Məhkəmə qərarları › İş №2(105)-3222/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3222/2021

25.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3222/2021 25.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 İddiaçı nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(012)-1875/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(012)-1875/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı təbii X3nın pozulması haqqında 29.03.2019-cu il tarixli, ******* saylı aktına əsasən Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə 685,80 manat pul məbləğində dəymiş ziyan və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 715,80 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 2219 manat məbləğində zərərin, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2249 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 30.04.2020-ci il tarixində, 14/1780 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə imzalanmış və həmin müqavilə əsasında İddiaçı abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı Bakı X6 Departamenti tərəfindən **********04305 nömrəli abonent kodu verilmişdir. Cavabdeh yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2-ci bəndinin və “X3”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 685,80 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 165,60 manat,31.07.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 64,80 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 29.11.2019-ci il tarixli, ******* saylı akta əsasən 57,60 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 194,40 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akta əsasən 295,20 manat, 30.04.2020-ci il tarixli, ******* saylı akta əsasən 194,40 manat məbləğində İddiaçınə zərər dəymişdir. Cavabdeh tərəfindən İddiaçınə ödənilməli olan borc məbləği qalıq borcla birlikdə 2219 manat təşkil edir. İddiaçı nümayəndələri tərəfindən cavabdehə 2219 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçınə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını, tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. İddianın rədd olunmuş hissəsinə münasibətdə məhkəmə qətnaməsində göstərilən dəlillər işin faktiki və həqiqi hallarına uyğun deyildir, məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərər cavabdehin uzun müddət davam edən təqsirli və qanuna zidd davranışları, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqı müqaviləsi öhdəliklərindən kənara çıxaraq qaz xəttinə qanunsuz qoşulma nəticəsində təbii qazı özbaşına talaması, qaz xəttinin işlək və istismar vəziyyətinə zərər vurması nəticəsində hasablanmış və tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş zərər məbləğidir. Məhkəmə aktlar üzrə dəymiş ziyan məbləğini cavabdehin qaz xəttinə qeyri-qanuni qoşulma əməlinin qış və yay aylarına təsadüf etməsi durumuna görə ağlabatan məbləğdə hesablamaqla qiymətləndirmişdir. Məhkəmənin bu qaydada hesablama əməliyyatını aparması qanuni və əsaslı deyildir. Tərəflər arasında yaranmış mübahisəni tənzimləyən maddi hüquq normaları, yəni Azərbaycan Respublikası MM-nin 386, 448.2, 1096, 1097.1, “Qaz təchizatı haqqında” qanunun 6.2, 20 və 22-ci maddələri, “X3”nın 6.5-ci bəndi məhkəmə tərəfindən, ümumiyyətlə, tətbiq edilməmişdir. Məhkəmə tərəfindən həmin maddi maddi hüquq normaları cavabdeh tərəfindən qazpaylayıcı xəttə qanunsuz qoşulma ilə bağlı yaranmış əməlin hüquqi əsaslandırması kimi nəzərə alınmamış və qətnamədə bu qeyd olunmamışdır. İddiaçı İB öz mövqeyini iş materiallarına əlavə edilmiş kifayət qədər güclü, aydın və biri-birinə uyğun olan mötəbər dəlillərlə (aktlar, hesabatlar, müxtəlif rakursdan çəkilmiş fotoşəkillər, təbii qazın dəyəri üzrə ödəniş cədvəlləri olan SALDO-larla) sübuta yetirmişdir. Lakin cavabdeh öz etirazının əsası kimi hər hansı bir fakta və ya sənədə istinad etməmiş, ümumiyyətlə, məhkəmə iclaslarında belə iştirak etməmişdir. Cavabdeh tərəf iddia ərizəsində qeyd olunan aktları da mübahisələndirməyə çalışmamış, Birliyə qarşı müvafiq iddia tələbi irəli sürməmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin iddianın rədd edilən hissəsində ləğv edilməsi və iddianın rədd edilən hissəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilib, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi bu hissədə təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 30.04.2020-ci il tarixli, 14/1780 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evdə təbii qazdan qeydiyyatsız istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 29.03.2019-cu il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29 mart 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 6858 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.06.2019-cu il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1656 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31.07.2019-cu il tarixli, 0231411nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.09.2019-cu il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 29.11.2019-cu il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 576 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.01.2020-ci il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1944 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 28.02.2020-ci il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.03.2020-ci il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 2952 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.04.2020-ci il tarixli, ******* nömrəli “Təbii X3nın pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeyri qanuni olaraq qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1944 m3 müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş aktlara münasibətdə qeyd etmişdir ki, 29.03.2019-cu il tarixli, ******* nömrəli birinci aktdan başqa, digər aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulmanın əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübutun İddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsinə digər aktların doğruluğunun şübhə yaratmasına istinad edərək, 29.03.2019cu il tarixli, ******* saylı akta əsasən Cavabdeh qeydiyyatsız təbii qazı istehlak etdiyi PQ 3, QSQ qaz cihazları vasitəsi ilə işlətdiyindən həmin cihaza cəmi 6858 m3 orta sərfiyyat hesablanmasını nəzərə alaraq həmin sərfiyyatı əsas götürərək hazırki qaz abunəçiləri üçün müəyyən edilmiş 1 m3 qazın 10 qəpik hesabı ilə dəymiş zərərin 685,8 manat məbləğində müəyyən edərək həmin məbləğin cavabdehdən tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 30.04.2020-ci il tarixində, 14/1780 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “X3”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən normadan da görünür ki, şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da “X3”nın və müqavilə şərtlərinin pozulmasına görə qazpaylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda, qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Qazpaylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyildir. Odur ki, qazpaylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda, istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Cavabdeh təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etməsi iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. Həmçinin işdə olan abonentin saldosundan görünür ki, Cavabdeh tərəfindən 2019- 2020-ci illər ərzində təbii qazdan istifadəyə görə ödəniş edilməmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 11 ədəd “Təbii X3nın pozulması haqqında” aktların surətlərindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Qeyd edilən hallar isə cavabdehin uzun müddət təbii qazdan qeydiyyatsız istifadə etməsini təsdiq edir. İş materiallarından görünür ki, dəymiş zərər 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 685,80 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 165,60 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akt əsasında 64,80 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, 29.11.2019-ci il tarixli, ******* saylı akt əsasında 57,60 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, yəni cəmi 2313 manat təşkil edir. İddiaçı iddia ərizəsində göstərilən aktlar üzrə dəymiş ziyan kimi Cavabdeh 2219 manat tələb etmişdir. Bu məbləğdən dəymiş ziyan kimi birinci instansiya məhkəməsi tərəfindən tutulmuş 685,80 manat çıxıldıqdan sonra, qalan məbləğ, yəni 1533,20 (2219 manat - 685,80 manat) manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş ziyana görə 1533,20 manat tutulmalıdır. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında за edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu a müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamış hissəsində gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə iddianın təmin olunmamış hissəsində düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia bu hissədə təmin edilməldir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2(012)-1875/2021 saylı qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi bu hissədə təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1533,20 (bir min beş yüz otuz üç manat 20 qəpik) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar