Məhkəmə qərarları › İş №2(105)-340/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-340/2022

28.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-340/2022 28.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X15 Tağızadənin sədrliyi və məruzəsi, X1 və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının hüquqi varisinin nümayəndəsi və vəkili: Vəkil, Cavabdehin nümayəndəsi və vəkili: Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs: X8 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Kazımov) iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı adından X13 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Cəbiyev küçəsi, ev 26, 26 saylı mənzil ilə bağlı 13.07.2014-cü il tarixli (3 saylı Bakı “ASAN Xidmət” mərkəzi notariat kontorunda 06.07.2014-cü il tarixdə verilmiş 24060 reyestr nömrəli etibarnamə əsasında) bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək verilmiş 25.07.2014-cü il tarixli, RX seriyalı, ******* saylı, **********09-05301-093023 reyestr nömrəli çıxarışın ləğv edılməsi və xüsusi mülkiyyət dövlət reyestrində əvvəlki vəziyyətinə qaytarılması, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə əsasında onun adından Cavabdeh ilə bağlanmış ünvan 7nvanında ümumi sahəsi 42,5 kv.m., yaşayış sahəsi 29,6 kv.m. olan 2 otaqlı mübahisəli mənzilə dair 13 iyul 2014-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və onun əsasında verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzili 1989-cu ildən onun istifadəsində olmuş və o həmin mənzili 25 avqust 1995-ci ildə öz adına özəlləşdirmişdir. Həmin mənzilin yerləşdiyi küçənin adı əvvəllər M.R.Cəbiyev küçəsi olduğu üçün onun bəzi sənədlərində məlum mənzilin ünvanı ünvan 1l ona məxsus olduğu dövrdən hal-hazıra kimi o, həmin mənzildə yaşayır. Onun Lalə, Lətafət və Nəzakət adlı üç qızı olsa da, o, arvadı ilə boşandığı üçün qızları ondan ayrı yaşamış, o isə mülkiyyətində olan mənzildə tək yaşamışdır. Hal-hazırda qızlarının öz ailələri vardır. O, arvadından boşandığı üçün qızları onunla münasibət saxlamamış və evinə gedib-gəlməmişlər. Lakin, 2018-ci ilin noyabr ayında onun qonşusu X4 vəziyyətinin ağır olduğunu görüb, bu barədə qızlarına telefonla məlumat vermiş və həmin məlumat əsasında onun qızları onun yanına gəlmişlər. Həmin vaxt qızları onun vəziyyətinin ağır olduğunu görüb, dərhal ona lazım olan tibbi və digər yardımları etmiş və onu kritik vəziyyətdən çıxarmışlar. Bundan sonra məlum olmuşdur ki, onun qardaşı oğlu X13 2014-cü ildə müxtəlif bəhanələrlə onu aldadaraq 06 iyul 2014-cü il tarixli etibarnamə almış və həmin etibarnamə əsasında da bir həftə sonra, yəni 13 iyul 2014-cü ildə ona məxsus mənzili oğlu Cavabdeh bağışlamışdır. Lakin, o, 1935-ci il təvəllüdlüdür, habelə yaşı və xəstəliyi ilə əlaqədar həmin mənzilin bağışlanmasını həmin vaxt bilməmişdir. 2018-ci ilin axırlarında qonşusu ona yaxınlaşıb mənzili almaq istədiyini bildirdikdə, o, evin satmadığını bildirmişdir. Qonşu buna təəccüblənmiş və mənzilin satıldığını Ramizin dediyini bildirmişdir. Bundan sonra dəqiq məlum olmuşdur ki, qardaşı oğlu Ramiz onu aldadaraq 06 iyul 2014-cü il tarixdə verdiyi etibarnamədən istifadə edərək, 13 iyul 2014-cü il tarixdə mənzili öz oğlunun adına bağışlamışdır. Bu bağışlama əsasında cavabdeh öz adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış almışdır. Etibarnamənin verildiyi tarix ilə bağışlama arasında cəmi bir həftə vaxt keçmiş, onun evi bağışlamaq niyyəti olsa idi, bunu özü edə bilərdi. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin, qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal iddiaçının belə etibarnaməni verilməyində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, tərəfindən verilən etibarnamədə onun iradə ifadəsi mənzilin təmiri üçün Bankdan pulun alınmasına yönəlmişdir. Bu iradə ifadəsini həyata keçirmək üçün etibarnamə əsasında onu təmsil edən Ramiz vasitəsi ilə o, özü çıxış etmişdir. Belə olan halda nəzərə alınmalıdır ki, mübahisəli mənzilə dair etibarnamə verilərkən bu etibarnamə ilə Ramizin maraqları daxilində deyil, onun maraqlarından hərəkət etmək səlahiyyəti verilmişdir. Lakin, ünvan 2 ünvanında ümumi sahəsi 42.5 kv.m, yaşayış sahəsi 29,6 kv.m olan 2 otaqlı mübahisəli mənzil sənədlər üzərində bağışlansa da, faktiki olaraq onun istifadəsində qalmışdır. Bu da onu sübut edir ki, bağışlama müqaviləsi uydurma əqddir. Buna görə də, Ramizə verilmiş 06 iyul 2014-cü il tarixli etibarnamə onun tərəfindən 03 yanvar 2019-cu il tarixdə ləğv olunmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1935-ci il təvəllüdlü İddiaçı onun atası X7 əmisidir. İddiaçı arvadından boşandıqdan sonra özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 26 nömrəli evin 26 nömrəli mənzilində yaşamış, həmin mənzil İddiaçı istifadəsində olmuş və sonuncu həmin mənzili 25 avqust 1995-ci ildə öz adına özəlləşdirmişdir. Mənzil ona məxsus olduğu dövrdən hal-hazıra kimi, həmin mənzildə yaşamışdır. İddiaçının Lalə, Lətafət, Nəzakət adlı üç qızı vardır, lakin, iddiaçı 1983-cü ildə arvadı ilə boşandıqdan sonra qızları onunla əlaqəni kəsmiş, onunla maraqlanmamış və iddiaçı tənha yaşamışdır. Buna görə də, iddiaçıya həmişə onlar, yəni əsasən də onun atası R.O.Abdullayev baxmışdır. İddiaçının çox ağır günləri olmuş, atası iddiaçını müalicə etdirmiş və iddiaçının pis günündə onun yanında olmuşlar. İddiaçının bədənindəki yaralarla bağlı onu müayinəyə aparmış və bütün xərclərini cəkmişlər. İddiaçının qızları onunla danışıb əlaqə saxlamamışlar. İddiaçı xəstə olduğunu nəzərə alıb, onun əziyyətini çəkdiyi və daim onun yanında olduğu üçün evi ona bağışlamaq qərarına gəlmişdir. Bu səbəbdən də, iddiaçı R.Abdullayevə 06 iyul 2014-cü il tarixli etibarnamə vermiş və həmin etibarnamə əsasında da 13 iyul 2014-cü il tarixli müqavilə əsasında iddiaçıya məxsus mənzil ona bağışlanmışdır. İddiaçının özü həmin mənzili ona bağışlamaq istəmiş, buna görə də, həmin müqavilə bağlanmışdır. İddiaçı bunu istəməsəydi, heç vaxt mənzili bağışlamaq üçün onun atasına etibarnamə verməzdi. Halhazırda qızları evə görə iddiaçı ilə ünsiyyət qurmuş və qoca bir insana özləri müdafiəçi tutaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini də iddiaçının özü deyil, vəkili imzalamışdır. İddiaçı həmin bağışlanma müqaviləsini ləğv etmək istəsəydi, bunu beş il ərzində edərdi. Bu əsassız iddianın verilməsi iddiaçının özü deyil, qızlarının təşəbbüsüdür. Məhkəmə iş üzrə dindirilmiş şahidlərin bağışlanmış mənzilə maraqlarının olmasına baxmayaraq, həmin ifadələri sübut kimi qəbul etmişdir. Məhkəmə bilərəkdən iş üzrə təyin olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 25 fevral 2020-ci il tarixli 185 saylı rəyinə də istinad etməmişdir. Mübahisəli predmet üzrə tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə məhkəmə düzgün qiymət verməmişdir. Güya iddiaçı bu barədə məlumatı yalnız 2018-ci ilin payızında qonşusu tərəfindən məlumat verdikdə bilmişdir. Məhkəmə tərəfindən bir çox maddi hüquq normaların tələbləri pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli 2(012)-209/2020 saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələblərinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının hüquqi varisinin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs R.O.Abdullayev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə üçüncü şəxs 3 saylı Bakı “ASAN Xidmət” məkrəzinin və AR ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən aparılmış bağışlama müqaviləsinin qanuna uyğun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26, 26 saylı mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 25.07.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan 011074 saylı orderin surətindən görünür ki, ünvan 7nvanında yaşayış sahəsi 29,47 kv.m. olan mənzil İddiaçı adına olmuşdur. İşə əlavə olan Azərbaycan Respublikası Bakı şəhəri icra hakimiyyəti başçısının aparatı Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı adına 25.08.1995-ci il tarixdə reyestr kitabı 65, səhifə 10137 a, qeydə alma 30/10137 a nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı-Nəsimi RPİ-i tərəfindən 15 fevral 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin notarial təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1935-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş və hal-hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İşə əlavə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən İddiaçı verilmiş arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 65kop nömrəli reyestr kitabının 10137a nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron RPŞ tərəfindən 30 iyun 2011-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, Cavabdeh xx xxxxxxxx 1983-cü il tarixdə Kürdəmir şəhərində anadan olmuş və hal-hazırda ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X11 tərəfindən 06.07.2014-cü il tarixdə təsdiq edilmiş 7E24060 reyestr nömrəli etibarnamədən aydın olur ki, İddiaçı X10 bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir. İş materiallarında olan “hədiyyə verən” İddiaçı adından nümayəndəsi X13 ilə “hədiyyə alan” Cavabdeh adından X13 arasında bağlanmış 13.07.2014-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən hədiyyə verən ünvan 7nvanında yaşayış sahəsi 29,47 kv.m. olan mənzili hədiyyə alana bağışlamışdır. İşə əlavə olan 20 avqust 1996-cı il tarixdə verilmiş vəsiyyətnamənin surətindən məlum olur ki, ünvan 7nvanında yaşayan İddiaçı ünvan 7nvanında yerləşən şəxsi yaşayış mənzilini Cavabdeh vəsiyyət etmiş və həmin vəsiyyətnamə Bakı şəhər 14 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmişdir. İşdə olan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Q.F.Abdullayeva arasında bağlanmış nikah 21 iyul 1983-cü ildə pozulmuşdur. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdam məlum olur ki, İddiaçı tərəfindən R.O.Abdullayevə verilmiş 06.07.2014-cü il tarixli 24060 reyestrli etibarnamə 03.01.2019-cu il tarixdə ləğv olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddia ərizəsinin İddiaçı tərəfindən imzalanmadığı üçün, iddia ərizəsinin icraata qəbul edilməsinin düzgün olmaması barədə gətirdiyi dəlil qətnamənin ləğvi üçün əsas ola bilməz. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.11.2021-ci il tarixli, 2(105)-3725/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında “27 avqust 2019-cu il tarixdə İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsində olan imza İddiaçı və ya başqa şəxs tərəfindən icra edilmişdirmi?” sualı qoyulmuşdur. Məhkəməyə 21.01.2022-ci il tarixdə daxil olmuş ekspert rəyində 27 avqust 2019-cu il tarixdə İddiaçı tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsinin 3-cü vərəqəsində “İddiaçı” yazılarının önündəki imzanın iddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunduğu qeyd olunmuşdur. Məhkəmə iclasında iddiaçının hüquqi varisinin vəkili Vəkil tərəfindən təqdim edilən notarial qaydada təstiq edilmiş ərizədə hazırkı mülki iş üzrə iddia ərizəsindəki “İddiaçı” yazılarının önündəki imzanın həmin vaxtda iddiaçının nümayəndəsi və vəkili olan X16 tərəfindən icra edildiyi qeyd olunmuşdur. İddiaçının hüquqi varisinin vəkili qeyd olunan imzanın İddiaçıF.D. nümayəndəsi və vəkili olan X16 tərəfindən icra edilməsinə hər hansı şübhənin aradan qaldırılması məqsədi ilə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsinə etiraz etmdəyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə obyektiv, tam və hərtərəfli araşdırılma aparılması baxımından iş üzrə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilmişdir. Lakin məhkəməyə sübut qismində təqdim edilən, F.D.Cəfərov tərəfindən imzalanmış və notarial qaydada təstiq edilmiş ərizədən iddia ərizəsindəki imzanın ona məxsus olması göstərilmişdir. İş materialları ilə F.D.Cəfərovun həmin vaxtda iddiaçının nümayəndəsi olması və beləliklə qanunvericiliyə uyğun olaraq, sözügedən iddia ərizəsini imzalama səlahiyyətinə malik olması sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı nümayəndəsi məhkəmə prosesində iştirak etmiş, izahatlar vermiş, şahid ifadələri ilə tanış olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia həcminin dəyişdirilməsi barədə ərizəylə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətincə iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmaması, iddia tələbinin iddiaçının iradə ifadəsinin olmaması, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə maraqlı olmaması kimi qiymətləndirilə bilməz. Birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Həmin qaydalara görə təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. Mübahisə predmeti təşkil edən mənzillə bağlı iddiaçıdan etibarnamə almış və etibarnaməni əldə etdikdən sonra iddiaçının etibarından sui-istifadə edərək aldadıb ondan əldə etdiyi etibarnamə əsasında mənzili öz doğma oğlu iş üzrə Cavabdeh bağışlamışdır. Bununla da qanunvericiliyin tələbləri baxımından təmsilçi verilmiş etibarnamə üzrə özünün yox, təmsil etdiyi şəxsin maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək vəzifəsi daşıdığından, özünün maraqları daxilində deyil, təmsil edilənin maraqlarından hərəkət etmək səlahiyyətində olduğu halda bunu etməmişdir. Halbuki, bağışlama müqaviləsi iddiaçının yox, məhz təmsilçinin və ailə üzvlərinin maraqlarına xidmət etmiş, iddiaçının mənafeyinə uyğun olmamışdır, bağlanan əqd iddiaçının iradəsinə zidd olmaqla, təmsil edən hətta bu barədə iddiaçıya məlumat verməmiş, yalnız 2018-ci ilin axırlarında qonşusu iddiaçıya mənzilinin Ramiz tərəfindən satılmasını bildirdikdən sonra, iddiaçı Ramizin adına verdiyi etibarnaməni ləğv etdirmiş və hazırki iddianı qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə iddia müddətin axımını müəyyənləşdirərkən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı R.O.Abdullayevə 06.07.2014-cü il tarixli etibarnamə vermişdir. Etibarnamənin məzmunundan görünür ki, İddiaçı R.O.Abdullayevə bütün əmlakını idarə etməyi, üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı və digər hərəkətlər etməyi etibar etmişdir. Göründüyü kimi, 06.07.2014-cü il tarixli etibarnamə ilə İddiaçı R.O.Abdullayevə digər hüquqlarla yanaşı mübahisə predmeti olan evi 3-cü şəxslərə bağışlamaq hüququnu da etibar etmişdir. Yəni iddiaçı R.O.Abdullayevə etibarnamə verildiyi tarixdən sonra mübahisə predmeti olan mənzil barəsində sonuncunun istənilən sərəncam verəcəyini, o cümlədən mənzilin bağışlana biləcəyini istisna etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müddətin axımının 2018-ci ilin payız aylarından başlaması barədə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı deyildir. İş materiallarından görünür ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, 06.07.2014cü il tarixli etibarnaməni R.O.Abdullayevə mübahisə predmeti olan evin təmiri məqsədi ilə bankdan kredit götürülməsi üçün verilmişdir. Qeyd edilən halın sübutu kimi iddiaçı Zemfira Əliyevanın, Rita Azayevanın, Aqil Usubovun və Qaçay Cəbrayılovun şahid ifadələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şahidlər ifadələrində 06.07.2014-cü il tarixli etibarnamənin məhz mübahisə predmeti olan evin təmiri üçün bankdan kredit götürülməsi məqədi ilə verildiyini sübut edən hər hansı hala istinad etməmişlər. Birinci instansiya məhkəməsi iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsi ilə bağlı hesab etmişdir ki, qeyd olunan çıxarış bağışlama müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə kollegiyası bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və iddianın bu hissədə rədd olunmasını qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunmadıgıngan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul iddiaçının hüquqi varisi L.İddiaçıadan alınaraq SAP (XİİS) hesabı X5 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsassızdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehn apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 16 sentyabr 2020-ci il tarixli 2(012)-209/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı bagışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 126 (yüz iyirmi altı) manat məbləğində pul iddiaçının hüquqi varisi X2 alınaraq SAP (XİİS) hesabı X5 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar