Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3337/2021 01.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızı, Cavabdeh Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(012)-1899/2021 saylı qətnaməsindən iddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(012)-1899/2021 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızının Cavabdeh Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı şirkətin verdiyi zəmanət əsasında aldığı soyuducuya görə ödədiyi 969 manat pulun onun xeyrinə tutulması barədə iddiası təmin edilməmişdir. İddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(012)-1899/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən həmin şirkətin verdiyi zəmanət əsasında aldığı soyuducuya görə ödədiyi 969 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, o, 29.12.2017-ci tarixdə cavabdeh Maxi.az məişət texnikası və elektronika mağazasından “Samsung” RT35K5440S8/WT modelində soyuducu almışdır. Alındığı vaxtdan soyuducunun dondurucusu işlədiyi halda digər bölməsi işləməmişdir. O, bu vəziyyəti təxminən 1 ay ərzində müşahidə etmiş və mağaza ilə əlaqə saxlayaraq şikayətini bildirmişdir. Cavabda 14 gün keçdiyinə görə artıq mağazadan soyuducuya cavabdeh olmadıqlarını bildirmişlər. Lakin soyuducu alınarkən ona heç bir müqavilə təqdim olunmamışdır. Bu səbəbdən də, o, texniki servisə müraciət etmişdir. Servis işçiləri tərəfindən baxış keçirildikdən və servisin Rusiyadakı nümayəndəliyi tərəfindən evə zəng daxil olduqdan sonra 05.03.2018-ci il tarixində soyuducuya aid plata və 3 yol adlı hissələr dəyişdirilmişdir. Nəticə olmadığı üçün soyuducuya qaz vurulmuşdur. Bundan sonra soyuducu müxtəlif səslərlə və ətrafı həddidən artıq qızaraq bir neçə ay işləmişdir. Bu narahatlıq üzündən yenidən servisə müraciət etsə də, usta bu halın qazın normadan artıq vurulması səbəbindən baş verdiyini və zamanla keçəcəyini bildirmişdir. Lakin bu hal davam etmiş və artıq dondurucunun da soyutma qabiliyyəti azalmışdır. 2018ci ilin oktyabr ayında onun servisə müraciəti əsasında usta tərəfindən baxış keçirilərək soyuducuda qazsızma olduğu və servisə aparılmasının vacibliyi qeyd edilmişdir. Həmin vaxtda soyuducu təmir olunmaq məqsədi ilə servisə aparılmış, 18.01.2019-cu il tarixdə cavabdeh tərəfindən ona ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 11.12.2018-ci il tarixli müraciəti tərəflərindən araşdırılmış və nəticədə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İddiaçı ilə əlaqə saxlamış və İddiaçı ona verdiyi məlumata əsasən 17.12.2018-ci il tarixdə Maxi.az mağazasından soyuducu alması, noyabr 2018-ci il tarixdə soyuducuda qüsur meydana gəlməsi müəyyən edilmişdir. Soyuducu Baku Service Company servis Mərkəzində təmir olunmuş, lakin o, soyuducunu geri götürməkdən imtina edir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 7-ci maddəsinə əsasən malda qüsur yarandığı halda istehlakçıların aşağıdakı hüquqlarının mövcud olması: lazımi keyfiyyətli mala dəyişdirmək; satış qiymətini uyğun məbləğdə azaltmaq; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılması və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsi; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsi; müqavilənin ləğv edilməsi və çəkdiyi zərərin ödənilməsi nəzərə çatdırılmışdır. Göründüyü kimi istehlakçı kimi hüquqlarından biri də malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasıdır. O, da bu hüquqdan istifadə etmiş, malda yarana biləcək qüsura dair zəmanət verən tərəf ona verdiyi məlumata əsasən malı təmir etmişdir. Müraciətdə soyuducuya dair (model, seriya nömrəsi) qeyd edilmədiyindən müraciətə cavab əməkdaşlarla arasında olan danışıq zamanı onun tərəfindən verilən məlumatlara əsaslanıb tərtib edilmişdir. Hazırda cavabdeh ona satılan soyuducunun həqiqətən də yararsız olduğunu bildiyi halda, satılan soyuducunu yenisi ilə əvəz etməkdən imtina edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 21 iyun 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 1096, 1097.1, 1115-ci maddələrinin və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızı apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Qapalı Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi X3 oğlu apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 29 dekabr 2017-ci il tarixli, 87163 nömrəli hesabfakturadan və 29 dekabr 2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Maxi.az məişət texnikası və elektronika mağazasına 1 (bir) ədəd “Samsung” RT35K5440S8/WT modelində soyuducuya görə 969 manat ödəmişdir. “Samsung” RT35K5440S8/WT modelli soyuducuya aid kitabçadan görünür ki, 05.03.2018-ci il tarixində soyuducuya aid plata və 3 yol adlı hissələr dəyişdirilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış 18 yanvar 2019-cu il tarixli, 97/İ nömrəli məktubdan görünür ki, İddiaçı 11.12.2018-ci il tarixli müraciəti araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı İddiaçı ilə əlaqə saxlamış və İddiaçı ona verdiyi məlumata əsasən 17.12.2018-ci il tarixdə Maxi.az mağazasından soyuducu almış, noyabr 2018-ci il tarixdə soyuducuda qüsur meydana gəlmişdir. Soyuducu Baku Service Company servis mərkəzində təmir olunmuşdur. Lakin İddiaçı soyuducunu geri götürməkdən imtina etmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi” haqqında Qanunun 7-ci maddəsinə əsasən malda qüsur yarandığı halda istehlakçıların aşağıdakı hüquqları mövcuddur: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Göründüyü kimi istehlakçı kimi İddiaçı hüquqlarından biri də malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasıdır. İddiaçı da bu hüququndan istifadə etmişdir. Belə ki, malda yarana biləcək qüsura dair zəmanət verən tərəf İddiaçı verdiyi məlumata əsasən malı təmir etmişdir. Müraciətdə soyuducuya dair (model, seriya nömrəsi) qeyd edilmədiyindən müraciətə cavab "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı ilə İddiaçı arasında olan danışıq zamanı İddiaçı verdiyi məlumatlara əsaslanıb tərtib etmişlər. Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(012)-645/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Maxi.az Şirkətinə qarşı “dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilib, cavabdeh Maxi.az şirkətindən dəymiş maddi zərərə görə 969 manat (doqquz yüz altmış doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilib, Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(012)-645/2019 saylı qətnamədə iddianın yönəldiyi tələb cavabdeh “Maxi.az” şirkəti deyil, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mağazası “Maxi.az” kimi başa düşülməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti təmin edilib, Abşeron Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 2(012)-645/2019 saylı qərardadı ləğv edilərək İddiaçı Abşeron Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli, 2(012)-645/2019 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmiş və sonda düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının araşdırılması zamanı müəyyən edilir ki, İddiaçı 29.12.2017 tarixində cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən “Samsung” RT35K5440S8/WT modelində soyuducu almışdır. Soyuducu alınarkən tərəflər arasında müqavilə bağlanmamış yalnız iddiaçıya zəmanət talonu və hesab faktura verilmişdir. Alındığı vaxtdan soyuducunun dondurucusu işlədiyi halda digər bölməsi işləməmiş, iddiaçı mağaza ilə əlaqə saxlayaraq şikayətini bildirmişdir. Cavabında 14 gün keçdiyinə görə artıq mağazadan soyuducuya cavabdeh olmadıqlarını bildirmişlər. Soyuducu alınarkən ona heç bir müqavilə təqdim olunmamışdır. Bu səbəbdən də iddiaçı texniki servisə müraciət etmişdir. 05.03.2018 tarixində soyuducuya aid plata və 3 yol adlı hissələr dəyişdirilmiş, nəticə olmadığı üçün sonra soyuducuya qaz vurulmuşdur. Bundan sonra soyuducu müxtəlif səslərlə və ətrafı həddindən artıq qızaraq bir neçə ay işləmiş, dondurucunun da soyutma qabiliyyəti azalmışdır. 2018-ci ilin oktyabr ayında servisə müraciəti əsasında usta tərəfindən baxış keçirilərək soyuducuda qazsızma olduğu və servisə aparılmasının vacibliyi qeyd edilmiş, 05.11.2018 tarixində əvəzedici soyuducu gətirilərək soyuducu servisə aparılmış, halhazırda servis tərəfindən zəng olunaraq soyuducunun düzəldiyi bildirilmiş və onun götürülməsi tələb edilmişdir. Soyuducu iddiaçının istifadəsində olduğu 10 ay müddətində cəmi 3-4 ay yarı işlək vəziyyətdə olmuşdur. İddiaçı tərəfindən cavabdehə yazılı şəkildə müraciət olunaraq ona dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Cavabdeh onun müraciətinə biganə yanaşmışdır. İşin məhkəmə iclаsındа аrаşdırılаn hаllаrı və şаhid ifаdələri ilə isə tamamilə sübutа yеtirildi ki, həqiqətən də İddiaçı 29.12.2017 tarixində 969 manat məbləğində nəğd ödəniş etməklə aldığı soyuducu nasaz vəziyyətdə olmuş və bunun nəticəsində iddiaçıya 969 manat məbləğində maddi ziyan dəymişdir. Odur ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəyən zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. Zəmanət öhdəliklərini tənzimləyən 6-cı maddəsinin 1; 2; 3-cü bəndinə əsasən İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. Zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlama kağızında (yarlıqda), yaxud mala (işə xidmətə) əlavə olunan digər sənəddə göstərilir. İstehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş müddətdən gec olmamaq şərti ilə öz tələblərini irəli sürmək hüququna malikdir. Qüsuru olan mal satılarkən istehlakçının hüquqlarını müəyyən edən 7-ci maddəsinin 1-ci bəndlərinə əsasən İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında faktiki alqı-satqı olmasa da aralarında rəsmi olaraq yazılı alqı-satqı müqaviləsi bağlanmamış və yalnız iddiaçıya zəmanət talonu və hesab faktura verilmişdir. Tərəflər arasında şifahi əqd olmaqla alqı-satqı olmuşdur. Yazılı müqavilə tərəflərin şərtləşdiyi qaydada hüquq və vəzifələrini müəyyən edən sərbəst iradə ifadəsidir. Göründüyü kimi tərəflər arasında yazılı alqı-satqı müqaviləsi bağlanmamış onlar bir-birləri qarşısında heç bir öhdəlik götürməmişlər. Ona görə də Məhkəmə hüquq pozuntusunun olub-olmamasını qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll edilməsini əsas gətirərək qeyd edir ki, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanununa əsasən iddiaçının istehlak hüquqları pozulmuşdur. Belə ki, iddiaçının və şahidin ifadəsindən və iş materiallarında olan sənədlərdən müəyyən olur ki, iddiaçının Maxi.az məişət texnikası və elektronika mağazasından Samsung modelində soyuducu təhvil-təslim aktı ilə iddiaçıya təhvil verilməmiş, soyuducu alındığı vaxtdan qüsurlu çıxmış, soyuducunun qüsurlu çıxması onun bir neçə dəfə satıcı tərəfindən təmir olunması ilə öz təsdiqini tapmışdır. Bununla da İddiaçı istehlakı hüquqlarının ona verdiyi hüquqlardan istifadə etməklə haqlı olaraq zərərin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafıə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası heab edir ki, iddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə mübahisələndirilən hissədə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh Qapalı Səhmdar Cəmı̇ yyətı̇ ndən tutularaq iddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Zülfüqarova Nəzı̇ fə Nəsı̇ b qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(012)-1899/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “istehlakçı hüquqlarının müdafiəsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən dəymiş maddi zərərə görə 969 (doqquz yüz altmış doqquz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 999 (doqquz yüz doxsan doqquz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3337/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3337/2021
01.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver