Məhkəmə qərarları › İş №2(105)-3176/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3176/2020

02.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3176/2020 02.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(060)-3951/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə 2(060)-3951/2020 saylı mülki iş Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı borcun qaytarılması tələbinə dair iddiası üzrə 2(004)-146/2020 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi, mülki işdə 2(004)-146/2020 nömrəsinin saxlanılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş şikayət ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yazılı vəsatət verərək məhkəmənin icraatında olan 2(060)-3951/2020 saylı mülki işin Bakı şəhəri Yasamal rayon məhkəməsinin icraatında olan 2(004)-5069/2019 saylı mülki işə birləşdirilməsi üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, vəsatətə əlavə edilmiş Bakı Şəhəri Yasamal rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-5069/2019 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsüilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, birinci instansiya məhkəmələrinin qərardadlarından şikayət verilməsinin əsasları MPM-nin 395-ci maddəsində nəzərdə tutulmuşdur. Hazırki iş üzrə mübahisələndirilən qərardad şikayət verilməsi nəzərdə tutulan qərardadlara aid deyil. Lakin birinci instansiya məhkəməsi mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi barədə qərardadlardan şikayət verilməsi nəzərdə tutulmamasına əhəmiyyət verməmiş, İddiaçı Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətini geri qaytarmaq əvəzinə müzakirə edərək baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayətin MPM-nin 267-268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267-268, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Sumqayıt şəhər məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar