Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-3381/2021 15.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasi ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh3 Fərhad oğluna, X1 qarşı bağışlanma müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli, 2(031)-522/2021-010 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Rafik oğluna və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz şəhər 5 saylı Daşınmaz Əmlak İdarəsinə qarşı bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbi barədə iddiası əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina olunması və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər (Mülki Prosessual Məcəllənin 369.2. və 369.3. maddələri) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə mülki iş tərəfin şikayəti əsasında başlanıldığından və iddiaçı apellyasiya icraatının başlanmasına əsas olan şikayətindən imtina etdiyindən, apellyasiya şikayətindən imtina barədə ərizə iddiaçının iradə ifadəsi ilə verilmiş hesab edilməli, şikayətin geri qaytarılması üçün əsaslar olmadığından ərizə qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.4. maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 13.4., 365, 263, 264., 369, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin. Şabran Rayon Məhkəməsinin 27 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3381/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-3381/2021
15.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver