Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3279/2021 24.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi X5 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(067)-318/2021 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(067)-318/2021 saylı qətnaməsi ilə (hakim A.B.Sadıqov) İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia tələbi təmin olunmamış, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin dəyəri olan 311 manat məbləğində pulun İddiaçı alınaraq "xxxx" ASC-nin Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT: AİİBAZ2X, Mühbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN **********, AZ23AİİB******************** nömrəli hesaba keçirilməsi və ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun İddiaçı alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(067)-318/2021 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciıt edərək Cavabdeh tərəfindən Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0,09 ha həyətyanı torpaq sahəsinə gediş-gəliş yolunda aparılmış tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışlar ki, qonşusu olan Cavabdeh ona məxsus JN 075 kod 30219088 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən məxsus olan torpaq sahəsinin küçəyə çıxış olan olan 6 metrini zəbt edərək özünə mağaza tikmiş və girişçıxış yolunu kəsmişdir. Bu barədə bələdiyyəyə məlumat vermişlər. Bələdiyyə tərəfindən əraziyə baxış keçirilmiş lakin cavabdeh buna məhəl qoymayaraq tikintini davam etdirmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 05 avqust 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2-ci maddələrinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin və Azərbaycan Respublikası MPM-nin 14, 77, 88, 217, 218-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib, iddia ərizəsinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək keçirilib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN 075A nömrəli, 30219088 kodlu şəhadətnamənin surtindən müəyyən olunur ki, Aqrar İslahat Komissiyasının 27 noyabr 1998-ji il tarixli 12 saylı qərarı ilə X3 mülkiyyətinə 0,09 ha torpaq sahəsi verilmişdir. AN-İ № seriyalı ******* nömrəli 21 fevral 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X6 mülkiyyətində olan Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən 0,09 ha torpaq sahəsini İddiaçı satmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 04.06.2021-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, AN-İ № seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (torpağın mülkiyyətə verilməsinə dair JN 075A nömrəli, 30219088 kodlu şəhadətnamə) əsasən İddiaçı məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsinə gedişgəliş yolunda cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilməmişdir. Qeyd olunan gedişgəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilmir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 10/2381 nömrəli ekspert rəyindən müəyyən olunur ki, AN-İ № seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə (torpağın mülkiyyətə verilməsinə dair JN 075A nömrəli, 30219088 kodlu şəhadətnamə) əsasən İddiaçı məxsus Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsinə gediş-gəliş yolunda cavabdeh tərəfindən hər hansı bir tikili inşa edilməmişdir. Qeyd olunan gediş-gəliş yolu üçün nəzərdə tutulmuş torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, İddiaçı ona məxsus JN 075 kod 30219088 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən torpaq sahəsinin küçəyə çıxış olan olan 6 metrini zəbt edərək özünə mağaza tikməsi və giriş-çıxış yolunu kəsməsi barədə məhkəməyə heç bir mötəbər sübutlar təqdim etmədiyindən, iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, zəbt halı təsdiqini tapmadığından birinci instansiya məhkəməsi düzgün olaraq İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiasını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia tələbinin əsaslılığına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və cavabdeh tərəfindən onun mübahisələndirdiyi özbaşına inşa edilmiş tikilinin zəbt edilib, həmin tikilidən istifadə etməsi hallarını sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(067)-318/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3279/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3279/2021
24.11.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver