Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-326/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı İddiaçı Murad oğlunun nümayəndəsi Qocayeva Fizəmməd qızının iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı xx xxxx 2018-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli qərarın ləğv edilməsi, əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-350/2020 saylı qətnaməsindən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-350/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh «Cavabdeh» X1 X3 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair xx xxx 2018-ci il tarixli komissiya qərarının ləğv edilməsi, həmin qərar əsasında İddiaçı hesablanmış 2343.6 (iki min üç yüz qırx üç manat altmış qəpik) manat borcun silinməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun cavabdeh «Cavabdeh» İstehsalat Birliyindən alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir (hakim Rafik Kazımov) Qətnamədən cavabdeh “Cavabdeh” İstehsalat Birliyi apelyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-350/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh «Cavabdeh» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Cavabdeh» X1 X3 İdarəsinin xx xxxx 2018-ci il tarixli ******* saylı akta əsasən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli qərarın ləğv edilməsinə, əsassız hesablanmış 2343.6 (iki min üç yüz qırx üç manat altmış qəpik) manat məbləğində borcun silinməsinə və “Kapital Bank”a ödənilmiş 10 (on) manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx xxx 2020-ci il tarixdə məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə göndərərək, «Cavabdeh» X1 X3 İdarəsinin xx xxxx 2018-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx xxxx 2018-ci il tarixli qərarın ləğv edilməsinə, əsassız hesablanmış 2343.6 (iki min üç yüz qırx üç manat altmış qəpik) manat məbləğində borcun silinməsinə, onun tərəfindən cavabdehə ödənilmiş 738 (yeddi yüz otuz səkkiz) manatın və Kapital Banka ödənilmiş 10 (on) manat dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə iddiaçının əsassız mülahizələri əsasında qəbul edilmişdir. Təşkilat tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. “ Cavabdeh “ X1 RQİİ-nin Quba XS ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxilə olunduğu müəyyən edilərək növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün xx.xx.2018-ci il tarixdə çıxarmışlar. Bu barədə ******* saylı akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz Sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 11718 m3 həcmində və ya 2343,60 məbləğində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi, sayğacın qorunmasına və ona müdaxiləyə yol verilməməsinə İddiaçı məsuliyyət daşımışdır. Bu zaman sayğaca müdaxilənin bilavasitə abonent və ya bir başqası tərəfindən törədilməsinin əhəmiyyəti yoxdur. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazm alqf-satqısı barədə “müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii X2nın pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-nin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarına uyğun olaraq tənzimlənir. Qeyd olunanlara əsasən Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-350/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı Murad oğlunun nümayəndəsi Qocayeva Fizəmməd qızı apelyasiya şikayətinin dəlillərinə etiraz edib, iddia ərizəsinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-350/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə “Cavabdeh” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki iş materiallarında olan «Cavabdeh» İstehsalat Birliyinin xx xxx 2018-ci il tarixli, ******* nömrəli qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında Aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. İşdə olan «Cavabdeh» İstehsalat Birliyi tərəfindən tərtib edilmiş xx xxxx 2018-ci il tarixli, ******* saylı təbii X2nın pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında quraşdırılmış sayğaca verilmiş rəyə əsasən, xətalar normaya uyğun deyil. Plastmas qapağın yan və üst tərəfində iz olduğundan plomb açıldı. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik, cızıq izləri var. Həmçinin qeyd edilmişdir ki, dəymiş ziyan hesablanmalı və və dəyəri ödənilməlidir. İşdə olan ««Cavabdeh» X1 X3 İdarəsi tərəfindən tərtib edilmiş xx xxx 2018-ci il tarixli itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair qərarın surətindən görünür ki, İddiaçı itirilmiş qazın bərpası üzrə 11718 kub metr qaz sərfiyyatı hesablanmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən iddianı yuxarıda qeyd edlən formada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80№-li qərarına, istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80№li qərarı ilə təsdiq olunmuş “X2”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının evində deyil, hasarın küçəyə baxan hissəsində quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq iddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə 2343,6 manat məbləğində borcun hesablanması əsassız olduğu üçün həmin borcun silinməli olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə də düzgündür. BUndan başqa iş materiallarında olan abonentin saldosundan görünür ki, abonent İddiaçı Murad oğlunun istifadə etdiyi qaza görə 738 manat borcu vardır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, məhkəmə iddia tələbinin 738 manat pulun cavabdehdən alınıb verilməsi hissəsində təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı qeyd edilən məbləğdə pulun hansı əsasla ona qaytarılmalı olmasına dair hər hansı sübut təqdim etməmiş, həmin pulun nədən yaranmasını əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə iddiaçının ödədiyi 10 manat dövlət rüsumunun da cavabdehdən iddiaçının xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-350/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin apelyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-350/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-326/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-326/2021
09.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver