Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-333/2022 13.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ünvan 1qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə açıq məhkəmə iclasında ünvan 1qayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(060)-6895/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: ünvan 1qayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(060)-6895/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elmir Hüseynov) İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayonda yerləşən, 28/16b saylı evin, 52 saylı mənzilinə dair tərtib olunmuş itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 06.04.2021-ci il tarixli tələbnamə əsasında hesablanmış 216 manat məbləğində borcun və sayğacın dəyəri kimi tələb edilən 64,67 manat pulun silinməsi qət edilmiş, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, 28/16b saylı evin 52 saylı mənzilinə dair tərtib olunmuş itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 06.04.2021-ci il tarixli tələbnamə əsasında hesablanmış 216 manat məbləğində borcun və sayğacın dəyəri kimi tələb edilən 64,67 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, 28/16b saylı evin 52 saylı mənzili faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı müddət ərzində sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəmiş, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olmamışdır. 27.01.2021-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən faktiki olaraq onun sahibliyi və istifadəsində olan ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, 28/16b saylı evin 52 saylı mənzil ünvanından G-4 markalı, **********9 nömrəli məişət qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunmuşdur. Onun ünvanında çıxarılmış G-4 markalı, **********9 nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşilməsi müəyyən edilmiş və sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Sonradan məlum olmuşdur ki, itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən tərtib edilmiş 06.04.2021-ci il tarixli tələbnamə əsasında ona 216 manat cərimə və sayğacın dəyəri kimi 64,67 manat borc hesablanmışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona tətbiq olunmuş cərimə əsassız və qanunsuzdur. O və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Buna görə də cərimə kimi ondan tələb olunan borc silinməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. Belə ki, ünvan 1qayıt şəhəri, 2-ci mkr, ev 38/16b, mənzil 52 saylı yaşayış evinə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı, 07.01.2021-ci il tarixli aktda sayğacda qeyd olunan nöqsan, yəni hesablama mexanizminin üst hissəsində deşik aşkar edildiyi yazılmışdır. 07.01.2021 -ci il tarixdə akt tərtib olunmaqla çıxarılmış sayğac laboratoriyada yoxlanılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə ldarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmiş, sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Cavabdeh təşkilatın əməkdaşları həmin mənzilə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və dövlətə vurduğu ziyan müəyyən edilərək 06.04.2021-ci il tarixli aktla itirilmiş qazın bərpası üzrə 216,00 manat cərimə hesablanmışdır. 07.01.2021-ci il tarixli akta əsasən abonentin mənzilinə yeni sayğac quraşdırılmış və laboratoriya rəyinə əsasən istismara yararsız G-2,5 markalı sayğacın dəyəri 64,67 manat abonentdən tələb edilmişdir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, onun tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır, qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır, xüsusi qutuya da yerləşdirilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 1qayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, 38/16b saylı evin 52 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 16.05.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 07.01.2021-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1qayıt şəhəri, 2ci mikrorayon, 38/16b saylı evin 52 saylı mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 05.04.2021-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı yaşadığı mənzilə quraşdırılmış sayğaca baxış keçirilən zaman qaz sayğacının hesablama mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşildiyi aşkar edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyinin 06.04.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, 38/16b saylı evin 52 saylı mənzili üzrə (abonent kodu **********00520) itirilmiş qazın sərfiyyatı 2160 kub metrdir. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, ünvan 1qayıt şəhəri, 2-ci mikrorayon, 38/16b saylı evin 52 saylı mənzil üzrə (abonent kodu **********00520) akta görə borc 216 manat təşkil edir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı ünvanlanmış 28.07.2021-ci il tarixli sayğacın dövlət yoxlamasının bildirişinin surətindən görünür ki, ünvanında olan G-2.5 markalı, ******* nömrəli məişət qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən sayğacın hesablama mexanizminin plastmas qapağının üst hissəsi deşici alətlə deşildiyindən sayğac istismara yararsız kimi qiymətləndirilmişdir, müdaxilə edilmiş sayğacın dəyəri olan 64,67 manatın ödənilməsi tələb edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən həmin sayğaca baxış keçirilərkən hesablanma mexanizminin plastmas qapağının üst hissəsinin deşici alətlə deşildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, fiziki şəxslərin mənzilinə quraşdırılmış qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı mənzilin qaz sayğacı pilləkən meydançasında quraşdırılmışdır. Həmin yer ictimai yer hesab olunduğundan, qaz sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, qaz sayğacına müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin iddiaçı tərəfindən qaz sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyindən iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh təşkilat apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə ünvan 1qayıt Şəhər Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2(060)- 6895/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-333/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-333/2022
13.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver