Məhkəmə qərarları › İş №2(105)-325/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-325/2021

18.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-325/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə, vəkili X19, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1234/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Rovşən qızının və Cavabdeh5 Rovşən oğlunun qanuni nümayəndəsi Cavabdeh3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1234/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X20 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Azərbaycan Respublikası Quba regional “Asan xidmət” mərkəzində notariat ofisində açılmış xx.xx.2019cu il tarixli, 2V-48 nömrəli, xx.xx.2019-cu il tarixli, 2V-64 nömrəli, xx.xx.2019-cu il tarixli, 2V- 65 nömrəli və xx.xx.2019-cu il tarixli, 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi qət edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Rovşən qızının və Cavabdeh5 Rovşən oğlunun qanuni nümayəndəsi Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddia ilə məhkəməyə müraciət edərək, Quba regional “ASAN xidmət” mərkəzinin notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2V-48 nömrəli, xx.xx.2019-cu il tarixli, 2V-64 nömrəli, xx.xx.2019-cu il tarixli, 2V-65 nömrəli və xx.xx.2019-cu il tarixli, 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı, iddiaçıların atası X30 xx xxxx 1975-ci ildə Quba rayonunda anadan olmuşdur, həyat yoldaşının atası İddiaçı1 Həmdulla oğlu, anası X12r. İddiaçı1 Həmdulla oğlu xx.xx.1990-cı ildə, X16 isə xx.xx.2018-ci ildə vəfat etmişlər. İddiaçı1 Həmdulla oğlunun vəfatından sonra miras qalmış Quba şəhəri, Ərdəbil küçəsi, 23 saylı evin 1/5 hissəsinə Cavabdeh2, 1/5 hissəsinə X9, 1/5 hissəsinə X17, 1/5 hissəsinə X21 və 1/5 hissəsinə Cavabdeh1 vərəsəlik payının müəyyən edilməsinə dair xx.xx.2008-ci il tarixli, 2(027)- 643/2008 nömrəli qətnamə qəbul edilmiş, lakin paylara uyğun həmin yaşayış evinə çıxarış alınmamışdır. Habil Əliyevlə birlikdə onlar həmin evdə 2013-cü ilə kimi yaşamışdılar. Həmin evin bir otağında Cavabdeh2 əmlakı olmuşdur. Məhkəmənin qətnaməsi çıxdıqdan sonra X38 Əliyevə 5000 manat pul vermiş, Cavabdeh2 bundan sonra əmlakını evdən çıxarmışdır. O, həmin evi təmir etmiş, evə sanitar qovşaq tikdirmişdir. 2018-ci ildə X39 Federasiyasına getmiş, bir müddətdən sonra qayıtmışdır. X1 vaxt anası X9 ölümündən xəbər tutmuş, elə həmin ərəfədə Habilin bacısı Cavabdeh1 ondan etibarnamə istəmişdir. Bundan sonra X2yıdıb onlarla birlikdə miras evdə yaşamışdır. İddiaçıların əmisi Əliyev X24 müharibəsində şəhid olduğu üçün iddiaçıların nənəsi Adilə Əliyeva 50000 manat sığorta pulu almış, bununla da Cavabdeh5 Əhməd oğlunun vərəsəsi kimi Adilə Əliyeva tanınmışdır. Adilə Əliyevadan qalmış mirası isə Habil Əliyev qəbul etmişdir. Belə ki, JN-449 saylı, kodu 30301004 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X16 və X21 torpaq sahəsində ümumi birgə payları vardır. Bununla da Adilə Əliyevadan qalmış mirası Habil Əliyev qəbul etmişdir. Bundan başqa, iddiaçıların babası İddiaçı1 Həmdulla oğlundan miras qalmış fərdi yaşayış evinə paylar müəyyən edilmişdir. Ataları öləndən sonra onlar miras əmlakı qəbul edilməsi üçün notariat orqanına müraciət etmiş, bu zaman onlara məlum olmuşdur ki, cavabdehlər, yəni iddiaçıların əmisi Cavabdeh2, bibisi Cavabdeh1 və əmisi Rovşan Əliyevin uşaqları Cavabdeh4, Cavabdeh5 əmisi Cavabdeh5 Əhməd oğlundan qalmış şəhid pulu ilə bağlı X9 qəbul etdiyi miras əmlakdan pay almışlar. X40 vərəsəlik şəhadətnaməsi verilməmiş və ona miras pay verilməmişdir. İddiaçıların atalarından qalmış miras əmlakı və nənələrindən qalmış atasının qəbul etdiyi miras əmlakı hazırda onlar idarə edir və vergiləri ödəyirlər. X22mış miras əmlakla bağlı notariat orqanına ərizə də vermişlər. İddiaçıların bibisi Lalə Əliyeva, əmisi Cavabdeh2 və əmisi uşaqları Cavabdeh4 və Cavabdeh5 tərəfindən Habil Əliyevə qardaşından qalmış, anasının qəbul etdiyi miras əmlakdan ona düşən payla bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Rovşən qızının və Cavabdeh5 Rovşən oğlunun qanuni nümayəndəsi Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, işin taktiki hallarına uyğun olmadığından, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlara obyektiv hüquqi qiymət verilmədiyindən, bununla da maddi və prosessual hüquq normaları pozulduğundan və düzgün tətbiq edilmədiyindən qətnaməni qanunsuz və əsassız hesab edirlər. Belə ki, mərhum İddiaçı1 Həmdulla oğlu ilə mərhumə X9 birgə nikahından Cavabdeh2, Cavabdeh1, X28, Cavabdeh5 Əhməd oğlu və X30 anadan olmuşlar. İddiaçı1 Həmdulla oğlu xx.xx.1990-cı ildə, X16 isə xx.xx.2018-ci ildə ölmüşlər. Bu şəxslərin övladlardan Cavabdeh5 Əhməd oğlu xx.xx.1994-cü il tarixdə şəhid olmuş, X28 2017-ci ilin avqust ayında, X30 xx.xx.2020-ci il tarixdə ölmüşlər. X4 vərəsələri-uşaqları Cavabdeh4 Rovşən qızı və Cavabdeh5 Rovşən oğludur, onların hüquqlarının müdafiəsini anaları Cavabdeh3 həyata keçirir. X6 vərəsələri-uşaqları İddiaçı1 və İddiaçı2dır, onların hüquqlarının müdafiəsini qanuni nümayəndə qismində anaları Qanuni nümayəndə Əbilləz qızı həyata keçirir. X11 ilə Qanuni nümayəndə arasındakı nikah 2013-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-48 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X9 vərəsəsi oğlu Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-64 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X9 vərəsəsi qızı Cavabdeh1 miras əmlakdan 1/3 hissədə pay almalıdır. Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-65 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X9 vərəsəsi nəvəsi Cavabdeh5 Rövşən oğlu miras əmlakdan 1/6 hissədə pay almalıdır. Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2V-66 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X9 vərəsəsi nəvəsi Əliyev Əminə Rövşən qızı miras əmlakdan 1/6 hissədə pay almalıdır. Qeyd olunan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli, 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaitdir. Quba Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(027)-643/2008 saylı qətnaməsinə əsasən xx.xx.1990-cı ildə vəfat etmiş İddiaçı1 Həmdulla oğlundan miras qalmış Quba şəhəri, Ərdəbil küçəsi, 23 saylı evin 1/5 hissəsinə Cavabdeh2, 1/5 hissəsinə X9, 1/5 hissəsinə Əliyev Rövşən Əhməd oğlunun, 1/5 hissəsinə X21 və 1/5 hissəsinə Cavabdeh1 vərəsəlik payı tanınmışdır. Lakin həmin paylara müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar alınmamışdır. Birinci instansiya məhkəməsi qətnaməni əsaslandırarkən qeyd etmişdir ki, Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli, 72 nömrəli məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 X21 qanun üzrə vərəsələri siyahısına daxildirlər. İş materiallarında olan Quba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 185 nömrəli məktubundan görünür ki, Qanuni nümayəndə ünvan 1 ünvanında yerləşən əmlakın vergi ödəyicisidir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə ölmüş X8 miras qalmış Quba şəhəri, Ərdəbil küçəsində yerləşən 23 saylı evə dair paylar müəyyən edilərkən xx.xx.2020-ci il tarixdə ölmüş X21 vərəsələri İddiaçı1 və İddiaçı2 çatan paya dair şəhadətnamə verilməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, məhkəmənin qətnaməsi ilə digər vərəsələrlə yanaşı, X8 miras qalmış əmlaka iddiaçıların atası, miras qoyanın oğlu-X21 da payı müəyyən edilmişdir. İş materiallarındakı sənədlərdə X21 xx.xx.2020-ci il tarixdə vəfat etməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçılar ataları X30 vəfat etdikdən sonra miras əmlak hesab olunan Quba şəhəri, Ərdəbil küçəsində yerləşən 23 saylı yaşayış evinə digər qanuni vərəsələr kimi faktiki sahiblik etmişlər və hazırda da sahiblik etməkdədirlər. X16 xx.xx.2018-ci ildə, onun qanuni vərəsəsi sayılan övladı X30 isə xx.xx.2020-ci il tarixdə ölmüşdür. X30 anası X8 qalmış miras əmlakı qəbul etməsi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna ərizə verməmiş, nə də miras əmlaka sahiblik etməmiş və ya həmin əmlakı idarə etməmişdir. Bununla əlaqədar hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə yalnız Qanuni nümayəndə ünvan 1 ünvanında yerləşən əmlakın vergi ödəyicisi olması barədə xx.xx.2020-ci il tarixli, 185 nömrəli məktub təqdim olunmuşdur ki, həmin məktub X21 anası X8 qalmış miras əmlakı qəbul etməsini təsdiq edən mötəbər dəlil hesab oluna bilməz. Ona görə ki, X30 miras əmlakı qəbul etmək niyyətində olsa idi, özü mirası qəbul etməsi barədə notariat kontoruna ərizə verə və ya miras əmlaka faktik sahiblik etmiş olardı. Hər bir şəxs hüquq münasibətlərində müstəqil iştirak edir. Cavabdehlər apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh4 Rovşən qızının və Cavabdeh5 Rovşən oğlunun qanuni nümayəndəsi Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər Cavabdeh4 Rovşən qızının və Cavabdeh5 Rovşən oğlunun qanuni nümayəndəsi Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-643/2008 saylı, 13 oktyabr 2008-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 X13 qarşı miras evə vərəsəlik paylarının müəyyən edilməsinə dair iddiası təmin edilmiş, İddiaçı1 Həmdulla oğlundan miras qalmış Quba şəhəri, Ərdəbil küçəsi, 23 saylı evin 1/5 hissəsinə Cavabdeh2, 1/5 hissəsinə X9, 1/5 hissəsinə Əliyev Rövşən Əhməd oğlunun, 1/5 hissəsinə X21 və 1/5 hissəsinə Cavabdeh1 vərəsəlik payının tanınması qət edilmişdir. İş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-449 saylı, kodu 30301004 olan dövlət aktının surətindən görünür ki, Quba rayonu X15 xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı ilə X9 və X21 mülkiyyətlərinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 0,80 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Quba rayon qeydiyyat şöbəsinin və Quba regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin arayışlarından görünür ki, İddiaçı1 Həmdulla oğlu xx.xx.1990-cı ildə, X16 xx.xx.2018-ci ildə ölmüşlər. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh5 Əhməd oğlu xx.xx.1994-cü il tarixdə, X30 xx.xx.2020-ci il tarixdə ölmüşlər. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X30 ilə X10 nikahından xx.xx.2008-ci il tarixdə İddiaçı2 və xx.xx.2010-cı il tarixdə İddiaçı1 anadan olmuşlar. İş materiallarında olan ərizələrdən görübür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh4 Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət edərək Cavabdeh5 Əhməd oğlundan miras qalmış əmlakdan X13 çatan paya dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişlər. İş materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilərək 2V-48 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X9 vərəsəsi oğlu Cavabdeh2 miras əmlakdan 1/3 hissədə pay almalıdır, miras əmlak "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. İş materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilərək 2V-64 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X9 vərəsəsi qızı Cavabdeh1 miras əmlakdan 1/3 hissədə pay almalıdır, miras əmlak "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. İş materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilərək 2V-65 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X9 vərəsəsi nəvəsi Əliyev Rəşid Rovşən oğlu miras əmlakdan 1/6 hissədə pay almalıdır, miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. İş materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2019-cu il tarixdə verilərək 2V-66 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi anası xx.xx.2018-ci il tarixdə ölmüş X9 vərəsəsi nəvəsi Cavabdeh4 Rovşən qızı miras əmlakdan 1/6 hissədə pay almalıdır, miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir. İş materiallarında olan Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ci il tarixli, 72 saylı məktubundan görünür ki, İddiaçı1 və İddiaçı2 X21 qanun üzrə vərəsələri siyahısına daxildirlər. İş materiallarında olan Quba bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 185 saylı məktubundan görünür ki, Qanuni nümayəndə ünvan 1 ünvanında yerləşən əmlakın vergi ödəyicisidir. İş materiallarına əlavə edilmiş Quba bələdiyyəsinin xx xxxxxx 2021-ci il tarixli, 162 saylı məktubundan görünür ki, X13 və X23 məxsus 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin vergi borcu X16 vəfat etdikdən sonra X21 təmsilçisi Qanuni nümayəndə qızı tərəfindən ödənilmişdir. İşdən görünür ki, hazırki mübahisə xx.xx.1994-cü il tarixdə ölmüş Cavabdeh5 Əhməd oğlunun vərəsəsi olan anası-xx.xx.2018-ci il tarixdə ölmüş X13 çatan miras əmlak kimi “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanına uyğun ödəniləcək vəsaitlə bağlı X9 vərəsələri arasında yaranmışdır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar. İşin mübahisə edilməyən hallarından görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X9 qanun üzrə birinci növbədə vərəsələri uşaqları Cavabdeh2, Cavabdeh1, X30 və Əliyev Rovşan Əhməd oğlu olmuşlar. X30 və X17 ölümündən sonra qanun üzrə birinci növbədə vərəsələri uşaqları İddiaçı2, İddiaçı1, Əliyev Rəşid Rovşən oğlu və Cavabdeh4 Rovşən qızı olmuşlar. Azərbaycan Respublikası MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxxxxxx 2020ci il tarixli qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçıların atası X30 anasının vəfatından sonra paylı mülkiyyətlərində olan Quba şəhəri, Ərdəbil küçəsi, 23 saylı evi və torpağa mülkiyyət hüququna dair JN-449 saylı, kodu 30301004 olan dövlət aktına əsasən birgə mülkiyyətlərində olan kənd təsərrüfatı məhsullarının istehsalı məqsədli 0,80 ha torpaq sahəsini faktiki qəbul etmiş, X21 ölümündən sonra isə iddiaçıların qanuni nümayəndəsi X14 miras əmlakı faktiki qəbul edərək idarə etmişdir. Quba regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən mübahisələndirilən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qeyd edilən hallar nəzərə alınmamış, bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdikləri dəlilləri əsassız hesab edir. Cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Rovşən qızının və Cavabdeh5 Rovşən oğlunun qanuni nümayəndəsi Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1234/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar