Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3221/2021 23.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Hüsey oğluna qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1886/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1886/2021 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı təbii X1 pozulması haqqında 03.06.2019-cu il tarixli, ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 165,6 (yüz altmış beş manat altmış qəpik) manat məbləğində dəymiş ziyan, 30.60 (otuz manat altmış qəpik) manat debitor borcu, cəmi 196,2 (yüz doxsan altı manat iyirmi qəpik) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.(hakim H.Əhmədov) Qətnamədən narazı qalan İddiaçı İB ondan apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tamamilə təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı Azəriqaz İB-yə vurulmuş 1816.20 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 1846.20 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının Azərbaycan Beynəlxalq Bankı ASC-nin Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 27.01.2020-ci il tarixli, 14/1660 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə (bundan sonra Müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********02120 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda mənzilin təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və X1 tələblərinə əməl etmək) və X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla, həmçinin qaz sayğacına müdaxilə etməklə təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotolar çəkilmişdir. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən Təbii qazdan istifadə qaydaların pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, ******* saylı 03.06.2019-cu il tarixli akta əsasən 130.60,60 manat, ******* saylı 31.07.2019-cu il tarixli akta əsasən 32,40 manat, ******* saylı 30.09.2019-cu il tarixli akta əsasən 64,80 manat, ******* saylı 30.10.2019-cu il tarixli akta əsasən 32.40 manat, 0247445 saylı 29.11.2019-cu il tarixli akta əsasən 57,60 manat, ******* saylı 30.12.2019-cu il tarixli akta əsasən 295,20 manat, 0230.60818 saylı 30.01.2020-ci il tarixli akta əsasən 295,20 manat, ******* saylı 28.02.2020-ci il tarixli akta əsasən 295,20 manat, 0282212 saylı 30.03.2020-ci il tarixli akta əsasən 295,20 manat, ******* saylı 30.04.2020-ci il tarixli akta əsasən 165,6 manat olmaqla cəmi 1816.20 manat borcu yaranmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 1816,20 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı cıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, TƏRƏFLƏRİN İZAHATLARİ və SÜBUTLARİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qismən maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunmuş, işin halları və təqdim edilmiş sübutlar tam araşdırılmamışdır. Cavabdehin ünvanına dəfələrlə baxış keçirilmiş və hər dəfə qaz xəttinə sayğacdan kənar qoşulma halları müəyyən edilmişdir. Bu müdaxilə nəticəsində iddiaçı olaraq onlara maddi ziyan vurulmuşdur. Apelyasiya baxışı zamanı iş üzrə İddiaçı məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə göndərilmiş bildiriş, “evdə yoxdur” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə bildirişi ona çatdırılması üçün AR MPM-in 147-ci maddəsinə əsasən Abşeron RİH Başçısının Hökməli qəsəbəsi üzrə nümayəndəsinə göndərilmiş və cavabdehin iştirakı olmadan işə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 27.01.2020-ci il tarixli, 14/1660 saylı müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş abonent kodu **********02120 olan, Cavabdeh adına olan abonent saldosundan görünür ki, ünvan 2i ünvanında 01.05.2020-ci il tarixdə Natek Enerji G-4 T Mexanika tipli 40011701 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ- 4)(1/1) abonentin aktlara əsasən 2020-ci ilə aid olan borcu 1816,20 manat və debitor borcu 30,60 manat göstərilmişdir. İşdə olan 03.06.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Yenə işdə olan İddiaçı İB-nin 30.04.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin olmaqla cəmi 2520 m3 ödənilməsi, sayğacdan kənar qaz xətti aşkar olunduğundan sayğacdan kənar qaz xəttinin ləğv edilməsi və itirilmiş qazın dəyərinin ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi qərara alınmışdır. Əsas olaraq 03.06.2019-cu il tarixli ******* saylı akt olmuşdur. İddiaçı İB-nin Bakı Regional Qazın İstismar Departamentinin nümayəndələri Zaur Qasımov, Məhəbbət Mahmudovun imzaları ilə təsdiq olunmuş 03.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli, 30.03.2020-ci il tarixli, 08.04.2020-ci il tarixli, 30.04.2020-ci il tarixli aktlardan görünür ki, istehlakçı kodu **********02120 saylı ünvan 2ində yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etdiyi müəyyən edilmiş, akt istehlakçı tərəfindən imza edilməyərək imtina olunmuşdur. İddiaçı İB tərəfindən məhkəməyə təqdim olunmuş ******* saylı 03.06.2019-cu il tarixli, ******* saylı 31.07.2019-cu il tarixli, ******* saylı 30.09.2019-cu il tarixli, ******* saylı 30.10.2019-cu il tarixli, ******* saylı 29.11.2019-cu il tarixli, ******* saylı 30.12.2019-cu il tarixli, 0230.60818 saylı 30.01.2020-ci il tarixli, ******* saylı 28.02.2020-ci il tarixli, 0282212 saylı 30.03.2020-ci il tarixli, ******* saylı 30.04.2020-ci il tarixli aktlara əsasən təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(012)-1000/2021 saylı qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər təbii qazdan istifadə edilməsi və dəyərinin vaxtında ödənilməsi barədə müqavilə bağlamışlar və “Azəriqaz“ İstehsalat Birliyi Cavabdeh məxsus yaşayış evini təbii qazla təchiz etmişdir. Lakin abonent müqavilənin şərtlərini və təbii qazdan istifadə qaydalarını pozaraq Abşeron rayonu, Hökməli qəsəbəsində (abonent kodu: **********02120) yaşadığı evdə sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etmiş, bu pozuntular Birliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada aktlaşdırılmışdır. Son nəticədə istehlakçı tərəfindən Birliyə ziyan vurulmuşdur. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən yalnız birinci, 03.06.2019-cu ildə tərtib edilmiş aktı əsas götürərək cavabdeh istehlakçıdan təbii qazdan istifadəyə görə hesablanmış ziyan olaraq 165,60 manat tutulması qənaətinə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən ona əsaslanmışdır ki, İddiaçı İB vaxtında təsirli tədbir görməmiş, borc məbləğinin artmasına şərait yaratmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.3.5-ci bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Həmin Qaydaların 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüququdur. Eyni Qaydaların 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İşin tədqiq edilən faktiki hallarından göründüyü kimi cavabdeh tərəfindən qaz sayğacına müdaxilə edildiyi (sayğacdan kənar xətt çəkildiyi) üçün dəymiş ziyan olaraq ona qanunsuz istifadə etdiyi təbii qaza görə 1816,20 manat ziyan məbləği hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Birlik tərəfindən bu məbləğ düzgün hesablanmamışdır və buna görə də iddia tələbi və apelyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən o faktı əsas götürür ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqavilə 27.01.2020-ci il tarixdə bağlanmışdır. Daha öncə istinad olunan normativ aktlara görə də öhdəlik həmin tarixdən sonra yaranmış hesab edilir və tutulucaq məbləğ də həmin tarixdən sonra tərtib edilmiş aktlar əsasında hesablanmalıdır. Qeyd edildiyi kimi müqavilədən sonrakı tarixdə qazdan qanunsuz istifadə barədə ilk akt 30.01.2020-ci ildə tərtib edilmişdir. Həmin tarixdən sonra hesablanmış zərər məbləği isə 1137,60 manat təşkil edir. Göründüyü kimi istehlakçı olaraq cavabdeh müqavilə əsasında qazdan istifadə etsə də, dəyərini heç vaxt ödəməmişdir. Eləcə də, dəfələrlə onun haqqında qazdan qanunsuz istifadə edilməsi barədə akt tərtib edilməsinə baxmayaraq o, bu aktları imzalamaqdan imtina etsə də, həmin aktları heç vaxt mübahisələndirməmişdir. Başqa sözlə, həmin aktlar ləğv edilməmişdir, qüvvədədir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddianın qeyd olunan formada təmin edilməsi abonenti müqavilə əsasında təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan istehlakçı olaraq İddiaçı İB-nin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı İB iddianın tamamilə təmin olunması barədə apelyasiya şikayətinin əsaslarına dair dəlillərini qismən sübut edə bilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)- 1886/2021 saylı qətnaməsi iddianın rədd edilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, iddianın verilməsi üçün ödənilmiş 30 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(012)-1886/2021 saylı qətnaməsi iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyan olaraq cəmi 1137,60 manat tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilsin. Qətnamə Cavabdeh təbii qazdan istifadəyə görə hesablanmış ziyan olaraq 165,6 manat, 30,60 manat debitor borc və dövlət rüsumu üçün 30 manat tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ******************** bank hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-3221/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3221/2021
23.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver