Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-345/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı vəkili Vəkil iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(060)-4361/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(060)-4361/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Azər İsmayılov) İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ məhdud məsuliyyətli cəmiyyətinə və Sumqayıt şəhəri üzrə İcra idarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə iddia rədd edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İ Ş İ N H A L L A R İ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 12 iyul 2018-ci il tarixli, Y-765 nömrəli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil onun mülkiyyətində olmuşdur. Həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla onun mülkiyyətindən çıxarılmışdır. Belə ki, o, 27 avqust 2015-ci il tarixində Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti ilə 2015/00167-01 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı kimi ona məxsus olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8689/2016 saylı, 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilmiş, ondan iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borc üzrə 19520,13 ABŞ dolları, faiz borcuna görə 2112,53 ABŞ dolları, cərimə borcuna görə 200 ABŞ dolları, cəmi 21832,66 ABŞ dollarının ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, tələbin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satılması, satışdan əldə edilən məbləğdən 21832,66 ABŞ dollarının ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. O, qətnamə qəbul edildikdən sonra borcunu hissə-hissə ödəyərək, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin hesabına ümumilikdə 5000 manat məbləğində pul ödəmişdir. Lakin ödənişləri nəzərə alınmayaraq ona məxsus ünvan 3 ünvanında yerləşən 14 saylı mənzil hərraca çıxarılmışdır. Ona məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-765 nömrəli, 12 iyul 2018-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%, əmlakın son satış qiyməti isə 22313 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanılaraq Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən alınmışdır. Eyni zamanda Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin əməkdaşı onunla əlaqə saxlayaraq cəmiyyətin hesabına 10000 manat məbləğində pul köçürəcəyi təqdirdə ona məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə köçüb yaşaya biləcəyini bildirmişdir. O, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin əməkdaşına inanıb 02 aprel 2021-ci il tarixdə cəmiyyətin hesabına 10000 manat məbləğində pul köçürmüşdür. Lakin o, pul köçürdükdən sonra Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin əməkdaşı bunun mümkün olmadığını, yenidən 45000 manat məbləğində pul köçürməyini tələb etmişdir. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil onun mülkiyyətində olmuşdur. Həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla onun mülkiyyətindən çıxarılmışdır. Belə ki, o, 27 avqust 2015-ci il tarixində Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti ilə 2015/00167-01 saylı kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı kimi ona məxsus olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8689/2016 saylı, 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilmiş, ondan iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borc üzrə 19520,13 ABŞ dolları, faiz borcuna görə 2112,53 ABŞ dolları, cərimə borcuna görə 200 ABŞ dolları, cəmi 21832,66 ABŞ dollarının ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, tələbin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda satılması, satışdan əldə edilən məbləğdən 21832,66 ABŞ dollarının ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. O, qətnamə qəbul edildikdən sonra borcunu hissə-hissə ödəyərək, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin hesabına ümumilikdə 5000 manat məbləğində pul ödəmişdir. Lakin ödənişləri nəzərə alınmayaraq ona məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil hərraca çıxarılmışdır. Ona məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil Sumqayıt şəhəri üzrə İcra idarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC-nin Y-765 nömrəli, 12 iyul 2018-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25%, əmlakın son satış qiyməti isə 22313 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanılaraq Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən alınmışdır. Eyni zamanda Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin əməkdaşı onunla əlaqə saxlayaraq cəmiyyətin hesabına 10000 manat məbləğində pul köçürəcəyi təqdirdə ona məxsus ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə köçüb yaşaya biləcəyini bildirmişdir. O, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin əməkdaşına inanıb 02 aprel 2021-ci il tarixdə cəmiyyətin hesabına 10000 manat məbləğində pul köçürmüşdür. Lakin o, pul köçürdükdən sonra Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin əməkdaşı bunun mümkün olmadığını, yenidən 45000 manat məbləğində pul köçürməyini tələb etmişdir. Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 14 saylı ona məxsus mənzilin hərracdan satılmasının nəticələri haqqında 12 iyul 2018-ci il tarixli, Y-765 nömrəli yekun protokolu və hərracın yekunları üzrə əmlakı alqı-satqısı barədə müqavilə mülki qanunvericiliyin tələblərinə zidd olduğundan etibarsız və əsassızdır. İddiaçı apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 02 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. Cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ məhdud məsuliyyətli cəmiyyəti və Sumqayıt şəhəri üzrə İcra idarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8689/2016 saylı, 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin cavabdeh İddiaçı qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin xeyrinə 19520,13 ABŞ dolları əsas, 2112,53 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, cəmi 21832,66 ABŞ dolları borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, tələbin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan mənzilin hərracda satılması, onun satışından əldə olunacaq pul vəsaiti hesabına 21832,66 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı evin 14 saylı mənzili mülkiyyət hüququ üzrə Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin adına 17.08.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 253 nömrəli reyestr kitabının 13 nömrəli vərəqində qeydə alınmışdır. İş materiallarında olan Y-765 saylı, 12 iyul 2018-ci il tarixli "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin hərracın nəticələri haqqında yekun protokolunun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı evin 14 saylı mənzilinin ilkin satış qiyməti 35000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış qiyməti 22313 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən alınmışdır. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 1530 saylı, 06 aprel 2018-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişinin surətindən görünür ki, 08 may 2018-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı evin 14 saylı mənzilinin ilkin satış qiyməti 35.000 manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinə, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə və İddiaçı bildiriş göndərilmişdir. İş materiallarında olan "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin 2066 saylı, 11 may 2018-ci il tarixli açıq hərracın keçirilməsi barədə bildirişinin surətindən görünür ki, 13 iyun 2018-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı evin 14 saylı mənzilinin satış qiyməti 29.750 manat müəyyən edilməklə satışı üçün açıq hərracın keçirilməsi barədə Sumqayıt şəhəri üzrə İcra idarəsinə, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinə və İddiaçı oğluna bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-868/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyətinin cavabdehlər İddiaçı və qeyrilərinə qarşı evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər İddiaçı, X1, Tahiri Natəvan Qadir qızının, Tahiri Şəhla Qadir qızının, Tahiri Mehriban Qadir qızının, X5 və X6 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 55 saylı evin 14 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası MM-nin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. Həmin Məcəllənin 414.3-cü maddəsinə görə bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Həmin Məcəllənin 415.5-ci maddəsinə görə hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə görə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinə əsasən (30 dekabr 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin qanunun 43.7-ci maddəsinə görə (həmin dövrdə qüvvədə olan redaksiyasına əsasən) bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Y-765 saylı, 12 iyul 2018-ci il tarixli hərracın nəticələri haqqında yekun protokolu ilə müəyyən edilir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı evin 14 saylı mənzilinin ilkin satış qiyməti 35000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış qiyməti 22313 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı açıq səhmdar cəmiyyəti tərəfindən əldə edilmişdir. İddiaçı apellyasiya şikayətində hərracın keçirilməsi barədə ona məlumat verilmədiyini göstərmiş, iddia tələbini də bununla əsaslandırmışdır. İş materiallarından görünür ki, "xxxx" məhdud məsuliyyətli tərəfindən Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı evin 14 saylı mənzilinin satılması açıq hərracda satılması barədə İddiaçı 1530 saylı, 06 aprel 2018-ci il tarixli və 2066 saylı, 11 may 2018-ci il tarixli bildirişlər göndərilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 868/2020 saylı, 16 mart 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı evin 14 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməsi və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları qət edilmiş, həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinin rəis müavini tərəfindən 21 may 2020-ci il tarixdə icraata başlanılmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(060)-4361/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-345/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-345/2022
03.02.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver