Məhkəmə qərarları › İş №2(105)-3162/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3162/2021

25.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3162/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X5 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1851/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1851/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı X2 istifadə qaydalarının pozulması haqqında 29.05.2018-ci il tarixli, ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 302,4 manat məbləğində dəymiş ziyan, 65 manat debitor borcu, cəmi 367,4 manat və 30 manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4023 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 4063,8 manatın məcburi qaydada tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 22.06.2018-ci il tarixli, T/17868 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən istixananı təbii qazla təchiz etmişdir. Həmin ünvana İddiaçı Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00125 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci bəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 29.05.2018-ci il tarixli, ******* saylı akta əsasən 604,80 manat, 30.07.2018-ci il tarixli, ******* saylı akta əsasən 961,20 manat, 30.08.2018-ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, 05.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 399,60 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 08.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 51,80 manat olmaqla, cəmi 4023 manat borcu yaranmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4023 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını, tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İddianın rədd olunmuş hissəsinə münasibətdə məhkəmə qətnaməsində göstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun deyildir, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddət davam edən təqsirli və qanuna zidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulma nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hasablanmış və tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş zərər məbləğidir. Məhkəmə aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış və yay aylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmənin bu qaydada hesablama əməliyyatını aparması qanuni və əsaslı deyildir. Tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları, yəni Azərbaycan Respublikası MM-nin 386, 448.2, 1096, 1097.1, “Qaz təchizatı haqqında” qanunun 6.2, 20 və 22-ci maddələri, “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi məhkəmə tərəfindən, ümumiyyətlə, tətbiq edilməmişdir. Məhkəmə tərəfindən həmin maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə bu qeyd olunmamışdır. İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və bir-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmiş, ümumiyyətlə məhkəmə iclaslarında belə iştirak etməmişdir. Cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilən hissəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın dəymiş ziyana görə təmin olunmamış və debitor borcun tutulması hissələrində ləğv edilməli, iddianın dəymiş ziyana görə təmin olunmamış hissəsində yeni qətnamə qəbul edilərək iddia bu hissədə qismən təmin edilməldir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22.06.2018-ci il tarixli, T/17868 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 29.05.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh oğluna məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman qeyri qanuni olaraq sayğacdan kənar rezin boru vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 may 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 3024 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.07.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 iyul 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.08.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 avqust 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31.10.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 oktyabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1152 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.11.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 noyabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.12.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 dekabr 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31.01.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 yanvar 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1098 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.05.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 may 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 3996 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.06.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31.07.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.08.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.09.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 29.11.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.01.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.02.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.03.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 08.04.2020-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin qeyri qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 08 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 518 m3 müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktlara münasibətdə qeyd etmişdir ki, 29.05.2018-ci il tarixli, ******* nömrəli birinci aktdan başqa, digər aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulmanın əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübutun İddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsinə, digər aktların doğruluğunun şübhə yaratmasına istinad edərək, 29.05.2018-ci il tarixli, ******* saylı akta əsasən Cavabdeh qaz sayğacından kənar xətlə istehlak etdiyi PQ 3, QSQ qaz cihazları vasitəsi ilə işlətdiyindən həmin cihaza cəmi 3024 m3 orta sərfiyyat hesablanmasını nəzərə alaraq həmin sərfiyyatı əsas götürərək hazırki qaz abunəçiləri üçün müəyyən edilmiş 1 m3 qazın 10 qəpik hesabı ilə dəymiş zərərin 302.4 manat məbləğində müəyyən edərək həmin məbləğin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22.06.2018-ci il tarixli, T/17868 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdlr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən normadan da görünür ki, şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da “Qazdan istifadə Qaydaları”nın və müqavilə şərtlərinin pozulmasına görə qazpaylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda, qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Qazpaylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyildir. Odur ki, qazpaylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda, istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Cavabdeh X1 kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. Həmçinin işdə olan abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən 2018ci ilin dekabrından başlayaraq təbii qazdan istifadəyə görə ödəniş edilməmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 19 ədad “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətlərindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Qeyd edilən hallar isə cavabdehin uzun müddət sayğacdan kənar təbii qazdan istifadə etməsini təsdiq edir. İddiaçı iddia ərizəsində göstərilən aktlar üzrə dəymiş ziyan kimi Cavabdeh 4023 manat tələb etmişdir. Lakin iş materiallarından görünür ki, dəymiş zərər 29.05.2018-ci il tarixli, ******* saylı akta əsasən 604,80 manat, 30.07.2018-ci il tarixli, ******* saylı akta əsasən 961,20 manat, 30.08.2018-ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 109,80 manat, 05.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 399,60 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 08.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 51,80 manat, yəni cəmi 3.956 manat təşkil edir. Həmin məbləğdən dəymiş ziyan kimi birinci instansiya məhkəməsi tərəfindən tutulmuş 302,40 manat çıxıldıqdan sonra, qalan məbləğ, yəni 3653,60 (3.956 manat - 302,40 manat) manat təşkil edir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında за edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu a müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın dəymiş ziyana görə təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh oğlundan İddiaçı xeyrinə dəymiş ziyana görə 3653,60 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşdən görünür ki, birinci instansiya məhkəməsi debitor borc kimi Cavabdeh İddiaçı xeyrinə 65 manat tutmuşdur. Halbuki İddiaçı tərəfindən belə bir tələb irəli sürülməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi debitor borcun tutulması hissəsində ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın dəymiş ziyana görə təmin olunmamış və debitor borcun tutulması hissələrində ləğv edilməli, iddianın dəymiş ziyana görə təmin olunmamış hissəsində yeni qətnamə qəbul edilərək iddia bu hissədə qismən təmin edilməldir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1851/2021 saylı qətnaməsi iddianın dəymiş ziyana görə təmin olunmamış və debitor borcun tutulması hissələrində ləğv edilsin, iddianın dəymiş ziyana görə təmin olunmamış hissəsində yeni qətnamə qəbul edilsin, iddia tələbi bu hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3653,60 manat (üç min altı yüz əlli üç manat 60 qəpik) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar