Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3148/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-223/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-223/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3845,69 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərc, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 4175,69 manat pulun məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H: A203NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı 10.11.2016cı il tarixli, 14/3410 saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, həmin ünvana İddiaçı Bakı Regional qazın satış Departamenti tərəfindən **********05680 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci bəndinin və “Qazdan istifadə “Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və videoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, 28.12.2018-ci il tarixindən başlayaraq 30.09.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən İddiaçınə cəmi 1018,80 manat ziyan dəymişdir. Bundan əlavə, elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2826,89 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 3845,69 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı 10.11.2016-cı il tarixli, 14/3410 saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, həmin ünvana İddiaçı Bakı Regional qazın satış Departamenti tərəfindən **********05680 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci bəndinin və “Qazdan istifadə “Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və videoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 28.12.2018-ci il tarixindən başlayaraq 30.09.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən İddiaçınə cəmi 1018,80 manat ziyan dəymişdir. Bundan əlavə, elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2826,89 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 3845,69 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci ii tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş üzrə məhkəmə ekspertizası keçirilmişdir. Ekspert rəyində qeyd edilmişdir ki, ekspertin iştirakı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu. Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən qaz xətti evin küçəyə tərəf divarının yaxınlığından keçir, xəttin diametri 57 mm-lik olmaqla torpaqdan 0,5 metr hündürlükdən, həyətin giriş darvazasının üzərindən isə 3 metr hündürlükdən çəkilmişdir, fərdi yaşayış evinin qaz sayğacı evin küçəyə tərəf divarının üzərinə yerdən 1,5 metr hündürlükdə bərkidilmişdir, sayğaca qaz xətti 20 mm-lik polad qaz borusu vasitəsi ilə 57 mm-lik polad qaz borusundan çəkilmişdir. Baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin, həmçinin İddiaçınə məxsus 57 mm-İİk ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri aşkar edilməmişdir. Hazırki iddia tələbi 28.12.2018-ci il tarixindən başlayaraq 30.09.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən müəyyən olunmuşdur. Ekspertiza keçirilən zaman artıq həmin aktların tərtibindən 3 il müddət keçmişdir. Qaz xətlərinin üzərində kənar qoşulmaların tapılmaması həmin aktların həqiqiliyini inkar etmir. İş materiallarında olan aktlardan görünür ki, cavabdeh tərəfindən qaz xəttinə dəfələrlə qanunsuz qoşulma olmuşdur. Qeyd olunan hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və bununla da hüququn tətbiq edilməsində səhv buraxılmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, cavabdeh Cavabdeh məxsus ünvan 3ində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən İddiaçınə məxsus ümumi paylayıcı və qaz sayğacına daxil olan giriş xətləri 2017-ci ildən sonra dəyişdirilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10.11.2016-cı il tarixli, 14/3410 saylı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan Cavabdeh məxsus ünvan 3ində yerləşən evə dair tərtib edilmiş abonent saldosundan (abonent kodu **********05680) görünür ki, həmin ünvanında 11.12.2012-ci il tarixdə Smart G-4T Diafraqma tipli, 1202AQ**********07 nömrəli sayğac quraşdırılmışdır, aktlara əsasən hesablanmış 2019-cu ilə aid olan borcu 2962,20 manat təşkil edir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 25.10.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar rezin boru vasitəsi ilə istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 oktyabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh oğluna məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 3456 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28 dekabr 2018ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 dekabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh oğluna məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.02.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 fevral 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1296 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 29.03.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29 mart 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.04.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 aprel 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.05.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 may 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31.07.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.08.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.09.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən evə baxış keçirilən zaman təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus ünvan 3ində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 25.10.2018-ci il tarixli, 28.12.2018-ci il tarixli, 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019cu il tarixli, 30.05.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli və 30.10.2019-cu il tarixli aktlardan görünür ki, Cavabdeh təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar edildiyindən təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. İş materiallarında olan İddiaçı Bakı X4 Departamenti tərəfindən İddiaçınə ünvanlanmış 06.02.2019-cu il tarixli müraciətə baxılması barədə məktubun surətindən görünür ki, Bakı X4 Departamentinə daxil olmuş 11.01.2019-cu il tarixli, S-235 saylı müraciət müvafiq qaydada araşdırılmışdır. ünvan 3i ünvanında yaşayan istehlakçı kodu **********04200; sayğacı X1 mənzilinin qaz təsərrüfatına nümayəndələri tərəfindən baxış keçirən zaman məlum olmuşdur ki, 31.01.2018-ci il tarixində 0139598, 27.02.2018-ci il tarixində 3148588, 30.04.2018-ci il tarixində ******* saylı aktlar əsasında 1943.40 manat qazdan istifadə qaydalarının pozulması haqqında aktlar istehlakçının ünvanına düzgün tərtib edilməmişdir. Baxış zamanı məlum olmuşdur ki, akt tərtib edilərkən texniki səhv nəticəsində yazılmışdır. Belə ki, akt tərtib olunan zaman kodu **********05680; sayğac 12143507 Sədrəddin Günəşə aiddir. Qeyd olunanları nəzərə alaraq aktlar əsasında X1 ünvanına 1943.40 manat dəymiş ziyanın Sədrəddin Günəşin hesabına keçirilməsinə münasibət bildirilməsi məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 01.12.2020-ci il tarixli, 10/3327 saylı rəyindən görünür ki, mülki iş materialında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkün olmuşdur. Aktların mötəbərliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. İş üzrə keçirilmiş ekspertizanın 08.05.2021-ci il tarixli, 10/871 saylı rəyindən görünür ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən iş üzrə keçirilmiş ekspertizanın 08.05.2021-ci il tarixli 10/871 saylı rəyini əsas sübut kimi nəzərə alaraq cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10.11.2016-cı il tarixli, 14/3410 saylı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşdən görünür ki, İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 25.10.2018-ci il tarixli, 28.12.2018-ci il tarixli, 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019cu il tarixli və 30.10.2019-cu il tarixli aktlara əsasən Cavabdeh təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar edildiyindən təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. Lakin iş üzrə keçirilmiş ekspertizanın 08.05.2021-ci il tarixli 10/871 saylı rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməmişdir. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, ekspertin iştirakı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin evin küçəyə tərəf divarının yaxınlığından keçdiyi, xəttin diametrinin 57 mm-lik olmaqla torpaqdan 0,5 metr hündürlükdən, həyətin giriş darvazasının üzərindən isə 3 metr hündürlükdən çəkildiyi, fərdi yaşayış evinin qaz sayğacının evin küçəyə tərəf divarının üzərinə yerdən 1,5 metr hündürlükdə bərkidilməsi, sayğaca qaz xəttinin 20 mm-lik polad qaz borusu vasitəsi ilə 57 mm-lik polad qaz borusundan çəkildiyi müəyyən edilmiş, baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin, həmçinin İddiaçı İB-yə məxsus 57 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri aşkar edilməmişdir. Məhkəmə kollegiasının iclasında iddiaçının nümayəndəsi Cavabdeh məxsus ünvan 3ində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən İddiaçınə məxsus ümumi paylayıcı və qaz sayğacına daxil olan giriş xətlərinin 2017-ci ildən sonra dəyişdirilmədiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iş üzrə keçirilmiş ekspertizanın 01.12.2020-ci il tarixli, 10/3327 saylı rəyini sübut kimi qəbul etməmişdir. Belə ki, həmin rəy iş materialında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əsasən verilmiş, ekspert Cavabdeh məxsus ünvan 3ində yerləşən evə quraşdırılmış qaz sayğacına və fərdi yaşayış evini təbii qazla təmin edən qaz xəttinə yerində baxış keçirməmişdir və qaz xəttinə sayğacdan kənar əlavə qoşulmanın texniki cəhətdən hansı şəkildə mümkün olmasını əsaslandırmamışdır. Məhkəmə kollegiyası iş materiallarında olan İddiaçı Bakı X4 Departamentinin 06.02.2019-cu il tarixli müraciətə baxılması barədə məktubuna qiymət verərək hesab edir ki, həmin məktubda göstərilən hallar iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, məktubda qeyd edilən aktlar iş materiallarına əlavə edilməmişdir və həmin aktlar əsasında hesablanmış məbləğin tələb edilməsi də iddia ərizəsindən görünmür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan foto şəkillərlə Cavabdeh məxsus ünvan 3ində yerləşən evdə təbii qazdan sayğacdan kənar istifadə olunduğunu müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən təbii qazdan sayğacdan kənar istifadə olunması sübuta yetirilmədiyindən iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçı təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(012)-223/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3148/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3148/2021
25.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver