Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3407/2021 02.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-541/2021 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-541/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 280.32 manat və ödənilmiş dövlət rüsumu hesabına 15 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov). Qətnamədən İddiaçı MMC tərəfindən apellyasiya şikayəti verilərək Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-541/2021 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN H A L L A R İ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin xeyrinə 560,63 manat və 30 manat dövlət rüsumunun tutularaq ödənilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, İddiaçı MMC qətnamə üzrə 560.63 manat məbləğində pulu 28 dekabr 2020-ci il tarixdə "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödəmişdir. Cavabdeh hüquqazidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar lizinq obyektini idarə etmiş və onun təqsiri ucbatından İddiaçı MMC tərəfindən sığorta şirkətinə ödəniş olunmuşdur. Bununla da X1 İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır. Daxili lizinq müqaviləsi qüvvədə olduğu müddət ərzində lizinq obyekti olan avtomobilin müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Bu həm tərəflər arasında bağlanmış Daxili lizinq müqaviləsinin 3.1-ci bəndi ilə, həm də Mülki Məcəllənin 748.2.2-ci maddəsi ilə tənzimlənir. Bununla da İddiaçı MMC Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin mülkiyyətçinin sahibliyindən çıxmasını sübuta yetirmiş olur. Daxili Lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektinə mülkiyyət hüququ lizinq verəndə qalır. Lizinq obyektindən müvəqqəti sahiblik və istifadə hüququ lizinq alana tam həcmdə keçir. Göründüyü kimi lizinq obyektinə faktiki sahiblik hüququ lizinq müqaviləsi imzalandığı andan tam həcmdə keçmişdir. Həmçinin İddiaçı MMC-nin xəbərdarlıq məktubuna baxmayaraq X4 yüksək təhlükə mənbəyi sayılan avtomobili şirkətin iradəsindən kənar idarə etmişdir. Bununla da müəyyən olunur ki, yüksək təhlükə mənbəyi sayılan avtomobilin sahiblik hüququ İddiaçı MMC-dən çıxmışdır. Qeyd edilənlərə baxmayaraq Məhkəmə Mülki Məcəllənin 1114.2-ci maddəsinə əsaslanaraq Cavabdeh tərəfindən lizinq obyektinin heç bir əsas olmadan idarə edilməsi və həmin avtomobilin İddiaçı MMC-nin sahibliyindən hüquqazidd götürülməsində MMC-nin təqsirli olduğu sübut olunduğundan Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə sığorta ödənişinin cavabdehlərdən birgə qaydada tutmasına əsaslanaraq hazırki iddia üzrə məbləğin yarısının cavabdehdən tutulması qənaətinə gəlmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-541/2021 saylı qətnaməsinin ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021ci il tarixli, 2(074)-541/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 16.09.2016-cı il tarixli, AL-984 saylı daxili lizinq müqaviləsi və ona 1 saylı əlavənin surətindən görünür ki, İddiaçı MMC “Renault Tondar” markalı avtomobili X5 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. İş materiallarında olan Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli, 2(004)-3703/2020 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər İddiaçı MMC və X2 birgə (müştərək) qaydada 530,23 manat sığorta ödənişinin "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 28.12.2020-ci il tarixli, ********** saylı ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən 2(004)-3703/2020 saylı qətnaməyə əsasən 560,63 manat məbləğində pul "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödənilmişdir. İş materiallarında olan 22.01.2021-ci il tarixli, 039 saylı xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən 560,30 manat məbləğində pulun 5 gün ərzində ödənilməsi ilə bağlı X3 xəbərdarlıq edilmişdir. İş materiallarında olan 06.08.2019-cu il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Müəyyən edilmişdir ki, lizinq obyekti olan “Renault Tondar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı ilə X6 arasında qanunvericiliyə uyğun olaraq bağlanmış lizinq müqaviləsi əsasında X5 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Cavabdeh qeyd olunan avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən İddiaçı MMC və Cavabdeh birgə (müştərək) qaydada 530,23 manat sığorta ödənişinin "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı MMC qeyd olunan məbləği "xxxx" Sığorta Şirkəti ASC-nin hesabına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzini həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Müəyyən edilmişdir ki, İddiaçı MMC-nin mülkiyyətində olan “Renault Tondar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh tərəfindən heç bir əsas olmadan idarə edilməsi və həmin avtomobilin İddiaçı MMC-nin sahibliyindən hüquqa zidd götürülməsində MMC-nin təqsiri sübut olduğundan Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə sığorta ödənişi İddiaçı MMC və Cavabdeh birgə (müştərək) qaydada tutulmuşdur. İddiaçı MMC və Cavabdeh təqsirinin dərəcəsini müəyyənləşdirmək mümkün olmadığından məhkəmə hesab etmişdir ki, onların məsuliyyəti bərabər sayılmalı və iddiaçı tərəfindən ödənilmiş pulun yarısı cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 280.32 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iddia tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu bərabər olaraq tərəflərə aid edilməli və 15 manat Cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi qeyd edilsə iddiaçının nümayəndəsi də bunu əsaslandıra bilməmiş, hər hansı bir sübut təqdim edə bilməmişdir. Apellyasiya şikayətində qeyd edilən dəlillərə isə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-541/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şamaxı Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(074)-541/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-3407/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3407/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver