Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3200/2020 02.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və X6 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyinə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1698/2020 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh qarşı iddia ərizəsinin xx xxxxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində iddia icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı MMC qərardaddan şikayət vermişdir. Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı “əqdin etibarsız hesab edilməsi və əmlakın sahibliyə qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin və həmin tarixli kassa mədaxil orderi qəbzinin etibarsız hesab edilməsi, əmlakın sahibliyə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "İddiaçı’' (əvvəlki “xxxx” MMC) Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında Cəmiyyətin ünvan 1 ünvanda inşa edilən yaşayış binasının A və B bloku üzrə 2-ci üst mərtəbəsindəki ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri təşkil edən qeyri-yaşayış sahəsinin tikintisi haqqında xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanmışdır. Cavabdeh adına guya ona həmin qeyri-yaşayış sahəsinə görə “xxxx” MMC-yə qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənilməsi barədə xx xxxxxx 2017-ci il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Sonradan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti adını İddiaçınə dəyişmişdir. Əslində “xxxx” MMC tərəfindən cavabdehin adına olan qeyri-yaşayış sahəsinin tikintisi haqqında xx xxxxxx 2017-ci il tarixli müqavilə və həmin tarixli kassa mədaxil orderinin qəbzi cavabdehin nümayəndəsi olduğu mərhum Əlimurad Əliyevə məxsus olan torpaq sahəsinin əvəzinə girov təminatı olaraq yazılmışdır. Belə ki, cavabdeh 0,8 ha torpaq sahəsinin 0,6 ha hissəsini Yasamal rayonu ərazisində fəaliyyət göstərən "Dağlar MTK-ya, 0,2 ha hissəsini isə həmin ərazidə fəaliyyət göstərən “xxxx” MMC-yə satmışdır. Cavabdeh 0,2 ha torpaq sahəsini “xxxx” MMC-yə 350 000 manata satması ilə razılaşmışdır. Bundan sonra “xxxx” MMC tərəfindən satılan torpaq sahəsinin müqabilində “xxxx” MMC-yə məxsus ünvan 2 ünvanda tikilməkdə olan binanın 5-ci blokunun 12-ci mərtəbəsindəki 329 saylı üç otaqlı mənzilin payçıya verilməsi və 350 000 manatın ödənilməsi öhdəliyi götürülmüşdür. Həmin vaxt “xxxx” MMC tikinti şirkətinin rəhbərləri tərəfindən torpaq sahəsinə görə pulun bir hissəsi ödənilmişdir. Sonra göstərilən razılaşmanın müqavilə formasının bağlanmasında Cavabdeh “payçı” qismində iştirak edib və guya tikinti işlərinin dayandırılacağından ehtiyat etməsini bəhanə edərək şirkət rəhbərliyini aldadaraq “xxxx” MMC-yə məxsus olan ünvan 1 ünvanda inşa edilən yaşayış binasının A və B bloku üzrə 2-ci üst mərtəbəsindəki ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və piləkən yeri təşkil edən qeyri-yaşayış sahəsinin də girov təminatı olaraq “xxxx” MMC tərəfindən adına rəsmiləşdirilməsinə nail olmuşdur. Müqavilənin üzərində isə qeyriyaşayış sahəsinin girov qoyulması öz əksini tapmışdır. Həmçinin müqavilənin 3-cü bəndində qeyriyaşayış sahəsinin dəyəri və məbləği göstərilməmişdir. Formal olaraq Cavabdeh adına müqavilə və kassa mədaxil qəbzinin orderi yazılsa da faktiki olaraq Cavabdeh tərəfindən “AfşaranA” (hazırki İddiaçı MMC-yə) MMC-yə bir manat da olsun pul ödənilməmişdir. Razılaşma və girovun şərtlərinə görə torpaq üçün pullar tam şəkildə ödənildikdən sonra girova qoyulan mənzil və qeyri-yaşayış sahəsinə dair cavabdehin adına yazılmış xx xxxxxx 2017-cı tarixli müqavilə və həmin tarixli kassa mədaxil qəbzinin orderinin əsli, o cümlədən mənzilə dair sənədlər Cavabdeh tərəfindən Cəmiyyətə qaytarmalı idi. Lakin şirkət rəhbərliyi tərəfindən torpaq sahəsinin dəyəri tam ödənilsə də cavabdeh mərhum Əlimurad Əliyevə yalan məlumat verərək bildirmişdir ki, guya şirkət rəhbərliyi tərəfindən torpaq sahəsinə dəyəri ödənilib. Məlum olmuşdur ki, şirkət tərəfindən ödənilən vəsait cavabdeh tərəfindən mənimsənilib. Yasamal rayon Prokurorluğunda aparılan araşdırma zamanı cavabdeh tərəfindən pulun mənimsənilməsi bağlı göstərilənlər öz təsdiqini tapmışdır. Şirkət tərəfindən torpaq sahəsinin dəyəri tam şəkildə mərhum Əlmurad Əliyevə ödənilsə də cavabdeh Müzəffər X5 Əliyevin həyatda olmamasından istifadə edərək bu günə kimi girov kimi yazılmış qeyri-yaşayış sahəsinə dair sənədləri Cəmiyyətə qaytarmamışdır. Cavabdeh müqavilənin və kassa mədaxil qəbzinin orderi ləğv olunması və sənədlərin əslini qaytarılması barədə xəbərdarlıq olunsa da və ona bu barədə bildiriş göndərilsə də cavabdeh göstərilən sənədləri geri qaytarmamış və bundan imtina etmişdir. xx xxxxxx 2017-ci il tarixli müqavilə və həmin tarixli kassa mədaxil orderinin qəbzi əsli cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə edərək sənədləri iddaçıya qaytarmamaqla göstərilən əmlakı əldə edərək əsassız varlanmaq niyyətinə düşmüşdür. Göründüyü kimi qeyri-yaşayış sahəsi üçün pul ödəmədiyindən, müqavilə və kassa mədaxil orderini qəbzi başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı MMC Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2 və 397.2. maddələrinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilməli, müqavilənin etibarsız hesab edilməsi tələbinə dair hissəsində tərəflərin iştirakı təmin edilməklə işə yenidən baxılması üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Birinci instansiya məhkəməsi iş üzrə icrata xitam verərkən artıq Bakı şəhəri, Yasamal rayon məhkəməsinin hazırki iddia tələbinin əqdin etibarsız hesab edilməsi hissəsinə dair eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qüvvəyə minmiş qətnaməsinin olması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan İddiaçı MMC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (Mülki Prosessual Məcəllənin 9.1., 9.2., 9.3. maddələri). Göründüyü kimi birinci instansiya məhkəməsi mülki işə baxılması zamanı iddiaçının iştirakını təmin etməyə cəhd etmədən işə baxmaqla tərəflərin ədalət mühakiməsinin mühüm və konstitusion prinsipi olan çəkişmə prinsipinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 138.1. maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Azərbaycan Respublikası MPM-nin 173-cü maddəsinə əsasən işə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. İnsan hüquqları üzrə Avropa məhkəməsi «X2rşı» işində qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmin etməyə yönəlib. Avropa məhkəməsi belə qənaətə gəlmişdir ki, iş üzrə tərəf iclasda iştirak etmək imkanına malik olduğu tərzdə onun keçirilməsi barədə məlumatlandırılmadığı halda, ədalətli və açıq məhkəmə araşdırılması hüququ mahiyyətindən məhrum edilmiş olur. İnsan hüquqları üzrə Avropa məhkəməsi «X1rşı» işində qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqları deyil, praktiki və səmərəli hüquqları təmininə yönəlmişdir. Əgər tərəf milli qanunvericiliyin təminat verdiyi kimi məhkəmə baxışında iştirak etmək hüququndan yararlanaraq, onda iştirak etmək qərarına gəlmişdirsə, ona məhkəmə baxışında iştirak edə bilməsi üçün lazımi qaydada xəbərdarlıq edilməməsi ədalətli və açıq məhkəmə baxışına olan hüququn özünün mahiyyətini itirməsi demək olardı. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qeyd mülki işə baxılması zamanı tərəflərin, o cümlədən iddiaçının nümayəndəsinin iştirakını təmin etmədən sonuncunu dinləmədən və onun münasibəti öyrənilmədən baxılmaqla qərardad qəbul edilməsi, həm Mülki Prosessual və həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından qanuni və əsaslı sayıla bilməz. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Maraevin şikayəti üzrə xx.xx.2016-cı il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, əqdin etibarsız hesab edilməsi tələbinə dair hissədə işə yenidən tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Abşeron rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli və onunla bağlı xx xxxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair hissədə işə tərəflərin iştirakı təmin edilməklə məhkəmə baxışının nəticəsi kimi qanuni və əsaslandırılmış məhkəmə aktının qəbul edilməsi üçün mülki iş Abşeron rayon məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3200/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3200/2020
02.12.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver