmış, mövcud olmayan əmlaklara qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini və çıxarışla rəsmiləşdirilməsini qət etmişdir. Ona görə də məhkəmənin qətnaməsini bu hissədə mübahsələndirir və hesab edir ki, həmin hissədə məhkəmənin qətnaməsi ləğv edilməli və miras əmlaklardan "xxxx" müəssisəsinin vərəsələr arasında bölünməsi siyahıdan çıxarılmalıdır. Halbuki iddia ərizəsində belə bir tələb qoyulmamış, eyni zamanda "xxxx" müəssisəsinin bölünməsi haqqında qarşılıqlı iddia verilməmişdir. Bundan əlavə miras qoyanın ölünmündən sonra həmin kredit tərəfindən tam bağlanmış və 1012,64 manat faiz tərəfindən ödənilmişdir. Bundan başqa X15 dəfn xərclərinə ili daxil olmaqla ehsanın verilməsinə 8000 manat, qəbrinin götürülməsinə, baş daşına 7000 manat, cəmi isə 16012,64 manat pul sərf olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-ci maddəsindən göründüyü kimi digər vərəsələrə nisbətdə göstərilən xərclər tərəfindən çəkilmişdir. Hesab edir ki, 16012,64 manat pul miras qoyanın "xxxx" KB ASC-də AZ27UŞAZ**********1110AZN001 saylı hesabda depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat pulundan çıxıldıqdan sonra yerdə qalan məbləğ digər vərəsələr arasında 1/7 hissədə bölünməlidir. Tərəfindən göstərilən tələb birinci instansiya məhkəməsində irəli sürülməmişdir. Bunun isə başlıca səbəbi apellyasiya instansiyası mərhələsində müvəqqəti təminat tədbiri barədə Cavabdeh1 tərəfindən ayrıca icraat qaydasında vermiş olduğu müvəqqəti təminat tədbiri barədə ərizəsinin məhkəmənin MTT(105)-7/2021 saylı, 13.12.2021-ci il tarixli qərardadı qəbul edildikdən sonra bilməyi, eləcə də iddia qaldırılan vaxt miras qoyanın ilinin və baş daşının qoyulmaması olmuşdur. Belə ki, digər vərəsələrdən fərqli olaraq 16012,64 manat pul tərəfindən miras qoyanın borclarına, dəfn xərclərinə çəkilmişdir. 2 cavabdehdən başqa digər vərəsələr bunu təsdiq edirlər. Ona görə də hesab edir ki, 16012,64 manat pul 42.500 (qırx iki min beş yüz) manat puldan çıxıldıqdan sonra yerdə qalan 23487,36 manat pul vərəsə arasında bölünməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsinin qismən "xxxx" Müəssisəsinə münasibətdə ləğv edilməsini, həmin hissədə müəssisənin miras əmlakların tərkibindən çıxarılması və digər vərəsələrdən fərqli olaraq 16012,64 manat pulun tərəfimdən miras qoyanın borclarına, dəfn xərclərinə çəkdiyini nəzərə alıb həmin məbləğin 42.500 (qırx iki min beş yüz) manat puldan çıxıldıqdan sonra yerdə qalan 23 487,36 manat pulun 7 vərəsə arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasını iclasında İddiaçı nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26.08.2021-ci il tarixli qətnaməsinin qismən "xxxx" Müəssisəsinə münasibətdə ləğv edilməsini, həmin hissədə müəssisənin miras əmlakların tərkibindən çıxarılması və digər vərəsələrdən fərqli olaraq 16012,64 manat pulun iddiaçı tərəfindən miras qoyanın borclarına, dəfn xərclərinə çəkildiyini nəzərə alıb həmin məbləğin 42.500 (qırx iki min beş yüz) manat puldan çıxıldıqdan sonra yerdə qalan 23 487,36 manat pulun 7 vərəsə arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək əsassız olduğundan təmin olunmamasını, Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı onun doğma əmisidir. Yəni miras əmlak babasının əmlakıdır. Onun atası 1999-cu ildə ölmüşdür. Onlar babanın himayəsində böyümüş, babası ölənə qədər onunla yaşamışlar, babasına onun anası qulluq edib. O, babası ilə birlikdə onun işlədiyi hər yerə gedib. Babası əkinçiliklə məşğul olub, mal-qarası olub. Əmisi,yəni iddiaçı iddia edir ki, "xxxx" Müəssisəsini o tikib. Bu belə deyil, o, hələ uşaq vaxtından babası ilə birlikdə "xxxx" Müəssisəsinə gedib-gəlirdi, müəssisəni babası tikib. İddiaçı Dövlət Sərhəd Xidmətində işləyirdi, ümumiyyətlə rayonda yaşamırdı, ildə cəmi 40 gün məzuniyyəti olurdu ki, həmin məzuniyyətin maksimum 10-15 gününü gəlib atasını görüb qayıdırdı. "xxxx" Müəssisəsini babası heyvanlarını sataraq tikib. Babasının bank hesabında 42500 manat pul var idi, hər ay o puldan faiz alırdı. İndi onu da əmisi mənimsəyir. O, iddiaçının vərəsə olması faktını inkar etmir, amma oların da nəvə olaraq hüquqları nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmamasını, Quba Rayon Məhkəməsinin 2(027)- 1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər X16, Cavabdeh1, X5, X4, X12, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinə, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya şikayətinin dəlillərindən görünür ki, iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən, "xxxx" Müəssisəsinə münasibətdə ləğv edilməsini, həmin hissədə müəssisənin miras əmlakların tərkibindən çıxarılması və digər vərəsələrdən fərqli olaraq 16012,64 manat pulun iddiaçı tərəfindən miras qoyanın borclarına, dəfn xərclərinə çəkildiyini nəzərə alıb həmin məbləğin 42.500 (qırx iki min beş yüz) manat puldan çıxıldıqdan sonra yerdə qalan 23 487,36 manat pulun 7 vərəsə arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də məhkəmənin qətnaməsi həmin hissədə yoxlanılmalıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2021ci il tarixli, 2(060)-1927/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan AZ-İİ 131299 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X28 13.12.2020-ci il tarixdə, AZ-İ 609262 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 30.09.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan XİX-JQ 453619 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə doğulmuş İddiaçı Yolçu Paşayevin və X9 oğludur; İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15.03.1960-cı il tarixdə doğulmuş X20 miras qoyan Yolçu Paşayevin qızıdır; İİ-JQ 300193 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 08.06.1979-cu il tarixdə nikah bağlamış və nikah bağlanandan sonra ona «Kərimova» soyadı verilmişdir; İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10.04.1966-cı il tarixdə doğulmuş X21 miras qoyan Yolçu Paşayevin qızıdır; İV-JQ 300704 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X21 05.06.1986-cı il tarixdə nikah bağlamış və nikah bağlanandan sonra ona «Yarəliyeva» soyadı verilmişdir; İş materiallarında olan 11 aprel 1968-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 15.03.1968-ci il tarixdə doğulmuş X10 miras qoyan Yolçu Paşayevin qızıdır; Vİ-JQ 259815 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20.01.1991-ci il tarixdə nikah bağlamış və nikah bağlanandan sonra ona «Niyazova» soyadı verilmişdir; İş materiallarında olan XİV-JQ 269047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 04.09.1970-ci il tarixdə doğulmuş X22 miras qoyan Yolçu Paşayevin qızıdır; “vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X22 03.02.1989-cu il tarixdə nikah bağlamış və nikah bağlanandan sonra ona «Lətifova» soyadı verilmişdir; İş materiallarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03.06.1964-cü il tarixdə doğulmuş X25 miras qoyan Yolçu Paşayevin oğludur. İş materiallarında olan İş materiallarında olan "xxxx" KB ASC-nin 28.04.2021-ci il tarixli məktubundan görünür ki, X15 "xxxx" KB ASC-də olan AZ27UBAZ**********1110AZN001 saylı bank hesabında depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat vəsaiti vardır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamədən (reyestr kitabı №3, qeydiyyat № 001850, səhifə 65, tarix 02.01.2004) görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsi X15 xüsusi mülkiyyətindədir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. İş materiallarında olan Əmlakın İnventarlaşdırması Bürosu Müəssisə və Obyektin texniki pasportundan görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən 1982, 1984, 1958, 1957, 1982-c illərdə tikilmiş Quba "xxxx" müəssisəsinin ümumi sahəsi 1236,2 kv.m, əsas sahəsi 1015,3 kv.m, köməkçi sahəsi 220,9 kv.m, tikinti altı sahəsi 1369,3 kv.m-dir. İş materiallarında olan Quba RİHB-nın Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəliyin 15.02.2021-ci il tarixli 76 nömrəli arayışından görünür ki, 13.12.2020-ci il tarixdə vəfat etmiş X15 növbəti vərəsələri qalmışdır: İddiaçı, Cavabdeh4, X25, Paşayeva (Yarəliyeva) Sürmə Yolçu qızı, Paşayev (Niyazova) Səlminaz Yolçu qızı, Paşayev (Lətifova) Maral Tofiq qızı və Cavabdeh1. İş materiallarında olan Quba RİHB-nın Qırmızı Qəsəbə İƏD üzrə nümayəndəliyin 26.02.2021-ci il tarixli 87 nömrəli arayışından görünür ki, 30.07.1999-cu il tarixdə vəfat etmiş X14 vəfatından sonra növbəti vərəsələri qalmışdır: X6, Cavabdeh4, X23. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 05.03.2021-ci il tarixli, **********87 nömrəli məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi idarəsinin arxiv sənədlərinə əsasən X1 adına yalnız 30.11.2006-cı il tarixli, **********62-10301 nömrəli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində fərdi yaşayış evi və həmin kənddə 02.01.2004-cü il tarixli, 001050 qeydiyyat nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən qeyri-yaşayış binası aşkar edilmişdir. X1 adına Quba rayonu, Dağlı kəndində yerləşən qeyri-yaşayış binasına dövlət reyestrindən 23.01.2020-ci il tarixli, 5/36 nömrəli məhdudiyyət (yüklülük) haqqında arayış alınmış, lakin həmin əmlakın özgəninkiləşdirilməsi barədə heç bir məlumat qeydə alınmamışdır. İş materiallarında olan İddiaçı, Cavabdeh4, X25, X11, X7, X17 və Cavabdeh1 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, onlar mirasın tərkibinə daxil olan Quba rayonu, Dağlı kəndində yerləşən torpaq sahələrindən onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişlər. Müəyyən edilmişdir ki, X28 13.12.2020-ci il tarixdə vəfat etmişdir. Ondan Quba rayonu, Dağlı kəndində yerləşən 0.16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, **-LC-*** “VAZ 21214” minik avtomobil, "xxxx" KB ASC-də 42.500 (qırx iki min beş yüz) manat pul və Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsindən ibarət miras əmlak qalmışdır. X15 vərəsələri övladları İddiaçı, X25, X11, X7, X17 və Cavabdeh1 və Cavabdeh4 olmuşdur. Məhkəmə iddia tələbinin “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-çü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X15 mülkiyyətində olan "xxxx" müəssisəsindən cavabdehlərə Cavabdeh1 və Cavabdeh4 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik şəhadətnaməsinin və 5 saylı Xaçmaz ərazi İdarəsi tərəfindən çıxarışın verilməməsi” hissəsinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz, ona görə rədd edilməlidir. Belə ki, hazırki iddianın predmeti məhz miras əmlakın vərəsələr arasında bölüşdürülməsi ilə bağlıdır. Miras əmlakın vərəsələr arasında payları müəyyən edilməsi barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi hər bir vərəsənin vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması və gələcəkdə özünə aid payın dövlət reyestrində qeydiyyata aldırması üçün əsasdır. Bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisinin və DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsinin üzərinə bu cür vəzifələrin qoyulması barədə tələb tam əsassız hesab edilməli və iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin "xxxx" müəssisəsinin fəaliyyətinin İddiaçı tərəfindən idarə olunması” hissəsinə dair qeyd etmişdir ki, “Müəssisələr haqqında” Azərbaycan Respublikasının qanununun 26-cı maddəsinə əsasən müəssisənin idarə edilməsi bu Qanuna, müəssisələrin ayrı-ayrı təşkilati-hüquqi formalarına dair Azərbaycan Respublikasının digər qanunlarına, habelə müəssisənin nizamnaməsinə uyğun həyata keçirilir; müəssisə idarəetmə orqanlarının strukturunu, ştat vahidlərini və onların saxlanılması xərclərini müstəqil müəyyən edir; mülkiyyətçi müəssisənin idarəetməsini bilavasitə və ya müvəkkil etdiyi orqanlar vasitəsi ilə həyata keçirir; fərdi (ailə) və dövlət müəssisəsi istisna olmaqla, digər müəssisələrin idarə edilməsi payçıların ümumi yığıncağı (konfransı), idarə heyəti, səhmdar cəmiyyətində həm də nizamnamədə nəzərdə tutulduğu halda müşahidə şurası tərəfindən həyata keçirilir; fərdi (ailə) və dövlət müəssisəsinin idarə edilməsi bu Qanuna uyğun olaraq təsisçi tərəfindən müstəqil müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Qeyri-kommersiya hüquqi şəxsinin nizamnaməsində onun fəaliyyətinin predmeti və məqsədləri müəyyənləşdirilir. Qeyrihökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasına yol verilmir. Həmin Məcəllənin 106-1.3.1-ci maddəsinə əsasən cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək. Məhkəmə qeyd etmişdir ki, hər bir müəssisə eyni zamanda hüquqi şəxsdir, o hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmalıdır. Onun dövlət qeydiyyatına alınması üçün nizamnaməsində öz təşkilati-hüquqi formasını göstərən adı, fəaliyyət göstərəcəyi ünvan yazılır. İş materiallarından göründüyü kimi, mübahisə predmeti sayılan "xxxx" müəssisəsi iddiaçının mərhum atası X15 xüsusi mülkiyyətində olmuşdur və digər əmlaklar kimi miras kütləsinə daxildir. İddiaçı "xxxx" müəssisində onun tərəfindən müəyyən tikililərin inşa edildiyini və illərdir həmin obyektlərin onun tərəfindən idarə edildiyini qeyd iddia etmiş, lakin məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 27.07.2021-ci il tarixli **********26 saylı məktubundan göründüyü kimi, Tara müəssisəsinin adına Quba rayonu, Dağlı kəndində qeydiyyatda alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi "xxxx" müəssisəsinin fəaliyyətinin İddiaçı tərəfindən idarə olunması” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Həmin Məcəllənin 1157-1.3-cü maddəsinə əsasən mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. Məhkəmə qeyd etmişdir ki, "xxxx" müəssisəsi yuxarıda göstərilən digər əmlaklar kimi miras kütləsinə daxildir və vərəsələr arasında bərabər şəkildə bölünməli, daha sonra müəssisənin nizamnaməsində və qanunla müəyyən edilmiş qaydada idarəçi müəyyən edilməlidir. Hazırda müəssisənin mülkiyyətçisi öldüyündən, mirasın bölüşdürülməsinə qədər vərəsələr onu birgə idarə etmək hüququna malikdirlər. Bundan başqa məhkəmə hesab etmişdir ki, iş üzrə üçüncü şəxslər X25, X11, X7, X17 iddianın tam etirafı barədə ərizə versələr də bu hal məhkəmə tərəfindən tam təsdiq edilə bilməz. Belə ki, iddianın tam etiraf edilməsi iddianın tam təmin edilməsi deməkdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi, iddia bir neçə tələbdən ibarət olmuş və yuxarıda göstərilən səbəblərdən dolayı iddia tələbinin bir hissəsinin rədd edilməsi qərara alındığından, həmin hissələrdə iddianın etirafı qanuna zidd olduğundan, bu cür etirafın məhkəmə tərəfindən təsdiq edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehlər X25, X11, X17 və X2 iddianı etirafı qismən, “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********6210301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində miras qoyanın mülkiyyətdə olan 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi, Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **- LC-*** VAZ 21214 minik avtomobil və "xxxx" KB ASCdə olan 42.500 (qırx iki min beş yüz) manat pul 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh4, X25, X11, X7 və X8 arasında bərabər bölünsün” hissədə qəbul edilməlidir. Azrbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən əsaslı hesab edildiyi üçün qismən təmin edilməli, 13.12.2020-ci ildə Quba rayonunda vəfat etmiş X15 mülkiyyətində olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti mülkiyyət hüququ haqqında Reyest kitabı № 3, Səhifə 65, Qeydiyyat № 001850, 02.01.2004-cü il tarixli şəhadətnaməyə əsasən Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsi, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0005066, Reyestr nömrəsi **********62-10301, Qeydiyyat nömrəsi, 280605809, Qeydiyyat tarixi 30/11/2006-cı il tarixli çıxarışa əsasən Quba rayonu, Dağlı kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 71.2 kv.m yaşayış, 91.05 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi; Azərbaycan Respublikası nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən **- LC-*** «VAZ-21214» minik avtomobili və "xxxx" KB ASCdə AZ27UBAZ**********1110AZN001 hesabda depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat pul 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1, Cavabdeh4, X25, X11, X7 və X8 arasında bərabər bölünməli, iddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. İddiaçı qətnamədən apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin qismən "xxxx" Müəssisəsinə münasibətdə ləğv edilməsini, həmin hissədə müəssisənin miras əmlakların tərkibindən çıxarılması barədə birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı qətnamədən apelyasiya şikayətinə əlavə verərək Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsinin qismən "xxxx" Müəssisəsinə münasibətdə ləğv edilməsini, həmin hissədə müəssisənin miras əmlakların tərkibindən çıxarılması və digər vərəsələrdən fərqli olaraq 16012,64 manat pulun tərəfindən miras qoyanın borclarına, dəfn xərclərinə çəkdiyini nəzərə alıb həmin məbləğin 42.500 (qırx iki min beş yüz) manat puldan çıxıldıqdan sonra yerdə qalan 23 487,36 manat pulun 7 vərəsə arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamədən (reyestr kitabı №3, qeydiyyat № 001850, səhifə 65, tarix 02.01.2004) görünür ki, Quba rayonu, Dağlı kəndində yerləşən "xxxx" müəssisəsi X15 xüsusi mülkiyyətindədir. Yəni həmin əmlak miras əmlakı kütləsinə daxildir. Apelyant isə həmin əmlakın miras əmlaklar sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin əmlakın ona məxsus olmasına dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Bundan başqa iddiaçının həmin əmlakın miras əmlaklar sırasından çıxarılmasına dair iddiası olmamışdır. Bundan başqa apelyantın apelyasiya şikayətinin ikinci hissəsi ondan ibarətdir ki, iddiaçı digər vərəsələrdən fərqli olaraq 16012,64 manat pulun tərəfindən miras qoyanın borclarına, dəfn xərclərinə çəkdiyini nəzərə alıb həmin məbləğin 42.500 (qırx iki min beş yüz) manat puldan çıxıldıqdan sonra yerdə qalan 23 487,36 manat pulun 7 vərəsə arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bu dəlili də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" KB ASC-nin 28.04.2021-ci il tarixli məktubundan görünür ki, X15 "xxxx" KB ASC-də olan AZ27UBAZ**********1110AZN001 saylı bank hesabında depozit saxlanılan 42.500 (qırx iki min beş yüz) manat vəsaiti vardır. İddiaçı məhkəmədə iddia qaldıraraq "xxxx" KB ASC-də olan 42.500 manat pulun 1/7 hissədə vərəsələr İddiaçı, Cavabdeh1 və Cavabdeh4, X13, X3, X2 və X8 arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırda isə apellyasiya şikayətində digər vərəsələrdən fərqli olaraq 16012,64 manat pulun tərəfindən miras qoyanın borclarına, dəfn xərclərinə çəkdiyini nəzərə alıb həmin məbləğin 42.500 (qırx iki min beş yüz) manat puldan çıxıldıqdan sonra yerdə qalan 23 487,36 manat pulun 7 vərəsə arasında bölünməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki onun məhkəmədə qaldırdığı iddia ilə apellyasiya şikayəti arasında ziddiyyət vardır, yəni iddiaçı belə bir iddia qaldırmamışdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəisinə əsasən hakim işdə iştirak edən şəxslərin verdliyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə gəlmiş olduğu nəticəni əsaslı hesab edir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni vəəsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri ümümi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinəəsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərəəsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 2(027)-1397/2021 saylı, 26 avqust 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar