Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-344/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6185/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a)Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefona görə 827,8 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefon almış və nəticədə 827,8 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 977,6 manat (olan İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefon üçün ümumilikdə 827,8 manat borcu yaranmışdır Cavabdeh tərəfindən iddiaya yazılı etiraz verərək onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2020-ci ildə Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerəşən iddiaçıdan “X5 9 Pro” markalı telefon almışdır. Ümumilikdə təxmini 150 manat ödəmişdir. Pandemiya dövrü olduğuna görə dekabr ayında ödəniş edə bilməmişdir. Telefonu iddiaçının təklifinə əsasən 12-ci mikrorayonda olan servis mərkəzinə təhvil vermişdir. Bununla bağlı cavabdehə heç bir sənəd təqdim olunmamışdır. Bir il sonra iddiaçıdan cavabdehə zəng gəlmişdir. “Outlet” dəyərləndirmə olduğunu və iddiaçıya borcu olduğunu bildirmişlər. Cavabdeh buna etiraz etmiş, telefon qaytarıldığı təqdirdə ödəniş edəcəyini bildirmişdir. İddiaçı bununla razılaşmamışdır. Hal- hazırda telefon iddiaçıdadır. O, xx.xx.2022-ci il tarixdə satış mərkəzinə yaxınlaşıb möhürsüz təhvil-təslim kağızı almışdır. Əgər telefon cavabdeh qaytarılsa, cədvələ uyğun ödəniş edə bilər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6185/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Emin Abdullayev). Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh “X5 9 Pro” markalı mobil telefonu iddiaçıdan xx.xx.2020-ci il tarixində almışdır. Həmin məhsulla bağlı ilkin ödəniş və aylıq ödənişlə ümumilikdə 149,8 manat ödəniş etmişdir. Bundan sonra isə məhsulu iddiaçıya qaytarmış və etdiyi ödənişləri geri tələb etməmişdir. İddiaçı tərəfindən məhsul “qızıl zəmanət” şərtləri ilə satıldığından cavabdehin onu istənilən vaxt geri qaytarmaq hüququ olmuşdur. İddiaçı isə məhsulun qaytarılmasından təxminən 1 il sonra məhkəməyə müraciət edərək, məhsulun dəyərini cavabdehdən tələb etmişdir. İddiaçının servis mərkəzinin aktından da görünür ki, məhsul qaytarılarkən onda hər hansı qüsur olmamışdır. Belə olan halda cavabdehdən onda olmayan bir məhsulun dəyərinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6185/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri: Tərəflər arasında bağlanılmış Müqavilənin 2.5-ci bəndinə əsasən, Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər Mal ABC-Telecom MMC-nin əmlakı hesab olunur və müştəri tərəfindən satıla, bağışlana, və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam yerinə yetirildiyi təqdirdə Mal-a mülkiyyət hüququ Müştəriyə keçir. “Qızıl zəmanət”in 11 bəndinə əsasən Zəmanət satış tarixindən qüvvəyə minir. Məhsul üzrə ödəniş şərtləri tam və vaxtında yerinə yetirilmədiyi halda, qızıl zəmanət şərtləri qüvvədən düşür. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının servis mərkəzinin xx.xx.2021-ci il tarixli aktına əsasən cavabdeh xx.xx.2022-ci ildə “İMEİ kodu **********91858 olan “Xiaomi R edmi Note 9 P ro” markalı telefonu iddiaçının servis mərkəzinə təhvil vermişdir. Aktda məhsulun qaytarılma səbəbi kimi “müştəri ödəniş edə bilmədiyi üçün cihazı qaytarmaq istəyir” qeyd edilmişdir. Məhkəmənin hazırki qənaətə gəlməsi üçün bu iki hal mütləq şəkildə araşdırılmalı idi, məhkəmənin hazırki yekun qənaətə gəlməsi ədalətli və düzgün deyildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 977,6 manat olan İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefon üçün ilkin ödəniş 50 manat olmaqla 149,8 manat ödəniş etmişdir. Cavabdehin həmin məhsula görə 827,8 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. Servis mərkəzinin xx.xx.2021-ci il tarixli aktına əsasən qüsursuz halda təhvil almışdır. İddiaçının servis mərkəzinin xx.xx.2021-ci il tarixli aktına əsasən cavabdeh xx.xx.2022-ci ildə “İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefonu iddiaçının servis mərkəzinə təhvil vermişdir. Aktda məhsulun qaytarılma səbəbi kimi “müştəri ödəniş edə bilmədiyi üçün cihazı qaytarmaq istəyir” qeyd edilmişdir b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz ərizəsi verilməmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edib və ərizəsində göstərib ki, məhsulu qaytarıb və qiymətləndirmə aktı ilə razı deyil. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin 3.3-cü bəndində göstərilir ki, müştəri qiymətləndirmə aktı ilə razılşmadıqda borcu ödəmək şərti ilə məhsulu geri götürə bilər. Ərizədə cavabdeh həm də onu göstərmişdir ki, məhsul ona təqdim olunarsa, hissə-hissə ödəniş etməyə razıdır. Birinci instansiya məhkəməsi qətnaməsində istinad etdiyi zəmanət öhdəliyin vaxtında icra edilmədiyi müqavilələrə şamil edilmir və həmin müqavilələrə münasibətdə qüvvədən düşmüş hesab olunur. Məhsul hazırda onlardadır. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6185/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, telefonu 2020-ci ilin oktyabr ayında alıb. Ödənişdə üzrlü səbəbdən cəmi 1 ay gecikməsi olub. Telefonu qaytarıb, 6 ay sonra ona zəng etdilər ki, borcu var. Bildirib ki, telefonu ona qaytarılarsa, ödəniş edəcək. Amma telefonu vermədilər. İndi həmin telefonu istəmir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6185/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 567-ci maddəyə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəyə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəyə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur 390.1-ci maddəyə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər Mülki Prosessual Məcəllə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıır. Belə ki, iş materiallarında olan: Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefonu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 12 ay müddətində hər ay 77,3 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alğı-satqı qiyməti 977,6 manat olan İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefon üçün ilkin ödəniş 50 manat olmaqla 149,8 manat ödəniş etmişdir. Cavabdehin həmin məhsula görə 827,8 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefonu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İddiaçının servis mərkəzinin xx.xx.2021-ci il tarixli aktına əsasən cavabdeh xx.xx.2022-ci ildə “İMEİ kodu **********91858 olan “X5 9 Pro” markalı telefonu iddiaçının servis mərkəzinə təhvil vermişdir. Aktda məhsulun qaytarılma səbəbi kimi “müştəri ödəniş edə bilmədiyi üçün cihazı qaytarmaq istəyir” qeyd edilmişdir. İşdən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh “X5 9 Pro” markalı mobil telefonu iddiaçıdan xx.xx.2020-ci il tarixində almışdır. Həmin məhsulla bağlı ilkin ödəniş və aylıq ödənişlə ümumilikdə 149,8 manat ödəniş etmişdir. Bundan sonra isə məhsulu iddiaçıya qaytarmış və etdiyi ödənişləri geri tələb etməmişdir. İddiaçı tərəfindən məhsul “qızıl zəmanət” şərtləri ilə satıldığından cavabdehin onu istənilən vaxt geri qaytarmaq hüququ olmuşdur. İddiaçı isə məhsulun qaytarılmasından təxminən 1 il sonra məhkəməyə müraciət edərək, məhsulun dəyərini cavabdehdən tələb etmişdir. İddiaçının servis mərkəzinin aktından da görünür ki, məhsul qaytarılarkən onda hər hansı qüsur olmamışdır. Belə olan halda cavabdehdən onda olmayan bir məhsulun dəyərinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh “X5 9 Pro” markalı mobil telefonu iddiaçıdan “qızıl zəmanət” şərtləri ilə almışdır. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş “qızıl zəmanət” kartında göstərilmişdir ki, bu zəmanət alıcıya istənilən səbəbdən məhsulu (vəziyyətindən asılı olmayaraq) geri qaytarmaq hüququnu verir. Buna görə alıcıya aşağdakı cədvələ uyğun olaraq “Kontakt Home” mağazalarında istifadə edilməsi üçün məbləğ təqdim edilir: satış tarixindən 1 ay sonra müraciət olunduqda-talonda göstərilmiş məbləğin 70 faizi, 2-6 ay sonra müraciət olunduqda-talonda göstərilmiş məbləğin 50 faizi, 7-12 ay sonra müraciət olunduqda talonda göstərilmiş məbləğin 30 faizi, 13-24 ay sonra müraciət olunduqda-talonda göstərilmiş məbləğin 20 faizi. İşdən göründüyü kimi cavabdeh “X5 9 Pro” markalı mobil telefonu iddiaçıdan xx.xx.2020-ci il tarixində almışdır. Həmin məhsulla bağlı ilkin ödəniş və aylıq ödənişlə ümumilikdə 149,8 manat ödəniş etmişdir. Bundan sonra isə məhsulu iddiaçıya qaytarmış və etdiyi ödənişləri geri tələb etməmişdir. İddiaçı tərəfindən məhsul “qızıl zəmanət” şərtləri ilə satıldığından cavabdehin onu istənilən vaxt geri qaytarmaq hüququ olmuşdur. İddiaçı isə məhsulun qaytarılmasından təxminən 1 il sonra məhkəməyə müraciət edərək, məhsulun dəyərini cavabdehdən tələb etmişdir. İddiaçının servis mərkəzinin aktından da görünür ki, məhsul qaytarılarkən onda hər hansı qüsur olmamışdır. Belə olan halda cavabdehdən onda olmayan bir məhsulun dəyərinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası qeyd edilən hallara əsasən hesab edir ki, bir halda ki, cavabdeh aldığı telefona görə ümumilikdə 149,8 manat ödəniş etmiş və ödənişi geri tələb etmədən telefonu işlək vəziyyətdə geri qaytarmış, belə olan halda həmin telefona görə cavabdehdən pul tələb edilməsi əsaslı ola bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə qeyd edilənlərə əsasən iddianı təmin etməməkdə haqlı olmuşdur. İddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(060)-6185/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-344/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-344/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver