Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-3418/2021 16.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(012)-257/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(012)-257/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 12007,60 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 12337,60 manat pulun məcburi qaydada tutularaq İddiaçı Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H: AZ03NABZ********************, SWİFT BİK SBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: Z7S BAZ. 80 **********001212 bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə 22.08.2013-cü il tarixli, 34269 saylı "Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə" əsasında Cavabdeh məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin ünvana İddiaçı Bakı Regional qazın satış Departamenti tərəfindən **********05310 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********34 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 30.04.2018-ci il tarixindən başlayaraq 30.12.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən İddiaçınə cəmi 892,80 manat ziyan dəymişdir. Bundan əlavə, elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçirilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 11114,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə birliyin nümayəndələri tərəfindən 12007,60 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, İddiaçı 22.08.2013-cü il tarixli, 34269 saylı qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, həmin ünvana İddiaçı Bakı Regional qazın satış Departamenti tərəfindən **********05310 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1702AZ**********34 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci bəndinin tələblərini pozaraq istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı əməkdaşları tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında aktlar tərtib edilmişdir. Belə ki, 30.04.2018-ci il tarixindən başlayaraq 30.12.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən İddiaçınə cəmi 892,80 manat ziyan dəymişdir. Bundan əlavə, elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçirilmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 11114,80 manat dəymiş ziyan hesablanmışdır. Cavabdehə birliyin nümayəndələri tərəfindən 12007,60 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.05.2021-ci il tarixli, 10/1238 saylı rəyini əsas sübut kimi nəzərə alaraq hesab etmişdir ki, cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s) aşkar edilmədiyindən iddiaçının iddia tələbləri əsassızdır, bu səbəbdən də iddia təmin edilməməlidir. İddia tələbi 30.04.2018-ci il tarixindən başlayaraq 30.12.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən müəyyən olunmuşdur. Ekspertiza keçirilən zaman artıq sözügedən aktların tərtibindən 3 il müddət keçmişdir. Qaz xətlərinin üzərində kənar qoşulmaların tapılmaması həmin aktların həqiqiliyini inkar etmir. İş materiallarında olan aktlardan görünür ki, cavabdeh tərəfindən dəfələrlə qanunsuz qoşulma olmuşdur. Qeyd olunan hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla da hüququn tətbiq edilməsində səhv buraxmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və iş üzrə məhkəmə qətnaməsinin ləğv edilib, iddianın edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22.08.13-cü il tarixli, 34269 saylı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.04.2018-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsi ilə təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 aprel 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə itirilmiş qazın həcmi 6048 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 31.07.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar rezin boru vasitəsi ilə təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 31 iyul 2019-cu il tarixli itirilmiş təbii qazın dəyərinə dair hesabatının surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1728 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.09.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə itirilmiş qazın həcmi 648 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.10.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar qeyri qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə itirilmiş qazın həcmi 324 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 29.11.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1332 m3 müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş 30.12.2019-cu il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan İddiaçı 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsinin surətindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən ev üzrə itirilmiş qazın həcmi 1944 m3 müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 31 may 2021-ci il tarixli, 10/1238 saylı rəyindən görünür ki, ünvan 2 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Paylayıcı qaz xəttinin üzərində sonu qaynaq vasitəsilə bağlanmış vəziyyətdə olan borucuq vardır ki, həmin borucuq vasitəsilə paylayıcı qaz xəttinə qoşularaq təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Lakin abonentin həmin borucuq vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə edib-etməməsi, etdiyi halda hansı müddət ərzində etməsi məsələləri məhkəmə tərəfindən araşdırılmalarla həll edilə bilər. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərkən iş üzrə keçirilmiş ekspertizanın 31.05.2021-ci il tarixli, 10/1238 saylı rəyini əsas sübut kimi nəzərə alaraq cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlərin (borucuq, qaynaq və s) aşkar edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Belə ki, iş üzrə keçirilmiş ekspertizanın 31 may 2021-ci il tarixli, 10/1238 saylı rəyindən görünür ki, ünvan 2 ünvanına təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməsə də, paylayıcı qaz xəttinin üzərində sonu qaynaq vasitəsilə bağlanmış vəziyyətdə olan borucuq vardır ki, həmin borucuq vasitəsilə paylayıcı qaz xəttinə qoşularaq təbii qazın istifadəsi texniki cəhətdən mümkündür. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə ünvan 2 ünvanına paylayıcı qaz xəttinin üzərində sonu qaynaq vasitəsilə bağlanmış vəziyyətdə olan borucuq olduğu, həmin borucuq vasitəsilə paylayıcı qaz xəttinə qoşularaq təbii qazın istifadənin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. İşin mübahisə edilməyən hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22.08.13-cü il tarixli, 34269 saylı qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təstiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilən normadan da görünür ki, şəbəkəyə qanunsuz qoşulma halı qadağan edilməklə hüquqi məsuliyyət yaradır. İstehlakçı da “Qazdan istifadə Qaydaları”nın və müqavilə şərtlərinin pozulmasına görə qazpaylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. İstehlakçının təbii qaz xəttinə kənar (qanunsuz) qoşulması təsbit edildiyi halda, qazın verilməsini dayandırmaq tədbiri ona tətbiq edilən təsir vasitələrindən biri olub, qazdan qanunsuz istifadənin davam etdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Qazpaylayıcının əməkdaşları tərəfindən bu tədbirin görülməsinə baxmayaraq istehlakçı tərəfindən yenidən qaz xəttinə qanunsuz qoşulması imkanı istisna deyildir. Odur ki, qazpaylayıcının qazın verilməsini dayandırmaq tədbirini görməməsi, yaxud gördüyü halda, istehlakçının qaz xəttinə bir daha qanunsuz qoşulması və bu faktın yenidən aşkarlanması abonentin əvvəlki kənar qoşulmalara görə məsuliyyətini aradan qaldırmır. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir, yəni qanunsuz qoşulma nəticəsində məişət abonenti pozuntu aşkar edilən günədək istehlak etdiyi təbii qaza görə ödəməli olduğu məbləğdən daha az məbləğ ödəmişdir. Qeyd edilən pozuntunun, yəni qanunsuz xətlə təbii qazdan istifadə edilməsinin məişət abonentinin iradəsindən kənar edilməsi istisna edildiyindən, məişət abonenti istehlak etdiyi təbii qazın tam dəyərini ödəmək vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı tərəfindən məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın dəyəri hesablanaraq müvafiq aktlarda qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin etməyərkən gəldiyi nəticə işin hallarına uyğun gəlməmiş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadə etməsi iş materiallarında olan fotoşəkillərlə də təsdiq olunur. İş materiallarında olan İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş 6 ədəd “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların surətlərindən görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən evə baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmişdir. Qeyd edilən hallar isə cavabdehin uzun müddət təbii qazdan istifadə etməsini təsdiq edir. Azərbaycan Respublikasının MM-nin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 597.1-ci maddəsinə görə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında за edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu a müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddia ərizəsindən görünür ki, İddiaçı 30.04.2018-ci il tarixli, ******* nömrəli, 31.07.2019-cu il tarixli, ******* nömrəli, 30.09.2019-cu il tarixli, ******* nömrəli, 30.10.2019cu il tarixli, ******* nömrəli, 29.11.2019-cu il tarixli, ******* nömrəli və 30.12.2019-cu il tarixli, ******* nömrəli aktlar üzrə cavabdehdən 892,80 manat tələb edir. Həmçinin İddiaçı iddia ərizəsində itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 11114,80 manat məbləğində dəymiş ziyan hesablandığını, bu barədə aktların işə əlavə edildiyini göstərmişdir. Lakin 11114,80 manat məbləğində dəymiş ziyanı təsdiq edən aktlar iş materiallarına əlavə edilməmiş, bu barədə olan sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə dəymiş ziyana görə 892,80 manat tutulmalı, iddia tələbi 11114,80 manat məbləğində dəymiş ziyana dair olan hissədə rədd edilməlidir. İddia ərizəsindən görünür ki, İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçınə hazırki iş üzrə hüquqi yardım göstərilməsi ilə əlaqədar xərc çəkilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə kollegiyası pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin tələb edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci və 385.1.4-cü maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 390-cu maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş 15 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 22.07.2021-ci il tarixli, 2(012)-257/2021 saylı qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərə görə 892,80 (səkkiz yüz doxsan iki manat 80 qəpik) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu tutulsun. İddia tələbi 11114,80 manat məbləğində dəymiş ziyana dair olan hissədə rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-3418/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-3418/2021
16.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver