Məhkəmə qərarları › İş №2(105)-3176/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3176/2021

06.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3176/2021 06.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi ilə, İddiaçı Xankı̇ şi oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə və "xxxx" ASC-nin Şı̇ mal-Qərb Retsı̇ Şamaxı Elektrı̇ k Şəbəkəsı̇ nə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(074)-449/2021 nömrəli qətnaməsindən "qış̇ ırəzA" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin NDM № 020334 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 2748 manat və ETAİS-dən gələn borc üzrə hesablanmış 189,72 manat cərimə məbləği iddiaçının yəni **********03842 saylı abunə hesabından silinməsi, iddianın qalan hissəsi təmin edilməməsi, cavabdehlər Azərişıq ASC və Azərişıq ASC-nin X2 Enerji təchizatı və satış idarəsinin Şamaxı elektrik şəbəkəsindən birgə qaydada 30 manat dövlət rüsumu tutularaq, dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər cavabdehlər "xxxx" ASC və "xxxx" ASC-nin X3 Enerji Təchizatı və Satış İdarəsinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin NDM № 020334 saylı aktının etibarsız hesab edilməsi və həmin akta görə hesablanmış 2748 manat və ETAİS-dən gələn borc üzrə hesablanmış 189,72 manat cərimə məbləğinin abunə hesabından silinməsi və həmin akt üzrə ödədiyi pullardan tutulmuş 1540 manat pulun cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Şamaxı şəhərində yaşayır. Atası SSRİ idman ustası Şamaxı şəhərində böyük nüfuza sahib Xankişi Hüseynov 28.10.2019-cu il tarixdə vəfat etmişdir. Hal-hazırda yaşadığı evdə elektrik sayğacı qoşulmuşdur. Elektrik sayğacına "xxxx" ASC-nin işçiləri baxarkən sayğacı yenisi ilə əvəz edib "xxxx" ASC-nin işçiləri yaşadığı fərdi yaşayış evinə verilən elektrik enerjisini kəsmiş, məcbur olub onlara şifahi müraciət etmiş, onlar ona heç bir aktın mövcudluğundan məlumat verməmişdirlər. Ona 500 manat elektrik enerjisinin haqqını köçürtməyini və bu zaman elektrik enerjisinin bərpa olunacağını bildirmişdirlər. Bundan sonra elektrik enerjisi kəsilməsin deyə xeyli ödənişlər etmişdir. Lakin bu yaxınlarda müraciət etdib poçt şöbəsindən abunə haqqında hesabı alanda əsassız yerə 19.10 2020-ci il tarixdə sayğac dəyişilən zaman ona əsassız olaraq mənbəyi bilinməyən ETAİS-dən gələn borc üzrə 189,72 manat, NDM 020334 saylı akt üzrə 391,79 manat və 2355,76 manat ümumilikdə isə 2937,27 manat əsassız borc hesablandığını görmüşdür. Həmçinin sayğac üçün ödədiyi 770 manat, karta yüklədiyim 200 manat və əlavə olaraq borcdan ödədiyi 570 manat nağd pulu da həmin akta silmişlər. Ümumilkdə ödədiyi 1540 manat pul ETAİS-dən gələn borc və əsassız tərtib olunan NDM 020334 saylı akta silinmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. İddiaçı Xamkişi oğlu məhkəməyə teleqram ünvanlayaraq, səhhətində yaranan problemlə əlaqədar prosesdə iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini 196907 saylı protokol ilə elektrik sayğacının displey göstəricisinin fiziki təsir nəticəsində sınaraq yararsız vəziyyətə düşdüyü oxunmadığı bildirilsə də onun hansı xüsusi proqramla oxunduğu göstərilməməsi, həmin xüsusi proqramla yoxlanılan zaman istehlakçının iştirakı təmin olunmaması, eyni zamanda 16.10.2020-ci il tarixli ******* saylı protokolun Xankişi Hüseynov tərəfindən imzalandığı bildirilsə də həmin protokolun 28.10.2019-cu il tarixdə ölmüş Xankişi Hüseynov tərəfindən imzalanmasının qeyri mümkün olması, belə olan halda 03.11.2020-ci il tarixli rəy ilə laboratoriyada istehlakçıya 27013 kvts borc məbləğinin hesablanmasının tamamilə qanunsuz olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, iddia tələbi aktın etibarsız hesab olunması və akt əsasında hesablanmış cərimənin silinməsi barədədir. İş materiallarında olan "xxxx" ASC-nin Abunə haqqında sənədə əsasən **********03842 abunə kodu Xankişi Hüseynova məxsusdur. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olmayan mənzilə yazılmış akt əsasında borcun silinməsini mübahisələndirmiş, birinci instansiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmamasına əhəmiyyət vermədən, iddia tələbini əsaslı hesab etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh tərəfindən silinməsini arzuladığı pulla bağlı subyektiv hüququ olmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Xankı̇ şi oğlunun cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə və "xxxx" ASC-nin Şı̇ mal-Qərb Retsı̇ Şamaxı Elektrı̇ k Şəbəkəsı̇ nə qarşı aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış borcun silinməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar