Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-342/2022 13.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 hüquqi varisi X3 vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 cavabdehlər Cavabdeh və Sumqayıt Şəhər 4 Saylı Notariat Kontoruna qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi və vərəsə paylarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-769/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-769/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi (hakim A.İsmayılov) ilə İddiaçı1 və İddiaçı3 iddiası qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixində ölmüş X8 miras qalmış əmlak olan Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilinin (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə İddiaçı3 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Cavabdeh vərəsəlik hüququnun tanınması qət edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasının qalan hissədə, digər iddiaçılar İddiaçı2 və X7 iddiası tamamilə rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X12 apellyasiya şikayəti şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçıların iddiası qismən təmin edilərək, Sumqayıt şəhəri, 4 saylı DNK-da xx.xx.2013- cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış X10 adından verilmiş vəsiyyətnamə etibarsız hesab edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X7, Cavabdeh hər birinin mərhum X10 Sumqayıt şəhəri, 1-ci mkr-n, ev 8b/26-da yerləşən 43 saylı mənzilin 1/9 hissəsinə pay hüququ tanınmış, 4/9 hissədə isə pay açıq saxlanılaraq, iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 avqust 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv olunmasını və iddia tələblərinin tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1822/2020 nömrəli iş üzrə 02 iyun 2020-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 26 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(105)-226/21 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, X13, İddiaçı3 və X7 apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 2(060)- 769/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 127 (yüz iyirmi yeddi) manat məbləğində pulun İddiaçı1, X5, İddiaçı3 və X6 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İş üzrə iddiaçılar İddiaçı1 və X13 qətnamədən kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(105)-226/21 nömrəli qətnaməsinin ləğv olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4168/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-226/2021 nömrəli, 01 fevral 2021-ci il tarixli qətnaməsi miras paylarının həcmi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİNHALLARİ İddiaçı1, İddiaçı2, İddiaçı3 və X1 Nargilə İmanxan qızına və Sumqayıt şəhəri 4 saylı notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəmyə müraciət edərək Sumqayıt şəhəri, 4 saylı DNK-da xx.xx.2013-cü il tarixdə, 2V/127 reyestr nömrə ilə qeydə alınmış X10 adından verilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və miras kütləsinə daxil olan Sumqayıt şəhəri, 1-ci mkr-n, ev 8b/26-da yerləşən 43 saylı mənzilin 5 nəfər vərəsə arasında bölünməsi, həmçinin onların hər birinin payının 1/5 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, 1ci mkrn, ev 6-da yerləşən 43 saylı mənzil tərəflərin anası S.B.Səmədovanın adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. S.B.Səmədova xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra, onlar mərhumun qanun üzrə birinci növbə vərəsələri kimi miras qalan mənzildən vərəsə paylarının müəyyən edilməsi və adlarına vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə ərizə və sənədləri toplamaqla ASAN Xidmət Sumqayıt Mərkəzinə təqdim etmişlər, lakin həmin vaxt məlum olmuşdur ki, Cavabdeh mərhum analarının adından xx.xx.2013-cü il tarixdə Sumqayıt şəhəri, 4 DNK-da vəsiyyətnamə əldə etmişdir. Anaları mübahisəli mənzili heç vaxt cavabdeh N.İ,Səmədovaya vermək niyyətində olmamış, hətta Cavabdeh dəfələrlə evdən qovulmuşdur, çünki cavabdeh yüngül həyat tərzi sürmüş, dəfələrlə polis və məhkəmə orqanlarında cavabdehin işinə baxılmışdır. Bütün bunlarla yanaşı cavabdehin məhkumluğu da vardır. Bundan başqa, Cavabdeh dəfələrlə anası S.B.Səmədovanı döymüş, boğmuş, ona fiziki işgəncələr vermişdir. 2013-cü ildə anasının ayağı tutulmuş və onun bu vəziyyətindən istifadə edən cavabdeh qonşuluğunda sınıqçı həkim olduğunu, həmin həkim tərəfindən anasının müalicəsini təşkil edəcəyini bildirmiş və anasını özünün kirayədə yaşadığı Sumqayıt şəhəri, 14-cü məhəllədə yerləşən mənzilə aparmışdır. Anası savadsız və hərfləri belə tanımayan bir qadın olmuşdur. Cavabdeh bu vəziyyətdən istifadə edərək və özünün üç nəfər yaxın rəfiqəsini də bu işə qoşaraq vəsiyyətnamə əldə etmişdir. Hazırda isə cavabdeh həmin vəsiyyətnaməni ASAN Xidmət Sumqayıt Mərkəzinin notariusuna təqdim edərək analarından miras qalan mənzildən daha çox pay əldə etmək istəmişdir. Bundan başqa, Cavabdeh mübahisəli mənzildə olan və analarına məxsus olmuş qızıl-zinət əşyalarını və pulları ələ keçirmiş, saxta yollarla özünün Sahib adlı oğlunu da anasının övladlığına vermiş və həmin uşağın doğum haqqında şəhadətnaməsini də vərəsə kimi təqdim etmişdir. Bu vəsiyyətnamə qanunsuz verilmiş, anasının xəstə olması, yeriyə bilməməsindən istifadə edilməkə saxta yolla əldə edilmişdir. Aildə 9 nəfər olsalar da, mirasın qəbulu ilə bağlı 3 vərəsə rəsmi qaydada miras əmlakda olan paylarından imtina etmişdir. Buna qörə də həmin vəsiyyətnamə etibarsız hesab edilməli, miras əmlakda paylar beş vərəsə arasında bölünməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və G.İ.Məmmədova apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onların iddia tələbini dəqiq, hərtərəfli, şahidlərinin dindirilməsinə dair vəsatətləri məhkəmə tərəfindən qəbul edilməməsi, məhkəmənin qərəzli olmasını təsdiq edir. Eyni zamanda məhkəmə 10 sentyabr 2019-cu il tarixli, 2V/127 reyestr nömrəli vəsiyyətnamədə imza etmiş şəxslərin dindirilməsini lazım bilməmiş və vəsiyyətnamədə imzaların həqiqətən həmin şəxslərə aid olub-olmaması barədə xətşunaslıq ekspertizası təyin etməmişdir. Vəsiyyətnamə ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Vəsiyyətnamədən göründüyü kimi, miras qoyan S.B.Səmədova savadsız olduğundan vəsiyyətnaməni başqa bir şəxs imzalamışdır ki, Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin tələbinə uyğundur. S.Səmədova notariusun binasına daxil olmamış, maşında oturmuş, o heç bu notarius və şahidləri görməmişdir. Vəsiyyətnamənin etibarsız olmasını əsas sübutlardan biri vəsiyyətnamənin verildiyi gün, yəni 10 sentyabr 2013-cü il tarixdə həmin 4 saylı notariusda S.Səmədova qızı Cavabdeh etibarnamə vermişdir. Həmin etibarnaməyə imzası ilə S.Səmədova imza etmişdir. Necə olar ki, bir gündə etibarnamə və vəsiyyətnamə verəsən birinə, imza etməyə savadın çata, digərinə yox. Məhkəmə vərəsələr arasında fərqlər qoyaraq İddiaçı2 hüququndan məhrum etməklə, onların qanunla və Azərbaycan Respublikası Konstitusiya ilə qorunan hüquqlarının kobud surətdə pozulmuşdur. Qeyd olunanlara əsasən Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməni əsassız olduğundan ləğv edilməlii, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı İddiaçı3 öldüyü üçün hüquqi varisi kimi arvadı X9 tanınmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 hüquqi varisi X3 vəkili X11 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etmədiyini bildirdi və şikayətin rədd edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak etdikləri məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X21 apellyasiya şikayətini qəbul etmədiklərini bildirərək, şikayətin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı X12, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Kontoru məhkəmə iclaslarında təmsil olunmamışlar. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX, ******* №-li çıxarışın surətindən və AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********83 saylı məktubdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzili (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) mülkiyyət hüququ üzrə S.B.Səmədovanın adına xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 318 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan S.B.Səmədovanın adından verilmiş Sumqayıt şəhəri, 4 saylı DNK-da xx.xx.2013-cü il tarixdə 2V/127 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamədən görünür ki, S.B.Səmədova ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu Cəmaləddin Rüstəmovun iştirakı ilə, S.B.Səmədova savadsız olduğu üçün onun əvəzindən xx.xx.1961-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 17-ci mkr-n, ev 67, mənzil 22-də qeydiyyatda olan X17 tərəfindən imza edilmişdir. Vəsiyyətnamə tərtib edilərkən 2 nəfər şahidin iştirakı təmin edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1966-cı il təvəllüdlü X22 və ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1955-ci il təvəllüdlü X25 S.B.Səmədovanın ölən günə qədər ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilində qeydiyyatda olan qızı Cavabdeh vəsiyyət etməsinə şahidlik etmiş və bunu öz imzaları ilə təsdiq etmişlər. Yenə mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Nazirliyinin 13 oktyabr 2020-ci il tarixli, 4/696 saylı ekspertiza rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Sumqayıt şəhər 4 saylı notariat kontorunda 7E-44/34582 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş X10 adından olan 10 sentyabr 2013-cü il tarixli etibarnamə «imza» qrafasındakı imza; Sumqayıt şəhər 4 saylı notariat kontorunda 2V/127 reyestr nömrəsi ilə qeydiyyatdan keçmiş X10 adından olan 10 sentyabr 2013-cü il tarixli vəsiyyətnamədə «Mansırova» soyadının qarşısındakı soldan sağa 1-ci imza X20 tərəfindən icra olunmuşdur. Elmi cəhətdən işlənib hazırlanmış müvafiq metodika olmadığına görə ekspertiza təyin edilməsi barədə qərardadın 3-cü sualında göstərilən imza nümunələrinə görə şəxsin savadsız olması faktının müəyyən edilməsi mümkün deyildir. Yenə iş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, S.B.Səmədova 01 fevral 2018-ci il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisindən verilmiş xx.xx.2018-ci il tarixində ölmüş S.B.Səmədovanın vərəsəlik işinə aid olan sənədlərin surətlərindən görünür ki, xx.xx.2018ci il tarixində ölmüş S.B.Səmədovanın adına vərəsəlik işi açılmış və vərəsələrin dairəsinə aşağıdakı şəxslər - 1. oğlu İddiaçı1, 2. qızı İddiaçı2, 3.oğlu İddiaçı3, 4. qızı X12, 5. qızı Cavabdeh, 6. oğlu X14, 7. qızı X18, 8. oğlu X23, 9. oğlu X21 və 10. miras qoyan tərəfindən övladlığa götürülmüş xx.xx.2010-cu il təvəllüdlü X33 daxil edilmişdir. Həmin vərəsəlik işinə aid olan sənədlərin surətlərindən həmçinin görünür ki, xx.xx.2018-ci il tarixində ölmüş S.B.Səmədovanın vərəsələri olan M.İ.Səmədov və xx.xx.2010-cu il təvəllüdlü S.A.Əsgərov xx.xx.2018-ci il tarixdə, Cavabdeh, İddiaçı1 və İddiaçı3 xx.xx.2018ci tarixdə, İddiaçı2 və G.İ.Məmmədova xx.xx.2018-ci il tarixdə müvafiq notariat kontoruna ərizə ilə müraciət edərək S.B.Səmədovadan miras qalmış əmlakı qəbul etmişlər. Lakin adı çəkilən vərəsələrdən X23 xx.xx.2018-ci il tarixdə, X18 və X21 isə xx.xx.2018-ci il tarixdə notariat kontoruna ərizə ilə müraciət edərək mərhum anaları S.B.Səmədovanın vəfatından sonra hara yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakının onlara çatası hissələrindən Cavabdeh xeyrinə imtina etdiklərini bildirmişlər. İş materiallarına əlavə edilmiş AR Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisindən verilmiş xx.xx.2018-ci il tarixdə ölmüş S.B.Səmədovanın vərəsəlik işinə aid olan sənədlərin surətlərindən görünür ki, xx.xx.2018- ci il tarixində ölmüş S.B.Səmədovanın vərəsələri olan M.İ.Səmədov, İddiaçı1, İddiaçı3, İddiaçı2 və G.İ.Məmmədova anaları S.B.Səmədovadan qalmış mirasın qəbulu barədə ərizələrinə notarius tərəfindən baxılmış və miras şərikləri arasında mübahisə olduğundan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina olunduğu, M.İ.Səmədova əlavə olaraq mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürüldüyü bildirilmiş və yaranmış mübahisənin həlli üçün vərəsələrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 1579\2019 saylı qərardadından görünür ki, X26 X20 tərəfindən övladlığa götürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1453\2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Yenə işdə olan Elektron informasiya sistemindən çıxarışdan məlum olru ki, İddiaçı3 xx.xx.2021-ci ildə ölmüşdür. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Daha öncə qeyd olunduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4168/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-226/2021 nömrəli, 01 fevral 2021-ci il tarixli qətnaməsi miras paylarının həcmi hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. AR MPM-in 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu səbəbdən də məhkəmə kollegiyası hazırda qətnamənin yalnız vərəsəlik paylarının müəyyən edilən həcmi hissəsində araşdırma aparır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə Ali Məhkəmənin qəbul etdiyi qərarındakı göstərişləri, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-769/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi vərəsələr arasında miras paylarının müəyyən edilən həcmi hissəsində ləğv edilməli, bu hissədə yeni qətnamə qəbul edilməli, miras paylarının həcmi yenidən müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli predmetini təşkil edən Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə mərhum X15 məxsus olmuşdur. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X12 və Cavabdeh mərhumun övladlarıdır. Adları qeyd olunan şəxslərdən əlavə mərhumun X2 Təzəgül İmanxan qızı, X14 və X21 adlı övladları da vardır. Qeyd edildiyi kimi miras qoyan tərəfindən övladlığa götürülmüş xx.xx.2010-cu il təvəllüdlü X33 da vərəsələr sırasına daxil edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)- 1579\2019 saylı qərardadından göründüyü kimi X26 X20 tərəfindən övladlığa götürülməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1453\2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ləğv edilmişdir. Başqa sözlə, o, vərəsələr sırasına daxil deyildir. Ali Məhkəmənin istinad edilən qərarında da qeyd edildiyi kimi miras açılan vaxt vərəsəliyə çağırılan vərəsələr Sahib Əsgərov daxil olmaqla 10 nəfər olduğu üçün hər birinə çatası payın yarısı kimi 1\20 pay nəzərə alınmış, 18\20 pay vəsiyyət üzrə vərəsə kimi Cavabdeh verilmişdir. Halbuki, Sahib Əsgərov artıq vərəsə deyildir. Ona görə də miras əmlakda paylar 9 nəfər vərəsə nəzərə alınmaqla müəyyən edilməlidir. İşdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçılar İddiaçı2 və X7 iddiası mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbilə tamamilə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 fevral 2021-ci il tarixli, 2(105)-226/21 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4168/2021 nömrəli, 06 oktyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-226/2021 nömrəli, 01 fevral 2021-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda isə, yuxarıda şərh olunanlar nəzərə alınmaqla miras əmlakda paylar 3 nəfər arasında müəyyən edilməli, 16\18 hissə Cavabdeh, 1\18 hissə İddiaçı1 və 1\18 hissə mərhum İddiaçı3 vərəsələrinə verilməlidir. Kollegiya bununla bağlı aşağıdakı maddi hüquq normalarına istinad edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Eyni məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. MM-nin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları mübahisələndirilən hissədə tam aydınlaşdırmamış, işin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, bununla da miras əmlakda payların həcmini düzgün müəyyən etməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıların apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır və buna görə də, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə, xx.xx.2018-ci il tarixində ölmüş X8 miras qalmış əmlak olan Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilinin (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə İddiaçı3 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Cavabdeh vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnmə qəbul edilərək, Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin 1/18 hissəsinə İddiaçı1, 1/18 hissəsinə İddiaçı3 məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Cavabdeh vəsiyyət üzrə vərəsəlik hüquqları tanınmalı və həmin hissələrdə paylar müəyyən edilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı tərəf öz iddia tələblərinin əsası kimi istinad etdiyi halları, həmçinin apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün iddiaçıların ödədiyi 5 manat dövlət rüsumu özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-769/2019 nömrəli, 06 mart 2019-cu il tarixli qətnaməsi iddia tələbinin xx.xx.2018-ci il tarixində ölmüş X8 miras qalmış əmlak olan Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilinin (yeni qaydalarla: Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsi, 58, M5, m1) 1/20 hissəsinə İddiaçı1, 1/20 hissəsinə İddiaçı3 məcburi pay hüququ, qalan 18/20 hissəsinə isə vəsiyyət üzrə vərəsə Cavabdeh vərəsəlik hüququnun tanınması hissəsində ləğv edilsin. Bu hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Sumqayıt şəhəri, 1-ci mkr-n, 8b/26 saylı evin, 43 saylı mənzilin 1/18 hissəsinə İddiaçı1, 1/18 hissəsinə İddiaçı3 məcburi pay hüquqları, qalan 16/18 hissəsinə isə Cavabdeh vəsiyyət üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 5 (beş) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-342/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-342/2022
13.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver