Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3147/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X4 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-2535/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-2535/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı X1 istifadə qaydalarının pozulması haqqında 30.01.2018-ci il tarixli ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 429,10 manat məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 459,10 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 4537,20 manat məbləğində zərərin, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4567,20 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında əvvəllər, eləcə də sonuncu dəfə 06.03.2020-ci il tarixində, 14/1172 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X8 Departamenti tərəfindən **********03084 nömrəli abonent kodu verilmişdir. Cavabdeh müqavilənin 2.3.2-ci bəndinin və “X5”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X5nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, ******* saylı, 30.01.2018-ci il tarixli akta əsasən 858,20 manat, ******* saylı, 22.02.2018-ci il tarixli akta əsasən 201,60 manat, ******* saylı, 22.03.2018-ci il tarixli akta əsasən 227,20 manat, ******* saylı, 17.04.2018-ci il tarixli akta əsasən 324,00 manat, ******* saylı, 24.05.2018-ci il tarixli akta əsasən 270,80 manat, ******* saylı, 21.08.2018-ci il tarixli akta əsasən 115,20 manat, ******* saylı, 31.09.2018-ci il tarixli akta əsasən 345,60 manat, ******* saylı, 31.10.2018-ci il tarixli akta əsasən 57,60 manat, ******* saylı, 30.11.2018-ci il tarixli akta əsasən 57,60 manat, ******* saylı, 28.12.2018-ci il tarixli akta əsasən 64,80 manat, ******* saylı, 31.01.2019-cu il tarixli akta əsasən 120,60 manat, ******* saylı, 28.02.2019-cu il tarixli akta əsasən 64,80 manat, ******* saylı, 29.03.2019-cu il tarixli akta əsasən 133,20 manat, ******* saylı, 30.04.2019-cu il tarixli akta əsasən 133,20 manat, ******* saylı, 30.05.2019-cu il tarixli akta əsasən 32,40 manat, ******* saylı, 28.06.2019-cu il tarixli akta əsasən 32,40 manat, ******* saylı, 30.09.2019-cu il tarixli akta əsasən 97,20 manat, ******* saylı, 30.10.2019-cu il tarixli akta əsasən 32,40 manat, ******* saylı, 29.11.2019-cu il tarixli akta əsasən 133,20 manat, ******* saylı, 30.12.2019-cu il tarixli akta əsasən 295,20 manat, ******* saylı, 30.01.2020-ci il tarixli akta əsasən 295,20 manat, ******* saylı, 28.02.2020-ci il tarixli akta əsasən 295,20 manat, ******* saylı, 30.03.2020-ci il tarixli akta əsasən 295,20 manat, ******* saylı, 05.04.2020-ci il tarixliakta əsasən 42,00 manat, cəmi 4524,80 manat məbləğində İddiaçınə zərər dəymişdir. Cavabdehin göstərilən aktlar üzrə borc məbləğindən başqa, 2020-ci ilin aprel ayı üzrə sərfiyyata görə 12,40 manat borcu yaranmışdır. Beləliklə, cavabdehin İddiaçınə ödənilməli olan borc məbləği aktlar üzrə 4524,80 manat, sərfiyyat üzrə 12,40 manat, cəmi 4537,20 manat təşkil edir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını, tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İddianın rədd olunmuş hissəsinə münasibətdə məhkəmə qətnaməsində göstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun deyildir, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddət davam edən təqsirli və qanuna zidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulma nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hasablanmış və tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş zərər məbləğidir. Məhkəmə aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış və yay aylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmənin bu qaydada hesablama əməliyyatını aparması qanuni və əsaslı deyildir. Tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları, yəni Azərbaycan Respublikası MM-nin 386, 448.2, 1096, 1097.1, “Qaz təchizatı haqqında” qanunun 6.2, 20 və 22-ci maddələri, “X5”nın 6.5-ci bəndi məhkəmə tərəfindən, ümumiyyətlə, tətbiq edilməmişdir. Məhkəmə tərəfindən həmin maddi maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə bu qeyd olunmamışdır. İddiaçı öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmiş, ümumiyyətlə, məhkəmə iclaslarında belə iştirak etməmişdir. Cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilən hissəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06.03.2020-ci il tarixli, 14/1172 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 yanvar 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 4291 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28 fevral 2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 fevral 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1008 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 15 mart 2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 mart 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1136 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 18.04.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 19 aprel 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1620 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 25.05.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 25 may 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1354 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 21.09.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 21 sentyabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31.10.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 oktyabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.11.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 noyabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.12.2018-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 dekabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31.01.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar rezin boru vasitəsi ilə qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 yanvar 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1206 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.02.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 fevral 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 29.03.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29 mart 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 aprel 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.05.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 may 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.06.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.09.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 972 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 29.11.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.01.2020-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.02.2020-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.03.2020-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 06.04.2020-ci il tarixli, ******* nömrəli “Təbii X5nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 05 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 420 m3 müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktlara münasibətdə qeyd etmişdir ki, 30.01.2018-ci il tarixli, ******* saylı birinci aktdan başqa, digər aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulmanın əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübutun İddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsinə digər aktların doğruluğunun şübhə yaratmasına istinad edərək, 30.01.2018-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh sayğacdan kənar təbii qazı istehlak etdiyi PQ 4 qaz cihazları vasitəsi ilə işlətdiyindən həmin cihaza 89 gün üçün cəmi 4291 m3 orta sərfiyyat hesablanmasını nəzərə alaraq həmin sərfiyyatı əsas götürərək hazırki qaz abunəçiləri üçün müəyyən edilmiş 1 m3 qazın 10 qəpik hesabı ilə dəymiş zərərin 429,1 manat məbləğində müəyyən edərək həmin məbləğin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 06.03.2020-ci il tarixli, 14/1172 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdlr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “X5”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən normadan da görünür ki, şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da “X5”nın və müqavilə şərtlərinin pozulmasına görə qazpaylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda, qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Qazpaylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyildir. Odur ki, qazpaylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda, istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Cavabdeh təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etməsi iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. Həmçinin işdə olan abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən 2018- 2020-ci illər ərzində təbii qazdan istifadəyə görə ödəniş edilməmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 24 ədəd “Təbii X5nın pozulması haqqında” aktların surətlərindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Qeyd edilən hallar isə cavabdehin uzun müddət təbii qazdan qeydiyyatsız istifadə etməsini təsdiq edir. İş materiallarından görünür ki, dəymiş zərər ******* saylı, 30.01.2018-ci il tarixli akta əsasən 858.20 manat, ******* saylı, 22.02.2018-ci il tarixli akta əsasən 201.60 manat, ******* saylı, 22.03.2018-ci il tarixli akta əsasən 227.20 manat, ******* saylı, 17.04.2018-ci il tarixli akta əsasən 324.00 manat, ******* saylı, 24.05.2018-ci il tarixli akta əsasən 270.80 manat, ******* saylı, 21.08.2018-ci il tarixli akta əsasən 115.20 manat, ******* saylı, 31.09.2018-ci il tarixli akta əsasən 345.60 manat, ******* saylı, 31.10.2018-ci il tarixli akta əsasən 57.60 manat, ******* saylı, 30.11.2018-ci il tarixli akta əsasən 57.60 manat,0194416 saylı, 28.12.2018-ci il tarixli akta əsasən 64.80 manat, ******* saylı,31.01.2019-cu il tarixli akta əsasən 120.60 manat, ******* saylı, 28.02.2019-cu il tarixli akta əsasən 64.80 manat, ******* saylı, 29.03.2019-cu il tarixli akta əsasən 133.20 manat, ******* saylı, 30.04.2019-cu il tarixli akta əsasən 133.20 manat, ******* saylı, 30.05.2019-cu il tarixli akta əsasən 32.40 manat, ******* saylı, 28.06.2019-cu il tarixli akta əsasən 32.40 manat, ******* saylı, 30.09.2019-cu il tarixli akta əsasən 97.20 manat, ******* saylı, 30.10.2019-cu il tarixli akta əsasən 32.40 manat, ******* saylı,29.11.2019-cu il tarixli akta əsasən 133.20 manat, ******* saylı, 30.12.2019-cu il tarixli akta əsasən 295.20 manat, ******* saylı, 30.01.2020-ci il tarixli akta əsasən 295.20 manat, ******* saylı, 28.02.2020-ci il tarixli akta əsasən 295.20 manat, ******* saylı, 30.03.2020-ci il tarixli akta əsasən 295.20 manat, ******* saylı, 05.04.2020-ci il tarixliakta əsasən 42.00 manat, yəni cəmi 4524,80 manat təşkil edir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında за edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu a müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı iddia ərizəsində yuxarıda göstərilən aktlar üzrə dəymiş ziyan kimi Cavabdeh 4524,80 manat və 2020-ci ilin aprel ayı üzrə sərfiyyata görə 12,40 manat tələb etmişdir. İşdən görünür ki, İddiaçı ******* saylı, 21.08.2018-ci il tarixli akta əsasən dəymiş zərər kimi Cavabdeh 115,20 manat tələb etmişdir. Lakin iş materiallarında ******* saylı, 21.08.2018-ci il tarixli akt yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələb etdiyi 4524,80 manatdan ******* saylı, 21.08.2018-ci il tarixli akta əsasən dəymiş zərər kimi tələb etdiyi 115,20 manat və birinci instansiya məhkəməsi tərəfindən tutulmuş 429,10 manat çıxıldıqdan sonra, qalan məbləğ 3980,50 (4524,80 manat - 115.20 manat - 429,10 manat) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi iddianın dəymiş ziyana aid təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş ziyana görə 3980,50 manat tutulmalıdır. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdehdən 2020-ci ilin aprel ayı üzrə sərfiyyata görə12,40 manat tələb etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə dəymiş zərər kimi qiymətləndirərək rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin həmin hissəsində gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2020-ci ilin aprel ayında qaz sayğacı üzrə sərfiyyat 12,40 manat təşkil etmişdir. Göründüyü kimi, həmin məbləğ qanunsuz istifadə edilmiş təbii qaza görə dəymiş zərər deyil, istifadə edilmiş təbii qaza görə sayğacı üzrə hesablanmış sərfiyyatın dəyəridir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qaz sayğacı üzrə sərfiyyata görə tələb edilən 12,40 manat hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissələrində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissələrdə qismən təmin edilməldir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2(012)-2535/2021 saylı qətnaməsi iddianın təmin olunmamış hissələrində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi bu hissələrdə qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərə görə 3980,50 (üç min doqquz yüz səksən manat 50 qəpik) manat, qaz sayğacı üzrə sərfiyyata görə 12,40 (on iki manat 40 qəpik) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3147/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3147/2021
25.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver